Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə43/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   39   40   41   42   43   44   45   46   ...   146

109

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Qarşıda  seçkilər  var.  Azərbaycanda  prezident  seçkiləri  olacaqdır.  Siz  əmin  ola 

bilərsiniz  ki,  bu  seçkilər  tam  şəffaflıq  şəraitində,  ədalət  prinsipi  əsasında,  demokra-

tik prinsipləri qoruyaraq keçiriləcəkdir və biz bu seçkilərin nəticəsi ilə Azərbaycanda 

demokratiyanın yüksəlməsini bir daha nümayiş etdirəcəyik. Indi bizdə, Azərbaycanda 

ictimai-siyasi vəziyyət tam sabitdir. Mən son günlərdə büdcədən maliyyələşən bütün 

təşkilatların işçilərinin əmək haqlarını 50 faiz artırmışam. Keçirilən sorğular onu göstərir 

ki, xalqın tam əksəriyyəti Azərbaycan iqtidarını dəstəkləyir və şübhə yoxdur ki, bu iqti-

darın seçilməsinə də səs verəcəklər. 

Mən başqa məsələlərə toxunmaq istəmirəm. Çünki mən bilirəm, siz bizim vəzifəli 

şəxslərin hamısı ilə görüşmüsünüz. Xüsusilə Baş nazir Rasizadə ilə görüşmüsünüz. O, 

sizin görüşünüzü, söhbətinizi mənə söylədi. Güman edirəm ki, siz burada özünüz üçün 

lazımi təəssürat əldə edə bilmisiniz.



Marqarita Boniver: Cənab prezident, çox sağ olun. Həqiqətən çox düz deyirsiniz. 

Bütün gün ərzində gündəlikdə olan məsələləri Sizin rəsmilərlə müzakirə etdik. Lap çətin 

məsələlərdən ən sadə məsələlərə qədər hamısına toxunduq. Mən nümayəndə heyətinin 

adından desəm yanılmaram, ümumiyyətlə, biz keçirdiyimiz görüşlərdən, burada aldığı-

mız təəssüratlardan tamamilə məmnunuq. Elə bilirəm ki, bu yüksək əhval-ruhiyyə ilə 

regionun digər ölkələrinə də səfərə çıxa bilərik.



Heydər Əliyev: Çox gözəl. 

Marqarita  Boniver:  Bundan  sonra Avropa  Birliyinin  Cənubi  Qafqaz  üzrə  xüsusi 

nümayəndəsi Heyki Talvitye bu regiona tez-tez səfərlərə çıxacaqdır. Düşünürəm ki, ona 

tapşırılmış mandatı o, uğurla həyata keçirəcəkdir.

Heydər Əliyev: Mən də belə düşünürəm.

Marqarita  Boniver:  Cənab  prezident,  icazə  versəydiniz,  Sizinlə  sağollaşmazdan 

əvvəl mən bir məsələyə də toxunardım. Bu da genişlənmiş Avropa haqqındadır. Ümidvar 

olduğumu bildirmək istəyirəm ki, ölkələr arasında ümumi sərhədin olması heç də lazım 

deyildir. Insanları birləşdirən onların sülhü sevməsi və demokratiyaya yaxınlaşmasıdır. 

Çox sağ olun.

Heydər Əliyev: Elədir. Genişlənən Avropanı biz dəstəkləmişik, bu gün də dəstəklə-

yirik. Sağ olun. 




110

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 Avropa Birliyinin Cənubi Qafqaz üzrə 

xüsusi nümayəndəsini qəbul etmişdir 

22 mart 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev martın 22-də Prezident sa-

rayında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye-

nin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı Ilham Əliyev onlarla 

bir neçə dəfə keçirilən görüşlərdə mühüm məsələləri müzakirə etdiklərini xatırlatdı 

və Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsindən və inki-

şaf etməsindən məmnunluğunu bildirdi. O dedi ki, Avropa strukturlarına inteqrasi-

ya siyasəti bizim strateji seçimimizdir və Azərbaycan bu siyasətə sadiqdir. Son illər 

ərzində Avropa Birliyi ilə Azərbaycanın həyata keçirdikləri və gələcəkdə reallaş-

dıracaqları birgə proqramlar deməyə əsas verir ki, biz bu istiqamətdə bir-birimizə 

daha da yaxınlaşacağıq.

Prezident  Ilham  Əliyev  bir  neçə  gün  əvvəl  Bratislavada  keçirilmiş  konfrans-

da Azərbaycanın mövqeyinin bir daha təsdiqini tapdığını, tədbir zamanı keçirdiyi 

görüşləri, o cümlədən Avropa Birliyinin komissarı Günter Verhögen ilə görüşünü 

müsbət qiymətləndirdi.

Son  zamanlar  Avropa  Birliyinin  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinin həllinə böyük diqqət göstərdiyini nəzərə çatdıran respublikamızın 

rəhbəri söylədi ki, bu, bizi çox sevindirir. Bir halda ki, Cənubi Qafqazda yerləşən 

ölkələr Avropa üçün yeni qonşulardır, əlbəttə, Avropa Birliyinin bu məsələ ilə ciddi 

məşğul olması təqdirəlayiq haldır. Bu istiqamətdə artıq atılan ilk addımlar ümidve-

ricidir, biz bunları dəstəkləyirik və çox istərdik ki, Avropa Birliyi bu məsələ ilə daha 

da yaxından məşğul olsun.

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxmaq istəmədiyini 

və beləliklə, münaqişənin həllinə mane olduğunu vurğulayan Prezident Ilham Əliyev 

dedi ki, Azərbaycan bu münaqişənin həllini yalnız və yalnız beynəlxalq hüquq nor-

malarına  əməl  olunmasında  görür  və  ümid  edir  ki,  dünya  ictimaiyyəti məsələyə 

məhz bu nöqteyi-nəzərdən yanaşacaqdır. Düzdür, artıq hiss olunur ki, Ermənistanda 

da bunu etiraf etməyə başlayıblar və Bratislava konfransında Ermənistan tərəfindən 

səslənən bəzi fikirlər bunu təsdiqləyir. Özünə məxsus olmayan torpaqlar gərək qay-

tarılsın. Bu, zamanın tələbidir.

Biz XXI əsrdə yaşayırıq və əlbəttə, bütün beynəlxalq hüquq normaları, dövlətlər, 

xalqlar arasında mövcud olan münasibətlər gərək məhz bu müstəvidə - beynəlxalq 

hüquq normalarına uyğun şəkildə öz həllini tapsın. Mən ümid edirəm ki, bundan 



111

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

sonra  da  birgə  səylərimiz  səmərəli  olacaq  və  bizə  kömək  edəcək  ki,  münaqişə 

tezliklə öz həllini tapsın. Əlbəttə, bizim aramızda mövcud olan digər məsələlər də 

böyük əhəmiyyət kəsb edir, dəfələrlə bu barədə fikir mübadiləmiz olubdur. Hesab 

edirəm ki, energetika sahəsində dialoqun başlanması çox vacibdir və biz də buna 

hazırıq.

Prezident Ilham Əliyev xüsusi  vurğuladı ki, bir neçə ildən sonra Azərbaycan 

Avropa istehlakçıları üçün çox mühüm ölkəyə çevriləcəkdir. Azərbaycanda hasil 

ediləcək qaz Avropaya göndəriləcək və bu baxımdan da enerji dialoqunun başlan-

ması  çox  mühümdür.  Müzakirələr  üçün  digər  məsələlərin  də  olduğunu  bildirən 

dövlətimizin başçısı bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 

məsələsinə  qayıdaraq  dedi  ki,  bu  münaqişə  region  üçün  təhlükədir.  Regional 

əməkdaşlığın,  Cənubi  Qafqaz  ölkələrinin Avropaya  daha  sürətlə  inteqrasiyasının 

qarşısını alır. Çünki bir ölkə digər ölkənin torpaqlarını işğal edib və özünün də etiraf 

etdiyi kimi, ona məxsus olmayan torpaqlardan çıxmaq istəmir. Gərək hər bir ölkə 

beynəlxalq hüquqları tanısın.

Ümid  edirəm  ki,  beynəlxalq  ictimaiyyət  bu  məsələ  ilə  əlaqədar  öz  ədalətli 

mövqeyini bildirəcək və bu münaqişə öz həllini tapacaqdır. Səmimi qəbula görə 

Azərbaycan  Prezidentinə  dərin  minnətdarlığını  bildirən  cənab  Heyki  Talvitye 

paytaxtımızda Şəhidər xiyabanında olduğunu, Fəxri xiyabana gedərək, ölkəmizin 

ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiyini bildirdi və dedi ki, mən 

onu uzun müddətdir tanıyırdım. Xüsusilə 1995-1996-cı illərdən onunla görüşlərim 

olmuşdur və bunlar məndə daim dərin hisslər oyadıbdır. Onun əziz xatirəsi qəlbimdə 

daim qalacaqdır. Keçən il Minsk qrupunun həmsədrləri burada olarkən biz mərhum 

Prezidentlə görüşmüşdük. Hesab edirəm ki, bu böyük şəxsiyyətin itkisini biz heç 

zaman unuda bilməyəcəyik. O, Prezident Ilham Əliyev tərəfindən təsdiq olunmuş 

sosial-iqtisadi inkişaf proqramının Avropada böyük əks-səda doğurduğunu, Avropa 

strukturlarının bununla yaxından maraqlandığını və elə bu məqsədlə Azərbaycana 

indiki  səfəri  zamanı  Şəkiyə  səfər  etdiyini,  orada  yerli  hakimiyyət  orqanlarının 

həmin proqramı necə həyata keçirməsi ilə yaxından tanış olduğunu nəzərə çarp-

dırdı. Heyki Talvitye dedi ki, Novruz bayramı zamanı Şəkidəki Olimpiya Idman 

Kompleksinə də baş çəkdik. Biz bilirik ki, kompleks Sizin birbaşa iştirakınız və 

təşəbbüsünüzlə tikilmişdir.

Xoşagələn  haldır  ki,  indi  gənclər  idmanla  məşğul  olurlar  və  özlərini 

ölkənin  gələcəyinə  həsr  edirlər.  Qonaq  Azərbaycanla  Avropa  Birliyi  arasındakı 

münasibətlərə  toxunaraq,  Prezident  Ilham  Əliyevin  Bratislavada Avropa  Birliyi-

nin komissarı ilə görüşünün çox böyük əhəmiyyət daşıdığını vurğuladı. O dedi ki, 

gələcəkdə  bu  görüşlərin  sayı  daha  da  artmalıdır  və  görüşlərin  Brüsseldə,  yaxud 

Bakıda keçirilməsindən asılı olmayaraq, Azərbaycanın Avropanın qonşuları sıra-

sına  daxil  olması  bir  qədər  də  sürətlənəcəkdir.  Ermənistan-Azərbaycan,  Dağlıq 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə