Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə51/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   47   48   49   50   51   52   53   54   ...   146

133

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

və Avropa Komissiyasının Sədri Joze Manuel Barrozunun 

birgə brifinqi

7 noyabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev və Avropa Komissiyasının 

sədri Joze Manuel Barrozu noyabrın 7-də Brüsseldə Azərbaycan Respublikası və 

Avropa Ittifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma me-

morandumu imzalamışlar.

Sənədin imzalanmasından sonra mətbuat nümayəndələri üçün keçirilən brifinqdə 

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Azərbaycan Prezidenti Ilham 

Əliyev bəyanatlarla çıxış etdilər.

Avropa Komissiyasinin Sədri Joze Manuel Barrozunun bəyanatı

Xanımlar və cənablar, xoş gördük!

Prezident Ilham Əliyevi Brüsseldə salamlamaqdan böyük məmnunluq hissi du-

yuram. Biz indicə Prezident Ilham Əliyevlə birlikdə Azərbaycan və Avropa Ittifaqı 

arasında  enerji  tərəfdaşlığına  dair  anlaşma  memorandumunu  imzaladıq.  Bu  me-

morandum Komissiyanın davamlı enerji təhlükəsizliyinin təminatı strategiyasının 

bir  nəticəsidir.  Bu  strategiyada  enerji  sektorunda  əsas  neft  ixrac  edən  və  tranzit 

ölkələr arasında əlaqələrin genişləndirilməsinə xüsusi  diqqət verilir.  Bu anlaşma 

memorandumunun icrası Azərbaycanın Avropa Ittifaqının enerji bazarlarına daha 

tez inteqrasiyasına kömək edəcəkdir. Xəzər hövzəsindən enerji daşıyıcılarının nəqli 

nəticəsində Avropa Ittifaqının enerji təhlükəsizliyi daha da güclənəcəkdir. Eləcə də 

bu, Azərbaycanda enerjiyə olan tələbatın daha səmərəli şəkildə idarəedilməsi siste-

minin yaradılmasına və təcrübə mübadiləsinə imkan verəcəkdir.

Mən  bir  fikri  xüsusi  vurğulamaq  istəyirəm  ki,  Avropa  Ittifaqının  enerji 

təhlükəsizliyinin təmin edilməsində Xəzər hövzəsindən nəql olunacaq enerji da-

şıyıcıları böyük rol oynayacaqdır. Biz buna görə Azərbaycana minnətdarıq. Yəni 

Azərbaycan enerji sahəsində Avropa Ittifaqı ilə daha yaxından əməkdaşlıq edəcəkdir.

Eləcə də məmnunluq hissi ilə qeyd edirik ki, Azərbaycan Avropa Ittifaqının qon-

şuluq siyasətinə daxil olub və bu, ölkədə sabitliyə və rifaha öz töhfəsini verəcəkdir.

Təbii ki, enerji və iqtisadi sahədə əməkdaşlıq çox vacib məsələlərdir.

Lakin  Azərbaycan  ilə  Avropa  Ittifaqı  arasındakı  əməkdaşlıq  təkcə  bunun-

la məhdudlaşmır. Avropanın yeni qonşuluq siyasəti daha genişdir. Biz demokra-

tiya,  idarəçilik,  azadlıq  və  insan  hüquqlarının  qorunması  kimi  ümumi  dəyərlərə 

əsaslanaraq  irəli  getmək  niyyətindəyik.  Mən  bu  məsələlərlə,  o  cümlədən 




134

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan mətbuatında söz azadlığı ilə bağlı bəzi məlumatları Azərbaycan Pre-

zidenti ilə hərtərəfli müzakirə etdim. Əminəm ki, cənab Prezident bu barədə sizə 

əlavə məlumat verəcəkdir.

Biz Azərbaycanla güclü və hərtərəfli münasibətlərin yaradılmasında maraqlıyıq. 

Təbii ki, islahatlar sahəsində Azərbaycana yardım etməyə hazırıq və bu barədə də 

fikir mübadiləsi apardıq. Mən çox məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, 

Azərbaycan Prezidentinin fikrincə, islahatlar yalnız iqtisadi yox, siyasi sahədə də 

aparılmalıdır.

Biz Azərbaycana neft və qaz hasilatından gələn gəlirlərin şəffaf şəkildə idarə 

olunması  və  iqtisadiyyatın  davamlı  şəkildə  inkişaf  etdirilməsi  sahəsində  də  yar-

dım göstərməyə hazırıq. Azərbaycan çətin dövrlərini yaşayarkən Avropa Birliyi ona 

400 milyon avrodan artıq məbləğdə yardım göstərmişdir. Amma indi Azərbaycan 

dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Mən böyük məmnunluq hissi 

ilə demək istəyirəm ki, bu gün Azərbaycan və Azərbaycan Prezidenti Avropa Itti-

faqı ilə qarşılıqlı maraqlara və ümumi dəyərlərə əsaslanan münasibətlərin inkişaf 

etməsini istəyir.

Cənab Prezident, Brüsselə gəldiyinizə görə, təşəkkür edirəm.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatı

Çox sağ olun, cənab sədr!

Xanımlar və cənablar!

Mən  bu  gün  Brüsseldə  olmağımdan  və  cənab  sədr  Barrozu  ilə  ikitərəfli 

münasibətlərimizlə və regional inkişafla bağlı məsələləri müzakirə etməkdən çox 

şadam.


Əlaqələrimizin uzun tarixi var. Azərbaycan öz müstəqilliyini əldə etdiyi vaxt-

dan  etibarən  biz  hər  zaman  Avropa  Ittifaqının  dəstəyini  hiss  etmişik.  Xüsusilə 

də, Azərbaycanın  tarixində  ən  çətin  anlarda  biz Avropa  Ittifaqından  həm  güclü 

maliyyə dəstəyi, həm də siyasi dəstək almışıq. Azərbaycanın 15 illik müstəqilliyi 

dövründə ölkəmizin Avropa Ittifaqı ilə münasibətləri uğurla inkişaf edir. Bu gün biz 

münasibətlərimizin yeni bir mərhələsinə qədəm qoyuruq. Avropa Ittifaqının Cənubi 

Qafqazda  yeni  qonşuluq  siyasəti  və  enerji  məsələləri  üzrə  strateji  tərəfdaşlığı 

çərçivəsində  uzunmüddətli  tərəfdaşlığa  başlayırıq.  Hər  iki  məsələ,  əlbəttə  ki, 

Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və əminəm ki, qarşıdan gələn illər 

ərzində bu əməkdaşlıqda daha böyük inkişafa nail olacağıq.

Azərbaycanda  siyasi  və  iqtisadi  islahatlar  paralel  şəkildə  aparılır  və  biz  de-

mokratik  cəmiyyət  qururuq.  Qanunun  aliliyi  və  insan  hüquqlarının  qorunma-

sı prinsipləri əsas tutulur. Yəni bu iki məsələni biri-birindən ayırmaq olmaz. Bir 

sözlə, bu məsələlərin Azərbaycan və ümumiyyətlə regional əməkdaşlıq üçün bö-




135

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

yük əhəmiyyəti var. Xüsusən də, ölkədəki böyük neft və qaz ehtiyatlarını və parlaq 

gələcəyimizi nəzərə alaraq, bu məsələlərin ölkə üçün nə qədər vacib olduğunu anla-

ya bilərik. Indi biz bu məsələyə müxtəlif formada baxırıq. Ona görə Avropa Ittifaqı 

ilə əməkdaşlıq bizim üçün nəinki iqtisadi göstəricilərimizi təkmilləşdirmək, eyni 

zamanda, gələcək illər ərzində ölkəmizdəki meyarları Avropa Ittifaqının meyarları-

na daha da yaxınlaşdırmaq imkanı yaradır.

Biz ümumi dəyərləri bölüşürük. Azərbaycanda getdiyimiz yol, qarşımızda duran 

vəzifələr aydın şəkildə anlaşılır və bu cür məsələlər bizim üçün prioritet xarakter 

daşıyır. Görüşlərimiz zamanı həmin vacib məsələləri müzakirə etdik və əminəm ki, 

gələcək illər ərzində Avropa Ittifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq davam 

etdiriləcək və genişlənəcəkdir. Biz bu əməkdaşlığa qarşılıqlı maraq doğuran və fay-

da verən yeni elementlər gətirəcəyik.

Azərbaycan  olduqca  mühüm  neft  və  qaz  hasilatçısına  çevrilir. Azərbaycanda 

neft və qaz gəlirlərinin idarə edilməsinin olduqca müasir sistemi var. Azərbaycan 

hasilat sənayesində gəlirlərin şəffaf şəkildə idarə edilməsi təşəbbüsünə qoşulmuş-

dur və bu, digər ölkələr üçün nümunə ola bilər. Bu, beynəlxalq maliyyə təsisatları 

tərəfindən də bildirilmişdir.

Bir sözlə, ölkəmizin iqtisadi göstəriciləri və siyasi inkişafı bu imkanları yarada-

caq və Avropa Ittifaqı ilə əməkdaşlıq bu çərçivədə aparılır. Siyasi əməkdaşlıq, siya-

si və iqtisadi islahatlar, enerji təhlükəsizliyi məsələləri - bunlar hamısı bu baxımdan 

bizim tərəfimizdən nəzərdən keçirilir. Avropa Ittifaqı ilə bütün bu məsələlərdə və 

ümumiyyətlə əməkdaşlığımız bu istiqamətdə gedir.

Mən  xoş  qəbula  görə  minnətdaram  və  apardığımız  müzakirələrdən  çox 

məmnunam və demək istəyirəm ki, gələcək əməkdaşlığımıza böyük maraqla baxı-

rıq. Çox sağ olun.

Sonra mətbuat nümayəndələrinin suallarına cavab verildi.



Dmitri  Şkurko  (Ukrinform):  Mənim  sualım  Prezident  Ilham  Əliyevədir. Av-

ropa  Ittifaqı  ilə  enerji  dialoqu  çərçivəsində  Azərbaycan  Odessa-Brodı-Qdansk 

kəmərinin  istifadəsində  nə  dərəcədə  maraqlıdır  və Azərbaycan  neftinin  bu  boru 

kəməri ilə nəqli nə vaxt gözlənilir?



İlham Əliyev: Bu məsələ Ukrayna Prezidenti ilə görüşlərimiz zamanı bir neçə 

dəfə  müzakirə  olunub  və  biz  bununla  bağlı Azərbaycan-Ukrayna  birgə  işçi  qru-

pu yaratmışıq. Hazırda həmin boru kəmərinin kommersiya tərəfinin, digər iqtisa-

di  amillərin  və  istismarın  müəyyən  edilməsi  mexanizmləri  qiymətləndirilir.  Biz 

görüşlərimiz  zamanı Azərbaycanın  yalnız  boru  kəmərinin  neftlə  doldurulmasın-

da  yox,  eyni  zamanda,  neftin  nəql  olunduğu  ölkələrdə  neft  məhsullarının  emalı 

və paylanmasında da iştirakını müzakirə etdik. Mən bilirəm ki, Avropa Ittifaqı bu 

layihəyə maraq göstərir və bunu da müzakirə etdik. Bu, məsələnin həlli üçün yaxşı 

bir çərçivədir. Gələcəkdə regionumuzda neft hasilatının həcmi çox böyük olacaq və 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə