Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə59/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   55   56   57   58   59   60   61   62   ...   146

156

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

ilə bağlı real və dəqiq rəyinizi bilmək istərdim. Ikincisi, bir həftə sonra Istanbulda 

Avrasiya Iqtisadi Forumu keçiriləcəkdir. Nabukko layihəsinə alternativ bir təklif 

də var - Qara dənizin dibindən keçməklə Zonquldağı Konstansiya ilə birləşdirən, 

oradan Polşaya, Baltikyanı ölkələrə və Bolqarıstanın cənubuna gedən boru xəttinin 

çəkilməsi gündəlikdədir. 2013-cü ildə “Şahdəniz” layihəsinin ikinci fazasının baş-

lanması imkanlarını necə görürsünüz? Avropa Ittifaqını təbii qazla təmin edəcək 

bu cür layihələr üçün müəyyən kvotanın zəruri olması ilə bağlı fikirlərinizi bilmək 

istərdik. 

İlham Əliyev: Bizim OPEK-lə əlaqələrimiz formalaşma mərhələsindədir. Bizim 

nümayəndələrimiz OPEK-in son bir neçə tədbirində iştirak etmişlər. Bu, birinci dəfə 

idi ki, baş verirdi. Əvvəllər OPEK-lə əlaqələrimiz olmayıb. OPEK-lə əlaqələrimiz 

ona görə yox idi ki, biz əvvəllər əsas neft hasilatçısı deyildik. Biz neft istehsalını son 

illər sürətlə artırmağa başladıq. Amma bizim əməkdaşlıq əlaqələrimizə ehtiyac du-

yularsa, biz bunları qura bilərik. Bundan əlavə, qeyd etmək istərdim ki, Azərbaycan 

çox az ölkələrdən biri olmuşdur ki, ümumi işin naminə bu il üçün nəzərdə tutulan 

neftin istehsal həcmini aşağı salmışdır. 

Sizin qeyd etdiyiniz qaz OPEK-i ilə bağlı heç bir şərh verə bilmərəm. 2006-cı 

ilin sonuna qədər biz Rusiyadan qaz idxal edirdik, indi isə biz qazı Gürcüstana, 

Türkiyəyə ixrac edirik. Türkiyə qazımızın bir hissəsini yenidən Yunanıstana satır və 

eyni zamanda, biz qaz sahəsində Iranla mübadilə əməliyyatı aparırıq. Eyni zaman-

da, Rusiyaya gedən qaz borumuz da var. 

Buna  görə  də  çıxışımda  qeyd  etdiyim  kimi,  biz  özümüzü  kifayət  qədər 

təhlükəsiz  hiss  edirik. Avropa  Ittifaqı  ilə  münasibətlərimizə  gəldikdə  isə,  biz  bu 

münasibətlərimizin  səviyyəsindən  məmnunuq.  Bu  cür  münasibətlərdə  təşəbbüs 

həmişə Avropa Ittifaqından gəlir. Biz Avropa Ittifaqı ilə əlaqələrimizi - Avropa Itti-

faqı bunu nə qədər istəyirsə, o qədər qurmaq istəyirik və bu təşkilatla əməkdaşlıqda, 

inteqrasiyada  Avropa  Ittifaqı  nə  dərəcədə  hazırdısa,  biz  də  bir  o  qədər  irəliyə 

getməyə hazırıq. 

Siz  sualınızda  qeyd  etdiniz  ki,  Gürcüstan  və  Ermənistan  sizin  fikrinizcə  bu 

istiqamətdə irəliləyirlər. Lakin onların bu istiqamətdə irəliləmə sürəti də Avropa It-

tifaqından asılıdır. Buna görə də biz realist olmalıyıq. Əgər Avropa Ittifaqı bizi asso-

siasiya olunmuş, inteqrasiya olunmuş və ya hansısa digər şəkildə görmək istəyirsə, 

biz buna hazırıq. Lakin eyni zamanda, qeyd etmək istəyirəm ki, biz öz siyasətimizi 

populizm üzərində yox, realizm üzərində qururuq. Biz burada və ya orada olmaq 

istəyimizlə bağlı hər hansı bir bəyanatdan uzaq olmağa çalışırıq. Bu bir prosesdir. 

Buna biz də hazır olmalıyıq, Avropa da hazır olmalıdır. 

Yenə də demək istəyirəm ki, bu gün bizim Avropa Ittifaqı ilə əlaqələrimiz çox 

müsbət  istiqamətdə  inkişaf  edir  və  əlbəttə  ki,  biz  “Şərq  tərəfdaşlığı”na  böyük 

ümidlərlə baxırıq. Mən belə düşünürəm ki, bu təşəbbüs mütləq Azərbaycan ilə Av-



157

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

ropa Ittifaqı arasında daha yaxın əməkdaşlığa xidmət etməlidir. 

Enerji dəhlizləri və o cümlədən, Nabukko ilə əlaqədar demək istəyirəm ki, biz 

təşəbbüslərimizin  nəticəsində  meydana  çıxan  bütün  layihələri  dəstəkləyirik.  Na-

bukko layihəsindən danışdıqda, biz bu layihənin necə meydana gəlməsinə nəzər 

salmalıyıq. Bu layihə irəli sürülən zaman Azərbaycan potensial təchizatçı ölkələr 

sırasında deyildi. Azərbaycan yalnız tranzit ölkə kimi nəzərdə tutulurdu. Potensial 

təchizatçılar digər ölkələr idi və onlar bu gün də Nabukko layihəsi üçün mühüm 

ehtiyatlara malik ölkələr sayılırlar. Lakin sonradan aydın oldu ki, Azərbaycan təkcə 

tranzit deyil, eyni zamanda, təchizatçı ölkə ola bilər, biz bu barədə daha ətraflı da-

nışmağa başladıq. Biz ötən ilin noyabrında Bakıda böyük enerji sammiti keçirdik 

və orada Nabukko, həmçinin hazırda mövcud olan və gələcəkdə nəzərdə tutulan 

digər  layihələrə  iştirakçı  ölkələr  tərəfindən  güclü  dəstək  verildi.  Sammitin  birgə 

bəyannaməsinə imza atan ölkələr sırasında Avropa Ittifaqına üzv olan doqquz ölkə 

də var idi. 

Fikrimcə,  Nabukko  layihəsinin  reallaşmasını  sürətləndirmək  üçün  bir  neçə 

mühüm məsələ öz həllini tapmalıdır. Əvvəla, tranzit məsələləri. Tranzit ölkələrlə 

tranzit müqaviləsi yoxdur. Bu məsələ bir ildən artıqdır ki, həllini gözləyir. Bizim 

mövqeyimiz tamamilə beynəlxalq normalara, beynəlxalq təcrübəyə əsaslanmışdır 

və bu mövqe Avropa Ittifaqı tərəfindən dəstəklənir. Ikincisi, güclü siyasi dəstək. 

Belə düşünürəm ki, bunsuz Nabukko layihəsini həyata keçirmək çətin olacaqdır. 

Üçüncüsü, çox güclü maliyyə öhdəliyi. Əgər Nabukko layihəsi konsorsiumunda iş-

tirak edən ölkələrin siyahısına baxsaq, görərik ki, öz hesablarına milyardlarla dollar 

məbləğində vəsait qoymaq onlar üçün çətin ola bilər. Beynəlxalq maliyyə yardımı-

na, bank kreditlərinə böyük ehtiyac var. Hətta biz Bakı-Tbilisi-Ceyhan boru xəttini 

inşa edərkən, bp və digər şirkətlərin bu layihədə iştirakına baxmayaraq, xərclənən 

vəsaitin 75 faizi müxtəlif banklardan alınan vəsait idi. Bu gün biz maliyyə paketi ilə 

bağlı vədverici addımların atıldığını görürük. Digər mühüm məsələ bütün iştirakçı 

ölkələr, o cümlədən hasilatçı, istehlakçı və tranzit ölkələr arasında güclü koordina-

siyanın olmasıdır. Buna görə də düşünürəm ki, bütün bu addımlar atılarsa, layihənin 

yaxşı gələcəyi ola bilər. 

“Şahdəniz” yatağının ikinci fazası ilə bağlı sualınıza qismən cavab vermişəm. 

Bununla bağlı yubanma var və bu yubanma bizim səhvimiz üzündən deyil, tranzit 

məsələsinin həll olunmaması səbəbindən baş verir. Biz “Şahdəniz” yatağının ikinci 

fazası ilə bağlı azı iki il vaxt itirdik. “Şahdəniz” qazına Avropada böyük ehtiyac var. 

Qaz məsələsinə bir daha qayıdaraq bildirmək istəyirəm ki, biz bu prosesi baş-

ladıq, boru kəmərlərini çəkdik. Boru kəmərlərini Türkiyəyə çəkdik, indi isə həmin 

kəmərlə nəql olunan qaz Yunanıstana çatdırılır. Bizim üçün bazar qıtlığı yoxdur, 

ətrafımızda bazarlar çoxdur. Qonşu ölkədən bizə təklif olundu ki, biz istədiyimiz 

qədər qazı onlara sata bilərik. Ona görə də layihəyə bilərəkdən və ya bilməyərəkdən 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə