146
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Avropa Ittifaqı konkret fayda əldə edə bilərlər. Bir sözlə, göndərəcəyimiz mesaj
müsbətdir. Biz Azərbaycan ilə bir çox sahələrdə birgə işləmək arzusundayıq. Biz
Avropa ilə daha sıx əməkdaşlığın aparılması məqsədilə Azərbaycan tərəfindən atıl-
mış bütün addımları alqışlayırıq. Hesab edirəm ki, bu, həm Azərbaycanın, həm də
bütövlükdə Avropa Ittifaqının marağındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatı
Hörmətli xanımlar və cənablar,
Ilk öncə, mən Brüsselə yenidən səfər etmək məqsədi ilə göndərdiyi dəvətinə
görə cənab Sədrə minnətdarlığımı bildirmək istəyirəm. Xatirimdədir ki, sonuncu
səfərim zamanı biz strateji enerji tərəfdaşlığı haqqında Memorandum imzaladıq.
Həmin vaxtdan etibarən, Avropa Ittifaqı ilə Azərbaycan arasında münasibətlər
uğurla inkişaf etmişdir. Biz münasibətlərimizə çox mühüm əhəmiyyət veririk.
Bugünkü söhbət bir daha göstərdi ki, həmin münasibətlər hər iki tərəf üçün necə
inkişaf etməlidir. Mən ölkəmizin iqtisadi inkişafı ilə bağlı söylədiyi sözlərə görə
cənab Sədrə dərin minnətdarlığımı bildirirəm. Faktiki olaraq, son beş il ərzində,
ölkəmizdə görünməmiş iqtisadi artım müşahidə olunmuşdur. Ümumi daxili məhsul
2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri isə, 10 dəfə artmışdır. Bu il,
iqtisadi böhrana və neftin qiymətlərinin gözəçarpan dərəcədə bir neçə dəfə aşa-
ğı düşməsinə baxmayaraq, biz artımı davam etdirəcəyik. Cari ilin birinci rübündə
iqtisadiyyatımız 4 faizdən çox artmışdır. Ən vacibi isə ondan ibarətdir ki, qeyri-
neft iqtisadiyyatı 14 faiz artmışdır. Bu, aydın şəkildə onu göstərir ki, bizim iqtisa-
di inkişafın şaxələndirilməsi, sərmayələr və iqtisadi islahatlar siyasətimiz onunla
nəticələnmişdir ki, biz artıq neft və qazdan asılı deyilik. Neft və qaz iqtisadiyyatı-
mızda əvvəl olduğu kimi həlledici rol oynamır. Biz iqtisadi islahatları davam etdi-
ririk. Ötən il, Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanı bir
nömrəli islahatçı ölkə elan etmişdir.
Azərbaycanda, həmçinin siyasi islahatlar aparılır. Iqtisadi və siyasi islahatlar pa-
ralel şəkildə həyata keçirilir. Bizim üçün Avropa Ittifaqı ilə münasibətlər vacibdir,
çünki biz istəyirik ki, həyatımızın bütün meyarları Avropa Ittifaqının meyarlarına
uyğun olsun. Həmin əlaqələrimiz çox möhkəmdir. Onların yaxşı gələcəyi var və
ikitərəfli maraqlara əsaslanır.
Enerji cənab Sədr ilə ciddi şəkildə müzakirə etdiyimiz məsələlərdən biri idi. Mən
Avropada müzakirə olunan layihələrə bir daha öz dəstəyimi bildirdim. Azərbaycan
Xəzərdən Qərbə gedən boru kəmərlərinin tikintisini başlayan ölkə oldu. Məhz bizim
təşəbbüslərimiz və işlərimiz əsasında bu gün biz Nabukko, Türkiyə-Yunanıstan-
Italiya, Transadriatik qaz kəmərləri və digər layihələr haqqında danışa bilərik, çünki
biz bütün zəruri ilkin işləri artıq yerinə yetirmişik. Bu gün, nəhəng neft və qaz ehtiyat-
147
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
ları, müasir infrastruktur, boru kəmərləri və önəmli məkanda yerləşən Azərbaycan
əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində mü-
hüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır. Əminəm ki, bu
səfər və gələcəkdə atılacaq addımlar həmin münasibətləri möhkəmləndirəcəkdir.
Mən dəvətə, o cümlədən məhsuldar və səmimi söhbətə görə cənab Sədrə bir daha
minnətdarlığımı bildirmək istəyirəm və bu söhbət gələcəyimiz üçün çox vacibdir.
Sağ olun!
148
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun
Brüsseldə birgə mətbuat konfransı keçirilmişdir
28 aprel 2009-cu il
Işçi nahardan sonra Azərbaycan Prezidenti Ilham Əliyev və Avropa Komissiya-
sının sədri Joze Manuel Barrozu birgə mətbuat konfransı keçirmişlər.
Cənab Joze Manuel Barrozu və Prezident Ilham Əliyev əvvəlcə jurnalistlər qar-
şısında çıxış etdilər.
Sonra jurnalistlərin suallarına cavab verildi.
Sual (Şahin Cəfərov, AzərTAc): Sualım Prezident Əliyev və cənab Barrozuya-
dır. Həm Azərbaycan, həm də Ermənistan “Şərq tərəfdaşlığı”nın üzvləridir. Halbuki
Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Vəziyyətlə bağlı
rəyinizi bilmək istərdik.
İlham Əliyev: Belə suala mən Azərbaycanda tez-tez cavab verirəm, ona
görə də, özüm birinci başlayım. Biz bu məsələni cənab Sədrlə müzakirə etdik.
Əlbəttə ki, uzun illər ərzində Ermənistan tərəfindən torpaqlarımızın davamlı işğa-
lı nəinki Azərbaycan, o cümlədən regional təhlükəsizlik və sabitlik üçün ən bö-
yük təhdiddir. Bu, regionumuzda təxminən iki onillikdir ki, müşahidə etdiyimiz
ən böyük ədalətsizlikdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri
qonşu ölkənin işğalı altındadır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı ölkə
daxilində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı apa-
rılmış etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağın inzibati sərhədlərinin
ətrafında yerləşən yeddi rayon hazırda Ermənistan silahlı qüvvələrinin nəzarəti
altındadır. Biz münaqişəni beynəlxalq hüquq normaları, o cümlədən ATƏT-in
qərarları və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı
qüvvələrinin ərazimizdən qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələri əsasında
həll etməyə çalışırıq. Bəzən Ermənistanın mövqeyi Dağlıq Qarabağda yaşayanların
öz müqəddəratını təyin etmək hüququna əsaslanır. Bu hüquq o demək deyil ki, öz
müqəddəratını təyin etmək Azərbaycanın ərazi bütövlüyünün pozulmasına gətirib
çıxarmalıdır. Ermənilər bir millət kimi öz müqəddəratını artıq təyin ediblər. On-
lar suveren Ermənistan dövlətinə malikdirlər. Əgər bu məntiqlə yanaşsaq, dünyada
əhalisi erməni olan 20 dövlət yarana bilər. Ikincisi, ermənilərin və azərbaycanlıların
Dağlıq Qarabağda öz müqəddəratını təyin etməsi suveren Azərbaycan dövlətinin
hüdudları çərçivəsində baş verə bilər və verməlidir. Beynəlxalq hüququn normaları
bunu tələb edir. Azərbaycan bu mövqedə qətiyyətlə dayanır və əminəm ki, münaqişə
yalnız bu əsaslarla həll oluna bilər.
Joze Manuel Barrozu: Bəli, əlbəttə ki, sizin qeyd etdiyiniz kimi, həm