Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə56/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   52   53   54   55   56   57   58   59   ...   146

149

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Azərbaycan, həm də Ermənistan “Şərq tərəfdaşlığı” çərçivəsində tərəfdaşlarımızdır. 

Icazə verin bir daha vurğulayım ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi 

ilə Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinə yönəlmiş 

bütün səyləri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu sahədə müəyyən irəliləyiş 

olacaq. Biz bu yaxınlarda həmin müzakirələrin keçirilməsinə çağırırıq. Bilirəm ki, 

Prezident Əliyev Praqada Ermənistan prezidenti ilə görüşəcək. Biz bu problemin 

həllinə yönəlmiş səyləri dəstəkləyirik, çünki bu, elə problemdir ki, konstruktiv və 

yaxşı münasibətlər qurmaq istədiyimiz hər iki ölkəyə təsir göstərir. Biz regionda 

gərginliyin azaldılması üçün atılan hər bir addımı dəstəkləyəcəyik. Inanırıq ki, re-

gionda daha yaxşı mühit yaratmaq üçün, müəyyən irəliləyişə nail olmaqdan ötrü bir 

sıra konkret aspektlər vacibdir.

Sual (“Sabah Daily” qəzeti): Sualım Sədr Barrozuya və Prezident Əliyevədir. 

Ermənistan ilə Türkiyə arasında son yaxınlaşmanı müzakirə etdinizmi? Məsələ ilə 

bağlı mövqeyinizi bilmək istərdik.

Joze Manuel Barrozu: Bu dəfə, mən başlayım. Bəli, məsələni müzakirə etdik. 

Bizim çox yaxşı və səmimi söhbətimiz oldu. Dostlar arasında hər bir şey müzakirə 

olunur. Biz bu məsələni çox açıq şəkildə müzakirə etdik. Əvvəlcə icazə verin bildi-

rim ki, mən məsələnin Azərbaycan üçün həssaslığını tam anlayıram. Biz bunu an-

layırıq. Prezident Əliyev məsələnin Azərbaycan xalqı üçün nə olduğunu çox aydın 

şəkildə bildirdi. Eyni zamanda, siz anlayırsınız ki, Avropa Ittifaqı kimi biz regionda 

istənilən vaxt gərginliyin azaldılmasından çox məmnunuq. Türkiyə ilə Ermənistan 

arasında gərginliyin azaldılması faktına gəldikdə isə hesab edirəm ki, biz bunu al-

qışlayırıq. Buna görə də biz məsələni alqışlayırıq, çünki Türkiyə ilə Ermənistan 

arasında  ənənəvi  olaraq  çox  mühüm  problemlər  var.  Hesab  edirik  ki,  bu,  bütöv 

region üçün faydalı ola bilər. Beləliklə, biz bu müsbət hadisəni alqışlayırıq. La-

kin bu, o demək deyil ki, biz Dağlıq Qarabağ məsələsinin həllini istəmirik və mən 

çox aydın şəkildə qeyd edirəm ki, biz ümid edirik və çox istəyirik ki, Azərbaycan 

və Ermənistan problemin həllinə nail olsunlar. Biz bunu əvvəlcə də rəsmən qeyd 

etmişik. Bu gün mən Prezident Əliyevə bunu bildirdim və məsələnin Azərbaycan 

xalqı üçün nə qədər həssas olduğunu onun tərəfindən çox açıq və aydın şəkildə izah 

edildiyinə görə, ona minnətdarlığımı bildirmək istəyirəm. 

İlham  Əliyev:  Biz  Sədr  Barrozu  ilə  çox  geniş  şəkildə  bir  çox  məsələləri,  o 

cümlədən regional inkişaf və əməkdaşlıq məsələlərini müzakirə etdik. Əlbəttə ki, 

biz regional əməkdaşlıqdan danışarkən, sizin də sualınızda qeyd etdiyiniz region-

dakı  son  hadisələrdən  yan  keçə  bilməzdik.  Biz  bu  məsələ  ilə  bağlı  mövqeyimi-

zi  dəfələrlə  bildirmişik.  Bu  mövqe  ondan  ibarətdir  ki,  biz  heç  vaxt  nə  digər  bir 

ölkənin daxili işlərinə qarışırıq, nə də ki, iki suveren ölkə arasındakı münasibətlərə. 

Bu, Türkiyə və Ermənistan tərəfindən qəbul edilə bilən bir qərardır. Öz araların-

da  münasibətləri  necə  davam  etdirmək  onların  öz  seçimidir.  Bu  məsələnin  tari-




150

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

xi  kökləri  ilə  bağlı  bəzi  şərhlərə  gəldikdə  isə,  xatırlatmaq  istəyirəm  ki, Türkiyə 

ilə  Ermənistan  arasında  sərhəd  1993-cü  ildə  Ermənistan  tərəfindən  Azərbaycan 

ərazilərinin işğalı nəticəsində bağlanmışdır və bu gün bu işğal davam edir. Bu gün 

Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini hələ də işğal 

altında saxlamaqda davam edir. Bir daha demək istəyirəm ki, biz belə bir mövqedə 

deyilik ki, bu iki ölkə arasında münasibətlərin irəliyə getməsinə imkan verək və ya 

onun qarşısını alaq. Yalnız bir şeyi qeyd etmək istəyirəm ki, bizim də öz siyasətimizi 

regionda mövcud olan yeni reallığa uyğunlaşdırmaq, regionda yarana biləcək yeni 

vəziyyətə uyğun addımlar atmaq hüququmuz var. Bu gün biz bu məsələ ilə bağlı 

müxtəlif mənbələrdən bir çox ziddiyyətli şərhləri eşidirik. Bəziləri deyir ki, ilkin 

şərtlərlə “yol xəritəsi” tərtib edilmişdir. Digər mənbələrdən eşidirik ki, ilkin şərtlər 

haqqında “yol xəritəsi”ndə heç nə deyilməyib. Bu, bir növ söz oyunudur. Hesab 

edirəm ki, dünya, region və Azərbaycan xalqı nəyin baş verdiyini bilməlidir. Dağlıq 

Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə Ermənistan arasında yaxınlaşma 

kontekstindən çıxarılıb, ya yox? Bu, çox sadə cavab tələb edən sadə bir sualdır. 



Sual (Xədicə İsmaylova, “Azadlıq” radiostansiyası): Azərbaycanda demokra-

tik sahədə inkişafla bağlı göstəricilərə gəldikdə nə deyə bilərsiniz? Bu baxımdan, 

əməkdaşlıq sazişi əsasında yeni mərhələ haqqında danışmaq olarmı? 

Joze Manuel Barrozu: Bu yaxınlarda biz öz hesabatımızı dərc etdik. Mənim 

Prezident Əliyevlə çox mehriban və açıq söhbətim oldu. Biz Azərbaycanda qanu-

nun  aliliyi  ilə  bağlı  göstərilən  səyləri  çox  yüksək  dəyərləndiririk.  Bir  neçə  dəfə 

burada qeyd edilmişdir ki, ölkədəki meyarlar Avropa Ittifaqının meyarlarına uy-

ğunlaşdırılmalıdır. Biz bu sahədə irəliləyişi görmək arzusundayıq. Cənab Əliyevin 

dediyi kimi, iqtisadi islahatlar, həmçinin siyasi islahatlarla müşayiət olunmalıdır. 

Hesab edirəm ki, demokratiya ən münasib siyasi sistemdir və Azərbaycan öz de-

mokratik sistemi və təsisatları, qanunun aliliyi baxımından bir çox işlər görmüşdür. 



İlham Əliyev: Əlavə etmək istəyirəm ki, çiçəklənən davamlı cəmiyyəti qanunun 

aliliyi və cəmiyyətin güclü şəkildə demokratikləşməsi olmadan qurmaq mümkün 

deyil. Iqtisadi və siyasi islahatlarımız paralel şəkildə aparılır. Onlar bir-birini tamam-

layır. Mən qətiyyətlə inanıram ki, ciddi iqtisadi və sosial problemlər, o cümlədən 

yoxsulluq olan ölkədə əsl demokratik dövlət qurmaq çox çətin olacaq. Ona görə də 

səylərimiz uğurla azaltdığımız yoxsulluğun aradan qaldırılmasına yönəlib. Son beş 

il ərzində yoxsulluq səviyyəsi xeyli azalmışdır. Ölkəmizin demokratikləşməsi də 

uğurla getmişdir. Avropa Ittifaqı və Avropa Şurası ilə münasibətlərimiz gündəlikdə 

bu məqsədi güdür. Əgər bu, Azərbaycanın məqsədi olmasaydı, biz bunu etməzdik. 

Xüsusən nəzərə alsaq ki, Azərbaycan güclü iqtisadi potensiala malik olan və özü-

nü  təmin  edən  ölkədir. Azərbaycan  müstəqil  ölkə  kimi  yaşamaq  və  uğurla  inki-

şaf  etmək  qabiliyyətini  artıq  nümayiş  etdirmişdir.  Biz  öz  siyasi  sistemini,  sosial 

problemlərin həllini və iqtisadi azadlıqları Avropa Ittifaqının meyarlarına uyğun-



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə