Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə64/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   60   61   62   63   64   65   66   67   ...   146

171

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

caq, həm də bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyümüzü bərpa etməyə 

gətirib çıxaracaq, habelə regiona proqnozlaşdırma, təhlükəsizlik gətirəcəkdir. 

Mən  bir  daha  qeyd  etmək  istəyirəm  ki,  bizim  ikitərəfli  gündəliyimiz  çox  ge-

nişdir.  Çox  şadam  ki,  cənab  sədri Azərbaycanda  qəbul  edirəm.  Mən  çox  şadam 

ki, 2011-ci il məhz burada, Bakıda belə mühüm səfərlə başlayır. Əminəm ki, belə 

tərəfdaşlıq  ruhu  bizim  ikitərəfli  münasibətlərimizdə  həmişə  əsas  yer  tutacaq  və 

gələn aylar ərzində daha çox müsbət nəticələrimiz olacaqdır. Cənab sədr, ölkəmizə 

səfər etdiyinizə görə çox sağ olun və mən sizə səfərinizin yaxşı keçməsini arzula-

yıram.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bəyanatı 

Sağ  olun,  cənab  Prezident.  Mən  də  bu  gün  burada,  Bakıda  olmaqdan  çox 

məmnunam və Sizin xeyirxah dəvətinizi, Prezident Əliyevin dəvətini qəbul etdim.

Prezident Əliyevlə görüş çox açıq və səmimi, dostluq, mehribanlıq şəraitində 

keçdi və biz olduqca strateji əhəmiyyət daşıyan məsələləri müzakirə etdik. Bildiyi-

niz kimi, bu məsələlər həm Avropa Ittifaqı, həm də Azərbaycan üçün əhəmiyyətlidir. 

Biz Azərbaycan ilə Avropa Ittifaqı arasında olan tərəfdaşlığı əhatə etdik və bir me-

yil kimi bu tərəfdaşlıq artıq reallıqdır. Eyni zamanda, mən bizə göstərilmiş səmimi 

qonaqpərvərliyə görə minnətdaram. Mən sabah da buradayam və hesab edirəm ki, 

çıxışlarım olacaqdır. Mən Bakı Dövlət Universitetində çıxış edəcəyəm və bilirəm ki, 

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk olaraq bir çox mütərəqqi 

işlər görmüşdür. Çox sağ olun, mənə belə bir fürsət yaratmısınız ki, səfərimi belə 

başlayım və eyni zamanda, sabah həmin ali təhsil ocağında çıxış edim. 

Avropa  Ittifaqı  Prezident  Ilham  Əliyevin  rəhbərliyi  altında  həyata  keçirilən 

islahatları  dəstəkləyir.  Bu  gün  Prezident  bildirdi  ki,  o, Avropa  Ittifaqının  “Şərq 

tərəfdaşlığı”nda  üstün  tutulmuş  dəyərlərini  ölkəsinin  inkişafı  üçün  bir  ilhamlan-

dırıcı amil kimi qəbul edir. Bu, əlbəttə ki, həm də bizim prinsiplərimizin aliliyini 

nəzərdə tutur. Biz bunu açıq şəkildə cənab Prezidentlə müzakirə etdik və bildirdik 

ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma - bunlar da 

bizim münasibətlərimizdə vacib bir məqamdır. 

Ikitərəfli  tərəfdaşlığımıza  gəldikdə,  bildiyiniz  kimi,  yeni  Assosiasiya  Sazişi 

mövcuddur  ki,  bununla  bağlı  artıq  danışıqlar  başlanıbdır.  Məqsəd  bizim  strate-

ji  əlaqələrimizi  daha  da  dərinləşdirmək  və Azərbaycanı Avropa  Ittifaqının  baza-

rına daha da yaxın etməkdən ibarətdir. Eyni zamanda, mən böyük məmnunluqla 

bildirirəm ki, biz vizanın asanlaşdırılması sazişi üzərində də danışıqlara başlaya-

cağıq. Bu da yaxın gələcəkdə baş verəcək, Azərbaycan vətəndaşlarının Avropa Itti-

faqı ölkələrinə səfərlərini daha da asanlaşdıracaqdır. Hesab edirəm ki, bu, olduqca 

əhəmiyyətli məsələdir ki, insanlar arasında təmaslar daha da sıx olsun. 




172

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Eyni  zamanda,  Avropa  Ittifaqı  siyasi  və  iqtisadi  islahatların  aparılmasın-

da  Azərbaycanı  dəstəkləməkdə  əzmlidir.  Hesab  edirik  ki,  gələn  illər  ərzində 

münasibətlərimizdə bu kimi məsələlər də vacib hesab olunacaqdır. Bu baxımdan 

Azərbaycan öz töhfəsini verir. 

Eyni  zamanda,  hesab  edirik  ki,  bizim  enerji  sahəsində  əməkdaşlığımız  çox 

yaxşı  qurulubdur.  Burada,  mənim  nümayəndə  heyətimdə  cənab  Günter  Ottinger 

də var, o da xüsusi olaraq məhz həmin məsələlərlə məşğuldur. Mən Prezident Il-

ham Əliyevlə ikitərəfli dialoq apardım. Azərbaycan bu sahədə Avropa Ittifaqının 

etibarlı tərəfdaşıdır. Biz hesab edirik ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə 

kimi  çox  mühüm  rol  oynayır.  Əslində, Azərbaycan  şaxələndirmə  məsələsinə  ilk 

yol  açan  bir  ölkə  rolunu  oynayır.  Çünki  biz  bilirik  ki,  hələ Azərbaycan  1990-cı 

illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi 

təşəbbüsü ilə çıxış etmişdi. Indi isə artıq növbə qazındır. Elə buna görə də biz bu 

gün Cənub qaz dəhlizi ilə bağlı Birgə bəyannaməni imzaladıq. Bu da Avropa Ittifa-

qının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqdır. Bu dəhlizin yaradıl-

ması bizim müştərək strateji marağımızdan irəli gəlir. 

Bu  da  çox  vacibdir  ki,  bizim  təhlükəsizliyimiz  və  enerji  təchizatımızın 

şaxələndirilməsi  olduqca  vacibdir.  Bu,  həm  də  tələblə  bağlıdır.  Eyni  zamanda, 

Azərbaycan istəyir ki, öz ixracını daha da şaxələndirsin və Avropa Ittifaqına id-

xala öz töhfəsini verir. Məhz Cənub dəhlizi sayəsində Azərbaycan çox etibarlı bir 

çıxış olacaqdır. Bu da bizim inkişafımız üçün uzunmüddətli perspektiv açır. Eyni 

zamanda, biz çox istəyirik ki, “Şahdəniz” qaz yatağı da yaxın vaxtlarda işlənilsin. 

Ümidvaram, bu, bizə elə bir imkan verəcək bəyan edək ki, Azərbaycan XXI əsrdə 

bu sahədə ən ilkin addımlar atan bir ölkə olacaqdır. 

Xanımlar və cənablar, biz bir çox digər məsələləri də müzakirə etdik, regional 

vəziyyəti nəzərdən keçirdik. Mən xüsusi olaraq Azərbaycanın bu gün Əfqanıstanda 

sülhün təmin edilməsində, Iraq və Kosovoda oynadığı rolu yüksək dəyərləndirdim 

bildirirəm ki, bunu Avropa Ittifaqı da çox yüksək dəyərləndirir. 

Bu regiona gəldikdə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsində irəliləyişin 

olmaması ilə bağlı öz narahatlığımı yenə də sizinlə bölüşürəm. Mən həm ailələrə, 

həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət 

çəkmisiniz.  Amma  artıq  vaxt  çoxdan  yetişib  ki,  bu  məsələnin  həlli  sülh  yolu 

ilə  təmin  edilsin.  Buna  görə  də  ATƏT-in  Minsk  qrupu  öz  fəaliyyətini  davam 

etdirməlidir. Bildiyiniz kimi, Avropa Ittifaqı da öz səylərini göstərir. Mən, eyni za-

manda, bu fürsətdən istifadə edərək, Prezident Əliyevə və sizə demək istəyirəm: 

həmin  münaqişədən  əziyyət  çəkmiş  bütün  ailələrə  və  icmalara  öz  narahatlığımı 

bildirirəm.  Eyni  zamanda,  əmin  etmək  istəyirəm  ki,  bu  baxımdan Avropa  Ittifa-

qı öz səylərini davam etdirəcəkdir. Icazə verin, onu da bildirim ki, Avropa Birli-

yi, əlbəttə ki, tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipini 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə