Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə72/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   68   69   70   71   72   73   74   75   ...   146

193

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Avropa İttifaqı 

Brüssel, 3 sentyabr 1993-cü il 

Dağlıq Qarabağa dair bəyanat 

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda getdikcə genişlənən Azərbaycan ərazisini 

işğal  edən  yerli  erməni  qoşunlarının  hücumlarını  pisləyir.  Onlar  təəssüf  hissi  ilə  qeyd  edirlər 

ki,  bu  hərəkətlər  döyüş  bölgəsini  genişləndirməklə  daha  böyük Azərbaycan  ərazisini  əhatə  edir, 

Azərbaycanda  çox  ciddi  qaçqın  problemi  meydana  gətirir  və  qonşu  ölkələri  qatmaqla  regional 

təhlükəsizliyi getdikcə azaldır. 

Birlik  və  ona  üzv  olan  dövlətlər  region  dövlətlərinin  ərazi  bütövlüyü  və  suverenliyinə  olan 

dəstəklərini bir daha bəyan edirlər. 

Birlik və ona üzv olan dövlətlər Azərbaycan Hökuməti və Dağlıq Qarabağın rəhbərliyi arasında 

31 avqust 1993-cü il tarixində əldə edilmiş müvəqqəti atəşkəsin davam etdirilməsi üçün ATƏM-in 

Minsk Qrupu çərçivəsində göstərilən səyləri tam dəstəkləyir. Birlik və ona üzv olan dövlətlər hər 

iki münaqişə tərəfini iyun ayının sonunda prinsip etibarı ilə razılaşdırılmış cədvəli yerinə yetirməyi 

mümkün edən hər hansı bir formada əlavə dialoqa başlamağa çağırırlar. 

Birlik və ona üzv olan dövlətlər həmçinin Dağlıq Qarabağın yerli erməni silahlı qüvvələrinin 

BMT TŞ-nın 822 və 853 saylı qətnamələrinə hörmət etdiyini və Kəlbəcər, Ağdam, Fizuli və Cəbrayıl 

rayonlarından geri çəkiləcəklərini görəcəklərinə ümid edirlər. Birlik və ona üzv olan dövlətlərin 

əlində Azərbaycanın bu ərazilərdən irimiqyaslı hücumlar həyata keçirmək iqtidarında olduğuna dair 

heç bir dəlil yoxdur. 

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ ermənilərinin BMT TŞ-nın 822 və 853 saylı 

qətnamələrinə və ATƏM-in Minsk Qrupunun təkliflərinə əməl etmələri üçün Ermənistan hökumətini 

özünün həlledici təsirindən istifadə etməyə çağırır. Birlik və ona üzv olan dövlətlər Ermənistana 

müraciət edərək Azərbaycan ərazisində hücumlar həyata keçirən yerli erməni hərbi birləşmələrinin 

bu  cür  hücumlarını  daha  da  genişləndirmək  üçün  onlara  maddi  yardımın  verilməməyini  təmin 

etməyə çağırır. 

 



194

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Avropa İttifaqı 

Brüssel, 9 noyabr 1993-cü il 

Dağlıq Qarabağa dair bəyanat 

Avropa Ittifaqı 24 oktyabr 1993-cü il tarixində Dağlıq Qarabağ regionunda əldə edilmiş atəşkəsin 

pozulmasını pisləyir və bütün qüvvələri son vaxtlarda işğal edilmiş ərazilərdən geri çəkilməyə çağı-

rır. Avropa Ittifaqı ATƏM prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə 

və suverenliyinə verdiyi əhəmiyyəti bir daha vurğulayır. 

Avropa Ittifaqını döyüşlər nəticəsində yurdlarından didərgin salınmış insanların aqibəti xüsusilə 

narahat edir. Bu insanların qəbul edilməsi və qorunması beynəlxalq ictimaiyyətin əsas vəzifəsi ol-

malıdır. Bundan əlavə qaçqınların mövcudluğu münaqişənin beynəlxalq xarakter alması təhlükəsini 

artırır və bütün regionun sabitliyini təhdid edir. 

Avropa Ittifaqı zərər çəkmiş əhaliyə göstərilən yardımı davam etdirmək əzmindədir və region 

dövlətlərini həmin yardımların çatdırılması prosesini asanlaşdırmağa çağırır. 

Avropa Ittifaqı Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli siyasi həllinə nail olmaq məqsədilə 

ATƏM-in Minsk Qrupu tərəfindən göstərilən səyləri tam şəkildə dəstəklədiyini bir daha bildirir. Av-

ropa Ittifaqı münaqişə tərəflərini 24 oktyabr 1993-cü il tarixində pozulmuş atəşkəsi bərpa etməyə 

çağırır. 

Bülleten AI 01-1994 (fr): 1.3.7

Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (7/20) 



195

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Avropa İttifaqının və Ermənistan, Azərbaycan və Gürcüstan

 respublikalarının birgə bəyannaməsi

Lüksemburq, 22 İyun, 1999-cu il

1. Avropa birlikləri, onların üzvü olan dövlətlər və Cənubi Qafqaz dövlətləri arasında tərəfdaşlıq 

və  əməkdaşlıq  haqqında  sazişlər  (TƏS)  imzalanması  üçün  Avropa  Ittifaqının  (AI)  Ermənistan, 

Azərbaycan və Gürcüstanın dövlət başçıları ilə ilk görüşü 1996-cı il aprelin 22-də Lüksemburqda 

keçirilmişdir.

Bu  gün,  onların  qüvvəyə  minməsi  ərəfəsində  biz  TƏS-in  preambulalarında  və  1-4-cü 

maddələrində  təsbit  olunmuş  ümumi  dəyərlər,  prinsiplər  və  məqsədlər  əsasında  qarşılıqlı 

əlaqələrimizi  möhkəmlətmək  üçün  bu  sazişlərdən  platforma  kimi  istifadə  etmək  niyyətimizi  bir 

daha təsdiqləyirik. Biz qeyd edirik ki, TƏS-dən hər birinin preambulalarında tərəflər zəruri bildikləri 

elementləri irəli sürmüşlər, bu elementlərin dəstəklənməsi Avropada sülh və sabitlik üçün təminata 

töhfə verəcəkdir.

2. Avropa Ittifaqı Cənubi Qafqaz regionuna siyasi və iqtisadi əhəmiyyət verdiyini nəzərə çarpdırır. 

O xatırladır ki, TƏS Çənubi Qafqaz respublikalarının Avropada və qonşu regionlarda əməkdaşlığın 

daha geniş sahəsinə tədricən yaxınlaşdırılmasına kömək etməyə yönəldilmişdir. 

3. TƏS Avropa Ittifaqı ilə siyasət, ticarət və investisiya məsələləri üzrə uzunmüddətli tərəfdaşlığın 

inkişafı üçün çərçivəni və zəmini təmin edir. AI sazişlərin yaratdığı imkanlardan tam həcmdə istifadə 

olunması üçün öz tərəfdaşlarını təşviq edir. Biz ümid edirik ki, TƏS-ə uyğun olaraq əməkdaşlıq üzrə 

ilk şuralar mümkün qədər tez keçiriləcəkdir.

4. Biz qanunun aliliyinin və yaxşı idarəetmənin vacibliyini nəzərə çarpdırırıq. AI demokratik 

təsisatların möhkəmləndirilməsi və insanın fərdi hüquqlarının müdafiəsi sahəsində Cənubi Qafqaz 

respublikalarının səylərini dəstəkləməyi öhdəsinə götürür. 

Biz həm TƏS-in 5-ci maddəsində nəzərdə tutulmuş siyasi dialoq vasitəsilə, həm də regionun üç 

hökuməti ilə AI missiyaları arasında mövcud əlaqələr vasitəsilə bu məsələlər üzrə əməkdaşlığımızı 

gücləndirməyə razıyıq.

5.  Biz  həmçinin  etiraf  edirik  ki,  qanunun  aliliyi  və  vətəndaş  cəmiyyətinin  inkişafı  özəl  sek-

torun  tərəqqisi  üçün  mühüm  amildir. AI  dövlətləri  şirkətlərin  bizneslə  məşğul  olması  və  xarici 

sərmayələrin cəlb edilməsi üçün şəffaf və ədalətli qanunvericilik çərçivələri yaratmağa çağırır. Biz 

TƏS-də nəzərdə tutulduğu kimi, iqtisadi qanunvericiliyin və qaydaların Avropa normaları ilə uyğun-

laşdırılmasına olduqca böyük əhəmiyyət veririk. Avropa Ittifaqı bu məqsədə nail olmaqda Cənubi 

Qafqaz dövlətlərinə kömək göstərilməsini davam etdirəcəkdir.

6. Biz etiraf edirik ki, Cənubi Qafqazdakı münaqişələr üç dövlətin siyasi və iqtisadi inkişafına və 

onların əməkdaşlığına mane olur.

Biz siyasi və iqtisadi münasibətlərin normallaşdırılması və qaçqınların öz yerlərinə təhlükəsiz 

qayıtmasına təminat verilməsi məqsədi ilə məqbul qərarlara kömək sahəsində tərəflərin özlərinin və 

müvafiq təşkilatlar çərçivəsində beynəlxalq vasitəçilərin göstərdikləri bütün səyləri dəstəkləyirik.

Biz razıyıq ki, münaqişələr sülh danışıqları vasitəsilə və mövcud sazişlərə tam əməl edilməsi 

şərti ilə həll olunmalıdır.

7. AI hesab edir ki, onun yardımının səmərəliliyi regionda sülh proseslərinin inkişafı ilə bağlıdır. 

Buna görə də o, konkret tərəqqinin dəstəklənməsi üçün öz vasitələrindən istifadə etməyə hazırdır. 

O, regional əməkdaşlığa, münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə, keçmiş münaqişə 

zonalarına sərmayələr cəlb edilməsinə xüsusi əhəmiyyət verir. AI 1992-1998-ci illərdə regiona təkcə 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə