Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə68/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   64   65   66   67   68   69   70   71   ...   146

180

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

yıtması imkanının təmin edilməsinin zəruriliyi vurğulanıb.

Qarşılıqlı  münasibətlərin  inkişafında  digər  mühüm  addım  2000-ci  ilin  apre-

lin  3-də  “AI  yanında  Azərbaycan  Respublikası  nümayəndəliyinin  fəaliyyətinin 

təşkilati təminatı haqqında” adlı prezident sərəncamı əsasında Azərbaycanın AI-də 

daimi nümayəndəliyinin təsis edilməsi və 2003-cü ilin iyulunda AI-nin Cənubi Qaf-

qazda öz xüsusi nümayəndəsini təyin etməsi oldu. 4 fevral 2008-ci ildən etibarən 

isə Avropa Komissiyasının Azərbaycan Respublikasında nümayəndəliyi fəaliyyət 

göstərir. 

2004-cü ildən başlayaraq AI-Azərbaycan əlaqələrində yeni bir mərhələ başla-

dı. Azərbaycan Avropa Ittifaqı ilə “Yeni Qonşuluq Siyasəti” proqramı çərçivəsində 

özünün  bir  çox  iqtisadi,  siyasi,  hüquqi  və  inzibati  islahatlarını  həyata  keçirmək 

imkanı qazanır, bu məqsədlə Ittifaqın texniki-maliyyə dəstəyini alır. Azərbaycan 

həmçinin, yeni proqram çərçivəsində AI-dən onun daxili bazarlarına çıxış kvotası, 

işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyəsi imkanı əldə 

etdi. 


Prezident Ilham Əliyev ölkənin “Yeni Qonşuluq Siyasəti” proqramına daxil olma-

sı nəticəsində Avropaya inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə keçidini nəzərə 

alaraq, Azərbaycan Respublikasının AB-nə inteqrasiyası üzrə dövlət komissiyası 

yaradılması haqda 1 iyun 2005-ci ildə sərəncam verdi. Sərəncamda AI ilə siyasi, iqti-

sadi, nəqliyyat və enerji, hüquq, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, 

humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupların yaradılması 

nəzərdə tutulurdu. 2006-cı ilin noyabrında Avropa qonşuluq siyasəti çərçivəsində 

“Azərbaycan-AI fəaliyyət planı” qəbul edilib. Fəaliyyət planının həyata keçirilməsi 

üçün AI 92 mln. avro vəsait ayırıb. Proqram çərçivəsində Brüsselə dəvət olunan 

(may 2004) ilk Cənubi Qafqaz ölkəsinin lideri Ilham Əliyev idi. Bütün bu faktlar 

AI-nin Azərbaycana böyük önəm verdiyinin göstəricilərindəndir. Səfər çərçivəsində 

prezident Ilham Əliyev bildirmişdir ki, “Avropa Ittifaqına inteqrasiya bizim strateji 

məqsədimizdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin 2006-cı ilin no-

yabr ayında Brüsselə reallaşan səfəri zamanı Azərbaycanla Avropa Ittifaqı arasında 

enerji sahəsində sıx əməkdaşlığa dair memorandum imzalanıb. Avropa Ittifaqının 

Cənubi Qafqaz ölkələri ilə “Yeni Qonşuluq Siyasəti” proqramı təşkilatın regiona 

ciddi maraq göstərdiyini bir daha təsdiqləyir.

Avropa Ittifaqı tərəfindən yeni “Şərq Tərəfdaşlığı” təşəbbüsü irəli sürülüb. Bu 

təşəbbüsə əsasən, Avropa Ittifaqı 2013-cü ilə kimi 6 ölkəyə (Azərbaycan, Belarus, 

Moldova, Ukrayna, Gürcüstan və Ermənistan) 600 milyon avro məbləğində yardım 

göstərməyi planlaşdırır.

“Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində 3 əsas məqsəd vardır: 1) Hərtərəfli 

Institusional Quruculuq proqramları; 2) Tərəfdaş ölkələr arasındakı iqtisadi qeyri-




181

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

bərabərliyin və ölkələr daxilində sosial qeyri-bərabərliyin aradan qaldırılması üçün 

Pilot  Regional  Inkişaf  Proqramları;  3)  Şərq  Tərəfdaşlığı  Çoxtərəfli  Ölçüsünün 

yerinə yetirilməsi. 

Azərbaycan Prezidenti Ilham Əliyevin 2009-cu illərdə Belçika Krallığına işgü-

zar səfəri, Avropa Ittifaqının rəhbərləri ilə görüşləri, cari ilin yanvarında Avropa 

Komissiyasının sədri Joze Manuel Borrozonun Bakıya səfəri, imzalanan sənədlər 

bir daha təsdiq etdi ki, Azərbaycanla Avropa Ittifaqının əlaqələri Avropa Qonşu-

luq Siyasəti çərçivəsində uğurla inkişaf edir və bu əməkdaşlıq “Şərq Tərəfdaşlığı” 

təşəbbüsünün reallaşması ilə yeni mərhələyə daxil olmuşdur. 

 

 




182

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

MƏLUMAT - SORAQ MATERİALLARI

Anlayışlar

TACİS  -  Technical  Assistance  for  Commonwealth  of  Independent  States  – 

Avropa Ittifaqının Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərə texniki yardım 

göstərilməsini nəzərdə tutan proqramı

Novorossiysk  -  Qara  dəniz  sahilində  Rusiyaya  məxsus  liman  şəhəri.  Bakı-

Novorossiysk neft kəmərinin son məntəqəsi



Dağlıq  Qarabağ  - Azərbaycanın  cənub-qərbində  region.  7  iyul  1923-cü  ildə 

Azərbaycan SSR-in tərkibində yaradılmış muxtar vilayətin ərazisi (Dağlıq Qarabağ 

Muxtar  Vilayəti)  nəzərdə  tutulur.  Tərkibinə  Ağdərə,  Əsgəran,  Şuşa,  Xocavənd, 

Hadrut  rayonları  daxil  idi.  Erməni  separatçılarının  terror  və  təcavüzkarlıq 

fəaliyyətinə görə 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağın muxtariyyət statusu ləğv 

olunub. Hazırda ətrafındakı Azərbaycana məxsus 7 əlavə rayon da daxil olmaqla 

Ermənistanın  işğalı  altındadır.  Ermənistan  Dağlıq  Qarabağda  əslində  özünün 

yaratdığı separatçı erməni rejiminin idarəçiliyini bəhanə gətirərək Dağlıq Qarabağı 

işğal etməsi faktından boyun qaçırmağa çalışır. Azərbaycan tərəfi işğal olunmuş 

torpaqların  azad  edilməsi,  ərazi  bütövlüyünün  bərpa  olunması  şərtlərilə  Dağlıq 

Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verməyi təklif edir.

MDB  -  Sovet  Ittifaqının  süqutundan  sonra  ittifaqa  daxil  olmuş  12  dövlətin 

(Rusiya,  Azərbaycan,  Ukrayna,  Belorus,  Qazaxıstan,  Özbəkistan,  Qırğızıstan, 

Türkmənistan, Tacikistan, Ermənistan, Gürcüstan, Moldova) yaratdığı birlik (1991).

ATƏT-in Minsk qrupu - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə-

sinin  sülh  yolu  ilə  həlli  üçün ATƏT-in  vasitəçilik  fəaliyyəti  göstərən  orqanı.  24 

mart  1992-ci  il ATƏM  xarici  işlər  nazirlərinin  birinci  Helsinki  əlavə  görüşündə 

münaqişənin  həlli  məqsədilə  Minskdə  konfrans  çağırılması  nəzərdə  tutulub. 

Iştirakçıları Azərbaycan, Ermənistan, Belarus, Çexoslovakiya, Fransa, Almaniya, 

Italiya,  Rusiya,  Isveç,  Türkiyə  və  ABŞ  olmalı  idi.  Ermənistanın  təcavüzkarlığı 

nəticəsində Minsk konfransı baş tutmadı və həmin dövlətlərin vasitəçilik cəhdlərini 

davam etdirməsi ilə formalaşan qurum Minsk qrupu adlandırılmağa başladı. 



Qaçqın  -  Azərbaycan  Respublikasının  “Qaçqınların  və  məcburi  köçkünlərin 

‎statusu  haqqında”  Qanununun  1-ci  maddəsinə  əsasən  milliyyətinə,  irqi  və 

‎vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən ‎sosial 

qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, ‎əmlakına real 

təhlükə  yaranması  ilə  əlaqədar  daimi  yaşadığı  dövlətin  onu  müdafiə  ‎etməsindən 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə