Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə66/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   62   63   64   65   66   67   68   69   ...   146

175

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Bu, həmçinin Azərbaycan üçün əhəmiyyətlidir. Cənab Prezident elə indicə çox ay-

dın şəkildə izah etdi ki, yeni yataqlar kəşf edilibdir. Mən deyərdim ki, Nabukko öz 

əhəmiyyəti ilə, öz ölçüsü ilə həmin ehtiyatlara daha çox cavab verir. Eyni zamanda, 

biz inanırıq ki, “Cənub dəhlizi”nə artıq siyasi dəstək var. Mən bu layihələri bir-biri 

ilə ziddiyyət təşkil etməyən layihələr kimi görürəm. Fikir verin, burada kommer-

siya məsələsi var, yenə də bu, həmin o qərarlarla bağlıdır. Biz hamımız bilməliyik 

ki, bu, həmin qərarlar əsasında müəyyən ediləcəkdir. Zənnimcə, onların arasında ən 

vacib əhəmiyyəti olan Nabukkodur. Bu yaxınlarda belə bir qərar qəbul olunmuşdur 

ki, müəyyən fondlardan bu layihənin həyata keçirilməsinə maliyyə resursları ayrıl-

sın və ona görə də mən bir müddət əvvəl Türkiyəyə səfər etdim. Bildiyiniz kimi, 

Nabukko ilə bağlı hökumətlərarası saziş imzalandı. Bu da çox vacib bir addım idi 

görürsünüz ki, bizim dəstəyimizin bir rəmzidir. Çox sağ olun




176

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

TARİXİ ARAYIŞLAR

Avropa İttifaqı

Mənzil  qərargahı  Brüsseldə  yerləşən  Avropa  Ittifaqı  və  ya  Avropa  Birliyi 

(ing.  European  Union)  —  27  dövləti  birləşdirən  dövlətlərüstü  və  eyni  zamanda 

dövlətlərarası iqtisadi və siyasi təşkilatdır.

Formal olaraq 1 noyabr 1993-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın 

təməli  18  aprel  1951-ci  il  tarixli  Paris  Müqaviləsinə  əsasən,  Belçika, Almaniya, 

Fransa, Niderland, Lüksemburq və Italiya tərəfindən Avropa Kömür və Polad Birli-

yinin (AKPB) yaradılması ilə qoyulub.

Avropa Ittifaqı sülh və tərəqqi üçün birlikdə işləmək öhdəliyini götürmüş demok-

ratik Avropa ölkələrinin yığıncağıdır. Bu, mövcud ölkələri əvəz etmək niyyətində 

olan  Dövlət  deyil,  lakin  hər  hansı  beynəlxalq  təşkilatdan  daha  artıqdır.  AI-nın 

üzv dövlətləri ümumi təsisatlar yaratmış və öz suverenliklərinin bir hissəsini bu 

təsisatlara ötürürlər ki, ümumi maraq kəsb edən xüsusi məsələlər barəsində qərarlar 

Avropa səviyyəsində demokratik şəkildə qəbul edilə bilsin. Suverenliyin bu şəkildə 

birləşməsi həmçinin “Avropa inteqrasiyası” adlanır.

Avropa  Ittifaqının  tarixi  kökləri  Ikinci  Dünya  müharibəsinə  gedib  çıxır.  Av-

ropa  inteqrasiyası  ideyasının  Avropada  bu  qətllərin  və  dağıntıların  bir  daha 

təkrarlanmasının qarşısını alacağı güman edilirdi. Bu ideya ilk dəfə olaraq, Fransa-

nın xarici işlər naziri Robert Şumanın 9 may 1950-ci il tarixli nitqində irəli sürül-

müşdür. Bu tarix hər il Avropa Günü kimi qeyd olunur.

AI-nın hər biri xüsusi rol oynayan beş təsisatı var:

Avropa Parlamenti (üzv dövlətlərin əhalisi tərəfindən seçilir); 

Avropa Ittifaqının Şurası (üzv dövlətlərin hökumətlərini təmsil edir); 

Avropa Komissiyası (hərəkətverici qüvvə və icraedici orqan); 

AI Məhkəməsi (qanuna riayət olunmasını təmin edir); 

Auditorlar  Məhkəməsi  (AI  büdcəsinin  etibarlı  və  qanunauyğun  şəkildə  idarə 

olunmasına nəzarət edir).

Ilkin mərhələdə, AI sadəcə altı ölkədən ibarət olub: Belçika, Almaniya, Fran-

sa, Italiya, Lüksemburq və Hollandiya. Danimarka, Irlandiya və Böyük Britaniya 

1973-cü ildə, Yunanıstan 1981-ci ildə, Ispaniya və Portuqaliya 1986-cı ildə, Avs-

triya, Finlandiya və Isveç 1995-ci ildə AI-na qoşulmuşdular. 2004-cü ildə AI-nın 



177

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

tarixində ən böyük genişlənmə baş verdi və 10 yeni ölkə - Kipr, Çexiya Respub-

likası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya, Sloveniya, 

Bolqarıstan və Rumıniya 2007-ci ildə AI-na üzv oldular.

1  yanvar  2007-ci  il  tarixində Avropa  Ittifaqı  2004-cü  ilin  mayında  qurumun 

genişlənməsi  üzrə  başladığı  beşinci  prosesi  sona  çatdırdı.  Hazırda  AI  27  üzv 

dövlətdən  ibarətdir,  onun  təqribən  500  milyon  əhalisi  var  və  dünyada  ən  böyük 

ticarət blokudur. Insan haqları, demokratiya və qanunun aliliyi Avropa Ittifaqının 

təməl dəyərləridir. 

Ümumdünya Insan Haqları Bəyannaməsində tələb olunduğu və 1993-cü il Dün-

ya Konfransında Insan Haqlarında təsdiq olunduğu kimi AI, bütün insan haqlarına 

– istər mülki, istərsə də siyasi, iqtisadi, ictimai, yaxud mədəni – hər yerdə hörmət 

edilməsini təmin etməyi qarşısına məqsəd qoymuşdur. O, həmçinin qadın və uşaq-

ların, azlıqlara mənsub şəxslərin, habelə məcburi köçkünlərin hüquqlarını təşviq 

edir. 


AI üçün hüquqi və təşkilati bazanı müəyyən edən Lissabon Sazişində Ittifaqın 

aşağıdakı prinsiplər əsasında idarə edilməsi aydın şəkildə ifadə edilmişdir: demok-

ratiya, qanunun aliliyi, insan haqlarının və əsas azadlıqların ümumiliyi və ayrıl-

mazlığı, insan ləyaqətinə, bərabərlik və həmrəylik prinsiplərinə hörmət, Birləşmiş 

Millətlər Təşkilatı Xartiyasının və beynəlxalq hüququn prinsiplərinə hörmət. Bu 

prinsiplər, AI-nın bütün bu hüquqları bir mətndə ehtiva edən Əsas Hüquqlar Xarti-

yası ilə möhkəmləndirilmişdir. 

Ittifaq irqçilik, ksenofobiya, habelə din, cins, yaş, əlillik və cinsi təmayül kimi 

digər diskriminasiya növləri ilə mübarizə aparır. AI-ni xüsusilə narahat edən sığına-

caq və miqrasiya ilə bağlı insan haqlarıdır. 

Ittifaq insan haqlarına və demokratiyaya dəstəyi özünün xarici əlaqələr siyasətinin 

mərkəzi məsələsinə çevirmişdir. Bununla əlaqədar olaraq geniş miqyaslı proqram-

lar və fəaliyyətlər həyata keçirilir. 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə