Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə67/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   63   64   65   66   67   68   69   70   ...   146

178

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikası – Avropa İttifaqı münasibətləri

1993-cü ildən etibarən Azərbaycan Avropa Ittifaqı ilə münasibətlərdə maraqlı 

olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başla-

mışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın əlverişli coğrafi vəziyyəti, zəngin 

təbii ehtiyatları bu ölkəni Avropa Ittifaqı üçün maraqlı edir. Azərbaycanın Avropa 

Ittifaqı ilə əlaqələri əsas etibarilə müxtəlif proqramlar çərçivəsində həyata keçirilir. 

AI hələ ötən əsrin 90-cı illərinin əvvəllərində yeni müstəqil dövlətlərlə iş apar-

maq, demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturu yaratmaq, 

ticarət,  nəqliyyat,  gömrük-keçid  işlərini  inkişaf  etdirmək  üçün TASIS  proqramı-

nı hazırlayıb və onu maliyyələşdirir. AI-nin digər təşəbbüsü 1993-cü ilin mayın-

da, Brüsseldə 5 Orta Asiya, 3 Cənubi Qafqaz ölkəsi nümayəndəsinin iştirak etdi-

yi konfransda irəli sürülən “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” 

(TRASEKA)  layihəsidir.  Bu  layihə  tarixi  şərq-qərb  “Ipək  yolu”  dəhlizinin  yeni 

şəraitdə  bərpası,  nəqliyyat-kommunikasiya  infrastrukturlarının  bərpası  və  inki-

şaf etdirilməsini nəzərdə tutur. AI layihəyə texniki yardım proqramı hazırlayaraq 

kömək edir. TRASEKA layihəsinin reallaşmasında ən mühüm məqam 8-9 sentyabr 

1998-ci ildə Bakıda 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndəsinin iştirak etdiyi 

beynəlxalq konfrans oldu. Bu konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin 

həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən “Avropa-

Qafqaz-Asiya  nəqliyyat  dəhlizinin  inkişaf  etdirilməsi  üzrə  beynəlxalq  nəqliyyat 

haqqında çoxtərəfli əsas saziş” adlanan mühüm sənəd imzalandı. TRASEKA-nın 

intensiv fəaliyyətinin Azərbaycanın sosial-iqtisadi həyatında əhəmiyyətli rolu olub. 

Bu özünü yük daşımalarından əldə olunan gəlirdə, nəqliyyat infrastrukturunun inki-

şaf etdirilməsində, yeni iş yerlərinin açılmasında və s. sahələrdə göstərib. TRASE-

KA hökumətlərarası komissiyasının daimi katibliyi 21 fevral 2001-ci ildən Bakıda 

fəaliyyətə başlayıb və koordinasiya funksiyasını icra edir.

AI ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıran 

mühüm akt 1996-cı il aprelin 22-də imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazi-

şi” oldu. 1999-cu ildə qüvvəyə minən, qarşılıqlı münasibətlərin hüquqi-normativ 

əsasını təşkil edən bu sazişi prezident Heydər Əliyev “Azərbaycan dövləti üçün çox 

böyük əhəmiyyəti olan tarixi hadisə” kimi səciyyələndirmişdi. Bu saziş cəmiyyətin 

müxtəlif sferalarında - siyasi, iqtisadi, mədəni, sosial və s. qarşılıqlı münasibətlərin 

inkişafına  yönəlmişdi.  Sazişə  əsasən  təsis  edilən  tərəfdaşlığın  məqsədləri  belə 

müəyyən edilib:

Tərəflər arasında siyasi dialoqun inkişafı və bunun üçün müvafiq çər çivənin ya-

radılması.

Demokratiyanın möhkəmlənməsi və bazar iqtisadiyyatına keçidin başa çatdırıl-



179

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

masına yardım.

Davamlı  iqtisadi  inkişafa  nail  olmaq  məqsədilə  tərəflər  arasında  ticarətin  və 

sərmayə qoyuluşunun inkişaf etdirilməsi.

Qanunvericilik,  maliyyə,  vətəndaşlıq,  elm,  texnologiya  və  mədəniyyət 

sahələrində əməkdaşlığın əsaslarının qurulması.

Bu  sazişdən  irəli  gələn  vəzifələrin  icrası,  AI  ilə  əlaqələrin  genişlənməsi  və 

tənzimlənməsi sahəsində məqsədəuyğun tədbirlərin hazırlanıb həyata keçirilməsi 

üçün Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 1999-cu il tarixli sərəncamı 

ilə dövlət komissiyası yaradılıb.

Tərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişinin  qüvvəyə  minməsindən  sonra  AI  və 

Azərbaycan  münasibətlərində  ortaya  çıxan  daha  bir  keyfiyyət  dəyişikliyi  bu 

münasibətlərin strukturlaşmasıdır. Yaradılan orqanların - Əməkdaşlıq Şurası, parla-

ment əməkdaşlığı komitəsi - fəaliyyəti qarşılıqlı münasibətlərin davamlılığını, ni-

zamlı olmasını və mümkün qədər sistemləşdirilməsini təmin etdi.

1999-cu  ildən  etibarən  parlamentlərarası  əməkdaşlıq  intensiv  inkişaf  etməyə 

başladı.  Bu  sahədə  münasibətlərin  əsas  istiqamətlərindən  birini  2000-ci  ilin 

aprelində ilk toplantısı keçirilən parlamentlər çərçivəsində əməkdaşlıq təşkil edir. 

Komitə iclaslarında “Qafqaz ölkələrinin Avropa Birliyi üzvlüyünə doğru: Avropa 

parlamentindən  yeni  çağırış”  adlı  sənədin  müzakirəsi  münasibətlərdə  irəliləyişin 

təzahürü idi.

Əməkdaşlıq şurasının ilk iclası 10 oktyabr 1999-cu ildə keçirilib. Çoxsaylı gö-

rüş - iclaslarda aşağıdakı məsələlər müzakirə olunub: regional münaqişələrin həlli 

yolları,  regional  əməkdaşlıq  məsələləri  və  TASIS,  TRASEKA,  INOGEYT  kimi 

beynəlxalq proqramların rolu, Azərbaycanda keçirilən islahatlar, Avropanın iqtisadi 

və siyasi strukturlarına inteqrasiya, təhlükəsizlik məsələləri, məhkəmə sisteminin 

unifikasiyası, mətbuat azadlığı.

AI-nin  Dağlıq  Qarabağ  münaqişəsinə  münasibəti  son  illərdə  dəyişməkdədir. 

AI-nin 1992, 1993-cü illərdə qəbul etdiyi “Dağlıq Qarabağa dair bəyanat”larında 

münaqişəni  yaradan  işğalçı  dövlətlə,  işğala  məruz  qalan  dövlət  konkret  olaraq 

göstərilmirdi. Lakin 2002-ci ilin avqustunda Dağlıq Qarabağdan oyuncaq qurumda 

keçirilən prezident seçkilərilə bağlı “Prezident seçkilərinə dair AI adından sədrliyin 

Bəyənnaməsi”ndə, “Dağlıq Qarabağın müstəqilliyini tanımadığı”, “Azərbaycanın 

ərazi  bütövlüyünü  dəstəklədiyi”,  Ermənistanın  münaqişə  tərəfi  olması  açıq  və 

konkret  ifadə  edilib.  2010-cu  ili  mayın  20-də  Avropa  Parlamenti  “Avropa  Itti-

faqının  Cənubi  Qafqazda  strategiyasına  dair  tələb”  adlı  qətnamə  qəbul  edib.  Bu 

qətnamədə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlan-

ması məsələlərinə xüsusi yer verilib. Münaqişənin beynəlxalq hüququn norma və 

prinsipləri,  dövlətlərin  ərazi  bütövlüyü  çərçivəsində  nizamlanmasının  vacibliyi, 

qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qa-



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə