Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə65/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   61   62   63   64   65   66   67   68   ...   146

173

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

dəstəkləyir. Biz ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyirik və etimad 

yaratma  tədbirlərini  maliyyələşdirməyə  hazırıq.  Bütün  tərəflərin  razılaşacağı  və 

həll variantına nail olduğu halda sülh prosesinə siyasi cəhətdən dəstək verməyə və 

birgə yardım etməyə hazırıq.

Bildiyiniz kimi, Azərbaycan ilə Avropa Ittifaqı arasında faydalı əməkdaşlıq artıq 

göz qabağındadır. Eyni zamanda, bu gün Azərbaycan ilə imzaladığımız sənədlər 

Avropa Ittifaqı ilə tərəfdaşlığı daha da gücləndirəcəkdir. Indi isə daha əlavə addım-

lar atılmalıdır. Söhbət təkcə enerji sahəsindən getmir, digər sahələrdən də gedir. 

Məsələn, biz təhsil sahəsində əməkdaşlıq edə bilərik. Bu, bizim ürəyimizə çox yaxın 

olan bir məsələdir. Prezident Əliyev də bunu qeyd etdi ki, biz bu müasirləşdirməni 

birlikdə  irəliyə  doğru  aparmalıyıq.  Biz  qarşısına  qoyduğu  məqsədlərə  nail  ol-

maqda cənab Prezidentlə birgə işləməyi ürəkdən arzulayırıq və bunu səbirsizliklə 

gözləyirik. 

Mənə deyirdilər ki, qışın bu vaxtında bəlkə Bakıya səfər etməyim. Amma dedim 

ki, buna inanmıram, çünki Bakıda hava şəraiti tamamilə fərqlidir və buradakı in-

sanlar da çox gözəl və cazibədardır. Yəni belə bir tərəfdaş ölkəni belə bir şəraitdə 

görəndə, həqiqətən, insanın ürəyi açılır. Eyni zamanda, mən görürəm, burada nəinki 

gözəl şərait yaradılıb, həm də ətrafda çox gözəl inkişaf da var.

Sonra Azərbaycan Prezidenti Ilham Əliyev və Avropa Komissiyasının sədri

“Der  Spiegel”  jurnalının  müxbiri:  Cənab  Prezident  Əliyev,  “Cənub  qaz 

dəhlizi”nin ölkəniz üçün strateji əhəmiyyəti nədən ibarətdir? Cənab Barrozu, bu 

gün imzalanmış sənəd - bəyannamə bir növ sıçrayışdırmı, irəliləyişdirmi? 

İlham Əliyev: Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycan fəal surətdə çalışır 

ki, öz enerji resurslarını dünya bazarlarına çatdırsın. Biz neft hasilatından başladıq 

və beləliklə, neft kəmərini tikdik. Hazırda bizim şaxələndirilmiş nəqletmə marşrut-

larımız var. Indi 3 neft kəməri var ki, bizim neftimizi Qara dənizə və Aralıq dənizinə 

çıxarır. Təbii ki, neft və qaz məsələsi vacib məsələdir. Amma əsas məsələ o idi ki, 

biz gərək bazar tapaq, bunun üçün bazar olsun. Bu yataqların ehtiyatlarına uyğun 

olaraq, həmin bazar müəyyən edilsin. Bu gün artıq bizim təsdiqlənmiş qaz ehtiyat-

larımız 2,2 trilyon kubmetr həcmindədir və əminəm ki, potensial ehtiyatlar hətta 

bundan da artıqdır. Onda bizə nə lazımdır?! Bizə proqnozlaşdırılmış, uzunmüddətli, 

qanunvericiliklə tənzimlənən rəqabətcil bir bazar lazımdır ki, bacardığımız qədər 

qaz hasil edə bilək. Buna görə də “Cənub qaz dəhlizi” bizim üçün strateji əhəmiyyət 

daşıyır, bu, qaz potensialımızı realizə etməkdə bizə yardımçı olacaqdır. 

Demək istəyirəm ki, biz uzun illər ərzində bu layihələr üzərində işləmişik, çalış-

mışıq. 1996-cı ildə “Şahdəniz” qaz yatağı haqqında saziş imzalananda biz bilmirdik 

ki, oradan nə qədər qaz çıxarılacaq. Amma indi çox məmnunluq hissi ilə demək 

istəyirik ki, “Şahdəniz” dünyada ən böyük qaz yataqlarından biridir. Ilkin olaraq, 

ehtiyatlar 1,2 trilyon kubmetr deyilmişdi. Amma daha sonra isə biz yeni yataqlar 



174

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

aşkar etdik. Bildiyiniz kimi, ötən ilin sonunda yeni yataq kəşf etdik. Bu, gələn illər 

üçün nəinki bizim təchizat potensialımızı, həm də proqnozlaşdırma imkanımızı daha 

da artırır. Hazırda bizim 4 qaz boru kəmərimiz vardır. Biz artıq 3 ölkəyə qaz nəql 

edirik.  Bugünkü  hasilatın  həcminə  uyğun  olaraq,  ixracımızın  şaxələndirilməsinə 

bir növ nail olmuşuq. Amma “Şahdəniz-2” əlavə qaz hasilatını təmin edəcəkdir. 

Təbii ki, yeni kəşf etdiyimiz qaz yataqlarının işlənilməsinə də başlanacaqdır. Ona 

görə yeni bazarların tapılması, müəyyən edilməsi bizim üçün vacibdir. Bizə həm 

yaxın bazarlar, həm uzaq bazarlar, artan, inkişaf edən bazarlar lazımdır. Ona görə 

biz istərdik ki, qaz sahəsindəki əməkdaşlığımız da neft sahəsindəki əməkdaşlığımız 

kimi olsun. 

Demək istərdim ki, bu gün bənzərsiz, nadir bir vəziyyət yaranıbdır. Çünki is-

tehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları bir araya gəlib. Biz güclü 

tərəfdaşlıq qurmuşuq və bu tərəfdaşlıq yalnız sərbəst elementlərdən təşkil olunarsa, 

uğura gətirib çıxara bilər. Əminəm ki, bu gün imzalanmış sənədlər uğurla həyata 

keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək 

inkişafı və Avropadakı dostlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün 

istifadə edəcəkdir. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaqdır. 



Joze Manuel Barrozu: Bilirsiniz, Prezident Əliyev bu məsələni o qədər aydın 

şəkildə  təsvir  etdi  ki,  bu  şərhə  nə  isə  bir  şey  əlavə  etmək  mənim  üçün  çətindir. 

Eyni zamanda, onu deməliyəm ki, biz bu Bəyannamənin imzalanmasını, həqiqətən, 

bir  təkan  kimi  qəbul  edirik.  Çünki  bu,  sonradan  böyük,  vacib  qərarların  qəbul 

edilməsinə  yol  açacaqdır.  Bu  o  deməkdir  ki,  müştərək  maraqlar  var,  yəni  bura-

da hər bir tərəf udur, həm Azərbaycan udur, həm Avropa udur. Yəni fakt ondan 

ibarətdir ki, şəxsən mənim özüm burada Avropa Ittifaqı adından bunu imzaladım 

və Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev də imzaladı. Biz bu 

Birgə  bəyannaməni  imzalamaqla  gördük  ki,  onun  məzmunu  çox  əhəmiyyətlidir, 

onun olduqca böyük əhəmiyyəti var. Əminəm ki, bunun müəyyən praktik nəticələri 

yaxın aylarda olacaqdır. Əmin edirəm ki, mən bu gün imzalanmış sənədlər üzrə fəal 

işləyəcəyəm və Azərbaycan tərəfi qarşısında da deyirəm ki, bundan sonra investor-

lar tərəfindən kommersiya qərarları qəbul edilməlidir. Amma bizim fikrimiz, bizim 

üçün istiqamət aydındır. Biz bilirik ki, nəyə doğru addımlayırıq. 



Cavid Bədəlov (AzərTAc): Mənim sualım cənab Barrozuyadır. Bildiyiniz kimi, 

Avropa  enerji  təhlükəsizliyi  çərçivəsində  Nabukko,  Türkiyə-Yunanıstan-Italiya, 

AGRI kimi layihələr müzakirə edilir. Bu layihələrdən hansı Avropa Ittifaqı üçün 

daha əhəmiyyətlidir?



Joze  Manuel  Barrozu:  Biz  “Cənub  qaz  dəhlizi”ni  dəstəkləyirik  və  sonrakı 

qərarlar kommersiya əsasında qəbul edilməlidir. Bu baxır həcmə, yəni ondan ası-

lıdır ki, bu Nabukkonun və digər layihənin əlavə dəyəri nədən ibarətdir. Yəni bu, 

onunla bağlıdır. Bilməliyik ki, bizim fikrimizcə, hansı layihə daha qəbulediləndir. 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə