Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə73/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   69   70   71   72   73   74   75   76   ...   146

196

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

qrant  şəklində  845  milyon  avro  məbləğində  yardım  göstərmişdir.  Biz  razıyıq  ki, AI-nin  gələcək 

yardımı bu birgə bəyannamədə şərh olunmuş məsələlərə yönəldilməli və bu bənddə istinad edilən 

məsələlərə xüsusi üstünlük verilməlidir.

Bundan əlavə biz qeyd edirik ki, AI-nin yeni əsasnamələrində müəyyənləşdirildiyi kimi, TA-SIS 

proqramının həyata keçirilməsi dialoq aparmaq vasitəsilə hər bir ölkənin şəraitini daha yaxşı nəzərə 

almaq yolu ilə yardımın təsirini artıracaqdır.

8. Biz regionun dövlətləri arasında dostluq münasibətləri yaradılması və onların iqtisadiyyatla-

rının sabit inkişafı üçün regional əməkdaşlığın vacibliyini nəzərə çarpdırırıq. Biz bununla əlaqədar 

TASIS-in əhəmiyyətini, o cümlədən TRASEKA və INOQEYT vasitəsilə AI tərəfindən irəli sürül-

müş təşəbbüsləri qəbul edirik.

9. Regionlarda nəqliyyat, telekommunikasiya sistemlərinin və şəbəkə infra- strukturunun müva-

fiq sistemlərinin, eləcə də Bakı - Naxçıvan və Yerevan - Culfa dəmir yollarının və Rusiya ilə Gür-

cüstan arasında şimal və cənubu birləşdirən xətlərin bərpa edilməsi etimadı möhkəmləndirməyin 

çox mühüm tədbiridir. Biz üç dövlət və onların qonşuları arasında bu kommunikasiya əlaqələrinin 

mümkün  qədər  tezliklə  və  gələcəkdə  məqsədəuyğun  olaraq,  digər  əlaqələrin  yenidən  açılmasına 

əlverişli şərait yaratmağa razıyıq.

10.  Biz  1998-ci  il  sentyabrın  9-da  Bakıda  imzalanmış  beynəlxalq  nəqliyyat  haqqında  sazişi 

gələcəkdə  yerinə  yetirmək  və  inkişaf  etdirmək  barədə  öhdəliyimizi  bir  daha  təsdiqləyirik.  INO-

QEYT  konfransı  və  1999-cu  il  fevralın  17-də  Brüsseldə  paraflanmış  çətir  sazişi  boru  kəməri 

şəbəkəsini modernləşdirmək və genişləndirmək üçün çərçivəni təmin edir. Bu təşəbbüslər regionun 

bütün ölkələrinə iqtisadi fayda gətirəcəkdir. Enerji xartiyasına aid müqavilə ticarətdə, sərmayə qo-

yuluşunda və tranzitlə bağlı məsələlərdə, enerji sektorunda əməkdaşlıq üçün baza yaradır.

11. Biz hesab edirik ki, Xəzər nefti və qazı üçün təhlükəsiz ixrac marşrutları regionun gələcək 

tərəqqisi  üçün,  bu  ehtiyatların  işlənilməsinə  sərmayə  qoyan  xarici  şirkətlər  üçün  və  beynəlxalq 

bazarlar üçün həyati əhəmiyyətə malik olacaqdır. Beləliklə, çoxvariantlı boru kəmərlərinin inşası 

məntiqi və arzuediləndir, ona görə ki, konkret surətdə seçilmiş marşrutlar haqqında qəbul olunan 

qərarlar və bu qərarların qəbul edilməsi vaxtı iştirakçı şirkətlər üçün mahiyyətcə kommersiya xarak-

teri daşımalıdır. Biz mövcud boru kəmərləri şəbəkələrinin bərpa olunmasına da böyük əhəmiyyət 

veririk.


Biz etiraf edirik ki, bu cür qərarlar marşrutların keçəcəyi ölkələrlə məsləhətləşərək qəbul olun-

malıdır.


12. Biz Avropa Ittifaqının region ölkələri ilə tərəfdaşlıq və əməkdaşlığının və AI-nin vasitələrinin 

bu bəyannamədə əksini tapmış məqsədlərə nail olmağa necə kömək göstərə biləcəyini ətraflı şəkildə 

müəyyənləşdirən iş proqramları tərtib edəcəyik.

13. Biz, TƏS-in 5-ci maddəsində nəzərdə tutulduğu kimi, regional əsasda vaxtaşırı siyasi dialoq 

keçirilməsi üçün təşəbbüs göstərəcəyik.

14. Avropa Ittifaqı Gürcüstanın Avropa Şurasına qoşulmasını alqışlayır. O, bütün Cənubi Qaf-

qaz ölkələrini onların beynəlxalq təsisatlara, o cümlədən Avropa Şurasına və Ümumdünya Ticarət 

Təşkilatına mümkün qədər tezliklə qoşulmasına imkan verəcək şərait yaratmağa çağırır.

15. Bu baxımdan biz Ermənistan, Azərbaycan və Gürcüstan parlamentləri sədrlərinin 1999-cu il 

martın 15-də Strasburqda görüşünü və onların həmin gün qəbul etdikləri birgə bəyannaməni alqış-

layırıq.



197

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



AZƏRBAYCAN 

1.3.7.  Avropa  Ittifaqının  Sədrliyi  adından  Azərbaycandakı  vəziyyət  ilə  bağ-

lı  17  yanvar  tarixində  Afina  və  Brüssel  şəhərlərində  yayılmış  kommünike: 

“Avropa  Ittifaqı  dekabr  ayının  ortalarından  etibarən  Dağlıq  Qarabağ  regio-

nunda  irimiqyaslı  döyüşlərin  yenidən  başlanması  ilə  bağlı  dərin  narahatlıq  his-

si  keçirir.  Avropa  Ittifaqı  mövcud  tərəfləri  təmkinlilik  nümayiş  etdirməyə  və  artıq 

müharibə  nəticəsində  əziyyət  çəkmiş  insanlara  yenidən  əzab  verməməyə  çağırır. 

Avropa  Ittifaqı  bir  daha  Azərbaycanın  ərazi  bütövlüyü  prinsipini  dəstəklədiyini  bildirir  və 

münaqişənin  sülh  yolu  ilə  nizamlanmasına  dəvət  edir.  Məsələnin  beynəlxalq  xarakter  alması 

təhlükəsini nəzərə alaraq, Avropa Ittifaqı aidiyyəti olan tərəfləri döyüşləri dayandırmağa və BMT 

TŞ müvafiq qətnamələrinə əməl etməyə çağırır. Avropa Ittifaqı tam şəkildə dəstəklədiyi, ATƏM-in 

MInsk Qrupu çərçivəsində münaqişə tərəfləri arasında aparılan danışıqları ən qısa zamanda yenidən 

başlamağa çağırır.” 

Bülleten AI 07-1994

Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (6/24




198

www.aliyevheritage.org

DAĞLIQ QARABAĞ 

1.3.5. Avropa Ittifaqının Sədrliyi adından Dağlıq Qarabağa dair 5 avqust tarixində Brüssel və 

Bon şəhərlərində yayılmış kommünike: 

“Avropa Ittifaqı 12 may 1994-cü ildən etibarən qüvvədə olan atəşkəsin Ermənistan və Azərbaycan 

Müdafiə Nazirləri, habelə Dağlıq Qarabağın hərbi birləşmələri tərəfindən 27 iyul 1994-cü il tarixində 

yazılı şəkildə təsdiq edilməsini təqdirəlayiq olduğunu bəyan edir. Münaqişə iştirakçılarının atdığı bu 

addım gələcəkdə məsələnin qarşılıqlı razılıq əsasında siyasi nizamlanmasına xidmət edəcəkdir. 

Beləliklə,  Avropa  Ittifaqı  bu  istiqamətdə  tərəfləri  ATƏM-in  Minsk  Qrupu  ilə  yaxından 

əməkdaşlıq etməyə və davamlı siyasi nizamlanmaya nail olmaq üçün üzərilərinə düşənləri yerinə 

yetirməyə çağırır. Fürsətdən istifadə edərək, Avropa Ittifaqı bir daha Minsk Qrupunun səylərini tam 

şəkildə dəstəklədiyini bəyan edir. Atəşkəsin təsdiq edilməsi təkcə ilk mərhələ deyil, eyni zamanda 

davamlı siyasi nizamlanmanın əldə edilməsi üçün danışıqların aparılması istiqamətində mühüm səy 

deməkdir. Avropa Ittifaqı ATƏM müşahidəçilərinin regiona göndərilməsi üçün müvafiq razılaşma-

nın  imzalanması  məqsədilə  avqust  ayında  danışıqların  sürətləndirməsinə  dair  tərəflərin  niyyətini 

alqışlayır. Belə ki, Avropa Ittifaqı münaqişə tərəflərini ATƏM-in müşahidə missiyasının maksimum 

dərəcədə  həyata  keçirilməsindən  ibarət  olan  ilk  mərhələni  dəstəkləməyə  çağırır.  Bu  kommünike 

dörd dövlətin mövqeyini bildirir. 

Bülleten AI 09-1994

Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (5/6) 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə