Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə74/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   70   71   72   73   74   75   76   77   ...   146

199

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



DAĞLIQ QARABAĞ 

1.3.5. Avropa Ittifaqının Sədrliyi adından Dağlıq Qarabağa dair 15 sentyabr tarixində Brüssel və 

Bon şəhərlərində yayılmış kommünike: 

“Avropa Ittifaqı son günlərdə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ rəhbərləri tərəfindən 

ATƏM-in Minsk Qrupunun Sədri səfir Eliassonun regiona səfəri zamanı verilmiş bəyanatları böyük 

məmnuniyyətlə qarşılayır. Həmin bəyanatlarda tərəflər münaqişənin nizamlanmasına dair razılığın 

əldə edilməsinə qədər atəşkəsə riayət edəcəkləri ilə bağlı niyyətlərini vurğulamışlar. Bundan əlavə, 

Avropa  Ittifaqı  məsələ  ilə  əlaqədar  Ermənistan  və Azərbaycan  hökumətləri,  habelə  Stepanakert 

rəhbərliyi tərəfindən verilmiş rəsmi bəyanatları alqışlayır. 

Avropa Ittifaqı hesab edir ki, atəşkəsin gücləndirilməsi və məsələnin siyasi nizamlanması yo-

lunda bu addım mühüm əhəmiyyətə malikdir. Avropa Ittifaqı ATƏM-in Minsk Qrupuna sözügedən 

bəyanatlarla  nəticələnən  səylərinə  görə  minnətdarlığını  bildirir  və  Qrupun  Dağlıq  Qarabağ  regi-

onunda sülhün bərqərar olunması naminə mühüm fəaliyyətini dəstəkləyir. Avropa Ittifaqı Minsk 

Konfransının tezliklə çağırıla biləcəyinə səmimi şəkildə ümid edir. 

Nəhayət, Avropa Ittifaqı ümid edir ki, münaqişə tərəfləri özlərinin ictimaiyyət üçün nəzərdə tu-

tulmuş bəyanatlarında təmkinlilik nümayiş etdiriləcəkdir. Bundan əlavə, Avropa Ittifaqı danışıqlar 

prosesi üçün münbit və psixoloji nöqteyi nəzərdən əlverişli şəraitin yaradılması üçün tərəflər ara-

sında təmasların davam etdirilməsini tövsiyə edir. Bu kommünike dörd dövlətin mövqeyini bildirir.




200

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Avropa Ittifaqı Sədrliyinin Azərbaycan Respublikasının 

Dağlıq Qarabağ regionunda qondarma “prezident seçkiləri”ni 

pisləyən və münaqişənin sülh yolu ilə həll edilməsinin əsası kimi Azərbaycanın 

ərazi bütövlüyünü bir daha təsdiqləyən Bəyannaməsi.

Dağlıq Qarabağda qarşıdan gələn “Prezident seçkiləri”nə 

dair Avropa İttifaqı adından Sədrliyin Bəyannaməsi

Brüssel, 2 avqust 2002-ci il

Avropa Ittifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edir və bir daha bəyan edir ki, o, 

Dağlıq Qarabağın müstəqilliyini tanımır. Avropa Ittifaqı həmişə Dağlıq Qarabağla bağlı Azərbaycan və 

Ermənistan üçün məqbul sayılan sabit siyasi razılaşmanın əldə edilməsinin zəruriliyini vurğulamışdır. 

Avropa Ittifaqı 11 avqust 2002-ci il tarixində Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “Prezident 

seçkiləri”ni qanuni hesab edə bilməz. Avropa Ittifaqı bu seçkilərin sülh prosesinə təsir edəcəyinə inanmır. 

     Avropa Ittifaqı ilə əlaqədə olan  Mərkəzi və Şərqi  Avropa ölkələri, Kipr, Malta və Türkiyə, Avro-

pa Azad Ticarət Assosiasiyasına üzv olan Islandiya, Lixtenşteyn və Norveç, Avropa Iqtisadi Məkanı 

üzvləri olan ölkələr bu bəyannaməyə qoşulurlar.



201

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



“Avropa İttifaqının Cənubi Qafqaz

 strategiyasına dair tələb” qətnaməsindən

ÇIXARIŞLAR

20 may 2010-cu il 

Dağlıq Qarabağ münaqişəsi

6. Moskva Bəyannaməsinin ruhuna uyğun olaraq, Ermənistan və Azərbaycan prezidentlərinin 

2009-cu  il  ərzində  keçirdikləri  altı  görüşdə  ifadə  olunan  Dağlıq-Qarabağ  münaqişəsi  üzrə  di-

namik  sülh  danışıqlarını  alqışlayır;  daha  konstruktiv  yanaşma  göstərmək  və  güc  yolu  ilə  yara-

dılmış  və  heç  bir  beynəlxalq  legitimliyə  malik  olmayan  və  bununla  da  qeyri-sabitlik  yaradaraq 

müharibədən  əziyyət  çəkmiş  əhalinin  əzablarını  uzadan    status-kvonu  daimiləşdirməyə  üstünlük 

verməkdən əl çəkməyi göstərmək üçün gələcək aylarda tənzimləmə məqsədilə tərəfləri sülh danı-

şıqlarını intensivləşdirməyə çağırır; hərbi yolla həll üsulu və artıq istifadə olunmuş hərbi yolun ağır 

nəticələrini pisləyir və hər iki tərəfi 1994-cü il atəşkəsini pozmaqdan çəkinməyə çağırır.

7. ATƏT-in Minsk Qrupunun sülh cəhdlərini, Madrid Sənədində əks olunmuş Baza Prinsiplərini 

və  ATƏT-in  Minsk  Qrupunun  həmsədr  ölkələrinin  Akvila  şəhərində  Böyük  Səkkizliyin  (G8) 

sammitindəki bəyanatını tam dəstəkləyir;

8.  Dağlıq-Qarabağ  münaqişəsi  zamanı  və  ya  onunla  əlaqədar  öz  yurd-yuvalarından  didərgin 

düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünün həmin vəziyyətdə qalmasından, öz evlərinə qa-

yıtmaq, mülkiyyət və şəxsi təhlükəsizlik hüquqları da daxil olmaqla bütün hüquqlardan məhrum 

edilmələrindən ciddi narahatdır; bütün tərəfləri birmənalı və qeyd-şərtsiz onların hüquqlarını tanı-

mağa, bu hüquqları dərhal təmin etməyə və beynəlxalq hüquq normalarına uyğun olaraq, problemin 

dərhal həllinə çağırır; 

Bununla  bağlı  olaraq,  keçid  dövründə  təhlükəsizliyə  zəmanət  məqsədilə  Dağlıq  Qarabağın 

əhalisinin təhlükəsizliyini təmin etmək və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yarat-

maq və gələcək münaqişələrin qarışısını almaq üçün BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq 

qüvvələrin yerləşdirilməsi ilə erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxardıl-

masını tələb edir; Ermənistan və Azərbacan hakimiyyətlərini və əlaqədar icma liderlərini məcburi 

köçkünlərin öz yerlərinə qayıtması üçün praktiki hazırlıqlara başlamaqla xalqlararası sülhə sadiq 

olmalarını nümayiş etdirməyə çağırır; məcburi köçkünlərin və qaçqınların vəziyyətinin bu yaxınlar-

da qəbul edilmiş 1877 nömrəli “Avropanın unudulmuş xalqları: uzunmüddətli məcburi köçkünlərin 

hüquqlarının qorunması” adlı AŞPA Tövsiyəsi də daxil olmaqla beynəlxalq standartlara uyğun həll 

edilməli olduğunu hesab edir;

9. Davamlı sülh üçün real cəhdlərə ehtiyac olmasını vurğulayır; bütün əlaqədar tərəfləri pro-

vokativ  siyasətdən,  ritorikadan,  qızışdırıcı  bəyanatlardan  və  tarixin  manipulyasiya  edilməsindən 

çəkinməyə çağırır; Ermənistan və Azərbaycan rəhbərlərini məsuliyyətli davranmağa, çağırışların 

tonunu aşağı salmağa və ictimaiyyətin münaqişənin hərtərəfli tənzimlənməsinin faydasını tam anla-

ması və qəbul etməsi üçün zəmin yaratmağa çağırır;

10. Dağlıq-Qarabağa daxil olan və Dağlıq-Qarabağ ətrafı işğal edilmiş bütün Azərbaycan tor-

paqlarının dərhal boşaldılması mövqeyinə inanır; Dağlıq Qarabağ üçün keçid statusun onun yekun 

statusunun müəyyən edilməsinə şərait yaradacağına və bunun regionda Ermənistan və Azərbaycan 

əhalisinin dinc birgə yaşayışı üçün keçid çərçivəsi ola biləcəyini qeyd edir;

11. Hamı üçün təhlükəsizliyin hər bir tənzimləmə üçün zəruri element olmasını vurğulayır; hərbi 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə