Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə69/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   65   66   67   68   69   70   71   72   ...   146

183

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

istifadə  edə  bilməməsi,  yaxud  təhlükəyə  görə  bu  müdafiədən  istifadə  ‎etmək 

istəməməsi  üzündən  yaşadığı  ölkənin  hüdudlarından  kənarda  olan,  ‎Azərbaycan 

Respublikasının  vətəndaşı  olmayan  şəxslər  Azərbaycan  Respublikası  ‎ərazisində 

“qaçqın” hesab edilir.



Neft  Daşları  -  Abşeron  yarımadasının  40  km-də  Xəzər  dənizində  metal 

estakadalar üzərində 1949-cu ildə qurulan qəsəbə.



Xəzər dənizi - Dünyada ən böyük göl. Avropayla Asiyanın kəsişməsində yerləşir.

Transqafqaz  nəqliyyat  dəhlizi  -  TRASEKA  proqramı  çərçivəsində  «Böyük 

Ipək Yolu»nun keçdiyi ərazini əhatə edən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi 

nəzərdə tutulur.

Böyük İpək Yolu - Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizi.

QDİƏT-  1992-ci  ildə  11  üzv  ölkə  tərəfindən  yaradılıb.  Təşkilata  daxildir: 

Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, 

Rusiya  Federasiyası,  Rumıniya,  Türkiyə,  Ukrayna.  Katiblik  Istanbulda  yerləşir. 

Təşkilatın  məqsədi  üzv  ölkələr  arasında  razılaşdırılmış  sahələr  üzrə  ikitərəfli  və 

çoxtərəfli əməkdaşlığı genişləndirməkdən ibarətdir.

“Gülüstan”  sarayı  -  Dövlət  əhəmiyyətli  tədbirlərin  keçirildiyi  saray.  Heydər 

Əliyevin  təşəbbüsü  ilə,  onun Azərbaycan  SSR-ə  rəhbərlik  etdiyi  dövrdə  (1969-

1982) Bakıda tikilib.

“Əsrin  müqaviləsi”  -  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  yerləşən 

karbohidrogen resurslarının işlənilməsinə dair beynəlxalq saziş. 20 sentyabr 1994-

cü ildə imzalanıb.

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  -  1988-ci  ildə 

erməni  separatçılarının  Azərbaycan  ərazisi  olan  Dağlıq  Qarabağın  Ermənistana 

birləşdirilməsi  istiqamətində  göstərdikləri  fəaliyyət  nəticəsində  yaradılmış  süni 

problem.


İşğal  edilmiş  rayonlar  -  Ermənistan-Azərbaycan  müharibəsi  nəticəsində 

Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və onun ətrafındakı 

7 rayonun ərazisi (1991-1994).

Laçın - Işğal olunmuşdur - 1992 – ci il 18 may. Sahəsi 1835 km

2

, əh. 71 min 



nəfərdir.

Kəlbəcər - Işğal olunmuşdur - 1993-cü il 2 aprel. Sahəsi 3054 km

2

, əh. 74 min 



nəfərdir.

Ağdam - Işğal olunmuşdur - 1993-cü ilin 23 iyul. Sahəsi 1150 km

2

, əh. 165 min 



nəfərdir.

Cəbrayıl - Işğal olunmuşdur - 1993 – cü il 23 avqust. Sahəsi 1049,8, km

2

, əh. 



66,4 min nəfərdir.

Füzuli - Işğal olunmuşdur - 1993 – cü il 23 avqust. Sahəsi 1390 km

2

, əh. 146 



min nəfərdir.


184

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Qubadlı - Işğal olunmuşdur - 1993-cü il 31 avqust. Sahəsi 800 km

2

, əh. 37 min 



nəfərdir.

Zəngilan - Işğal olunmuşdur - 1993-çü il 29 oktyabr. Sahəsi 707 km

2

, əh. 39 min 



nəfərdir.

Araz çayı - Çay öz mənbəyini Türkiyə ərazisindəki Ərzurum dağlarından götürür. 

Azərbaycan Respublikası və Güney Azərbaycan ərazilərindən keçərək, Azərbaycan 

Respublikasının  Sabirabad  rayonunun  Suqovuşan  kəndi  ərazisində  Kür  çayı  ilə 

birləşərək Xəzər dənizinə tökülür. Uzunluğu 1,072 km.



Kür çayı - Çay öz mənbəyini Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq 

yamacından  götürür.  Gürcüstan  ərazisindən  keçərək  Azərbaycan  ərazisinə  daxil 

olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə tökülür. Uzunluğu 1515 km.

“Şahdəniz”-  Xəzərin Azərbaycana  aid  sektorunda  karbohidrogen  ehtiyatlarla 

zəngin  yataq.  1999-cu  ildə  kəşf  edilmişdir.  1  trilyon  kub  metr  qaz  ehtiyatı  ilə 

“Şahdəniz” dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir

Bakı-Tbilisi-Ceyhan neft kəməri - Azərbaycan neftinin Avropa bazarlarına nəqli 

kəməri. Uzunluğu 1773 kilometrdir. Azərbaycandan (449 km.), Gürcüstandan (235 

km.) və Türkiyədən (1059 km.) keçir. Layihənin dəyəri 4 milyard dollara yaxındır.

Nabukko - Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına 

çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi.



OPEK - Neft ixracatçısı ölkələri təşkilatı. Dövlətlərarası iqtisadi-siyasi təşkilat 

kimi 1960-cı ildə Bağdadda təsis olunmuşdur. Hazırda OPEK-ə 12 dövlət: Əlcəzair, 

Venesuella,  Qabon,  Indoneziya,  Iraq,  Iran,  Qatar,  Kuveyt,  Liviya,  Niqeriya, 

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı daxildir. 



BMT TŞ-nin qətnamələri - 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən 

Azərbaycan  torpaqlarının  işğal  olunması  ilə  əlaqədar  BMT Təhlükəsizlik  Şurası 

tərəfindən  822,  853,  874  və  884  saylı  qətnamələr  qəbul  edilib.  Qətnamələrdə 

erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması tələbi səslənsə 

də, onlara bu günə kimi əməl olunmayıb.



185

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



 

Şəxsiyyətlər

Abdulla Gül (1950) - Türkiyə Respublikasının 11-ci prezidenti (2007-ci ildən). 

Türkiyə Respublikasının Baş naziri (2002- 2003) və xarici işlər naziri (2003-2007)



Abid Şərifov (1940) - 1995-ci ildən Azərbaycan Respublikası Baş nazirinin mü-

avini 


Andris Pibalqs (1957) - Latviyalı diplomat və siyasətçi. Avropa Komissiyasının 

inkişaf üzrə komissarı (2010-cu ildən). Avropa Komissiyasının enerji üzrə komis-

sarı (2004-2010)

Anna Lind (1957-2003) - Isveçin xarici işlər naziri (1998-2003)

Artur Rasizadə (1935) -  1996-cı ilin may ayından Azərbaycan Respublikası 

Baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust - 

noyabr aylarında Baş nazirin birinci müavini, 2003-cü ilin noyabr ayından yenidən 

Azərbaycan Respublikasının Baş naziri



Benita Ferrero-Valdner (1948) - Avstriyalı diplomat və siyasətçi. Avropa Ko-

missiyasının  xarici  əlaqələr  və Avropa  Qonşuluq  siyasəti  üzrə  komissarı  (2004- 

2009). Avropa Komissiyasının ticarət və Avropa Qonşuluq Siyasəti üzrə komissarı 

(2009-2010)



Bill Klinton (1946) - ABŞ-ın 42-ci prezidenti (1993-2001)

Dimitrios  Kulurianos  (1930)  -  Yunanıstanlı  siyasətçi.  Avropa  parlamentinin 

üzvü (1999-2004). AB-Azərbaycan, AB-Gürcüstan və AB-Ermənistan parlament 

əməkdaşlıq komitələrinin nümayəndə heyətinin sədr müavini (2002-2004)

Eduard  Şevardnadze  (1928)  -  Gürcüstan  Kommunist  Partiyası  Mərkəzi 

Komitəsinin birinci katibi (1972-1985), SSRI xarici işlər naziri (1985-1990), Gür-

cüstanın  rəhbəri (1992-1995), Gürcüstanın Prezidenti (1995-2003)

Fransua Lamur (1956) - Fransalı siyasətçi. Fransa Idman Naziri (2002-2005). 

Fransa Gənclər və Idman Naziri (2005-2007)



Fuad Quliyev (1941) - Azərbaycan Respublikasının Baş naziri (1995 – 1996)


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə