Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə61/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   57   58   59   60   61   62   63   64   ...   146

160

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

istərdim. Sizin fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin həllindən öncə iki ölkənin 

xalqları  arasında  hər  hansı  təmas  ola  bilərmi,  yaxud  biz  məsələnin  tam  həllini 

gözləməliyik ki, bu cür təmaslar baş tutsun? 



İlham  Əliyev:  Qeyd  etdiyiniz  “Qafqaz  icması”  təşəbbüsünə  gəldikdə,  bizim 

mövqeyimiz ondan ibarətdir ki, münaqişə sona çatmayanadək biz Ermənistanla hər 

hansı  bir  əməkdaşlıq  etməyəcəyik.  Hesab  edirəm  ki,  bu,  başadüşülən  mövqedir. 

Bəzən ermənilər ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Onlar özlərini çox 

konstruktiv, çox dost və əməkdaşlıq edilə biləcək bir tərəf kimi qələmə verirlər. 

Aydındır  ki,  torpaqlarımızı  işğal  edən,  yüz  minlərlə  vətəndaşımızın  acınacaq-

lı vəziyyətə düşməyinə səbəb olan bir ölkə ilə əməkdaşlıq ola bilməz. Məhz bu 

səbəbdən  münaqişə  həll  edilmədən  hər  hansı  bir  birgə  iqtisadi  əməkdaşlıqdan 

söhbət gedə bilməz, istər ikitərəfli olsun, istərsə də çoxtərəfli. Bu, birmənalıdır. 

Qeyd etdiyiniz nəqliyyat və enerji sahəsi ilə bağlı. Biz Qafqaz regionunda qonşu-

muz olan Gürcüstanla bu sahələrdə əməkdaşlıq edirik. Bildiyiniz kimi, biz Gürcüs-

tanı təbii qazla tam təmin edirik, neft məhsullarının əsas təchizatçısı sayılırıq, bizim 

Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Energy Georgia” Gürcüstanın ən iri 

vergi ödəyicisi və ən iri sərmayədarıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüs-

tan hissəsinin tikintisi üçün biz Gürcüstana bir faizlə 200 milyon dollar məbləğində 

kredit ayırmışıq. Bu isə bizim tərəfdaşlığımızın əyani nəticəsidir. 

Ermənistan  isə  özünü  normal  apararsa,  işğala  son  qoyarsa,  o  da  istər  enerji, 

istərsə  də  nəqliyyat  sahəsində  bu  layihələrin  bir  hissəsi  ola  bilər.  Sadəcə,  onlar 

özlərini hər şeydən - enerji və ya nəqliyyat layihələri baxımından təcrid ediblər və 

zaman ötdükcə bu təcrid onların vəziyyətinə daha çox təsir edəcəkdir. Bu, bizim 

üçün onların işğala son qoymalarına təsir edən vasitələrdən biridir. Bunun yalnız bir 

mənası var. Göstərmək istəyirik ki, onların işğal siyasətinin gələcəyi yoxdur. Hesab 

edirəm ki, bu münaqişə həll edilmədən bizim Ermənistanla nə üçün əməkdaşlıq 

etməyə hazır olmadığımızı göstərən vacib bir izahdır. 

Türkiyəyə satılan qazın qiymətinin qaldırılması ilə bağlı onu demək istərdim ki, 

bu müddət ərzində təbii qazın mövcud qiyməti Türkiyə və “Şahdəniz” konsorsiu-

mu üzvləri arasında aparılan danışıqlar nəticəsində formalaşmışdır. Azərbaycanın 

Dövlət  Neft  Şirkəti  isə  “Şahdəniz”  konsorsiumunun  yeganə  üzvü  deyil.  Qiymət 

razılaşdırılanda, - bu 2000-ci illərin əvvəlinə təsadüf edirdi, - o zaman razılaşdı-

rılırdı ki, hər min kubmetr qaza görə 120 dollar ödəniləcək. Bu qiymət yalnız bir 

il üçün müəyyən edilmişdi. Bir ildən sonra isə qiymət bazara uyğun hesablanmalı 

idi. Həmin bir il ötən ilin aprel ayında başa çatıb və konsorsiumun bütün üzvləri 

tərəfindən  ümumi  anlaşma  yaranıb  ki,  yeni  qiymət  danışılsın.  Qiymətin  yuxarı 

və ya aşağı olacağını demək çətindir. Indi neftin qiyməti aşağı düşür, ola bilər ki, 

qiymət də aşağı olsun. Lakin bazar qiyməti olmalıdır. Bu sahədə çalışanlar bilirlər 

ki, 2008-ci ildə Türkiyə təbii qazı Rusiyadan 400 dollara, bəzən isə 500 dollara 




161

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

alırdı, Əlcəzairdən 300 və ya bir qədər çox. Azərbaycandan isə aldığı qazın qiyməti 

120 dollar idi. 2008-ci ildə isə bazar qiyməti 400-500 dollar idi. 

Indi  siz  özünüz  hesablaya  bilərsiniz,  bu  səbəbdən  “Şahdəniz”  konsorsiumu-

nun itkiləri nə qədər idi. Lakin o da aydındır ki, hər şey müqavilə əsasında həll 

edilməlidir. Biz daim beynəlxalq öhdəliklərə hörmətlə yanaşmışıq. Azərbaycan heç 

vaxt beynəlxalq müqavilələri pozmayıb və bütün danışıqlar tərəfdaşlıq, dostluq ru-

hunda, qarşılıqlı maraq, ədalətli bazar qiyməti və hüquqi baza çərçivəsində aparıl-

malıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Ona görə hesab edirəm ki, artım və ya 

azalmadan danışmaq düzgün olmazdı. Biz gərək müqavilənin öhdəliklərindən və 

bazar qiymətlərindən danışaq. Bazar qiyməti olmasa o, nəinki iqtisadi itkilər yarada 

bilər, həmçinin əməkdaşlığın perspektivlərinə də təsir göstərə bilər. 

Növbəti sual belə idi ki, Dağlıq Qarabağ məsələsi Türkiyə və Ermənistan razı-

laşmasında olmasa nə baş verər. Belədirmi? 

Ilk növbədə, mən bunu bu gün mətbuat konfransında da demişdim, biz heç bir 

ölkənin daxili işlərinə qarışmırıq. Biz heç vaxt ölkələrin ikitərəfli münasibətlərinə 

müdaxilə  etmirik.  Lakin  o  da  aydındır  ki,  1993-cü  ildə  Türkiyə  ilə  Ermənistan 

arasında  sərhədlərin  bağlanmasının  səbəbi Azərbaycan  torpaqlarının  Ermənistan 

tərəfindən işğalı olmuşdu. Hazırda Azərbaycan torpaqları hələ də işğal altındadır. 

Son  illər  ərzində  Türkiyə  rəhbərləri  adından  bəyanatlar  verilirdi  və  onlar-

la  söhbətlər  zamanı  bildirilirdi  ki,  Dağlıq  Qarabağ  münaqişəsi  həll  edilmədən 

sərhədlər açılmayacaq. Bu yaxınlarda Türkiyə rəhbərlərindən eyni bəyanatları eşit-

dik. Verdiyiniz sual tamamilə əsaslıdır. Bu sual mənə ünvanlanmamalıdır. Dağlıq 

Qarabağ münaqişəsinin həlli Ermənistan-Türkiyə gündəliyindən kənardadır, yoxsa 

yox? Bu, bir sözdən ibarət cavabı olan sadə bir sualdır. Bəli, yaxud xeyr. Ondan 

sonra hər şey aydın olacaqdır. 

Bir  daha  söylədiklərimə  qayıdaraq  onu  demək  istərdim  ki,  əgər  Türkiyə  və 

Ermənistan arasındakı əlaqələrin normallaşdırılması Dağlıq Qarabağ münaqişəsinin 

həllində hər hansı irəliləyişdən öncə baş versə, o zaman bu, Azərbaycanın milli ma-

raqlarına uyğun olmayacaqdır. Lakin bu heç də o demək deyil ki, biz bu prosesə hər 

hansı şəkildə müdaxilə etməyə çalışırıq. Xeyr, bu, seçim məsələsidir. 

Türkiyə ilə güclü mədəni, tarixi və siyasi əlaqələrə malik olan və artıq 20 ildir 

ki,  Ermənistanın  təcavüzündən  əziyyət  çəkən Azərbaycan  öz  seçimini  etmək  və 

özünün milli maraqlarına uyğun addımları atmaq hüququna malikdir. 

Fərdi təmaslara gəldikdə, biz bunun əleyhinə deyilik. Bizim ziyalılardan ibarət 

bir qrup Xankəndi və Irəvana, onların qrupu isə Bakıya səfər etmişdilər. Bu görüşlər 

bir gün ərzində keçirildi və fikrimcə, bu, danışıqlar prosesinə bir dəstək oldu. Qrup 

üzvləri keçirdikləri görüşlərdən razı qaldılar. Lakin məsələ elə bununla da bitdi, 

yəni, bu təşəbbüs hər hansı ciddi irəliləyişlə nəticələnmədi. Ona görə də əgər öz 

cəmiyyətlərində  nüfuza  malik  şəxslər  arasında  təmasların  nəticəsi  olmursa,  bu 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə