Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə60/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   56   57   58   59   60   61   62   63   ...   146

158

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

mane olan tərəflər bunu nəzərə almalıdır.



Aparıcı: Çox sağ olun. Cənab Prezident, Siz “Şərq tərəfdaşlığı” təşəbbüsünü bu-

rada xüsusilə qeyd etdiniz. Siz Avropa Ittifaqı ilə əməkdaşlıq etmək istəyirsiniz, Av-

ropa Ittifaqı da bunu istəyir. Bilmək istərdik ki, bu sahədə Sizin üçün perspektivlər 

nədən ibarətdir? 



Sual: Cənab Prezident, sovet dönəmində və hətta ondan əvvəl quruda vaxtilə ha-

sil edilən neft yataqlarında ekoloji vəziyyətlə bağlı hökumətinizin planları haqqın-

da bilmək istərdik. Həmin yerlərin çirklənmədən təmizlənməsi üçün hazırda Sizin 

hökumətiniz hansı addımları atır? 



Sual (“Ceyns Difens” jurnalının müxbiri): Azərbaycanla Ermənistan arasın-

da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar təbii ki, müsbət hal-

dır. Lakin bilirik ki, Ermənistan ümumi daxili məhsulun böyük bir hissəsini hərbi 

xərclərə  yönəldir.  Ermənistan  hərbi  baxımdan  daha  da  güclənmək  fikrindədir. 

Mənim Sizə iki sualım var: Bu cür addımlar iki ölkə arasında etimad tədbirlərini 

sual altına qoymurmu və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə nizamlanmasını 

çətinləşdirmirmi? Ikinci sualım, Azərbaycan Ermənistanın bu addımına qarşı hansı 

tədbirləri görür? 



İlham Əliyev: “Şərq tərəfdaşlığı” məsələsi ilə bağlı bizim bu yaxınlarda - may 

ayında Praqada görüşümüz olacaqdır. Təbii ki, bizim də gözləntilərimiz var. Bəlkə 

də indi nəyi gözlədiyimiz haqda dəqiq nəsə demək çətin olar. Lakin vacib məsələ 

odur ki, “Şərq tərəfdaşlığı” proqramında həm Avropaya, həm də Azərbaycana fayda 

gətirəcək konkret və dəqiq elementlər mövcuddur. Ilk mərhələdə Avropa Qonşuluq 

Siyasəti proqramına start verildi və biz bunun yaxşı bir addım olduğunu başa düş-

dük. Bu regiona verilən önəmin göstəricisi idi. Lakin indi “Şərq tərəfdaşlığı” proq-

ramından biz daha çox şey gözləyirik. Biz Avropaya, oradakı bəzi təhsil proqram-

larına daha asanlıqla çıxış əldə etmək istəyirik. Ümumiyyətlə, məqsədimiz Avropa 

Ittifaqının qabaqcıl təcrübələrinə çıxış əldə etmək, həyatımızın müxtəlif sahələrini 

Avropa Ittifaqının standartlarına yaxınlaşdırmaq və gələcək illər üçün çiçəklənən 

və dayanıqlı ölkə qurmaqdır. 

Ətraf  mühitin  qorunması  məsələlərinə  gəldikdə  isə,  bu  istiqamətdə  biz  çalış-

malıyıq.  Çünki  əfsuslar  olsun  ki,  hələ  Sovet  Ittifaqı,  hətta  Rusiya  imperiyası 

dövründə  neft  və  qaz  sahələrinin  işlənilməsi  nəticəsində  biz  ətraf  mühitin  ciddi 

şəkildə  çirklənməsinə  məruz  qalmışıq.  1991-ci  ildə  müstəqil  ölkə  kimi  bizə  qa-

lan çirklənmiş ərazi, çürümüş infrastruktur və neft istehsalının aşağı düşməsi idi. 

Azərbaycan dünya neft istehsalının 50-70 faizini təmin edən bir məkan olub. 1990-

cı illərdə biz hər şeyi yenidən başlamalı olduq. Xarici şirkətlər neftin hasilatı və 

işlənilməsi  sahələrinə  sərmayə  qoymaqda  maraqlı  idi.  Lakin  ətraf  mühit  elə  bir 

məsələ idi ki, biz onunla özümüz məşğul olmalı idik. Hətta bu məsələ ilə bağlı bizə 

kömək  etmək  üçün  beynəlxalq  maliyyə  təsisatlarına  ünvanladığımız  müraciətlər 




159

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

cavabsız  qoyuldu. Yalnız  vəsait  toplayandan  sonra  biz  sərmayə  qoymağa  başla-

dıq. Ətraf mühitin qorunması ilə bağlı biz böyük bir proqrama start verdik. Bakı 

ətrafında ən çox çirklənmiş bəzi ərazilər artıq təmizlənmiş və onların yerində park-

lar salınmışdır. Keçmişin mirasından yaxa qurtarmaq və bütün çirklənmiş əraziləri 

münbit hala gətirmək üçün biz böyük vəsaitlər sərf etməyi planlaşdırırıq. 

Ermənistanın  müdafiə  xərcləri  məsələsinə  gəldikdə  isə,  siz  tamamilə  doğru 

deyirsiniz. Ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətdə bu, yəqin ki, regi-

onda  ən  yüksək  göstəricidir.  Əgər  siz  rəqəmlərə  diqqət  yetirsəniz  görərsiniz  ki, 

bizim iqtisadi imkanlarımız hərbi sahəyə daha çox sərmayə yatırmağa imkan ve-

rir. Hətta bəzən bəzi beynəlxalq qurumlar tərəfindən tənqid edilirik ki, biz regio-

nu hərbiləşdiririk. Bu isə bizim işğala qarşı təbii cavabımızdır. Mən sizə sadə bir 

rəqəmi deyim. Bildiyimə görə, Ermənistanın dövlət büdcəsi təxminən 2 milyard 

dollardır. Azərbaycanın hərbi xərcləri isə 2 milyard dollar təşkil edir. Başqa sözlə 

desək, Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsinə bərabərdir. Biz 

hərbi xərcləri istədiyimiz qədər artıra bilirik, onlar isə imkanları çatdığı qədər. Bu, 

böyük bir fərqdir. Bu səbəbdən də onlar məsuliyyətli olmalı, işğala son qoymalı və 

bizi digər addımlar atmağa məcbur etməməlidirlər. 

Aparıcı: Digər suallara keçək. 

Sual: Cənab Prezident, maraqlı çıxışınıza görə minnətdarıq. Mən Avropa Ittifa-

qının mülki böhranların idarə edilməsi qurumunu təmsil edirəm. 1990-cı illərdən 

etibarən mən Azərbaycana səfər edirdim, ölkənizdə bir çox maraqlı şəxslərlə ta-

nış  olmuşam,  söhbətlərim  olub,  bölgədə  silahlanma  məsələlərini  araşdırmışam. 

Məhz bu məsələ ilə bağlı Sizin fikirlərinizi öyrənmək istərdik. Lakin eyni zaman-

da, olmazmı ki, Cənubi Qafqazın üç ölkəsi Rusiya və digər tərəflərin, o cümlədən 

Minsk  qrupunun  vasitəçiliyi  olmadan  “Qafqaz  icması”  təşəbbüsü  ilə  taleyini  öz 

əllərinə götürərək danışıqlar masasına əyləşib ümumi nəticəyə gəlsinlər. Zənnimcə, 

nəqliyyat, münaqişələrin həlli və enerji məsələləri üzrə “Qafqaz icması” qrupunun 

yaradılması Azərbaycanın da marağında olardı. Əslində bu, Cənubi Qafqazın üç 

ölkəsinin maraqlarına uyğun ola bilərdi. Sağ olun. 

Sual: Cənab Prezident, verilən xəbərlərdə qazın qiyməti ilə bağlı Türkiyə ilə 

Azərbaycan arasında problemin olduğu bildirilmişdi. Türkiyə rəsmiləri bunu inkar 

edir. Məsələ ilə bağlı yekun sözünüzü bilmək istərdik. Ikinci sualım: Türkiyə ilə 

Ermənistan arasında sərhədlərin açılmasına dair razılaşma paketində Dağlıq Qara-

bağ məsələsi qoyulmasa Sizin reaksiyanız necə olardı? Nəhayət, sonuncu sualım: 

cənab Joze Manuel Barrozu Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına 

hər hansı bir formada sərt reaksiya verməməyi Sizdən xahiş edibmi? Çox sağ olun. 

Sual:  Çox  sağ  olun,  cənab  Prezident.  Mən  elə  həmin  mövzu,  yəni, Türkiyə-

Ermənistan yaxınlaşması və sərhədlərin açılması ilə bağlı sual vermək istəyirdim. 

Lakin məndən əvvəl artıq bu sual verildi. Buna görə də Sizə digər bir sual vermək 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə