Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə57/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   53   54   55   56   57   58   59   60   ...   146

151

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

laşdıran müasir ölkəni, müasir Azərbaycanı qurmaq istəyirik və hesab edirəm ki, 

Avropa Ittifaqı, xüsusən də Qonşuluq Proqramı və “Şərq tərəfdaşlığı” bu müsbət 

meyli gücləndirəcəkdir. Sağ olun. 



152

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Brüsseldə Avropa Siyasi Mərkəzinin

 nümayəndələri ilə görüşmüşdür 

28 aprel 2009-cu il

Azərbaycan  Prezidenti  Ilham  Əliyevin  Brüsseldə  Avropa  Siyasi  Mərkəzinin 

nümayəndələri  ilə  “Azərbaycan: Avropa  Ittifaqı  üçün  getdikcə  əhəmiyyəti  artan 

tərəfdaş” mövzusunda görüşü olmuşdur. 

Görüşü mərkəzin rəhbəri Hans Martens açdı. Azərbaycanda gedən uğurlu inki-

şafdan danışan natiq, ölkəmizin Avropa qurumları və Avropa Ittifaqı ilə əlaqələrinin 

də müvəffəqiyyətlə genişləndiyini söylədi. 

Prezident Ilham Əliyev görüşdə çıxış etdi, suallara cavab verdi. 

Aparıcı: Çox sağ olun. Zənnimcə, iqtisadi inkişafla bağlı suallarımıza başlaya 

bilərik. Yaxşı  olardı  ki,  deyəsiniz,  ölkənizin  iqtisadi  inkişafı  iqtisadi  və  maliyyə 

böhranı  zamanı  davam  edirmi?  Fikrimcə,  hazırkı  şəraitdə  gördüyünüz  tədbirlər 

ölkənizin uzunmüddətli iqtisadi inkişafının gücləndirilməsinə yönəlmişdir. Bilirik 

ki, ölkənizin iqtisadi inkişaf templəri çox yüksəkdir. Bir sözlə, bu gün hamımız 

bura toplaşmışıq ki, uğurlu işlər haqqında, o cümlədən çətin məsələlər haqqında 

cənab Prezidentlə fikir mübadiləsi aparaq. 

Sual: Icazə verin özümü təqdim edim. Mənim adım Yevgeni Kirilovdur. Mən 

Avropa  Parlamentinin  Bolqarıstandan  olan  üzvüyəm.  Azərbaycanın  bu  gün  iq-

tisadi  inkişaf  sahəsində  əldə  etdiyi  nailiyyətlərdən  məmnunluq  hissi  duyuruq. 

Cənab  Prezident,  maraqlı  təqdimatınıza  görə  olduqca  minnətdarıq.  Biz  verdiyi-

niz məlumatları qeyd etdik. Bildirmək istəyirəm ki, mən Azərbaycanda keçirilən 

prezident seçkilərində müşahidəçi olmuşam. Biz bir orta məktəbdə olanda orada 

müəllimlərin ölkənin gələcəyi və əmək haqlarının bir neçə dəfə artırılması haqqın-

da söhbətlərini eşitdik. Zənnimcə, bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlər 

sözün əsil mənasında təqdirəlayiqdir. 

Dağlıq  Qarabağ  münaqişəsi  artıq  20  ildir  ki,  mövcuddur.  Bu  problem  uzun 

müddətdir ki, davam edir. Bir çox səylər də göstərilib. Lakin öz dostlarımız arasın-

da bu məsələni müzakirə edərkən qeyd edirik ki, Avropa təsisatları problemin həlli 

üçün kifayət dərəcədə fəal rol oynamır. Bu baxımdan təbii ki, irəliyə doğru addımlar 

atılmalı, xüsusi qərarlar qəbul edilməlidir. Fikrimcə, zəruri hesab edilən etimadın 

qurulması tədbirləri məqsədi ilə heç olmasa Dağlıq Qarabağın ətrafında yerləşən 

və erməni silahlı qüvvələrinin işğalı altında olan rayonlarla bağlı hər hansı addım 

atılmalıdır. Hesab edirəm ki, Avropa Ittifaqı burada daha fəal rol oynamalıdır. Lakin 

fikrimcə, Rusiya da fəal olmalıdır. Bilirəm ki, Siz Rusiyaya səfər etmisiniz. Indi isə 

Brüsseldə səfərdəsiniz. Fikrinizcə, qeyd olunan hər iki tərəf daha fəal olarsa Dağlıq 



153

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Qarabağ münaqişəsinin həllində hansı irəliləyişi əldə etmək olar? 

Aparıcı: Cənab Prezident, yaxşı olardı ki, əlavə digər iki sual da verilsin, sonra 

hamısına birlikdə cavab verəsiniz. 



Sual: Sağ olun, mən TÜSIAB-ı - Türkiyə Sənayeçilər Birliyini təmsil edirəm. 

Xəzərdə hasil olunan qazın Avropaya nəqli üçün Avropa Ittifaqının dəstəyi ilə ya-

radılacaq Xəzər konsorsiumu və region üçün qaz təchizatı ilə bağlı rəyinizi bilmək 

istərdim. 



Sual:  Çox  sağ  olun,  mən  Aida  Əliyevayam.  Mən  Avropadakı  Azərbaycanlı 

Tələbələr Forumunun nümayəndəsiyəm. Brüssel Universitetində təhsil alıram. 

Hörmətli cənab Prezident, Siz çıxışınızda ölkəmizin iqtisadi göstəriciləri və digər 

sahələrdəki inkişafı barədə məlumat verdiniz. Mən belə bir sual vermək istəyirəm. 

Hazırda bir çox azərbaycanlı tələbə Avropada təhsil alır və təhsillərini başa vurduq-

dan sonra iş yeri axtarırlar. Avropanın akademik dairələri Azərbaycan tələbələrindən 

çox  razıdırlar.  Bilmək  istərdim  ki, Avropada  təhsil  alan  azərbaycanlı  tələbələrin 

Azərbaycana qayıtdıqdan sonra işlə təmin olunma perspektivləri necədir? 



İlham Əliyev: Ilk olaraq burada Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sual 

verildi. Hazırda danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk 

qrupunun  həmsədrləri  3  ölkədən  – Amerika  Birləşmiş  Ştatları,  Fransa  və  Rusi-

yadan  ibarətdir.  Bu  ölkələr  dünyanın  aparıcı  ölkələridir. Avropa  Ittifaqının  üzvü 

kimi  Fransa  həmsədr  ölkədir,  bundan  başqa  Birləşmiş  Ştatlar  və  Rusiya  da  var. 

Münaqişə artıq 20 ildir ki, davam edir. Sualınızda düzgün qeyd etdiniz ki, hazırda 

nəinki  Dağlıq  Qarabağ,  o  cümlədən  keçmiş  Dağlıq  Qarabağ  Muxtar Vilayətinin 

inzibati sərhədlərindən kənarda yerləşən 7 rayon da işğal altındadır. Məhz həmin 

7 rayondan qovulan azərbaycanlılar məcburi köçkünlərin əksər hissəsini, yəni 700 

mindən çoxunu təşkil edir. Bu gün həmin rayonlarda hər şey dağıdılıb, heç bir yaşa-

yış yoxdur. Ermənilər hər şeyi yerlə-yeksan edib, məktəbləri, xəstəxanaları, binaları 

və məscidləri, hətta qəbiristanlıqları dağıdıblar. Onlar Azərbaycanla danışıqlarda 

bir növ mübadilə vasitəsi kimi həmin torpaqları əllərində saxlayırlar ki, günlərin 

bir günü Azərbaycan həmin rayonların qaytarılması müqabilində Dağlıq Qarabağın 

müstəqilliyinə razılıq versin. Bu, heç vaxt baş verməyəcək. Onlar bunu da yaxşı 

bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Əgər tarixə nəzər salsaq 

görərik ki, ermənilər nə vaxt və kim tərəfindən həmin bölgəyə köçürülüblər. Bu 

hadisələr təxminən 200 il bundan əvvəl baş verib. Dağlıq Qarabağ Azərbaycanın 

ayrılmaz hissəsidir. Azərbaycan BMT-yə daxil olanda o, Dağlıq Qarabağla birlikdə 

qəbul edilib. Buna görə də Azərbaycanın ərazisinin bölünməsi və Dağlıq Qarabağın 

müstəqil olmasına razılığın verilməsi imkanından söhbət belə gedə bilməz. 

Münaqişənin həlli ilə nəticələnə biləcək yeganə yol var. Əvvəlcə, Ermənistan 

silahlı  qüvvələrini  Dağlıq  Qarabağ  ətrafında  olan  rayonlardan  çıxarmalıdır.  Biz, 

eyni zamanda, razılaşırıq ki, hamı üçün təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə