Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə58/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   54   55   56   57   58   59   60   61   ...   146

154

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

sülhməramlı əməliyyatlar aparıla bilər. Ermənistanla Dağlıq Qarabağ arasında tor-

paq əlaqəsinin olmasında da problem görmürük. Bu ona görə edilə bilər ki, bölgədə 

yaşayan insanlar özlərini daha təhlükəsiz hiss etsinlər. Biz, eyni zamanda, Dağlıq 

Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verilməsinə də 

razıyıq. Avropada da bu təcrübədən istifadə edirlər. Biz dünyada muxtariyyətin ən 

yaxşı nümunəsini tətbiq edə bilərik. 

Bundan  əlavə,  qeyd  etmək  istəyirəm  ki,  onların  dedikləri  məntiqsizdir.  On-

lar  Dağlıq  Qarabağın  müstəqilliyini  istəyirlər  və  bildirirlər  ki,  Dağlıq  Qarabağ-

da  ermənilərin  öz  müqəddəratını  təyin  etmək  hüququ  var.  Lakin  onlar  artıq  öz 

müqəddəratını təyin ediblər və Ermənistan dövlətinə malikdirlər. Sabah onlar ABŞ, 

Fransa, Rusiya və yaşadıqları digər ölkələrdə öz müqəddəratını təyin etmək tələbi 

ilə çıxış edə bilərlər. Belə olarsa, neçə erməni dövləti yarana bilər? Bu, düzgün 

yanaşma deyil. Biz ümid edirik ki, hər iki tərəf Minsk qrupunun yaxından iştira-

kı  ilə Azərbaycanın ərazi bütövlüyünün  bərpasına, Dağlıq Qarabağ  ermənilərinə 

Azərbaycanın  ərazisi  çərçivəsində  özünüidarəetmə  imkanlarının  yaradılmasına 

yardım edəcəkdir. 

Növbəti suala gəldikdə, siz Xəzərin  şərq sahilində hasil olunan  qazın  Azərbay-

can ərazisi ilə nəql edilməsi məqsədi ilə Xəzər konsorsiumunun yaradılması imkanı 

haqqında danışdınız. Biz bu haqda eşitmişik. Biz həmin qurumun təfərrüatlarını, 

onun  hansı  praktiki  addımlar  atacağını  və  nə  vaxt  atacağını  bilmirik.  Lakin 

əvvəlcədən dəfələrlə bildirmişik ki, hər bir ölkə malların öz ərazisindən daşınması-

na üstünlük verir. Bu istər neft, istər qaz, istərsə də digər mallar ola bilər. 

Azərbaycan  əlverişli  coğrafi  mövqeyə  malikdir  və  əvvəl  qeyd  etdiyim  kimi, 

bu  mövqe  mövcud  olan  infrastruktura  əsaslanır.  Əgər  şərq  sahilindəki  qonşu-

larımızın bu sahədə arzusu olarsa və bizim ərazimiz vasitəsilə öz mallarını daşı-

maq istəyərlərsə, biz buna şərait yaradacağıq. Bu baxımdan biz istehlakçıların da 

səylərini dəstəkləyirik ki, onların karbohidrogen ehtiyatlarına çıxışı daha da asan-

laşsın. 

Azərbaycan tələbələrinə gəldikdə isə, deyə bilərəm ki, bu yaxınlarda biz gənc 

azərbaycanlıların  xaricdə  təhsil  alması  məqsədi  ilə  Dövlət  Proqramının  icrasına 

başlamışıq. Bu məqsədlər üçün vəsaitlər Dövlət Neft Fondundan ayrılır. Çox qısa 

müddətdə biz min tələbəyə yardım etməyi planlaşdırırıq. Planlaşdırırıq ki, onlar 

xaricdə yaxşı təhsil alsınlar. 

O ki qaldı, onların qayıdıb işləməsinə, bilirsiniz, bu gün qloballaşan dünyada Av-

ropadan və ABŞ-dan olan bir çox insanlar Azərbaycanda işləyirlər. Azərbaycanlılar 

da Avropada çalışırlar. Mən bunu normal hesab edirəm. Hər kəsin təhsil almaq hü-

ququ var. Azərbaycan dövləti bu imkanı yaradır və bunu maliyyələşdirir. Əlbəttə 

ki, ölkəmizdəki inkişaf səviyyəsi dünyanın inkişaf etmiş dövlətlərinin səviyyəsi ilə 

müqayisə edilə bilməz. Lakin vaxt yetişəcək ki, Azərbaycan da dünyanın inkişaf 




155

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

etmiş ölkələrindən birinə çevriləcəkdir. Işlə təmin olunmaya gəldikdə deyə bilərəm 

ki, böyük sosial bəla olan işsizlik son 5 il ərzində demək olar ki, aradan qaldırılmış-

dır, 760 min iş yeri açmışıq. 

Bir əlavə məsələni də qeyd edim: Azərbaycanda fəaliyyət göstərən bir çox xarici 

və yerli şirkətlərin rəhbərləri xarici ölkə vətəndaşlarıdır. Bu, onu göstərir ki, bizim 

lazımi bilik və bacarıqlara malik şəxslərə ehtiyacımız var. Ümid edirəm ki, sizin 

təhsiliniz vətəndə müvafiq iş tapmağa yardım edəcəkdir. Mən bilirəm ki, bu, bü-

tün azərbaycanlıların ürəyindəndir, onların hamısı öz ölkəsində yaşamaq istəyir və 

ölkəmiz də onların qayıtmasını arzulayır. 

Aparıcı: Cənab Prezident, icazə verin, öncə Sizə ünvanladığım sualı bir daha 

təkrarlayım. Iqtisadi və maliyyə böhranı Sizin ölkənizə nə kimi təsir göstərir? 



İlham Əliyev: Təbii ki, biz dünya iqtisadiyyatının bir hissəsiyik. Böhranın mənfi 

təsirini hiss edirik. Bu, xüsusən də müvafiq bazarların olmamasından və istehsal et-

diyi məhsulları kifayət qədər ixrac edə bilməməsindən əziyyət çəkən müəssisələrə 

aiddir. 


Lakin  bizim  müşahidələrimizə  və  beynəlxalq  maliyyə  təsisatlarının  verdiyi 

qiymətlərə əsasən, böhran Azərbaycana daha az təsir göstərir. Artıq qeyd etdiyim 

kimi, iqtisadiyyatımız yenə də inkişaf edir, milli valyuta sabitdir. Bəzən görürük ki, 

bizim regionda, keçmiş sovet məkanında və hətta Şərqi Avropa ölkələrində milli val-

yutanın dəyəri 10, 20, 50 faiz aşağı düşür. Bizim güclü maliyyə imkanlarımız var. Bu 

ilin əvvəlinə olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 18 milyard dolla-

ra bərabərdir, büdcə kəsiri yoxdur. Təbii ki, biz dövlətin maliyyələşdirdiyi layihələrə 

düzəliş edə bilərik. Çünki neftin qiymətinin aşağı düşməsi bizə təsir edib, lakin adi 

vətəndaşlara gəldikdə, onlar əziyyət çəkmirlər. Çünki istehlak mallarının qiymətləri 

aşağı düşüb. Ərzağın qiymətləri 20-30 faiz aşağı düşüb, bunu digər mallara da aid 

etmək olar. Zənnimcə, biz böhran dövrünü minimal itkilərlə yaşayacağıq. 

Sual:  Cənab  Prezident,  çıxışınıza  görə  minnətdaram.  Mən  Amerikanın 

təhlükəsizlik  araşdırmaları  ilə  məşğul  olan  qeyri-hökumət  təşkilatını  təmsil 

edirəm.  Mənim  sualım Azərbaycanla  OPEK,  qaz  OPEK-i  adlandırılan  qurumla 

münasibətlərin perspektivlərinə aiddir. 



Sual:  Cənab  Prezident,  Siz  çıxışınızda  Avropa  Ittifaqı  ilə  əməkdaşlıq  və 

tərəfdaşlığı  qeyd  etdiniz.  Sizin  Avropa  Ittifaqına  inteqrasiyanız  seçiminizdir, 

yoxsa məqsədiniz? Nəzərə alsaq ki, iki qonşunuz - Ermənistan və Gürcüstan bu 

istiqamətdə irəliləyirlər. 



Sual: Mən Avropa Ittifaqının Sosial və Iqtisadi Komissiyasının icra şurasının 

nümayəndəsiyəm.  Biz Avropada  yeni  enerji  dəhlizləri  məsələsi  ilə  məşğuluq,  o 

cümlədən mən Cənubi Qafqazda Demokratiya və Vətəndaş Cəmiyyəti Fondunun 

rəhbəriyəm. 

Zati-aliləri, mənim sualım sırf yeni enerji dəhlizləri ilə bağlıdır. Sizin Nabukko 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə