Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə62/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   58   59   60   61   62   63   64   65   ...   146

162

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

görüşlərin dəyəri nədir? Zənnimcə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən bu 

haqda danışmaq tezdir. Məsələ öz həllini tapmasa vəziyyəti əvvəlcədən proqnozlaş-

dırmaq və ya əməkdaşlıq etmək mümkün deyil. 



Aparıcı: Cənab Prezident Əliyev, bizimlə görüşdüyünüzə və bu cür geniş, ma-

raqlı söhbət apardığınıza görə Sizə olduqca minnətdarıq. 




163

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Brüsseldə Avropa İttifaqı Nazirlər Şurasının 

Baş katibi Xavyer Solana ilə görüşmüşdür 

29 aprel 2009-cu il

Brüsseldə Azərbaycan Prezidenti Ilham Əliyev Avropa Ittifaqı Nazirlər Şurası-

nın Baş katibi, ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer 

Solana ilə görüşmüşdür. 

Görüşdə Azərbaycan ilə Avropa Ittifaqı arasında əlaqələrin perspektivlərinə, re-

giondakı vəziyyətə, enerji əməkdaşlığına, Ermənistan-Azərbaycan, Dağlıq Qara-

baq münaqişəsinin sülh yolu ilə həllinə dair fikir mübadiləsi aparıldı. 




164

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

və Avropa İttifaqı Nazirlər Şurasının Baş katibi 

Xavyer Solananın birgə mətbuat konfransı keçirilmişdir 

29 aprel 2009-cu il

Azərbaycan Prezidenti Ilham Əliyev və Avropa Ittifaqı Nazirlər Şurasının Baş 

katibi, ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana 

görüşdən sonra mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər. 

Xavyer Solana Azərbaycanın Avropa Ittifaqı üçün vacib ölkə olduğunu,tərəflər 

arasında yaxşı əməkdaşlıq münasibətlərinin mövcudluğunu və bu əməkdaşlığın Av-

ropa Qonşuluq Siyasəti çərçivəsində inkişaf etdiyini bildirdi. 

Azərbaycan  Prezidenti  Ilham  Əliyev  aparılan  danışıqlardan  məmnunluğunu 

ifadə  edərək  bildirdi  ki,  biz Avropa  Ittifaqı  ilə  əməkdaşlığın  səviyyəsini  yüksək 

qiymətləndiririk. Avropa Ittifaqı ilə Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin 

genişləndiyini vurğulayan dövlət başçısı dedi ki, bu əlaqələrə regional inkişaf, iqti-

sadi əməkdaşlıq, siyasi islahatlar, enerji təhlükəsizliyi və digər sahələri əhatə edən 

layihələr daxildir. 

Prezident  Ilham  Əliyev  bildirdi  ki,  Azərbaycan  etibarlı  tranzit  və  təchizatçı 

ölkədir, bu da Azərbaycan-Avropa Ittifaqı əlaqələrinə qarşılıqlı fayda gətirir.




165

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

və Avropa İttifaqının prezidenti Herman 

Van Rompeyin görüşü olmuşdur 

1 dekabr 2010-cu il

 

Astanada Azərbaycan Prezidenti Ilham Əliyevin və Avropa Ittifaqının prezidenti 



Herman Van Rompeyin görüşü olmuşdur. 

Görüşdə Azərbaycan ilə Avropa Ittifaqı arasında uğurlu əməkdaşlığın həyata ke-

çirildiyi bildirildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama 

salınması, enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olundu. 

Görüşdə Azərbaycan ilə Avropa Ittifaqı arasında əməkdaşlığın bundan sonra da 

genişlənəcəyinə əminlik ifadə edildi.




166

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun 

təkbətək görüşü olmuşdur 

13 yanvar 2011-ci il

 

Prezidenti Ilham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barro-



zunun təkbətək görüşü olmuşdur. 

Görüşdə Azərbaycan ilə Avropa Ittifaqı arasında əməkdaşlığın müxtəlif sahə-

lərdə uğurla inkişaf etdiyi bildirildi, enerji sahəsində əməkdaşlığın yaxşı potensia-

lının olduğu vurğulandı. Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə 

olundu. 

Söhbət  zamanı  Azərbaycan-Avropa  Ittifaqı  əlaqələrinin  hazırkı  vəziyyəti  və 

perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.



167

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

və Avropa Komissiyasının sədri Jose Manuel 

Barrozunun geniş tərkibdə görüşü 

13 yanvar 2011-ci il

Yanvarın  13-də  təkbətək  görüş  başa  çatdıqdan  sonra  Azərbaycan  Respubli-

kasının  Prezidenti  Ilham  Əliyevin  və Avropa  Komissiyasının  sədri  Jose  Manuel 

Barrozunun  nümayəndə  heyətlərinin  iştirakı  ilə  geniş  tərkibdə  görüşü  olmuşdur.  

Azərbaycan Prezidenti Ilham Əliyev qonaqlara müraciətlə dedi: 

- Cənab sədr, bir daha xoş gəlmisiniz! Sizi və nümayəndə heyətinizi burada sa-

lamlayıram. Sizi Azərbaycanda qəbul etməyimdən çox məmnunam. Qeyd etdiyi-

miz kimi, sizin səfərinizi gözləyirdik. Çox şadam ki, bu ili belə bir mühüm səfərlə 

başlayırıq və bu, bizim münasibətlərimizin səviyyəsinin və keçmişdə apardığımız 

əməkdaşlığın göstəricisidir. Əminəm ki, bu səfər Avropa təsisatları ilə Azərbaycan 

arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır. Münasibətlərimizin 

artıq yaxşı tarixi və səmərəli gələcək perspektivləri vardır. Ikitərəfli gündəliyimiz 

çox genişdir və bu gün ətraflı şəkildə müzakirə etdiyimiz bir çox sahələri əhatə edir. 

Səmimi müzakirələrə və açıq söhbətə görə çox minnətdaram. Bu, çox faydalı və 

səmərəli oldu. Əminəm ki, bu ilin yaxşı başlanğıcı bütün məqsədlərimizin həyata 

keçirilməsinə zəmin yaradacaqdır. Bu baxımdan enerji təhlükəsizliyi, siyasi və iq-

tisadi islahatlar kimi məsələlər nəzərdə tutulubdur. Bildiyiniz kimi, Azərbaycanın 

Avropa Ittifaqına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri vardır. Ona görə he-

sab edirik ki, bu səfər münasibətlərimizi irəliyə doğru aparacaq və gələcəkdə biz 

bir çox müsbət nəticələrin şahidi olacağıq. Bir daha Azərbaycana xoş gəlmisiniz! 

Avropa Komissiyasının sədri Jose Manuel Barrozu dedi: 

-  Cənab  Prezident,  Bakıda  olmağımdan  çox  məmnunam.  Sizin  xeyir-

xah  dəvətinizi  məmnunluqla  qəbul  etdim.  Fikrimcə,  bu  səfər  Azərbaycanla 

Avropa  Ittifaqı  arasında  yüksək  səviyyədə  olan  münasibətlərin  daha  da 

genişləndirilməsi  üçün  fürsətdir.  Azərbaycan  bizim  bu  regiondakı  etibar-

lı  tərəfdaşımızdır.  Biz  bunu  əvvəllər  də  bəyan  etmişdik,  indi  isə  bir  daha  bunu 

əyani  şəkildə  görürük.  2008-ci  ildə  ölkənizdə  nümayəndəliyimizi,  indi  isə 

səfirliyimizi  açmışıq.  Azərbaycanın  iqtisadiyyatı  yüksək  sürətlə    inkişaf    edir, 

artım  tempiniz  çox  yüksəkdir.  Deyərdim  ki,  bu,  dünyada  ən  yüksək  tempdir. 

Bilirəm ki, cəmiyyətiniz  də çox dinamik cəmiyyətdir.  Mən   bunu   alqışlayıram.  

Eyni  zamanda,  Azərbaycanın  beynəlxalq  məsələlərdə,  xüsusən  də  terrorçulu-

ğa  qarşı  mübarizədə  oynadığı  mühüm  rolu  yüksək  dəyərləndirirəm. Azərbaycan 

müəyyən  ölkələrdə  davam  edən  münaqişələrin  qarşısının  alınmasına  da  öz 

töhfəsini verir. Sizin bu məsələlərdə tutduğunuz mövqe xüsusi əhəmiyyət kəsb edir.  



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə