Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə52/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   48   49   50   51   52   53   54   55   ...   146

136

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

bu, digər boru kəmərlərinin istifadəsi üçün də kifayət edəcəkdir. Alternativ marş-

rutların olması bizim üçün də böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycandan 

Avropa və dünya bazarlarına neftin nəqli üçün 3 boru kəməri var və əlavə bir boru 

kəmərinin olması faydalı ola bilərdi.

“The Observer” qəzeti (Böyük Britaniya): Insan hüquqlarına dair hesabatlarda 

Azərbaycanın adı Belarusla yanaşı çəkilir. Siz dekabr ayında burada Qazaxıstan 

Prezidentini qəbul edəcəksiniz. Siz Avropa Ittifaqının ölkələrlə yaxşı əlaqələri ener-

ji ehtiyatlarına əsasən yaratdığını deyən tənqidçilərə nə deyə bilərsiniz?



Joze Manuel Barrozu: Hər şeydən əvvəl gəlin, onu qeyd edək ki, Azərbaycanda 

müşahidə  olunan  təkamül  müsbət  istiqamətdədir.  Gəlin,  yaddan  çıxarmayaq  ki, 

Azərbaycan bu yaxınlarda öz müstəqilliyini qazanıb və demokratik ölkə qurmağa 

başlayıbdır. Azərbaycanda  hazırda  siyasi  və  iqtisadi  islahatların  aparılması  üçün 

səylər göstərilir. Bu gün bizim apardığımız iş, həm də Azərbaycanda demokrati-

yanın inkişaf etdirilməsi və qanunun aliliyi ilə bağlıdır. Bu gün mən bu məsələni 

cənab  Prezidentlə  görüşüm  zamanı  qaldırdım  və  o,  vəziyyətlə  bağlı  öz  fikir  və 

təhlillərini söylədi. Biz Azərbaycanla müsbət əlaqələr qururuq və onun çətin re-

gionda yerləşdiyini anlayırıq. Avropa Ittifaqının Azərbaycanla əməkdaşlığının ən 

əhəmiyyətli bir hissəsini siyasi və demokratik islahatlar təşkil edir. Bu, Avropa Itti-

faqının qonşuluq siyasətinin çox mühüm bir hissəsidir. Azərbaycanla əlaqələrimiz, 

sadəcə, enerji sahəsi ilə məhdudlaşmır. Prezident Ilham Əliyevin qeyd etdiyi kimi, 

Azərbaycan ilə Avropa Ittifaqı arasında əlaqələr ümumi dəyərlərə əsaslanmalıdır və 

biz bu dəyərləri dəstəkləmək üçün, azərbaycanlı dostlarımızla birgə işləmək üçün 

bu gün buradayıq.

Aleksandr Miniyev (Rusiya): Mənim sualım Prezident Ilham Əliyevədir. Gür-

cüstanla Rusiya əlaqələri barədə Sizin fikirlərinizi bilmək istərdik. Qafqaz Sizin 

regionunuzdur. MDB-nin gələcəyi haqqında da nə deyə bilərsiniz?

İlham Əliyev: Adətən, Azərbaycanda biz hər zaman çalışırıq ki, qonşularımızın 

daxili işlərinə və hökumətlərarası münasibətlərə müdaxilə etməyək. Bizim Gürcüs-

tan və Rusiya ilə yaxşı əlaqələrimiz var. Hər ikisi qonşumuz və tərəfdaşımızdır. Hər 

ikisi ilə strateji tərəfdaşlıq münasibətlərimiz var. Bu sahədə əldə etdiyimiz müsbət 

təcrübəmiz  haqqında  çox  danışa  bilərdim,  lakin  vaxtınızı  almaq  istəmirəm.  He-

sab edirəm ki, qonşularımız arasındakı normal münasibətlər regional əməkdaşlığa 

xidmət edəcəkdir. Azərbaycan özünün daxili məsələlərinin həllindən əlavə, regio-

nal əməkdaşlığa, enerji sahəsindəki əlaqələrimizə də xüsusi önəm verir. Ona görə 

potensial risklərin minimum həddə endirilməsi bizim üçün prioritet əhəmiyyət da-

şıyır. Bu baxımdan da biz öz dostlarımız və qonşularımız arasındakı münasibətləri 

əsil dostlar arasındakı münasibətlər kimi görmək istəyirik.

“Euro  Politiks”  qəzeti  (Belçika):  Mənim  sualım  Prezident  Ilham  Əliyevədir. 

2005-ci  ilin  mart  ayında  qətlə  yetirilmiş  jurnalist  Elmar  Hüseynovla  bağlı  sual 




137

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

vermək  istərdim.  Məlum  olduğu  kimi,  o,  Sizin  haqqınızda  və  hökumətiniz  haq-

qında tənqidi yazılar yazırdı. Həmin qətl hadisəsinin lazımi qaydada araşdırılması 

ölkənizdə mətbuat azadlığına dəstək verməyiniz kimi qəbul edilə bilərdi. Xahiş edi-

rik, bu məsələ ilə bağlı məlumat verəsiniz.



İlham Əliyev: Bu qətl hadisəsi  Azərbaycana ağır  zərbə oldu və həmin hadisənin 

nəticələri hələ bu gün də bizim gözümüz qarşısındadır. Çünki  Azərbaycanda  birin-

ci dəfə idi ki, jurnalist bu cür qəddarlıqla qətlə yetirilmişdi. Bilirsiniz, onun yazdığı 

məqalələri bir yana qoysaq, - çünki o, müxtəlif siyasi dairələrlə bağlı tənqidi yazılar 

yazırdı, - bu hadisə onu göstərdi ki, Azərbaycandakı daxili sabitliyin pozulmasında 

maraqlı olan qüvvələr var. Bu hadisə baş verdikdən dərhal sonra biz geniş təhqiqat 

apardıq, ABŞ-ın, Britaniyanın və Avropadakı təhlükəsizlik orqanlarına da müraciət 

etdik ki, cinayətkarların tapılmasında bizə yardım etsinlər. Birgə səylər nəticəsində, 

öz təhqiqatımız əsasında qətlin kimin tərəfindən törədildiyi barədə məlumatı əldə 

edə bildik. Indi isə biz həmin şəxsləri tapmalıyıq. Biz Interpolla müvafiq iş aparırıq, 

çünki hazırda həmin insanlar Azərbaycanda deyil, onun hüdudlarından kənardadır. 

Ölkədə olmayan cinayətkarı tapmaq bəzən çətin olur. Ona görə bütün dünyada ax-

tarışda olan cinayətkarların tapılması və ədalət mühakiməsinə gətirilməsi bəzən çox 

çətin olur. Hazırda biz nə edə bilərik? Sadəcə, cinayətdə təqsirli bilinən bu şəxslərin 

Interpol  tərəfindən  tapılmasını  və  ədliyyə  orqanlarına  təhvil  verilməsini  gözləyə 

bilərik.


Mənim sualım cənab Barrozuyadır. Bildiyimiz kimi, bu yaxınlarda Azərbaycan 

və Ermənistan ilə fərdi tədbirlər planı razılaşdırılıb. Bu planda ölkələrin ərazi bü-

tövlüyü, suverenliyi, təhlükəsizliyi və xüsusilə də enerji təhlükəsizliyi məsələləri 

əks  olunubdur.  Bilmək  istərdim  ki,  Ermənistanın  bu  plandakı  prinsiplərə  zidd 

getməsinə,  yəni Azərbaycanın  ərazi  bütövlüyünün  pozulması  məsələsinə Avropa 

Ittifaqı necə baxır?



Joze Manuel Barrozu: Əvvəlcə  onu demək istəyirəm ki, biz  Azərbaycanın 

ərazi bütövlüyünü, suverenliyini tam tanıyır və dəstəkləyirik. Biz bunu tədbirlər 

planında qeyd etmişik. Həmin sənəddə deyilir ki, Azərbaycanın müstəqilliyi, suve-

renliyi və ərazi bütövlüyü Avropada sülhün və sabitliyin qorunmasına öz töhfəsini 

verəcəkdir. Bu, bizim fəaliyyət planımızda aydın şəkildə ifadə olunubdur.

Ermənistanla münaqişənin olması ilə yanaşı, biz Azərbaycanı Dağlıq Qarabağ 

münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səyləri davam etdirməyə çağırırıq. 

Minsk  qrupunun  vasitəçilik  fəaliyyətini  və  eləcə  də  Cənubi  Qafqaz  üzrə  xüsusi 

nümayəndənin göstərdiyi səyləri dəstəkləyirik. Eyni zamanda, tərəflər arasında ra-

zılaşma əldə edildikdən dərhal sonra regionda bərpa və yenidənqurma prosesinə 

qoşulmağa hazırıq. Mən Prezident Ilham Əliyevlə görüşümdə bu fikri bildirdim. 

Çox sağ olun.




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə