Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə50/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   46   47   48   49   50   51   52   53   ...   146

129

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi 

nümayəndəsi Heyki Talvitiyenin rəhbərlik etdiyi 

nümayəndə heyətini qəbul etmişdir 

14 sentyabr 2005-ci il

Azərbaycan  Respublikasının  Prezidenti  Ilham  Əliyev  sentyabrın  14-də  Prezi-

dent sarayında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki 

Talvitiyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüş  zamanı  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli, 

Azərbaycanda  qarşıdan  gələn  parlament  seçkiləri,  Azərbaycan-Avropa  Birliyi 

əməkdaşlığı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olun-

muşdur.



130

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Avropa Birliyi “Üçlüyü”nün (Troyka) nümayəndə 

heyətini qəbul etmişdir 

3 oktyabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev oktyabrın 3-də Prezident 

sarayında Avropa Birliyi “Üçlüyü”nün (Troyka) nümayəndə heyətini qəbul etmişdir.

Prezident Ilham Əliyev qonaqları salamlayaraq dedi ki, sizin ölkəmizə səfəriniz 

çox  əhəmiyyətlidir  və Avropa  Birliyi  ilə Azərbaycan  arasında  əməkdaşlığın  in-

kişafında  yeni  mərhələnin  başlanğıcı  deməkdir. Azərbaycanın Avropa  Birliyi  ilə 

əlaqələrinin səviyyəsinin yüksək olduğunu vurğulayan Prezident Ilham Əliyev dedi 

ki, biz müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik. Qonşu-

luq siyasəti bütün regiona sülh və inkişaf gətirəcəkdir. Ümid edirəm ki, aparılan 

müzakirələr Avropa Birliyi ilə Cənubi Qafqaz münasibətlərinin inkişafında faydalı 

olacaqdır.

Prezident Ilham Əliyevin fikirləri ilə şərik olduqlarını söyləyən Finlandiyanın 

xarici  işlər  naziri  Erkki Tuomioya Azərbaycanda  qonşuluq  siyasətinin  fəaliyyəti 

barədə  müzakirələr  apardıqlarını  bildirdi.  Bakıya  səfərin  çox  səmərəli  olduğu-

nu  vurğulayan  qonaq  ümidvar  olduğunu  bildirdi  ki,  qonşuluq  siyasəti  regionda 

münaqişələrin həllinə töhfələr verə biləcəkdir. O dedi ki, biz münasibətlərimizin 

təkcə  iqtisadi  baxımdan  deyil,  həm  də  davamlı  siyasi  dialoq  və  əməkdaşlıq 

çərçivəsində dərinləşəcəyinə ümid edirik.



131

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

 Avropa Birliyi Şurasının Baş katibi, Xarici Siyasət və 

Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi 

Xavyer Solana ilə görüşü

7 noyabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev noyabrın 7-də Brüsseldə 

Avropa Birliyinin iqamətgahına gəlmişdir.

Binada Azərbaycan Respublikasının dövlət bayrağı asılmışdı.

Prezident  Ilham  Əliyevi  binanın  önündə Avropa  Birliyi  Şurasının  Baş  katibi, 

xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana böyük 

hörmət və ehtiramla qarşıladı.

Sonra Azərbaycan Prezidenti Ilham Əliyevin Avropa Birliyi Şurasının Baş katibi 

Xavyer Solana ilə təkbətək görüşü oldu.

Prezident Ilham Əliyev Azərbaycanda gedən siyasi-iqtisadi inkişaf proseslərin-

dən və müxtəlif sahələrdə qazanılan uğurlardan danışdı.

Avropa Birliyinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirən 

Xavyer Solana bunun müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın 

inkişafına  təkan  verəcəyini  vurğuladı.  O,  yeni  qonşuluq  siyasətindən  danışaraq, 

bunu Azərbaycan-Avropa Birliyi əməkdaşlığının yeni mərhələsi adlandırdı. Xavyer 

Solana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional 

məsələlərlə də maraqlandı.

Prezident  Ilham  Əliyev  ölkəmizin  Avropa  Birliyi  ilə  münasibətlərə  çox  bö-

yük önəm verdiyini vurğuladı, “Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı”nın 

əhəmiyyətindən  danışdı  və  əməkdaşlığın  bundan  sonra  da  genişlənəcəyinə 

əminliyini  söylədi.  Prezident  Ilham  Əliyev  Ermənistan-Azərbaycan,  Dağlıq  Qa-

rabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırki vəziyyəti barədə 

ətraflı bəhs edərək dedi ki, bu məsələ yalnız və yalnız Azərbaycanın ərazi bütövlü-

yü prinsipinə əməl olunmaqla həll edilə bilər.

Xavyer Solana Azərbaycanı regionda çox əhəmiyyətli rol oynayan dövlət kimi 

səciyyələndirdi və ümumiyyətlə, Avropa Birliyinin regionla əlaqələrində ölkəmizlə 

əməkdaşlığın çox mühüm yeri olduğunu vurğuladı.




132

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşü 

7 noyabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev noyabrın 7-də Brüsseldə 

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşmüşdür.

Cənab  Barrozu  Azərbaycan  ilə  əməkdaşlığın  səviyyəsinin  yaxşı  olduğunu 

bildirərək dedi ki, əlaqələrin daha da genişləndirilməsi üçün potensial böyükdür. O, 

Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında imzalanacaq enerji məsələləri 

üzrə  strateji  tərəfdaşlığa  dair  anlaşma  memorandumunun  əhəmiyyətini  vurğu-

ladı, Azərbaycanın Avropaya inteqrasiyasının Avropa Birliyi üçün də vacibliyini 

bildirdi.  Cənab  Barrozu  dedi  ki,  biz Azərbaycanın Avropa  Birliyi  ilə  əlaqələrini 

yüksək qiymətləndiririk, qonşuluq siyasəti çərçivəsində işbirliyindən məmnunuq, 

əlaqələrimizdə iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlıq mühüm yer tutur. 

Bununla yanaşı, demokratik dəyərlər baxımından da əməkdaşlığımız faydalıdır. Elə 

etməliyik  ki,  həm Azərbaycan  əhalisi,  həm  də Avropa  Birliyi  ölkələrinin  əhalisi 

bunun əməli nəticələrini görsün.

Avropa  Birliyi  ilə  əməkdaşlığı  yüksək  qiymətləndirən Azərbaycan  Prezidenti 

Ilham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf proseslərindən, yoxsulluğun azaldıl-

ması, yeni iş yerlərinin açılması və demokratik islahatlar barədə ətraflı söhbət açdı 

və bildirdi ki, bütün sahələrdə Avropa dəyərlərinə qovuşmağın bizim üçün böyük 

əhəmiyyəti var. Prezident Ilham Əliyev Azərbaycanın Avropa Birliyinə töhfəsindən 

də danışaraq, ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri və geniş 

nəqliyyat infrastrukturu olduğunu vurğuladı və dedi ki, bu baxımdan Azərbaycan 

da Avropa üçün böyük əhəmiyyət daşıyır.

Söhbət  zamanı  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  məsələsinə  də  toxu-

nuldu.  Prezident  Ilham  Əliyev  danışıqlar  prosesinin  hazırkı  mərhələsi,  eləcə  də 

Azərbaycanın bu məsələdə mövqeyi barədə məlumat verdi.

Avropa  Komissiyasının  sədri  dedi  ki,  biz  yalnız  enerji  sahəsində  deyil,  digər 

sahələrdə də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olundu.



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə