Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə46/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   42   43   44   45   46   47   48   49   ...   146

117

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

Avropa Komissiyası sədrinin müavini 

Loyola De Palasio ilə görüşü

18 may 2004-cü il

Azərbaycan Prezidenti Ilham Əliyev mayın 18-də Brüsseldə Avropa Komissi-

yası sədrinin müavini, energetika, nəqliyyat və Avropa Parlamenti ilə əlaqələr üzrə 

üzvü xanım Loyola De Palasio ilə görüşmüşdür.

Prezident Ilham Əliyev ilə görüşmək imkanından məmnun olduğunu bildirən 

xanım Loyola De Palasio son illərdə Azərbaycanda həyata keçirilən mühüm işləri 

vurğuladı,  bunların  Avropa  Komissiyası  tərəfindən  yüksək  qiymətləndirildiyini, 

dövlətimizin başçısının demokratiyanın inkişafı və insan hüquqlarının qorunması 

sahəsindəki fəaliyyətinin faydalı olacağını söylədi.

Görüşdə  TRACEKA  proqramının,  Xəzərin  enerji  ehtiyatlarının  işlənilməsinə 

dair  imzalanmış  müqavilələrin  həyata  keçirilməsi,  Bakı-Tbilisi-Ceyhan  əsas  ix-

rac  boru  kəmərinin  tikintisi  barədə  söhbət  getdi.  “Şahdəniz”  yatağından  çıxarı-

lacaq qazın Avropaya nəqli məsələsi diqqət mərkəzində oldu. Xanım Loyola De 

Palasio dedi ki, biz bu layihəyə böyük əhəmiyyət veririk və Avropa Komissiyası 

Azərbaycan qazının Türkiyə və Yunanıstan vasitəsilə Avropaya çatdırılması üçün 

öz köməyini əsirgəməyəcəkdir. O, bunu da bildirdi ki, Avropa Komissiyası “Av-

ropada  qonşuluq  siyasəti”  strateji  sənədini  bu  il  mayın  12-də  hazırlamış  və Av-

ropa Birliyinə göndərmişdir. Iyunun sonunda həmin sənəd Avropa Parlamentində 

müzakirə olunacaqdır.

Prezident  Ilham  Əliyev  ölkəmizdə  aparılan  iqtisadi  islahatların  müsbət 

nəticələrindən,  əsas  ixrac  boru  kəmərinin  tikintisinin  gedişindən  danışdı, 

Azərbaycanın  TRACEKA  layihəsinə  böyük  əhəmiyyət  verdiyini  vurğuladı. 

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan “Şahdəniz” yatağından hasil ediləcək 

qazın  tezliklə Avropa  bazarlarına  çatdırılmasında  maraqlıdır. Azərbaycan  Prezi-

denti dedi ki, ölkəmiz Avropa strukturlarına inteqrasiyanı öz siyasətinin mühüm 

istiqamətlərindən biri hesab edir.

Azərbaycan Prezidenti Ilham Əliyev Avropa Komissiyası sədrinin müavini ilə 

görüşdən sonra Dünya Gömrük Təşkilatının (DGT) iqamətgahı qarşısında “Dədə 

Qorqud” abidəsinin təntənəli açılış mərasimində iştirak etdi.

Abidənin  açılışından  sonra  Dünya  Gömrük  Təşkilatının  binasında  DGT  ilə 

Azərbaycan Respublikasının Dövlət Gömrük Təşkilatı arasında niyyət protokolu-

nun imzalanma mərasimi oldu.

Azərbaycan Prezidenti Ilham Əliyev mərasimdə iştirak edirdi.

Sənədi  DGT-nin  baş  katibi  Mişel  Dane  və  Azərbaycan  Dövlət  Gömrük 



118

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Komitəsinin sədri Kəmaləddin Heydərov imzaladılar.

Mayın  18-də  Azərbaycan  Prezidenti  Ilham  Əliyev  onun  üçün  ayrılmış 

iqamətgahda  -  “Conrad”  mehmanxanasında  Küveytin  xarici  işlər  naziri  şeyx 

Məhəmməd əs-Sabahı qəbul etdi.

Həmin gün Azərbaycan Prezidenti Ilham Əliyev Belçika Krallığının Baş naziri 

Gi Verhofstadt ilə görüşdü.

Görüş başa çatdıqdan sonra Prezident Ilham Əliyev və Baş nazir Gi Verhofstadt 

Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında üç sənəd - ikiqat vergitut-

manın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında 

konvensiya, sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında saziş və gömrük 

məsələləri üzrə qarşılıqlı inzibati yardım göstərilməsi haqqında ikitərəfli saziş im-

zaladılar.

Azərbaycan  Prezidenti  Ilham  Əliyev  sonra  Avropa  Birliyinin  iqamətgahında 

AB Şurasının Baş katibi, AB-nin ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali 

nümayəndəsi Xavyer Solana ilə görüşdü.

Görüşdən sonra mətbuat nümayəndələri üçün brifinq keçirildi.

Mayın 18-də Avropa Birliyinin iqamətgahında “Avropa Birliyinə yeni 10 ölkənin 

qoşulmasını nəzərdə tutan Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq və 

əməkdaşlıq sazişinə protokol”un imzalanma mərasimi oldu. Prezident Ilham Əliyev 

mərasimdə iştirak edirdi. Sənədi AB tərəfindən Finlandiyanın AB yanında daimi 

nümayəndəsi xanım Ann Anderson və Avropa Komissiyasının xarici əlaqələr üzrə 

baş direktorunun müavini Maykl Li, Azərbaycan tərəfindən ölkəmizin AB yanında 

daimi nümayəndəliyinin başçısı səfir Arif Məmmədov imzaladılar.

Mayın  18-də  Azərbaycan  Prezidenti  Ilham  Əliyev  onun  üçün  ayrılmış 

iqamətgahda  -  “Conrad”  mehmanxanasında  “Euronews”  telekanalına  müsahibə 

verdi. Prezident Ilham Əliyev Brüsselə səfərinin ikinci gününün sonunda Türkiyə 

Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gülü qəbul etdi.

Azərbaycan Prezidenti Ilham Əliyevin Belçika Krallığına işgüzar səfəri davam 

edir.



119

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

 Avropa Komissiyasının genişlənmə üzrə üzvü

 Günter Verhogen ilə görüşü

18 may 2004-cü il

Azərbaycan Prezidenti Ilham Əliyev mayın 18-də Brüsseldə Avropa Komissiya-

sının genişlənmə üzrə üzvü Günter Verhogen ilə görüşmüşdür.

Cənab  Günter  Verhogen  dövlətimizin  başçısını  Avropa  Komissiyasının 

iqamətgahı önündə böyük hörmət və ehtiramla qarşıladı. Prezident Ilham Əliyev və 

cənab Günter Verhogen binanın foyesində, Azərbaycan Respublikasının və Avropa 

Komissiyasının bayraqları önündə xatirə şəkli çəkdirdilər.

Sonra təkbətək görüş keçirildi. Söhbət zamanı Azərbaycan-Avropa Komissiya-

sı əməkdaşlığı və onun perspektivlərinə dair müzakirələr aparıldı. Cənab Günter 

Verhogen bildirdi ki, Avropa Komissiyası özünün yeni proqramı olan “Avropa qon-

şuluq  siyasəti”nə Azərbaycanı  da  cəlb  etmək  niyyətindədir  və  bu, Azərbaycanın 

iqtisadi və digər sahələrdə inkişafı üçün faydalı ola bilər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə 

aradan qaldırılmasına dair danışıqlar prosesinin gedişi, Cənubi Qafqaz regionun-

da vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi 

edildi.

Cənab Günter Verhogen dövlətimizin başçısı ilə görüşməkdən şərəf duyduğunu 



vurğuladı və Prezident Heydər Əliyevin Azərbaycanın inkişafı sahəsində göstərdiyi 

xidmətləri vaxtilə yaxından izlədiyini bildirdi.




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə