Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə44/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   40   41   42   43   44   45   46   47   ...   146

112

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Qarabağ münaqişəsinin həlli məsələsindən danışan cənab Heyki Talvitye dedi ki, 

mənim mandatıma bu işdə həm Azərbaycana və Ermənistana, həm də Minsk qrupu-

na yardımçı olmaq daxildir və bu prosesdə iştirak edəcəyəm. Sizə deyirəm ki, mən 

ehtiyatlı olacağam, amma passiv olmayacağam. Düşünürəm ki, Avropa Birliyi bu 

vasitə ilə məsələnin həllində rol oynaya bilər və bu, müsbət rol olacaqdır.

Qəbulda Azərbaycanın Avropa  Birliyi  yanında  nümayəndəliyinin  başçısı  səfir 

Arif Məmmədov, Almaniyanın Bakıdakı səfiri Klaus Qrevlix və digər rəsmi şəxslər 

iştirak edirdilər.



113

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

Avropa Birliyi Şurasının Baş katibi Xavyer Solana ilə görüşü 

18 may 2004-cü il

Azərbaycan Prezidenti Ilham Əliyev mayın 18-də Brüsseldə Avropa Birliyinin 

iqamətgahına gəldi. Binada Azərbaycan Respublikasının dövlət bayrağı asılmışdı.

AB Şurasının baş katibi, AB-nin ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali 

nümayəndəsi Xavyer Solana Azərbaycan Prezidenti Ilham Əliyevi binanın önündə 

böyük hörmət və ehtiramla qarşıladı.

Sonra  Avropa  Birliyinin  iqamətgahında  “Avropa  Birliyinə  yeni  10  ölkənin 

qoşulmasını nəzərdə tutan Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq və 

əməkdaşlıq sazişinə protokol”un imzalanma mərasimi oldu. Sənədi AB tərəfindən 

Irlandiyanın AB yanında daimi nümayəndəsi xanım Ann Anderson və Avropa Ko-

missiyasının xarici əlaqələr üzrə baş direktorunun müavini Maykl Li, Azərbaycan 

tərəfindən  ölkəmizin  AB  yanında  daimi  nümayəndəliyinin  başçısı  səfir  Arif 

Məmmədov imzaladılar.

Sənədin imzalanmasından sonra Avropa Birliyinin iqamətgahında Azərbaycan 

Prezidenti Ilham Əliyev ilə AB Şurasının Baş katibi Xavyer Solana arasında görüş 

oldu.

Prezident  Ilham  Əliyev  ölkəmizdə  gedən  proseslərdən,  əldə  edilmiş 



nailiyyətlərdən danışdı, Azərbaycanda sabitliyin tam bərqərar olduğunu, sosial-iq-

tisadi inkişafın sürətləndiyini bildirdi. Dövlət başçısı seçildiyi vaxtdan ötən yed-

di ay ərzində üçüncü əfv fərmanı imzaladığını xatırladan Prezident Ilham Əliyev 

cəmiyyətdə dialoqun tərəfdarı olduğunu vurğuladı.

Azərbaycanda gedən proseslərdən məmnunluğunu söyləyən cənab Solana Ba-

kı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə də maraqlandı. Prezident 

Ilham  Əliyev  bu  barədə  ətraflı  məlumat  verərək  bildirdi  ki,  hazırda  inşaat  işləri 

uğurla davam edir. Dövlətimizin başçısı Avropa Birliyinin Cənubi Qafqaz üzrə xü-

susi nümayəndə təyin etməsindən məmnunluğunu bildirdi.

Söhbət  zamanı  regional  və  beynəlxalq  məsələlər,  o  cümlədən  Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə ətraflı fikir 

mübadiləsi aparıldı.

Görüşdən sonra mətbuat nümayəndələri üçün brifinq keçirildi.

Cənab Xavyer Solana və Prezident Ilham Əliyev qısa bəyanatlarla çıxış etdilər.



Xavyer Solana: Hər vaxtınız xeyir. Icazə verin, gorüşümüz haqqında qısaca de-

yim. Mənim üçün doğrudan da, burada, Brüsseldə ilk dəfə olaraq, Prezident Ilham 

Əliyevi qəbul etmək, həqiqətən, çox xoş oldu. Onunla bir müddət əvvəl, o, hələ 

digər məsul vəzifəni icra edərkən görüşmək imkanım olmuşdur. Mən siyasi həyatım 




114

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

boyu bir neçə dəfə Azərbaycana səfər etmişəm. Ölkəni, Bakını görə bilmişəm və o 

gözəl şəhərə, o füsunkar ölkəyə səfərlərimi ürəyimə çox yaxın ülvi xatirələrdə sax-

layıram. Bu gün Prezidentlə Avropa Birliyi və Azərbaycan arasındakı münasibətləri 

təhlil etdik. Eyni zamanda, son müddət ərzində baş verən inkişafa daha çox təsir 

etmək, münasibətləri daha da irəli aparmaq yollarını nəzərdən keçirdik. Ölkədəki 

müsbət iqtisadi proseslər bizi valeh edir, mən energetika layihələrini nəzərdə tutu-

ram. Möhkəm ikitərəfli münasibətləri davam etdirmək təkcə siyasi baxımdan deyil, 

iqtisadi baxımdan da bizim üçün həmişə maraqlı olacaqdır. Beləliklə, mən istərdim 

ki, Prezidentə bu səfərə görə minnətdarlığımı bildirim və Sizə, cənab Prezident, 

həm siyasi, həm şəxsi həyatınızda ən xoş arzularımı yetirirəm. Ölkənizə xoşbəxtlik 

arzulayıram.



İlham Əliyev: Çox sağ olun, cənab Baş katib. Bəli, biz Bakıda bir neçə dəfə 

görüşmüşük. Cənab Baş katib ölkəmizi bir neçə dəfə ziyarət edib və məmnunuq 

ki, Azərbaycanda gedən proseslər barədə xoş təəssüratı var. Bu gün burada, Avropa 

Birliyində Prezident kimi Baş katiblə görüşməyim mənim üçün böyük şərəfdir.

Bugünkü günüm çox səmərəli oldu. Səhər lap tezdən keçirdiyim bütün görüşlər, 

cənab baş katiblə bu görüş də daxil olmaqla, bir daha göstərdi ki, bizim Avropa 

strukturlarına  inteqrasiya  siyasətimiz  uğurla  davam  edir.  Bu,  bizim  strateji  seçi-

mimizdir. Azərbaycan gələcəyini Avropa ailəsində görür. Əlbəttə ki, biz əlimizdən 

gələni edəcəyik ki, Avropanın bütün meyarlarına cavab verək.

Bizim  müxtəlif  sahələrdə  -  həm  nəqliyyatda,  həm  energetika  sahəsində, 

ümumiyyətlə,  iqtisadiyyatda  əməkdaşlığımız  olduqca  uğurludur  və  biz  bu 

münasibətləri  qətiyyətlə  davam  etdirmək  əzmindəyik.  Biz  Avropa  Birliyinin 

ölkəmizə, ümumiyyətlə, bütün Cənubi Qafqaza yetirdiyi diqqətə çox hörmətlə ya-

naşırıq. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin olun-

ması və Cənubi Qafqaz ölkələri ilə yeni qonşuluq proqramı göstərir ki, bizim bölgə 

yaddan çıxmayıbdır, maraq dairəsindədir. Bölgəmizdəki ölkələrlə Avropa Birliyi-

nin münasibətləri olduqca böyük əhəmiyyət kəsb edir. Mən Azərbaycanın adından 

çıxış edirəm və şübhə olmasın ki, bizim ölkəmiz bu istiqamətdə siyasətini davam 

etdirəcəkdir. Daha möhkəm münasibətlərə, daha yüksək səviyyəli əməkdaşlığa və 

daha sıx inteqrasiyaya çalışacaqdır.

Mən  qonaqpərvərliyə  görə  cənab  Solanaya  şəxsən  minnətdarlığımı  bildirmək 

istəyirəm. Çox gözəl söhbətimiz oldu. Bir çox məsələləri əhatə etdik. Əminəm ki, 

gələcək görüşlərimiz, Bakıda keçirəcəyimiz görüşlər də bu görüş kimi səmərəli ola-

caqdır. Sağ olun.



Sual: Dağlıq Qarabağ mövzusunu müzakirə etdinizmi? Belə görünür ki, ATƏT 

məsələnin həlli ilə bağlı uğur əldə edə bilmir. Avropa Birliyi ATƏT-dən fərqli ad-

dım ata bilərmi?

Ikinci sual. Azərbaycanın uğrunda çalışdığı yeni qonşuluq proqramının Dağlıq 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə