Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə42/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   38   39   40   41   42   43   44   45   ...   146

107

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Avropa Birliyinin nümayəndə heyətinin rəhbəri, İtaliyanın

 xarici işlər nazirinin müavini xanım Marqarita Boniveri və onu 

müşayiət edən şəxsləri qəbul edərkən söhbətindən 

Prezident sarayı, 8 iyul 2003-cü il



Heydər Əliyev: Hörmətli xanım Marqarita Boniver! 

Hörmətli nümayəndə heyətinin üzvləri!

Mən  sizi  səmimi  qəlbdən  salamlayıram  və  Azərbaycanın  Avropa  Birliyi  ilə 

əməkdaşlığını,  əldə  edilmiş  nailiyyətləri  çox  yüksək  qiymətləndirirəm.  Avro-

pa  ilə  əməkdaşlıq  bizim  üçün  strateji  əhəmiyyət  daşıyır.  Bu  bizim  xarici  siyasətin 

prioritetlərindən biridir. Bu prinsiplər əsasında biz Avropa Birliyi ilə əlaqə saxlayırıq və 

onun inkişaf etməsinə çalışırıq, bunu arzu edirik.

Biz  Avropa  Birliyi  ilə  təxminən  1993-1994-cü  illərdən  əməkdaşlıq  edirik.  An-

caq 1996-cı ildə Avropa Birliyi ilə tərəfdaşlıq haqqında saziş imzalanandan sonra bu 

əməkdaşlıq daha da sürətlə inkişaf edir. Avropa Birliyi yarandığı dövrdən indiyə qədər 

çox işlər görüb və dünya birliyinə çox gözəl töhfələr veribdir. Biz bununla əlaqədar sizin 

Azərbaycana səfərinizi çox əhəmiyyətli hesab edirik. Güman edirəm ki, siz bu səfəriniz 

vaxtı və bundan sonra da Azərbaycana daha da çox diqqət yetirəcəksiniz.

Marqarita Boniver: Cənab prezident. Çox sağ olun ki, məni nümayəndə heyəti ilə 

birlikdə qəbul edirsiniz. Bu, həqiqətən bizim üçün çox xoş olan bir görüşdür. Sizinlə bun-

dan əvvəlki görüşdən xoş xatirələri hələ də yaddaşımda saxlayıram. Mənim üçün böyük 

başucalığıdır ki, nümayəndə heyətinə rəhbərlik edirəm. Çünki nümayəndə heyətimizdə 

görkəmli adamlar təmsil olunmuşlar. Məndən sağ tərəfdə Avropa Birliyinin Cənubi Qaf-

qaz ölkələri üzrə xüsusi nümayəndəsi təyin olunmuş cənab Heyki Talvitye əyləşmişdir.



Heydər Əliyev: O, keçmişdə də bizimlə işləyibdir.

Marqarita Boniver: Bəli, indi onu Cənubi Qafqaz ölkələri üzrə səfir simasında gö-

rürsünüz.



Heydər Əliyev: Çox gözəl, təbrik edirəm.

Heyki Talvitye: Cənab prezident, çox sağ olun.

Marqarita Boniver: Məndən sol tərəfdə isə Avropa Komissiyasının Xarici Əlaqələr 

üzrə Baş Direktorluğunun müavini cənab Maykl Leq və Irlandiya XIN-in Şərqi Avropa, 

ATƏT və Avropa Şurası Idarəsinin rəisi xanım Barbara Cons əyləşmişdir. Cənab Şte-

fan Lehne Avropa Birliyinin Şura Katibliyinin MDB və Qərbi Balkan məsələləri üzrə 

direktoru, cənab Maykl Svan isə Avropa Birliyinin Şura Katibliyinin Cənubi Qafqaz və 

Mərkəzi Asiya məsələləri üzrə inzibatçısıdır.

Cənab prezident, bizim bu dəfəki gəlişimizin məqsədi Sizə belə bir siyasi məlumatı 

çatdırmaqdır ki, biz Avropa Birliyi olaraq Sizin təsisatlarla bütün mümkün sahələrdə 




108

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

işləməyə hazırıq. Biz bütün mümkün yollarla ölkənizin inkişaf etməsinə yardımçı ola-

cağıq.

Heydər Əliyev: Siz xanım Marqarita Kostanı heç təqdim etmədiniz.

Marqarita Boniver: Cənab prezident, bilirəm ki, Siz onu yaxşı tanıyırsınız. Bizim 

üçün böyük başucalığıdır və biz çox fəxr edirik ki, Bakıda belə bir səfirimiz vardır.



Heydər Əliyev: O, sonra inciyər ki, siz onun adını çəkmədiniz. Buyurun. 

Marqarita Boniver: Dediyim kimi, bizim əsas məqsədimiz yardımçı olmaqdır. Biz 

iqtisadi və siyasi islahatlar sahəsində Sizin ölkəyə yardımçı olmaq istəyirik. Siz siya-

si və iqtisadi islahatları uğurla həyata keçirirsiniz. Ümumiyyətlə, biz demokratikləşmə 

prosesinə yardımçı olmaq istəyirik. Insan haqlarının qorunması, qanunun aliliyinin təmin 

olunması sahələrində bütün mümkün yollarla Sizə kömək etmək istəyirik.

Bundan başqa, bizim çatdıracağımız bir neçə sözümüz də vardır. Həm Azərbaycanda, 

həm də Azərbaycandan sonra səfər edəcəyimiz Gürcüstanda və Ermənistanda da bu 

sözləri təkrarlayacağıq. Biz Avropa Birliyi olaraq istəyirik ki, regional münaqişələr yal-

nız sülh yolu ilə həll olunsun. Istəyirik ki, seçkilər burada demokratik əsaslarla keçirilsin. 

Heydər Əliyev: Siz buna tamamilə əmin ola bilərsiniz. Baxmayaraq ki, bizim tor-

paqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və biz 1994-cü ilin 

may ayında atəşkəs haqqında saziş imzalamışıq və indiyədək bu sazişə sadiqik.

Indi Azərbaycanda müxtəlif fikirlər var. Bir çoxları tələb edirlər ki, torpaqlarımızı 

müharibə, hərb yolu ilə geri alaq. Bu, təbiidir. Çünki 9 ildir ki, atəşkəs haqqında sa-

ziş bağlanıbdır. Ancaq məsələ həll olunmayıbdır. Müsbət cəhət odur ki, Ermənistan da, 

Azərbaycan da bu sazişi saxlayırıq, qoruyuruq və o sazişin pozulmasına yol vermirik. 

Ancaq insanlar dözə bilmirlər. Çünki yerlərindən-yurdlarından olublar, çadırlarda yaşa-

yırlar, vətənlərini görmək istəyirlər, onlar çox çətin maddi və başqa şəraitlərdə yaşayırlar. 

Ona görə onların bu cür fikirlərinin ortaya çıxması təbiidir.

Ancaq mən çox məmnunam ki, hətta qaçqınlar da, bizim ölkədə çox əziyyət çəkən in-

sanlar təbəqəsi də mənim siyasətimi qəbul edirlər, mənim siyasətimi anlayırlar və atəşkəs 

sazişini qoruyub saxlayırlar. Biz belə düşünürük ki, Avropa Birliyi gərək bu məsələyə 

daha da ciddi yanaşsın və öz imkanlarından istifadə edərək Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında bizə yardım etsin.

Başqa  məsələlərdə  siz  arxayın  ola  bilərsiniz. Azərbaycanda  demokratiya  qurulub, 

hökm sürür. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik. Çox böyük islahatlar həyata keçir-

mişik və onların nəticəsi olaraq bizim iqtisadi inkişafımız, insan haqlarının qorunması, 

söz azadlığı, mətbuat azadlığı - bunlar tamamilə təmin olunub. Bir sözlə, Azərbaycan 

demokratik ölkədir. Ancaq bu demokratik ölkənin hələ çox problemləri var.

Biz onları da ardıcıl surətdə həll edirik. Biz çox sevinirik ki, bu illərdə - Azərbaycanda 

çox ağır proseslər getdiyi bir dövrdə iqtisadiyyatımızı ardıcıl surətdə inkişaf etdirmişik. 

Bizim iqtisadiyyatımız bu gün inkişaf edir və əgər MDB-nin başqa respublikaları ilə 

müqayisə etsəniz, görərsiniz ki, biz irəlidəyik.




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə