Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə38/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   34   35   36   37   38   39   40   41   ...   146

99

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Son dövrlər Azərbaycan tarixi günlərini yaşayır. Burada olduqca mühüm hadisələr 

baş verir. Siz doğru qeyd etdiniz, bu ilin əvvəlində Azərbaycan Avropa Şurasında 

üzvlüyə başlayıbdır. Bu da Sizin həyatınızda tarixi hadisə olubdur. Bilirik ki, qeyd 

etdiyiniz münaqişənin dinc yolla aradan qaldırılması üçün son dövrdə intensiv danı-

şıqlar aparılır. Ermənistan prezidenti ilə danışıqlarınızdan da xəbərimiz var. Hesab 

edirik ki, bu bölgədə hələlik tərəfdaş olmayan iki ölkənin rəhbərləri arasında sülh 

danışıqlarının davam etdirilməsinin özü də mühüm hadisədir və biz bu danışıqların 

aparılmasını alqışlayırıq.

Biz burada olduğumuz dövrdə sizin parlamentin nümayəndələri ilə işgüzar da-

nışıqlar aparmışıq. Bilirik, danışıqlarda da duymuşuq ki, sizin iki əsas probleminiz 

var. Birincisi, şübhəsiz ki, Qarabağ problemidir. Biz arzu edirik ki, bu münaqişə, bu 

problem tezliklə dinc yollarla həll olunsun.

Düşünürəm ki, bu münaqişənin dinc yolla aradan qaldırılması üçün Sizin kimi 

şəxsiyyətlərə böyük ehtiyac var. Məhz böyük şəxsiyyətlərin iradəsi sayəsində bu 

problemi aradan qaldırmaq mümkün ola bilər.

Hesab edirik ki, sizin xalqınız dövlətinizin hansı inkişaf mərhələsinin başlan-

ğıcında  olduğunu  yaxşı  anlayır.  Bu  baxımdan  biz Azərbaycanda  gördüklərimizi 

nikbinliklə qarşıladıq. Azərbaycanın böyük gələcəyin başlanğıcında olduğunu gör-

dük.

Şübhəsiz ki, bizim nümayəndə heyətimizin üzvlərinin Sizə ünvanlamaq istədikləri 



bəzi  suallar  olacaqdır.  Mən  istərdim,  öncə  nümayəndə  heyətinin  üzvlərini  Sizə 

təqdim edim. Cənab Stefano Zappala Avropa Parlamentinin üzvüdür. O, Italiyanı 

təmsil edir. Avropa Parlamentində Ətraf Mühitin Qorunması Komitəsinin üzvüdür. 

Cənab Olivyer Dupui də Italiyanın təmsilçisidir. O, Avropa Parlamentində mənim 

də fəaliyyət göstərdiyim Konstitusiya Komitəsinin üzvüdür. Xanım Mari-Ann Isler 

Bequin Fransanı təmsil edir. Cənab Zappala kimi, o da Ətraf Mühitin Qorunması 

Komitəsinin üzvüdür. Cənab Dmitrios Kulurianos isə Yunanıstanı təmsil edir. O, 

Avropa Parlamentində - Kənd Təsərrüfat Komitəsinin üzvüdür.

Çox məmnunam ki, bizim bugünkü nümayəndə heyətimizdə cənab Per Qarton 

da iştirak edir. O, Avropa Parlamentinin Xarici Əlaqələr və Insan Haqları Komis-

siyasının  üzvüdür.  Bundan  əlavə,  o, Avropa  Parlamentində  Cənubi  Qafqaz  üzrə 

məruzəçi qrupunun rəhbəridir. Cənab Qarton Avropa Parlamentinin Xarici Əlaqələr 

və Insan Haqları Komissiyasında Azərbaycana və Cənubi Qafqaza aid məruzə ilə 

çıxış etdikdən, orada müzakirələr aparıldıqdan sonra biz bu ilin sentyabr-oktyabr 

aylarında Avropa Parlamentində ümumi müzakirələrin keçirilməsini planlaşdırırıq.

Hesab  edirik  ki,  bu  müzakirələr  Avropa  Birliyi  ilə  Azərbaycan  arasında 

əməkdaşlıqda  mühüm  rol  oynayacaqdır.  Bildirmək  istəyirəm  ki,  biz  bu  payız 

keçiriləcək müzakirələrdən çox şey gözləyirik. Çünki bu yaxınlarda Avropa Birliyi-

nin üçlüyü regionda olmuşdur. Yunanıstandan olan səfirimizin verdiyi məlumatlara 



100

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

əsasən  bilirik  ki,  son  həftələr  burada  sülh  danışıqları  ilə  əlaqədar  intensiv  işlər 

aparılıbdır. Bundan əlavə, son dövrlər sizin ölkənizi çoxlu nümayəndə heyətləri, o 

cümlədən mənim təmsil etdiyim Almaniyanın da böyük nümayəndə heyəti ziyarət 

edibdir. Hesab edirik ki, payızda müzakirələrə çıxarmaq üçün çoxlu məsələlərimiz 

olacaqdır.

Hesab  edirəm  ki,  nümayəndə  heyətinin  səfəri  zamanı  biz  Azərbaycan  ilə 

əməkdaşlığımızın çoxtərəfli qaydada aparılması üçün bütün sahələrə nəzər salmaq 

imkanı əldə etdik. Burada müxtəlif mövzular ətrafında müzakirələr apardıq. Hesab 

edirəm ki, Sizin dəstəyinizlə biz Azərbaycan ilə əməkdaşlığımızın yeni mərhələsini 

başlaya bilərik.

Heydər  Əliyev:  Mən  belə  başa  düşdüm  ki,  suallar  verəcəksiniz.  Onda  bunu 

belə başa düşürəm ki, siz Avropa Birliyinə bizim yaxınlaşmağımız üçün imtahana 

gəlmisiniz. Buyurun.

Olivyer Dupui (Avropa Parlamentinin üzvü, İtaliya): Cənab Prezident, hesab 

edirəm, tamam əksinə olacaqdır. Yəni imtahanı Sizin özünüzün aparmağınıza eh-

tiyac olacaqdır. Çünki Avropa çox ləng işləyir. Bu gün Avropanın özündə belə in-

teqrasiya prosesləri heç də böyük sürətlə getmir. Təəssüflər ki, Avropada, Brüsseldə 

heç də hamı sizin ölkənizin nə qədər böyük əhəmiyyət kəsb etdiyini anlamır.

Heydər Əliyev: Bunu çox düz deyirsiniz.

Olivyer Dupui: Ona görə də biz məhz Sizdən, eyni zamanda sizin müttəfiqiniz 

olan  Gürcüstandan  daha  ciddi  siqnallar  gözləyirik.  Yəni  Avropa  Birliyinə  və 

Brüsselə ünvanlanmış siqnal ki, onun nəticəsində orada oturan insanlar sizin regio-

nun nə qədər mühüm əhəmiyyət kəsb etdiyini daha yaxşı anlasınlar. Hesab edirəm 

ki,  Avropa  Birliyinə  üzv  qəbul  olunmağın  özü  böyük  bir  prosesdir.  Amma  biz 

həm Azərbaycandan, həm də sizin müttəfiqiniz Gürcüstandan gözləyirik ki, sizin 

hökumətlər Avropa Birliyinə rəsmi surətdə üzv olmaq üçün prosesə və danışıqlara 

başlamaqla əlaqədar müraciət qəbul etsinlər. Düşünürəm ki, əgər Sizin tərəfinizdən 

və Gürcüstanın rəhbərliyi tərəfindən Avropa Birliyinə üzvlük üçün Polşa, Bolqarıs-

tan kimi ölkələrin keçdiyi uzun bir prosesə başlamaq müraciəti olsa, onda Brüsseldə 

sizin regionun - Azərbaycanın və Gürcüstanın nə qədər böyük əhəmiyyət daşıdığı-

nı daha aydın dərk edə bilərlər. Hər halda bu, regionunuzun əhəmiyyətinin başa 

düşülməsində mühüm elementlərdən biri ola bilər. Ona görə də gərək Siz bir az bizə 

dərs verəsiniz. Biz gərək Sizdən bəzi dərsləri alaq.



Heydər Əliyev: Hörmətli qonağımız, təşəkkür edirəm. Mən məmnunam ki, siz 

bizim regiona, xüsusən Azərbaycan və dostumuz olan qonşu Gürcüstana bu qədər 

əhəmiyyət verirsiniz.

Mən sizin fikirlərinizlə razıyam ki, Brüsseldə, Avropa Birliyində bizim regionun 

və bizim ölkələrimizin, Azərbaycanın və Gürcüstanın Avropa üçün nə qədər vacib 

ölkələr olduğunu hələ indiyə qədər tam dərk edə bilmirlər.




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə