Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə36/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   32   33   34   35   36   37   38   39   ...   146

94

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

həyata keçirəcəyik. 

Bundan  əvvəlki  görüşümüz  zamanı  TRASEKA  layihəsi  nümayəndəliyi  ofisi-

nin  açılışı  mərasimində  Siz  bu  layihə  barəsində  çox  xeyirxah  sözlər  söylədiniz. 

O  sözlərlə  bizi  TRASEKA  layihəsinə  daha  çox  cəlb  olunmağa,  daha  çox  işlər 

görməyə dəvət etdiniz. Indiyə qədər Avropa Ittifaqı 40 milyon avro həddində tex-

niki yardım göstəribdir. Bundan əlavə, buraya Dünya Bankından, Avropa Bankın-

dan 400 milyon avro investisiya yönəlibdir. Anlayırıq ki, daha çox iş görməliyik. 

Boru  kəmərlərinin  çəkilişinə  25  milyon  avro  məbləğində  investisiya  qoyulması 

barədə layihə vardır. Hesab edirik ki, bundan sonrakı fəaliyyətimiz zamanı regi-

ondan çəkiləcək boru kəmərlərinə verdiyimiz diqqəti daha da artırmalıyıq ki, daha 

çox vəsait ayırmalıyıq ki, həmin boru kəmərləri ilə nəql ediləcək məhsullar sürətlə 

dünya bazarlarına çatdırılsın.

Ümidvaram  ki,  bu  layihələr  regionun  ümumi  iqtisadi  inkişafına  yardım-

çı  olacaqdır.  Əminik  ki,  biz  ölkənizdə  iqtisadi  və  siyasi  islahatların  daha  da 

genişləndirilməsi üçün Sizinlə digər sahələrdə də əməkdaşlığı genişləndirəcəyik. 

Ən çətin iş Sizin öhdənizə düşübdür. Amma ümidvaram ki, qısa bir zamandan sonra 

Siz böyük nailiyyətlər əldə edərək, bizi Sizin kimi yaxşı işləməyə, bu layihələrin 

müvəffəqiyyətli olması üçün səylərimizi artırmağa sövq edəcəksiniz.

Heydər  Əliyev:  Təşəkkür  edirəm,  cənab  komissar.  Əvvələn,  Avropa  Ittifaqı 

tərəfindən Azərbaycana indiyə qədər göstərilmiş yardımlara görə təşəkkür edirəm. 

Bəzi rayonlarımızda aparılmış bərpa işlərinə görə sizə təşəkkür edirəm. Ancaq de-

diniz ki, çox gözəl bir kitab yazmısınız. O kitabda da hörmətli Baş nazirin müa-

vini çox gözəl sözlər yazıbdır. Mən istərdim ki, o sözlər həqiqətə çevrilsin. Kitab 

yazmaq  çətin  deyildir. Amma  iş  görmək  çox  çətindir.  Mən  çox  məmnunam,  siz 

burada bəyan edirsiniz ki, gələcəkdə, əgər biz sülh yarada bilsək, bərpa işlərində 

Azərbaycana çox güclü yardım edəcəksiniz. Ancaq sülh yaratmaq lazımdır.

Bağışlayın, belə bir məsəl var: siçanlar pişikdən xilas olmaq istəyirlər, qərara 

gəlirlər ki, pişiyin boynundan bir zınqırov assınlar ki, o, gələndə səsi eşidib qaç-

sınlar. Siçanların hamısı bu təkliflə razı olur. Sonra ikinci məsələ qalxır. Soruşurlar 

ki, pişiyin boynuna zınqırovu kim asmalıdır? Indi belə çıxır ki, bunu ancaq mən 

etməliyəm. Hamınız söz verirsiniz, tərifləyirsiniz və sair, amma əsas məsələni mən 

etməliyəm.  Hörmətli  qəzetçilər,  müxalifətçilər, Azərbaycan  prezidentini  hər  gün 

tənqid  edənlər  -  indi  gördünüzmü?  Mən  o  zınqırovu  pişiyin  boynundan  asanda, 

pişik məni yesə nə olacaq? Dərd də bundadır.

Ancaq məni yemək çətindir.

Xavyer Solana: Onu bilirik.

Heydər Əliyev: Amma vəziyyət bundan ibarətdir.

Mən bir daha sizə təşəkkür edirəm. Belə başa düşdüm ki, siz deyirsiniz ki, mən 

sülh yaradım, siz də sonra gəlib mənimlə bərabər bütün bu işləri görəsiniz. Indi ça-



95

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

lışmalıyam. Amma gərək siz də sonra sözünüzdən qaçmayasınız. Söz verirsinizmi? 

Bir az yavaş danışdınız.



Kristofer Patten: Istəmirik ki, biz də özümüzü pişiyin boğazına zəncir asmağa 

məcbur olmuş siçanın gününə salaq.



Heydər Əliyev: Görürsünüzmü, mən o gündəyəm.

Anna Lind: Cənab prezident, amma Sizi əmin edirik ki, biz verdiyimiz sözlərə 

xilaf çıxmayacağıq, vədimizə sadiq olacağıq və Sizinlə keçirdiyimiz bu çox maraq-

lı görüşdən sonra əməkdaşlığımız daha da genişlənəcəkdir. Cənab prezident, amma 

mən heç vaxt cəsarət etməzdim ki, Sizi siçan ilə müqayisə edim. Amma hər halda, 

ən cəsarətli addım atmaq məhz Sizin boynunuza düşəcəkdir.

Heydər  Əliyev:  Bilirsinizmi,  mən  özüm  də  özümü  siçanla  müqayisə  etmək 

istəməzdim, ancaq Azərbaycan ifadəsinin bura yeri idi və ona görə də mən bunu 

dedim.

Mənim dostum Solanaya bir kitab bağışlamaq istəyirəm. Bu kitab NATO-nun 50 



illiyinə həsr olunubdur. Xatirinizdədir, orada biz görüşürdük. Bir orada yox, başqa 

yerlərdə  də.  Biz  sizinlə  NATO  barəsində  çox  danışıqlar  apardıq  və  çox  da  işlər 

gördük. Bu da NATO-ya aid kitabdır. Indi mən bunu sizə bağışlayıram. Burada öz 

şəkillərinizi və bizim danışıqlarımız barədə yazıları görəcəksiniz. Avropa Ittifaqı ilə 

də bizim əməkdaşlığımız yaxşı getsə, sonra bir dənə də kitab yaradacağam. Onda 

sizə də kitab bağışlayacağıq. Sağ olun.



Anna Lind: Azərbaycan prezidenti Heydər Əliyevlə bizim görüşümüz başa çat-

dı. Bütün müzakirələrdən sonra sizi maraqlandıran suallar varsa, cavab verməyə 

hazırıq. 

Sual: Siz Yerevanda olarkən regionda iqtisadi əməkdaşlığın yaranması və ni-

zamlanması  barədə  təklif  vermisiniz.  Indicə  keçirdiyiniz  görüşdə  Azərbaycan 

prezidenti  bildirdi  ki,  münaqişə  həll  edilməyincə,  bu,  mümkün  deyildir.  Siz  bu 

istiqamətdə növbəti hansı addımları atmaq fikrindəsiniz? Bu ideyanı gələcəkdə də 

davam etdirmək fikrindəsinizmi?

Kristofer  Patten:  Şübhəsiz  ki,  regional  səviyyədə  əməkdaşlığın  aparılma-

sı  məsələsində  hələ  də  siyasi  fikir  müxtəlifliyi  var.  1999-cu  ildə Avropa  Ittifaqı 

və  bu  regionun  iki  ölkəsi  arasında  birgə  bəyannamə  qəbul  olunmuşdur.  Həmin 

bəyannamədə öz təcəssümünü tapmış əsas müddəalardan biri də ondan ibarət idi 

ki, əməkdaşlığın müəyyən formaya gətirilməsi üçün bir təkanverici qüvvə olsun və 

lazımi tədbirlər həyata keçirilsin. Yüksək səviyyədə danışıqlarımız, görüşlərimiz 

və buraya səfərimiz zamanı aydın oldu ki, ölkəniz münaqişəni sülh yolu ilə həll 

olunması barəsində verdiyi sözə sadiqdir. Sülhün bərqərar olması naminə biz də 

çalışacağıq ki, əlimizdən gələni əsirgəməyək. 

Sual: Maastrixt müqaviləsinin imzalanmasından 9 il keçir. Bu illərdə Avropa It-

tifaqına yeni üzvlər qəbul edilmişdir. Yaxın gələcəkdə bu ittifaqa daha hansı ölkələr 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə