Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə49/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   45   46   47   48   49   50   51   52   ...   146

126

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi

 Heyki Talvitiyenin rəhbərlik etdiyi nümayəndə 

heyətini qəbul etmişdir 

9 fevral 2005-ci il

Azərbaycan  Respublikasının  Prezidenti  Ilham  Əliyev  fevralın  9-da  Prezident 

sarayında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvi-

tiyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident  Ilham  Əliyev  Azərbaycanla  Avropa  Birliyi  arasında  əməkdaşlığın 

sürətlə  inkişafından,  ölkəmizin  bu  təşkilatın  yeni  qonşuluq  siyasətində  fəal  iş-

tirakından  məmnunluq  ifadə  etmişdir.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qara-

bağ  münaqişəsi  məsələsinə  toxunan  Prezident  Ilham  Əliyev  qeyd  etmişdir  ki, 

Azərbaycanın bu münaqişənin həlli ilə bağlı mövqeyi yalnız və yalnız beynəlxalq 

hüquq normaları və prinsiplərinə - ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunul-

mazlığı prinsiplərinə əsaslanır. O bildirmişdir ki, keçmiş sovet məkanında mövcud 

olan və təcavüzkar separatizmlə müşayiət olunan münaqişələr bölgələrdə sülhün 

və təhlükəsizliyin təmin olunması işinə böyük xələl gətirir. Bu baxımdan Avropa 

Şurasının və digər beynəlxalq təşkilatların sənədlərində erməni separatizminin və 

Ermənistanın ölkəmizə qarşı təcavüzünün pislənilməsi ilə bağlı ifadə olunan obyek-

tiv mövqe böyük əhəmiyyət daşıyır. Prezident Ilham Əliyev Azərbaycan-Avropa 

Birliyi əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulamışdır.

Cənab  Talvitiye  Avropa  Birliyinin  Azərbaycanla  əlaqələrinin  genişlənməsini 

yüksək qiymətləndirmiş və əmin olduğunu bildirmişdir ki, bu əlaqələr bundan son-

ra da daim möhkəmlənəcəkdir.

Görüşdə Azərbaycan-Avropa Birliyi əməkdaşlığının müxtəlif sahələri, regional 

məsələlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.



127

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

Avropa Birliyinin xarici əlaqələr və yeni qonşuluq siyasəti 

üzrə komissarı Benita Ferrero-Valdner ilə görüşü 

16 may 2005-ci il

Azərbaycan  Respublikasının  Prezidenti  Ilham  Əliyev  mayın  16-da Varşavada 

Kral sarayında Avropa Birliyinin xarici əlaqələr və yeni qonşuluq siyasəti üzrə ko-

missarı xanım Benita Ferrero-Valdner ilə görüşmüşdür.

Xanım  Benita  Ferrero-Valdner  Prezident  Ilham  Əliyev  ilə  əvvəlki  görüşlərini 

məmnunluqla xatırlatdı, Azərbaycanın Avropa qonşuluq siyasətində fəal iştirakı-

nı  yüksək  qiymətləndirdi,  ölkəmizlə Avropa  Birliyi  arasında  müxtəlif  sahələrdə 

əməkdaşlığın yaxşı inkişaf etdiyini vurğuladı. Azərbaycanın Avropa ailəsinə daha 

da yaxınlaşması planı üzərində konkret işlər görüldüyünü bildirən Benita Ferrero-

Valdner Azərbaycanı strateji əhəmiyyəti olan ölkə kimi səciyyələndirdi.

Prezident Ilham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsin-

dən danışaraq, bu problemin bölgənin Avropaya inteqrasiyasına, Cənubi Qafqazda 

və ümumən regionda sabitliyin, təhükəsizliyin bərqərar olmasına böyük zərbə vur-

duğunu bildirdi. Azərbaycan dövlətinin başçısı ölkəmizdə həyata keçirilən iqtisadi 

islahatlardan, nəhəng enerji layihələrində Azərbaycanın rolundan da söhbət açdı.

Xanım  Benita  Ferrero-Valdner  Azərbaycanda  aparılan  uğurlu  islahatlardan 

xəbərdar olduğunu söyləyərək dedi ki, Avropa Birliyi bu islahatların daha da geniş 

formada həyata keçirilməsində yardım göstərməyə hazırdır.

Görüşdə  Avropa  Birliyi  ilə  Azərbaycan  arasında  əməkdaşlığın  daha  da 

genişləndirilməsinin əhəmiyyətli olduğu vurğulandı.

Prezident Ilham Əliyev Azərbaycanda keçiriləcək qarşıdakı parlament seçkiləri 

ilə bağlı bu günlərdə imzaladığı sərəncamı xatırlatdı, ölkəmizin Avropaya inteq-

rasiya  prosesinə  sadiq  qaldığını,  yeni  qonşuluq  siyasətində  daha  da  fəal  iştirak 

edəcəyini bildirdi.



128

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı 

Andris Pibalqsı qəbul etmişdir 

25 may 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev mayın 25-də Prezident sa-

rayında Avropa  Komissiyasının  enerji  məsələləri  üzrə  komissarı Andris  Pibalqsı 

qəbul etmişdir.

Azərbaycanın  Avropa  strukturlarına  sürətlə  inteqrasiya  olunduğunu  vurğula-

yan  Prezident  Ilham  Əliyev  ölkəmizin  nüfuzlu  beynəlxalq  təşkilatlarla,  xüsusən 

Avropa Birliyi ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığının 

möhkəmləndiyini bildirdi.

Prezident  Ilham  Əliyev  Azərbaycanın  Avropa  Birliyinin  yeni  qonşuluq 

siyasətində fəal iştirak etdiyini xatırlatdı və əmin olduğunu bildirdi ki, ölkəmizin 

Avropa Birliyi ilə əlaqələri bundan sonra da daim möhkəmlənəcəkdir.

Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın gündən-günə genişləndiyini 

nəzərə çarpdıran cənab Andris Pibalqs Avropa Birliyinin yeni qonşuluq siyasətində 

Azərbaycanın misli görünməmiş irəliləyişə nail olduğunu vurğuladı. O, əmin oldu-

ğunu bildirdi ki, Azərbaycan ilə Avropa Birliyi arasındakı əməkdaşlıq bundan sonra 

da genişlənəcək və möhkəmlənəcəkdir.

Cənab Andris  Pibalqs Azərbaycan  Prezidenti  Ilham  Əliyevə  xatirə  hədiyyəsi 

təqdim etdi.

Prezident Ilham Əliyev isə cənab Andris Pibalqsa Bakı-Tbilisi-Ceyhan əsas ix-

rac boru kəmərinin açılışı münasibətilə hazırlanmış xatirə medalı təqdim etdi.



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə