105
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
tökülübdür. 1994-cü ilin may ayında biz atəşin dayandırılması haqqında razılığa
gəlmişik. O vaxtdan indiyə qədər, artıq 7 ildir ki, biz atəşkəs şəraitində yaşayı-
rıq. Onu da qeyd etmək istəyirəm ki, bizim aramızda başqa ölkələrin sülhməramlı
qüvvələri yoxdur. Atəşkəsi biz, yəni Azərbaycan və Ermənistan qoruyub saxlayırıq.
Bütün bu 7 ildə biz ATƏT-in Minsk qrupu vasitəsilə məsələnin sülh yolu ilə həll
olunması üçün danışıqlar aparırıq. Nəhayət, 1999-cu ildən Ermənistan prezidenti ilə
Azərbaycan prezidenti arasında vaxtaşırı bilavasitə görüşlər keçirilir və danışıqlar
aparılır. Son görüşümüz Amerika Birləşmiş Ştatlarında, Floridada Minsk qrupunun
həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa nümayəndələrinin
iştirakı ilə olmuşdur.
Ermənistan prezidenti ilə biz danışıqlara başlayanda belə fikirdə olduq ki, sülh
əldə etmək üçün qarşılıqlı kompromislərə getmək lazımdır. Əgər belə bir razılıq
əldə olundusa və biz buna nail ola bilməmişiksə, deməli, hansı tərəfin kompromisə
nə qədər getməsini biz müəyyən edə bilməmişik. Ermənistan öz üstünlüyündən
istifadə edərək, - yəni Azərbaycanın torpaqlarını işğal edibdir, onun silahlı qüvvələri
orada oturubdur, Azərbaycanın əhalisi öz yerindən-yurdundan olubdur, - çox böyük
tələblər ortaya qoyur. Azərbaycan isə, əlbəttə ki, bu şərtlərlə razı ola bilmir. Ona
görə də biz bu məsələni indiyə qədər həll edə bilməmişik.
1999-cu ilin sonunda biz bir variantda çox yaxınlaşmışdıq. Ancaq son-
ra Ermənistan bu variantdan imtina etdi. Məsələ bu qədər uzandığına görə və
Azərbaycan əhalisi, bir milyondan çox insan ağır vəziyyətdə yaşadığına görə,
təbiidir ki, bizim cəmiyyətdə narazılıq artır.
Ermənistanın torpağı işğal olunmayıbdır. Əhalisi qovulmayıbdır. Doğrudur,
Azərbaycandan köçüb gedən bəzi ermənilər Ermənistan üçün müəyyən problemlər
yaradıblar. Amma əsas zərər Azərbaycana dəyibdir. Ona görə də bu, nəzərə alınma-
lıdır.
Nəzərə alınmır, məsələ uzanır. Azərbaycanda da böyük narazılıq get-gedə artır.
Insanlarda yenidən müharibə etmək, işğal olunmuş torpaqları müharibə yolu ilə
azad etmək əhval-ruhiyyəsi genişlənir.
Bizim müxalifət, təbiidir ki, bundan istifadə edir. Bizi sağdan da, soldan da
tənqid edir. Hətta ittiham edir ki, nə üçün bu münaqişəni indiyə qədər həll etmir-
siniz. Gəlin, müharibəni başlayaq, gedək torpaqları işğaldan azad edək. Bu isə
cəmiyyətin bəzi təbəqələrinə sirayət edir. Ona görə də təhlükəli bir vəziyyət yara-
nıbdır. Mətbuatdan görünür ki, Ermənistanda da bəzi qüvvələr hətta Ermənistanın
kiçik bir kompromisə getməsinə razı deyillər. Buna görə də vəziyyət belədir.
Əgər biz həqiqətən tarazlı kompromisə gələ bilsək, onu həyata keçirmək yenə
də çox çətin olacaqdır. Amma onda əldə olunmuş razılığı həyata keçirmək üçün
mübarizə aparmaq olar. Əgər belə olmasa, onda prezident kimi mən də, - baxma-
yaraq ki, mənə çox böyük ümidlər bəsləyirlər, çox hörmət edirlər, - bu vəziyyətdə
106
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
heç bir şey edə bilmərəm və etmərəm də. Ona görə də müharibə amili get-gedə
artacaqdır.
Ona görə də mən Minsk qrupunun həmsədrlərindən, - bunlar böyük dövlətlərdir,
Rusiyadır, Amerika Birləşmiş Ştatlarıdır, Fransadır, bunların Ermənistana təsir
etmək imkanları vardır, - həmişə xahiş edirəm ki, onlar öz imkanlarından istifadə
etsinlər. Onlar isə deyirlər ki, iki prezident hansı razılığa gələrsə, biz onu qəbul
edəcəyik.
Belə olan halda onda 1992-ci ildə nə üçün ATƏT-in Minsk qrupu yaradılırdı?
Belə olan halda nə üçün üç böyük dövlət - Rusiya, Fransa, Amerika Birləşmiş Ştat-
ları öz üzərinə bu vəzifəni götürüblər?
Ona görə də çox çətin vəziyyət yaranıbdır. Hər halda mən bunları deməklə sizdə
belə bir təsəvvür yaratmaq istəmirəm ki, daha hər şey tükənibdir. Sizin sualınıza
cavab verərək mən real vəziyyəti bildirirəm. Ancaq hesab edirəm ki, məsələnin sülh
yolu ilə həll olunması üçün bundan sonra da çalışmaq lazımdır.
Per Qharton: Üzr istəyirəm, bir əlavə sual da vermək istəyirəm. Sizin sülh
səylərinizin dəstəklənməsi üçün indiyə qədər gördüyümüz işlərdən əlavə, Avropa
Birliyindən hansı işlərin görülməsini istərdiniz?
Heydər Əliyev: Işləri biz görmüşük. Siz bizə kömək edin ki, sülh yaransın.
Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunmuş torpaqlar azad edilsin və bir milyon azərbaycanlı öz yerinə-yurduna
qayıtsın. Baxmayaraq ki, onların yaşadıqları yerlərdə hər şey dağıdılıb, hər şey vi-
ran olubdur. Ancaq onlar, sadəcə, öz torpaqlarına qayıtmaq istəyirlər. Mənim sizdən
istədiyim budur.
Ursula Şvayser: Çox sağ olun. Hesab edirəm ki, bu gün çox səmərəli
müzakirələrimiz və danışıqlarımız oldu. Bizim üçün olduqca əhəmiyyətli idi ki,
mövcud hazırkı vəziyyətin dəyərləndirilməsini bilavasitə Sizdən eşidək, mövcud
reallıqları Sizin necə qiymətləndirdiyinizi bilək. Bundan sonra biz öz aramızda
əlavə müzakirələr aparacağıq. Sizin səylərinizin və arzularınızın həyata keçirilməsi
üçün hansı işləri görə biləcəyimiz barədə əlavə müzakirələr aparacağıq.
Mən çox məmnunam ki, cənab Qartonun hazırlayacağı məruzə çox ətraflı ola-
caqdır. Beləliklə, bu, təkcə Avropa Parlamenti, Avropa Birliyi üçün hazırlanmış
məruzə olmayacaq, bu, mövcud vəziyyətin bütün dünyaya aydınlaşdırılmasında,
açıqlanmasında rol oynayacaqdır. Sizə təşəkkür edirik.
Heydər Əliyev: Cənab Qarton, mən sizin əsas sualınıza cavab verdim - Avropa
Birliyi nə edə bilər? Xahiş edirəm, buna çox ciddi yanaşasınız. Sağ olun.