H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə32/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   28   29   30   31   32   33   34   35   ...   225

Bununla bağlı BMT sistemində dəfələrlə əməkdaşlıq məsələlərinə 

baxılmışdır.  Ən  maraqlı  qərarlardan  biri  Baş  Assambleyanın  35-ci 

sessiyasında  qəbul  edilmişdir.  Bu  qəttnamədə  diplomatik  və  konsulluq 

missiyalarının  və  nümayəndəliklərinin  təhlükəsizliyi,  mühafizəsi  və 

müdafiəsinin  gücləndirilməsi  üzrə  effektiv  tədbirlərə  baxılması  ilə 

əlaqədar nəzarət mexanizmi təklif edilmişdir. Bu qətnaməyə uyğun olaraq 

diplomatlara  qarşı  törədilən  ciddi  qəsdlər,  bu  qəsdləri  törədənlərin 

məhkəməyə verilməsi üçün dövlətin həyata keçirdiyi tədbirlər və bu cür 

cinayətlərin təkrar olunmaması haqqında dövlətlər BMT-nin Baş Katibinə 

məlumat  vermək  üçün  dəvət  olunur.  BMT-nin  Baş  Katibi  isə  bu 

hesabatları BMT-nin üzvü olan bütün dövlətlərə verir və bu barədə Baş 

Assambleyaya İllik hesabat təqdim edir. 



Diplomatların cinayət məsuliyyətinə cəlb edilməsi imkanından və 

yıırisdiksiyasından immunitet. 

Diplomatik  nümayəndəliklərin  personalı  tərəfindən  törədilən 

qanun  pozuntularının  sayı  haqqında  Böyük  Britaniya  üzrə  statistik 

məlumatlar  daha  ətraflı  təsəvvür  yaradır.  1974-1984-cü  illər  ərzində 

diplomatik  nümayəndəlik  personalının  ümumi  sayı  ll  min  nəfər  təşkil 

etdiyi halda hər il 4 ağır və 20-yə yaxın digər cinayət hadisəsi, 30-a yaxın 

isə  ciddi  inzibati  hüquqpozma  hadisəsi  törədilirdi.  Bundan  əlavə,  100 

minə yaxın ödənilməmiş cərimələr qeydə alınır. Vyana Konvensiyasının 

31-ci maddəsində nəzərdə tutulmuşdur ki, diplomatlar yerləşmə dövlətinin 

cinayət yurisdiksiyasından immunitetə malikdir. Bu müddəa beynəlxalq 

hüquqşünaslar  arasında  heç  bir  şübhə  doğurmur.  Konvensiyada  bu 

immunitetdən  heç  bir  istisna  nəzərdə  tutulmamışdır.  Vyana 

Konvensiyasının  31-ci  maddəsində  deyilir:  “diplomatlar  yerləşmə 

dövlətinin mülki yurisdik- siyasından immunitetə malik deyil”. 

Diplomatların yerləşmə dövlətinin mülki yurisdiksiyasından azad 

olunması müasir diplomatik təcrübənin tələblərinə cavab vermir. 

XVlll-XIX əsrlərdə diplomatlar tez-tez mülki məsuliyyətə 

98 



cəlb olunurdular. Çünki onların çoxunun yerləşmə dövlətinin ərazisində 

daşınmaz  əmlakları  var  idi.  Bundan  əlavə,  onlar  ticarət  və  digər 

professional  fəaliyyətlə  məşğul  olur  və  öz  üzərinə  borc  öhdəlikləri 

götürürdülər. 

İndiki  zamanda  isə  dövlətlərin  əksəriyyəti  öz  diplomatlarına 

yerləşmə  dövlətinin  ərazisində  daşınmaz  əmlaka  malik  olmağı  qadağan 

edir.  Bundan  başqa  şəxsi  mənfəət  məqsədilə  peşə  və  ya  kommersiya 

fəaliyyəti ilə məşğul olmağı akkreditə edən dövlət onlara qadağan edir. 

Ümumiyyətlə,  diplomatik  təcrübədən  diplomatların  mülki 

mühakimə  aidiyyatmdan  kənar  olması  ilə  bağlı  3  isti.snaya  yol  verilir: 

diplomatın  və  ya  onun  ailəsinin  şəxsi  mülkiyyətində  olan  daşınmaz 

əmlakla  əlaqədar  olaraq  məhkəmə  iddiası,  bu  şəxslərin  varis  qismində 

çıxış  etdikləri  işlər  üzrə  iddia,  habelə  onların  şəxsi  mənfəət  məqsədilə 

məşğul olduqları peşə və ya kommersiya fəaliyyəti ilə əlaqədar iddia irəli 

sürülə bilər. 

Diplomatların  yerləşmə  dövlətində  cinayət,  inzibati  və  mülki 

mühakimə  aidiyyatmdan  azad  olunması  o  demək  deyildir  ki,  onların 

tərəfindən  müxtəlif  hüquq  pozuntularına  görə  bu  diplomatlar  həmişə 

cəzasız  qalır.  Diplomatların  real  olaraq  cəzalandırılması  üçün  2  variant 

mövcuddur.  Onların  biri  Vyana  Konvensiyasının  31-  ci  maddəsində 

nəzərdə tutulmuşdur: 

“Diplomatik  agentin  yerləşmə  dövlətinin  yurisdiksiyasmdan 

immunitetə  malik  olması  onu  hələ  akkreditə  edən  dövlətin 

yurisdiksiyasmdan azad etmir”. 

Beləliklə, hüquqpozma törətmiş diplomat ayrı-ayrı şəxslərin və ya 

yerləşmə  dövlətinin  təşəbbüsü  ilə  akkreditə  edən  dövlətdə  məsuliyyətə 

cəlb  oluna  bilər.  Xarici  diplomatlara  təsir  etmənin  bu  cür  vasitəsi 

həqiqətdə kifayət qədər effektiv deyil. Diplomatlar tərəfindən törədilmiş 

hüquqpozma  əməlləri  ilə  bağlı  onu  akkreditə  edən  dövlətin  məhkəmə 

orqanlarına müraciət yerləşmə dövləti ilə bu dövlət arasında mövcud olan 

siyasi  münasibətlərin  vəziyyəti  ilə  müəyyən  edilir.  Akkreditə  edən 

dövlətin  tapşırığı  ilə  diplomatlar  tərəfindən  törədilmiş  hüquqpozma 

əməllərinə görə onlar çox 

99 



hallarda  cəzasız  qalır.  Casusluq  fəaliyyətinə  görə  yerləşmə  dövlətində 

yaxalanmış diplomat, çətin ki, akkreditə edən dövlətdə məsuliyyətə cəlb 

olunsun. 

Əgər  akkreditə  edən  dövlətin  məhkəməsi  xaricdə  törədilmiş 

hüquqpozma əməlinə baxılmasına münasibətdə özünü səlahiyyətli hesab 

etməzsə, problem yarana bilər. Digər bir problem isə o zaman yarana bilər 

ki,  törədilmiş  hərəkətə  yalnız  yerləşmə  dövlətində  hüquqpozma  əməli 

kimi baxılır, akkreditə edən dövlətin qanunvericiliyinə görə isə bu hərəkət 

hüquqpozma əməli kimi qiymətləndirilmir. 

Nəticədə  isə  xarici  dövlətin  məhkəməsinin  yerləşmə  dövlətinin 

məhkəməsindən  fərqli  olaraq  iddiaçıya  daha  yumşaq  münasibət 

göstərəcəyi istisna deyil. 

Diplomatın real olaraq cəzalandırılmasını təmin etmək üçün digər 

daha effektiv imkan onu yerləşmə dövlətində məsuliyyətə cəlb etməkdir. 

Vyana Konvensiyasının 32-ci maddəsində deyilir: 

1.

 



Akkreditə edən dövlət diplomatik agentin yerləşmə dövlətinin 

yurisdiksiyasından malik olduğu immunitetdən imtina edə bilər. 

2.

 

İmtina həmişə açıq şəkildə ifadə edilməlidir. 



3.

 

Bu halda diplomatik agentə qarşı qaldırılan iddialar üzrə işlərdə 



diplomatik  agent  yerləşmə  dövlətinin  yurisdiksiyasından  immunitetə 

malik olmasına daha istinad edə bilməz. 

4.

 

Mülki  və  inzibati  işlərdə  yerləşmə  dövlətinin  yurisdik- 



siyasından diplomatik agentin malik olduğu immunitetdən imtina xüsusi 

imtina tələb olunan qərarların icrasına münasibətdə immunitetdən imtina 

deyildir. ^ 

Bəzi  hallarda  akkreditə  edən  dövlət  onun  diplomatı  yalnız 

yerləşmə  dövlətini  tərk  etdikdən  sonra  diplomatın  malik  olduğu 

immunitetlərdən imtina edir. Diplomatların törətdikləri cinayətlərə, 



' Захарова Jl. M.. Коновалова А.Л. Основы дипломатический и Консульской службы. 

Минск, 2001. стр. 101-102. 

^ Никифоров Д.С: Борунков А.Ф. Göstərilən əsəri, səh. 185. 

100 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə