H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə31/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   27   28   29   30   31   32   33   34   ...   225

istisna edilməklə, bütün hallarda diplomatik poçt mütləq toxunulmazlıq 

hüququna  malikdir  və  o,  çəki,  yaxud  say  ilə  məhdudlaşdırılmır.  Bu 

sazişlərin  şərtləri  pozulduqda  diplomatik  poçt  saxlanıla  və  hətta  açıla 

bilər. 


Diplomatik  təcrübədə  diplomatik  nümayəndəliyin  öz  dövlətinin 

höküməti ilə əlaqədə olmaq azadlığının məhdudlaşdırılması hallarına rast 

gəlmək olar. Onlar fövqəladə vəziyyətlərdə (məsələn, müharibə zamanı) 

və ya yerləşmə dövlətinin iqtisadi maraqlarını qorumaq üçün (məsələn, 

pul  islahatının  həyata  keçirilməsi  zamanı)  tətbiq  edilir.  Bu 

məhdudlaşdırılmalar yalnız qabaqcadan müəyyən edilmiş müddət ərzində 

qüvvədə olur. 

Diplomatik  poçtun  diplomatik  kuryerlər  vasitəsilə  gətirilməsi 

(daşınması)  daha  etibarlıdır.  Diplomatik  kuryerlər  akkreditə  edən 

dövlətin  xarici  işlər  idarəsində  xidmət  keçsələr  də  onlar  diplomatik 

personala  daxil  deyillər  və  onların  heç  bir  diplomatik  dərəcəsi  yoxdur. 

Diplomatik kutyerlərin elə də böyük həcmdə olmayan immunitetə malik 

olmaları da bununla izah olunur. 

Təcrübədə  bir  tərəfdən  diplomatik  kuryerlərə  diplomatlarla  eyni 

həcmdə  immunitet  vermək  meyli  mövcuddur.  Lakin  digər  tərəfdən 

diplomatik kuryerlərin statusunun kifayət qədər tənzimlənməmiş qalması 

tez-tez münaqişəli vəziyyətlərə gətirib çıxarır. 

Konfliktlərin  çoxu  diplomatik  kuryerlər  gömrük  nəzarətini 

keçərkən kuryerlərə və onların baqajına Vyana Konvensiyası ilə qadağan 

olunmayan  şəxsi  baxış  keçirməklə  bağlı  yaranır.  Bu  cür  şəxsi  baxış 

keçirmək  imkanı  bir  sıra  dövlətlərin  qanunvericiliyində  nəzərdə 

tutulmuşdur. 

Aeroportlarda  diplomatik  kuryerlərin  texniki  nəzarətdən  keçmək 

imkanı  haqqında  təcrübədə  yaranmış  məsələ  Vyana  Konvensiyası  ilə 

tənzimlənməmiş qalmışdır. Bu cür texniki nəzarətdən keçmək imkanı bir 

sıra dövlətlərin qanunvericiliyinə zidd deyildir. 

Diplomatik  təcrübədə  həmçinin  diplomatik  kuryerlərin  yerləşmə 

dövlətinin ərazisində sərbəst hərəkət etməsini məhdudlaşdıran hallara rast 

gəlinir. Bu hallar Vyana Konvensiyasına uyğundur. Yalnız bir şərtlə ki, 

bu məhdudlaşdırılma halları 



93 


diplomatik poçtun sərbəst çatdırılmasına maneə yaratmasın. Diplomatik 

kuryerlərin  status  məsələlərinə  Konvensiyanın  Əlavə  Protokolunun 

maddələrində toxunulur. Bu Əlavə Protokolda ilk dəfə olaraq diplomatik 

kuıyerlərin  təyin  olunması,  sənədləşdirmə,  diplomatik  kuryerlərin 

vətəndaşlığı, onların funksiyaları, funksiyalarının dayandırılması qaydası, 

diplomatik kuryerlərin persona non qrata elan edilməsi və sair məsələlər 

tənzimlənir. 

Protokol 

diplomatik 

kuryerin 

şəxsiyyətinin 

toxunulmazlığını, müvəqqəti yaşayış yerinin toxunulmazlığını, yerləşmə 

dövlətinin  cinayət,  inzibati  və'  mülki  yurisdiksiyasına  qarşı  immunitet 

hüququnu, həmçinin gömrük və  vergi immunitetləri nəzərədə tutur. Bu 

Protokolun  17-ci  maddəsində  nəzərdə  tutulmuşdur  ki,  diplomatik 

kuryerlərin  müvəqqəti  yaşayış  yeri  toxunulmazdır,  lakin  gözlənilməz 

müdafiə tədbirləri tələb olunan təbii fəlakət və ya yanğın hallarında yerli 

hakimiyyət orqanlarının bu müvəqqəti yaşayış yerinə daxil olması üçün 

diplomatik kuryerlərin razılığı tələb oluna bilər. 

Protokolun layihəsinin 3-cü maddəsində nəzərdə tutulmuşdur ki, 

diplomatik kuryerin müvəqqəti yaşayış yerində karantin qaydaları və ya 

idxal  və  ixrac  üçün  qanunla  qadağan  olunan  predmetlərin  olması 

haqqında  kifayət  qədər  ciddi  əsaslar  olduqda  ora  yerli  hakimiyyət 

orqanları tərəfindən baxışa və ya axtarışa məruz qala bilər: Belə axtarış və 

ya baxış yalnız diplomatik kuryerin iştirakı ilə həyata keçirilməlidir. Belə 

axtarış  və  ya  baxış  diplomatik  kuryerin  şəxsi  toxunulmazlığını, 

diplomatik poçtun mühafizəsini pozmamaq şərti ilə həyata keçirilməlidir. 

Belə axtarış və baxış həyata keçirilərkən eyni zamanda diplomatik poçtun 

çatdırılmasında  gecikmələrə  və  ya  hər  hansı  maneələrin  yaranmasına 

səbəb  olmamalıdır.  Diplomatik  kuryer  yalnız  xidməti  immunitetdən 

istifadə  edə  bilər,  yəni  o  yalnız  öz  vəzifə  və  funksiyalarını  yerinə 

yetirərkən bu xidməti immunitetə malikdir. 

Beləliklə,  diplomatik  kuryerə  yalnız  xidməti  immunitetin 

verilməsi diplomatik kuryerlərin xaricdə təhlükəsizliyinə təsir etməyəcək. 



94 


Burada  bu  Protokolun  iştirakçısı  olan  dövlətlər  xidməti 

immunitetin  yalnız  bəzi  kateqoriyalı  kuryerlərə  və  poçta  aid  olması 

haqqında razılığa  gəlmiş  və  öz  üzərinə  bu  barədə  öhdəlik  götürmüşlər. 

Beynəlxalq  Hüquq  komissiyasının  mövqeyinə  görə  bu  immunitetlər 

gələcəkdə  bütün  kateqoriyalı  kuryerlərə  və  ona  uyğun  poçtlara  şamil 

edilməlidir. Beynəlxalq hüquq komissiyasının bəzi üzvləri hesab edirlər 

ki,  bu  Protokolun  bəzi  müddəalarının  tətbiq  edilməsi  dövlətlərin 

diplomatik  təcrübəsində  müxtəliflik  əmələ  gətirə  bilər.  Nəticədə  isə 

diplomatik kuryerin və diplomatik poçtun statusunun konsul kuryerləri və 

konsul poçtunun statusu səviyyəsinə düşməsinə səbəb ola bilər. 

Bütün  deyilənlərdən  başqa  diplomatik  nümayəndəlik  fıskal 

(maliyyə) immunitetinə və gömrük imtiyazlarına malikdir. 

Nümayəndəliyin  binaları  bütün  dövlət  və  bələdiyyə  vergi  və 

rüsumlarından (konkret xidmətlərə görə ödəniş haqqından başqa) azaddır. 

Diplomatik  nümayəndəlik  öz  rəsmi  istifadəsi  üçün  ölkəyə  gətirdiyi  və 

ölkədən çıxardığı mallara görə gömrük rüsumları ödəməkdən azaddır. 



Diplomatik nümayəndəliyin personalının imtiyaz 

və immunitetləri. 

Diplomatik  nümayəndəliklərin  personalının  əsas  imtiyaz  və 

immunitetləri bunlardır; 

Şəxsiyyət, mənzil toxunulmazlığı, diplomatik toxunulmazlıq, yəni 

diplomatik  nümayəndəliyin  yerli  cinayət  və  mülki  mühakimə 

aidiyyatmdan kənar olması, habelə onun yerli inzibati hakimiyyətə təbe 

olmaması,  fıskal  (maliyyə)  immuniteti,  gömrük  imtiyazları,  diplomatik 

nümayəndənin şəxsi mükəlləfiyyətlərdən azad edilməsi aiddir. 

Vyana Konvensiyasının 29-cu maddəsində deyilir ki, “diplomatik 

agentin şəxsiyyəti toxunulmazdır”. O, heç bir formada həbs edilə, tutulub 

saxlanıla  bilməz.  Yerləşmə  dövləti  ona  lazımi  hörmətlə  yanaşmalı  və 

onun şəxsiyyətinə, azadlıq və şərəfinə qarşı ola biləcək qəsdin qarşısını 

almaq üçün lazımi tədbirlər görməlidir. Hətta, ölkədən gedən səfir və ya 

diplomat haqqında Vyana 



95 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə