H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə33/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   29   30   31   32   33   34   35   36   ...   225

inzibati və mülki hüquqpozmalara görə onların məsuliyyətə cəlb edilməsi 

haqqında  məsələnin  universal  və  effektiv  həlli  nə  Vyana 

Konvensiyasında,  nə  də  Beynəlxalq  hüquq  doktrinasında  nəzərdə 

tutulmamışdır.  Təcrübədə  bu  məsələnin  həlli  zamanı  dövlətlər 

diplomatların  öz  vətənlərində  məsuliyyətə  cəlb  edilməsindən  daha  çox 

akkreditə edən dövlət özünün təqsirkar diplomatlarının immunitetlərindən 

imtina etməsinə nail olmaq üçün cəhd göstərirlər. 

Diplomatik nümayənd^likhrin personalmtn gömrük 

imtiyazları. 

Gömrük  immuniteti  müqavilə  əsasında  ilk  dəfə  olaraq  Vyana 

Konvensiyasında  nəzərdə  tutulmuşdur.  Gömrük  immuniteti  3  əsas 

komponentdən ibarətdir: 

a)

 

diplomatların  şəxsi  istifadəsi  üçün  nəzərdə  tutulmuş  əşyaların 



gətirilməsi və aparılması azadlığı; 

b)

 



göstərilən predmetlərin gömrük rüsumundan azad edilməsi

c)

 



ümumi  əsaslar  üzrə  diplomatların  şəxsi  baqajının  gömrük 

baxışından azad edilməsi. 

Diplomatın  şəxsi  istifadəsi  üçün  nəzərdə  tutulmuş  əşyaların 

gətirilməsi  və  aparılması  azadlığı  Vyana  Konvensiyasının  36-cı 

maddəsində öz əksini tapmışdır. Bu maddədə deyilir; “Yerləşmə dövləti 

onun özünün qəbul etdiyi qanun və qaydalara uyğun olaraq, diplomatik 

agentin və ya onun ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulmuş 

əşyaların gətirilməsinə icazə verir”. 

Diplomatik yük barəsində gömrük imtiyazları o deməkdir ki, bu cür 

yükə  vergi,  rüsum  qoyulmur.  Lakin,  diplomatik  nümayəndəliyə, 

diplomata və ya onun ailə üzvlərinə ünvanlanmış yük ümumi əsaslar üzrə 

yoxlanılmaqla buraxılır. 

Diplomatik  işçinin  və  ya  onun  ailə  üzvlərinin  şəxsi  yükü 

toxunulmazdır.  Doğrudur,  1961-ci  il  Vyana  Konvensiyasına  əsasən,  bu 

cür  yükdə  gətirilmə  və  ya  aparılma  üçün  qadağan  edilmiş  əşyaların 

olduğunu güman etməyə ciddi əsaslar olduqda, yük marağı olan şəxsin və 

ya onun nümayəndəsinin iştirakı ilə yoxlanıla 

101 



bilər. Lakin təcrübə bu müddəaya öz düzəlişini etmişdir: “Əgər yoxlama 

haqqında  qərar  qəbul  edilmişsə,  lakin  yükdə  qadağan  edilmiş  əşya 

tapılmamışsa, bu halda diplomatın onun şəxsi yükünün toxunulmazlığının 

pozulması  barədə  protest  verməsi  üçün  əsas  yaranmış  olur,  belə  ki, 

yoxlamanı aparmış orqanlar bunun üçün onlarda ciddi əsaslar olduğunu 

sübut edə bilməmişlər”. 

Qeyd  etmək  lazımdır  ki,  diplomatın  ailə  üzvü  qaldığı  dövlətin 

vətəndaşı olduqda diplomatik immunitet və imtiyazlardan istifadə etmir. 

Gömrük immunitetinin məhdudlaşdırılması meyli əsasən diplomat 

adı altında fəaliyyət göstərən cinayətkarların mülki aviasiya fəaliyyətinə 

qeyri-qanuni qarışmaları ilə bağlı meydana gəlmişdir. 

Qeyd  etmək  lazımdır  ki,  son  dövrlərdə  beynəlxalq  təşkilatlarda 

narkotik  vasitələtin  qeyri-qanuni  dövriyyəsi  ilə  mübarizənin 

gücləndirilməsi  ehtiyacı  ilə  bağlı  diplomatların  gömrük  immunitetinin 

məhdudlaşdırılması haqqında məsələ qaldırılır. 

Bundan  başqa,  diplomatik  heyət  məskun  olduğu  dövlətin 

ərazisində sərbəst yer dəyişmək hüququna malikdir (bağlı zonalar olduğu 

təqdirdə bunlar haqqında qaydaları nəzərə almaqla). Diplomatların bir sıra 

ölkələrdə  mövcud  olan  xəbərdarlıq  qaydasında  yer  dəyişməsi  yuxarıda 

göstərilmiş qaydaya zidd deyildir. 

Diplomatik  nümayəndəlik  və  səfirlik  nəzdində  inzibati“  texniki 

personaİ  da  vardır.  Bu  qrupun  tərkibinə  mühasibat,  dəftərxana  işçisi, 

tərcüməçilər və onların ailə üzvləri daxildir. 

Nümayəndəliyin  xidmətçi  personalmm  tərkibinə  isə  sürücülər, 

aşbazlar,  gözətçilər,  çilingərlər,  bağbanlar,  dayələr  və  digər  xidmət 

sahələrinə aid olan əməkdaşlar daxildir. 

İnzibati-texniki 

və 

xidmətçi 



personalının 

imtiyaz 


və 

immunitetlərinin  tədqiq  edilməsi  məsələsi  ona  görə  mühüm  əhəmiyyət 

kəsb edir ki, diplomatik nümayəndəliklərin personalının müəyyən hissəsi 

bu kateqoriyadan olan şəxslərdən ibarətdir. 

Vyana Konvensiyası qəbul edilənədək inzibati-texniki personalın 

immunitetləri bəzi dövlətlər tərəfindən əhəmiyyətli dərəcədə 



102 


məhdudlaşdınlır  (məsələn,  Fransa),  digər  dövlətlər  tərəfindən  isə  tam 

həcmdə verilirdi (məs. ABŞ, Böyük Britaniya, Belçika, Niderland). 

Vyana  Konvensiyasının  hazırlanması  gedişində  dövlətlərin  bu 

məsələyə  iki  cür  yanaşması  meydana  gəldi.  Bu  zaman  ABŞ  və  Avropa 

dövlətləri 

inzibati-texniki 

personalın 

üzvlərinə 

tam 

həcmdə 


immunitetlərin şamil edilməsinin tərəfdarı kimi çıxış etdilər. Bu xüsusilə

onunla izah olunur ki, inzibati-texniki personalın üzvləri öz funksiyalarını 

yerinə  yetirilməsi  ilə  əlaqədar  ayrı-ayrı  diplomatlardan  daha  çox  sirr 

xarakteri daşıyan məlumat və materiallarla tanış olur (məs. səfirin katibi, 

şifrəçi,  iş  icraçısı,  kompyuter  texniki  və  s.).  İnzibati-texniki  heyətin  bu 

üzvləri  barəsində  həbs  və  ya  digər  məcburiyyət  tədbirləri  tətbiq  etmək 

diplomatik  nümayəndəliyin  fəaliyyətini  ciddi  pozar  və  akkreditə  edən 

dövlətə əhəmiyyətli zərər vura bilər. 

Afrika  və  Asiya  dövlətləri  isə  inzibati-texniki  personalın 

immunitetlərinin  məhdudlaşdırılınası tərəfdarı  kimi  çıxış  etdilər.  Bu  isə 

onunla izah olunurdu ki, bu dövlətlərdə inzibati-texniki heyətə diplomatik 

immunitetlərin  verilməsi  xarici  vətəndaşların  böyük  bir  qrupunun  yerli 

yurisdiksiyasından azad edilməsi demək olardı. Bu da yerləşmə dövlətinin 

maliyyə  maraqlarına  toxunur  (məs.  inzibati-  texniki  heyətin  vergi  və 

gömrük  rüsumlarından  azad  edilməsi).  Bu  dövlətlər  həmçinin 

inzibati-texniki 

heyətinin 

immunitetlərinin 

məhdudlaşdırılması 

məsələsini  özlərinin  dövlət  təhlükəsizliyi  və  hüquq  qaydasının  təmin 

edilməsi maraqları ilə izah edirlər. 

Güclü maliyyə imkanlarına malik olan inkişaf etmiş dövlətlərdən 

fərqli  olaraq,  xaricdə  geniş  diplomatik  nümayəndəliklər  şəbəkəsini 

saxlamağa  imkan  olmayan  bu  Asiya  və  Afrika  dövlətləri  bu  səbəbdən 

onlardan  fərqli  olaraq  inzibati-texniki  heyətin  immunitetlərinin 

məhdudlaşdırılmasına  can  atırdılar.  Nəticədə  isə  bu  dövlətlər  arasında 

kompromiss əldə olunur. 

İnzibati-texniki  personalın  üzvləri  qaldıqları  dövlətin  vətəndaşı 

olmadıqları və ya orada daimi yaşamadıqları təqdirdə, öz ailə üzvləri ilə 

birgə şəxsi və mənzil toxunulmazlığı, fiskal 



103 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə