Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə19/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
62 
(Oyunlar ritualdan tör
əyir, onun qədər, nə az, nə çox, aydın-
dır ki nağıl mifdən yaranır və ya onun reqressiv törəməsidir). 
Baxmayaraq  ki,  folklorşünaslar  bir  müddətdən bəridir ki, 
mif v
ə ritualın uyğunluğunu bilirlər, onlar nağıl və oyunların 
ümumi c
əhətlərini ayıra bilmirlər”
58

Bel
əliklə, mərasimlər, müxtəlif ayin və  rituallar, 
h
əmçinin folklor mətnlərinin şərhi mifoloji düşüncə müstə-
visind
ə  daha dəqiq  aydınlaşdırıla  bilər.  Daha dəqiq desək
xalqın  təfəkküründəki  mifoloji  təsəvvür  aydınlaşdırılmadan 
folklor m
ətnini təhlil etmək, onun ruhunu duymaq çətindir. 
 
 
                                                           
58
 
Алан  Дандес.  Фольклор:  семиотика  и/или  психоанализ  (Сбор-
ник статьей), Москва: Восточная литература РАН, 2003, с.37 


Folklorşünaslığa giriş   
 
 
63 
 
 
 
FOLKLOR VƏ YAZILI ƏDƏBİYYAT 
 
 
M
əlumdur  ki,  yazılı  ədəbiyyat folklora söykənərək 
meydana g
əlmişdir. Daha dəqiq desək, folklor yazılı ədəbiy-
yat üçün birbaşa qaynaq rolunda çıxış etməkdədir. Kiçik bir 
müqayis
ə  belə  göstərir  ki, müəllifi məlum olan bədii  əsər-
l
ərin  mövzu, məzmun, motiv, hətta obrazlar sistemi folk-
lordan qidalanır. Məşhur rus folklorşünası B.N.Putilov özü-
nün “Folklor v
ə xalq mədəniyyəti” (“Фольклор и народная 
культура”) adlı tədqiqatında yazılı ədəbiyyatla müqayisələr 
apararaq, bel
ə bir qənaətə gəlir: “Beləliklə, inkişafının bütün 
m
ərhələlərində  ümumi cəhəti  “şifahilik”  olan  folklor  –  dar 
v
ə ya geniş mənada – transmissiya (hazırki halda – həyati) 
xüsusiyy
ətilə  ənənəvi mədəniyyətin  ümumi  axınına  qarışır. 
Eyni  sözü  folklorun  başqa  spesifik  xüsusiyyətləri  –  müəl-
lifsizliyi, geniş yayılması, örnəklərin /streotiplərin izlənilən-
m
əsi,  funksionallığı  haqqında  da  demək olar. Müəllifsizlik 
anlayışını tez-tez kollektivlik, anonimlik kateqoriyaları əvəz 
edir, örn
əklərin izlənilməsi  əvəzinə  ənənəvilikdən  danışılır 
v
ə s. Yaxşıdır ki, bütün söylənən fərqli meyarlar, deyək ki, 
yaşayış yerinə, paltara, hüquqa, qohumluq əlaqələrinə, adət-
l
ərə və ənənəvi mədəniyyətin hər hansı digər sferalarına eyni 
d
ərəcədə  tətbiq edilə  bilir. Bütün bu xüsusiyyətlərinə  görə 
xalq m
ədəniyyəti professional, müəllifli, yazılı mədəniyyətə 
müxalifdir (oppozisiyadadır), bununla yanaşı, özünəməxsus 
xüsusiyy
ətlərilə  o sonuncu ilə  toqquşmur  və  onunla  qarşı-


Almaz H
əsənqızı                                                   
 
 
64 
qarşıya  dura  bilmir.  Bu  da  təbiidir, belə  ki,  folklor  yazılı 
ədəbiyyatla  əlaqəsi olmadan  yaranıb,  təkamül  edib,  inkişa-
fının yüksək səviyyəsinə çatıb (tipoloji situasiya, ədəbiyyatın 
yaranmasından  əsrlər öncə  folklorun mövcudluğu  nəzərdə 
tutulur) v
ə həmçinin folklor mədəniyyəti proqramına, onun 
genotipin
ə yazılı mədəniyyətlə qarşıdurması daxil deyil. Ək-
sin
ə, yazılı mədəniyyətin folklor mədəniyyətini, onun təcrü-
b
ələrini izləyərək və ona müxalif olaraq yaranması və inki-
şafı haqqında danışmaq daha düz olar”
59

Bel
əliklə,  Putilovun  verdiyi  izahdan  da  aydın  olur  ki, 
yazılı  ədəbiyyat  folklordan bir xeyli sonra  yarandığı  üçün 
onun inkişaf təcrübələrindən bəhrələnir. Əslində yazılı ədə-
biyyata aid el
ə bir mətn yoxdur ki, orada folklor örnəkləri bu 
v
ə ya başqa şəkildə öz əksini tapmamış olsun. Ədəbiyyatın 
əsasında insan və onunla bağlı gerçəklər dayanır. Folklordan 
k
ənarda isə insan həyatını təsəvvür etmək qeyri-mümkündür. 
Ayrıca  qeyd  etmək  lazımdır  ki,  folklor  yazılı  ədəbiy-
yatda  bir  sıra  növ  və  janrların  yaranmasında  ilkin  mənbə 
kimi 
əhəmiyyətli rola malikdir. Fikrimizi dəqiqləşdirmək 
üçün roman janrının yaranması ilə bağlı mülahizələrə nəzər 
salaq. Mir C
əlal Paşayev roman janrının yaranması ilə bağlı 
bel
ə  bir mülahizə  irəli sürür: “Orta əsrlərdə, ümumiyyətlə, 
roman dill
ərində yazılan əsərlərə belə ad verirdilər. Sonralar 
bu ad ancaq b
ədii  əsərlərin  böyük  formasına  verildi.  Orta 
əsrlərdə  şöhrət tapan romanlar əsasən cəngavərlərə  həsr 
olunurdu (R
ıtsar  romanları).  Bu  romanlarda  igid,  müstəsna 
c
əngavərin sərgüzəşti və şöhrəti təsvir olunurdu”
60

                                                           
59
 
Борис  Николаевич  Путилов.  Фольклор  и  народная  культура, 
Москва: Наука, 1994, с.29 
60
  Mir C
əlal, Pənah Xəlilov.  Ədəbiyyatçünaslığın  əsasları,  Bakı: 
Maarif, 1972, s.148 


Folklorşünaslığa giriş   
 
 
65 
T
ədqiqatçı  Yeganə  İsmayılova  Mir  Cəlal  Paşayevin 
yuxarıda  bəhs olunan fikrinə  dayanaraq,  yazılı  və  şifahi 
ədəbiyyatın ən irihəcmli janrları arasında müqayisə aparmış 
v
ə roman janrının yaranmasında eposların əhəmiyyətini qeyd 
ed
ərək belə bir məntiqi nəticəyə gəlmişdir: “Demək, roman 
janrı öz mənşəyi etibarilə orta əsrlər cəngavərlərindən bəhs 
ed
ən  romandır.  Bu  cəhət  onu  tipoloji  baxımdan  “Kitabi-
D
ədə Qorqud”la yanaşı qoyur: orta əsrlər roman xalqlarının 
q
əhrəmanlarından bəhs edən dastanlar “roman” adlanmışdır. 
H
əmçinin qədim və orta əsrlər oğuz xalqlarınıın qəhrəman-
larından bəhs edən dastanlar “Oğuznamə” adlanmışdır: “Ro-
man”  janrı  –  roman  xalqlarının  milli  eposu,  “oğuznamə” 
janrı – oğuz xalqlarının milli eposudur. Yəni qədim roman-
lar üçün “roman” n
ə olubsa, qədim oğuzlar üçün də “oğuz-
nam
ə” elə o demək olub Bu nöqtə müasir Azərbaycan ədə-
biyyatında  “Dədə  Qorqud” motivlərinin  janr  baxımındn 
“böyüm
əsi”ni, özünün  dolğun  ifadə  formasını  “roman” 
janrında tapmasını izah edir. “Kitabi-Dədə Qorqud” dastan-
eposdur. Onun ideyalarının ədəbiyyatdakı dolğun təcəssümü 
özün
ə uyğun janr tələb edir. Bu janr romandır. Çünki roman 
janrının  ruhunda,  janr  yaddaşında  dastan-epos  yaşayır.  Bu 
c
əhətdən Azərbaycan ədəbiyyatında “Dədə Qorqud” motiv-
l
ərinin  roman  janrına  qədər  inkişaf  etməsini “Kitabi-Dədə 
Qorqud” eposunun müasir 
ədəbiyyatımızda öz uyğun janrını 
“tapması”, yaxud öz doğma janrına “qovuşması” kimi izah 
etm
ək olar”
61

Ümumiyy
ətlə,  yazılı  ədəbiyyatın  folklordan  müxtəlif 
formalarda b
əhrələrindiyini qeyd etmək olar: 
                                                           
61
  Yegan
ə  İsmayılova.  “Dədə  Qorqud  kitabı”  və  müasir Azərbaycan 
ədəbi düşüncəsi, Bakı: Elm, 2011, s.180 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə