Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə37/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

Folklorşünaslığa giriş   
 
 
127 
  Ümumiyy
ətlə, antropomorfizm, fetişizm, animizm ki-
mi  baxışlar  yalnız  folklorşünaslıqda  deyil,  bir  sıra  digər 
elml
ərin  –  psixolgiya,  sosiologiya,  fəlsəfə  və  s.  tədqiqat-
çılarının da diqqət mərkəzindədir. 
Aydın  olur  ki,  qədim insan bir  çox  şeyləri  kultlaş-
dırmışdır. 
Folklorun b
əzən müxtəlif dövrlərdə  unutdurulmasına 
olunan c
əhdlərin də arxasında onun dini baxışlarla bağlılığı 
problemi  dayanmaqdadır.  Bu,  tarixi  şəraitdən  asılı  olaraq, 
müxt
əlif cür baş vermişdir. Belə ki, islam dininin qəbulu ilə 
şamanist  baxışların  unutdurulması  istiqamətində  cəhdlər 
edilmişdir.  Lakin  buna  baxmayaraq,  folklorun  bütün  janr-
larında  şamanizmlə  bağlı  bir  çox  əlamətlər qorunub 
saxlanılmaqdadır. Məsələn, bir bayatıya nəzər salaq: 
 
Analar yanar, ağlar, 
D
ərdini sanar, ağlar. 
Dön
ər göy göyərçinə, 
Yollara qonar, ağlar. 
 
Ruhun b
ədəndən ayrılıb quş şəklində yollara qonması 
şamanizm  inanclarından  irəli gəlməkdədir.  Xatırladaq  ki, 
b
əktaşi-ələvilik  dünyagörüşündə  insanın  ölümdən  sonra 
ruhunun  diri  olması  –  əsasən də  quş  şəklinə  düşməsi kimi 
inanclar h
ələ də yaşamaqdadır. 
Mirçea  Eliade  “
Şamanizm”  adlı  tədqiqatında  yazır: 

İnsan  çoxtanrıçı  olub  dinsəl  baxımdan  totemçi  kimi  dav-
rana bil
ərkən bir yandan da özünü təktanrılı sana bilər, ya da 
bunu iddia ed
ə  bilər.  Qutsalın  fəlsəfəsi bütün dəyişmələrə 
açıqdır; heç bir “biçim” bozulma və ya çürümədən dayanıqlı, 
heç bir “tarix” q
əti ve donmuş deyildir. Bir topluluq bilərək, 


Almaz H
əsənqızı                                                   
 
 
128 
ya da bilm
ədən – bir çox dinləri yaşada bildiyi kimi, bir fərd 
d
ə, ən “uca”larından ən qabalarına və ən ağıllısına qədər çox 
sayıda dinsəl yaşantı tanıya bilir.   
Şamanizm  də  tam belə  arxaik vəcdə  gəlmə  texnik-
l
ərindən biridir; həm sehir, həm sirr, həm də terminin geniş 
anlamıyla “din”dir ”
104
.   
Müasir dövrümüz
ə  qədər  şamanlıq  türk  xalqları  içəri-
sind
ə yaşamağa davam etməkdədir. Əvvəlki təsir gücünü tam 
şəkildə  qorumasa da, ənənəvi fəaliyyətini də, geyimini də 

əyyən qədər mühafizə edə bilmişdir. Örnək olaraq bir mə-
qama n
əzər yetirək: “Bəktaşi-ələviliyin  simvolluğu  üzərinə: 
on iki heyvanlı təqvimdən on iki imama” məqaləsində   İren 
xanım  Strastburqda 2002-ci ildə  Dağlıq  Altaydan  gələn bir 
şamanla  görüşünü  xatırlatmış,  onun  geyiminin  və  istifadə 
etdiyi al
ətlərin təsvirini  vermişdir:  “Yalnız  davulu  yoxdu. 
M
ənə  hər  şamanın  öz  davulu  olduğunu  söylədi. Bu onun 
simvolu 
olurdu.  Davulun  yolçuluq  sırasında  zərər görməsi 
şamanın  yaşamının  da  təhlükəyə  girməsi deməkdi. Davul 
şamanın sayruluq cinlərinə qarşı qoyduğu oturumlarda qoru-
yucu ruhlarla 
əlaqə  qurmasında yardımçı olurdu.  Oturumlar 
çox vaxt dağda və qış  gecələri  yapılırdı.  Qaçınılmaz  olaraq 
da  sabahları  bulurdu.  O  bir  törən geyimləri də, kürklərlə 
çevr
ələnmiş,  əldə  tikilmiş  heyvan  dərisi bir kaftan və  yenə 
d
əridən bir börkdü: kənarları  işləmələrlə  çevrəli, yenə 
işləmələrlə on iki dilimə ayrılmış huni biçimdə bir başlıq”
105

Türk  dini  inancları  tanrıçılığa  əsaslanır.  Cəlal Bəydili 
“İstiqbal  xalq  ədəbiyyatınındır”  adlı  tədqiqatında  türklərin 
                                                           
104
  Eliade Mir
cea. Şamanizm (Le Chamanizme), Fransızcadan şeviren: 
İsmet Birkan, Ankara: İmge kitapevi, s.2 
105
 
Turan  Alptekin.  Prof.  İrene  Melikoffun  ardından  (inceleme-son 
yazılar-mektuplar), İstanbul: Demos yayınları, 2009, s.80 


Folklorşünaslığa giriş   
 
 
129 
dini inanış sistemləri ilə bağlı geniş təhlillər apararaq, belə 
bir q
ənaət irəli sürmüşdür: “Türk tanrıçılığı tək Tanrı inanışı 
– 
Göy Tanrı anlayışı ətrafında təşəkkül tapmış özünəməxsus 
monoteist  bir  dindir...  Ənənəvi türk cəmiyyətində  din 
düşüncəsi həqiqətən bir sistem kimi Göy Tanrı adı ətrafında 
t
əşəkkül  tapmışdır.  Buna  görə  də  əski türk dini bəzən də 
Göy  Tanrı  dini  adlandırılır.  Belə  ki, burada göy və  Tanrı 
adları bir-birini tamamlayırdı”
106
.   
Türk  xalqlarının  şamançı  dünyagörüşlərilə  bağlı  folk-
lorşünas  alim  Füzuli  Bayatın  “Ana xətlərilə  türk  şamanlı-
ğı”, “Qadın şaman”   kimi dəyərli tədqiqatları vardır. 
Ə.Cəfəroğlu  isə  türkdilli etnosun köçəri və  ya oturaq 
y
aşamasından asılı olaraq, islam dinindən fərqli səviyyələrdə 
t
əsirlənməsinə  diqqət yetirərək  yazmışdır:  “...  “kitablı  din-
l
ər” çadır həyatı yaşayan    bir türk üçün o qədər də əlverişli 
v
ə  cazib olmamışdır,  əksinə  olaraq,  şaman  dinini  təmsilən 
çadırının, yerinə görə içinə, yerinə görə dışına asdığı çeşidli 
t
əsvir və ya bütləri yeni yurduna nəql etmək bir köçəri üçün 
o q
ədər də dəyərli olması gərəkdir”
107

Ə.Cəfəroğlunun qənaətlərinə görə, köçəri türklər üçün 
çadır çox böyük önəm daşımış, hətta “yurd” – köçün yerləş-
diyi sah
ə həm yaşayış yeri, həm də vətən anlayışı ifadə et-
miş, ayrıca  bir  “oba”  kultu  olan  bu  xalqlarda  “Tanrı”  təm-
silçisi d
ə əski şamanizm ənənəsindəki “keçə təsvir” və “ke-
ç
ə” tapınaqdan başqa bir şey olmamışdır. 
İqnats Kunoş “Türk xalq ədəbiyyatı” adlı tədqiqatında 
                                                           
 
106
C
əlal Bəydili (Məmmədov). İstiqbal xalq ədəbiyyatınındır... (seçmə 
yazılar), Bakı: 2015, s.29 
 
107
 
Ahmet  Caferoğlu.  Azerbaycan  və  Anadolu folklorunda saklanan  
iki  şaman  tanrısı,  Ankara:  Ankara  Universitesi  İlahiyat  fakültesi  der-
gisi, I-IV, 1958, s. 67 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə