Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə53/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

Folklorşünaslığa giriş   
 
 
181 
edilmişdir
136

 
Xatırladaq  ki,  Səməd Behrəngi özü də  Azərbaycan 
folklorundan t
əsirlənərək, nağıllar yazmışdır.   
Doktor Cavad Hey
ət “Azərbaycan  şifahi  xalq  ədəbiy-
yatı”  kitabında  nağıllar,  onların  qəhrəmanları,  digər perso-
naj
ları və s. haqqında təhlillər aparmışdır. 
Əslən macar alimi İqnats Kunoş nağıllarla bağlı “Türk 
xalq 
ədəbiyyatı”  əsərində  yazır:  “...türk  nağıl  dünyasının 
əfsunlayıcı dövlətləri, sehrli məmləkətləri, röyalı xalqı, ya da 
cin olan t
əbəələri... Bu cinli-pərili  nağıl  aləmi toxumları, 
b
əlkə, minlərcə  il  xalqın  könlündə, fikirlərinin dərinlik-
l
ərində yerləşərək çiçəklər açmış, şairanə meyvələr yetişdir-
mişdir.  Dünyanın  bu  nağıl  aləmi,  onsuz  da  keçmiş  yüzil-
likl
əri xatırladarkən, hər bir millətin keçmişini röya görmüş 
kimi  qarşılar.  Ədəbiyyat tarixləri  bu  keçmiş  zamanların 
qocaman yollarını təqib edə bilməz, çeşmələrinə qədər yetişə 
bilm
əz. Heç bir əsər insanda izlərini tapa bilməz... Nə 
kitablarda  yazılıdır,  nə  də  rəsmlərdə  cizili... Hiss olunan 
yerl
ər  yalnız  xalqın  könlü,  insanların  qəlbidir. Dünyada 
olub-bit
ənlərin  əski  zamanları,  yalnız  hərb  olaylarını  deyil, 
könüll
ərdəki hissləri, duyğuları da saxlamışdır”
137
  . 
M
ənqəbə – müqəddəs sayılan insanların (övliya, seyid) 
göst
ərdiyi möcüzələrlə  –  kəramətlərlə  bağlı  yaranan 
m
ətnlərdir və Azərbaycan folklorşünaslığına, demək olar ki, 
son ill
ərdə daxil edilən yeni bir janrdır. Türkiyədə bu janrla 
bağlı tədqiqatlar xeyli əvvəllər başlamışdır, xüsusən Əhməd 
                                                           
 
136
  Güney Az
ərbaycan folkloru, III kitab, Bakı: Elm və təhsil, 2014, 
230 s. 
137
 
İgnacz  Kunos.  Türk  halk  edebiyatı,  İstanbul:  Kervan  kitapçılık, 
1978, s.113 


Almaz H
əsənqızı                                                   
 
 
182 
Yaşar  Ocakın   “Kültür  tarixi  qaynağı  olaraq  mənakib-
nam
ələr” əsərində ayrıca bu problem kimi araşdırılmışdır.       
Sovet hakimiyy
ətinin basqılarından digər ölkələrə köç-
m
əyə  məcbur olan mühacir azərbaycanlılar  mənqəbələrlə 
bağlı  tədqiqatlar  aparmışlar.  İren  xanım  Melikoffun  ələvi 
t
əkkələri, Hacı Bektaş Vəli, Pir Sultan Abdal və s. ilə bağlı 
dünyanın  müxtəlif ölkələrində  nəşr  edilmiş  xeyli  tədqiqat  
(
“Hacı  Bektaş  –  əfsanədən gerçəyə” (“Hadji Bektach un 
mythe et ses avatars” (Leiden, 1998), “Qazi M
əlik  Daniş-
m
ənd və Sivasın fəthi”, “Əbu Müslüm– Əxilərin piri”) və s. 
əsərləri vardır.   
Mühacirl
ərin tədqiqatlarının sovet Azərbaycanında öy-
r
ənilməsinin yasaq edilməsi həmin əsərlərin yayaılmasına da 
mane olmuşdur.   
Az
ərbaycanda son illərdə  Füzuli Bayat öz tədqiqat 
əsərlərində  (“Folklor dərsləri”) mənqibənin  ayrıca  bir  janr 
kimi öyr
ənilməsi məsələsini qaldırmış və onun əsas spesifik 
əlamətləri haqqında ətraflı məlumat vermişdir. 
Möcüz
ənin əsasən peyğəmbərlərə aid olduğunu, övliya 
v
ə  seyidlərin  göstərdiyi fövqəladə  xüsusiyyətlərin kəramət, 
b
əd  xarakterli  varlıqların  qeyi-adiliklərinin istidrac adlan-
dıran  F.Bayat  türk  araşdırıcı  Əhməd  Yaşar  Ocakın  tədqi-
qatına istinad edərək mənqibələrin əlamətlərini belə qruplaş-
dırmışdır:   
“a. Övliya m
ənqibələrinin qəhrəmanları  gerçək və 
müq
əddəs insanlardır; 
b. Olayların konkret yeri və zamanı vardır; 
c. M
ənqibələr  əyləndirmək, bir əşyanın  və  ya təbiət 
hadis
ələrinin  izahını  vermək  üçün  uydurulmuş  əhvalatlar 
deyildir, gerç
ək olduqlarına inanılır; 
d. M
ənqibəsi olan vəlilər  yarı  müqəddəsdirlər və 


Folklorşünaslığa giriş   
 
 
183 
özl
ərini inananlara sevdirirlər; 
e. M
ənqibənin mövzusu vəli  sağkən də, öldükdən 
sonra da yarana bil
ər ; 
f.  Janr  kimi  qısa  və  sadə  təhkiyə  tərzinə  sahib-
dirl
ər”
138
  .   
Bu xüsusiyy
ətlər  janrı,  demək olar ki, müəyyən-
l
əşdirmək  üçün kifayətdir.  Lakin  əyanilik üçün kiçik bir 
örn
əyə diqqət edək.   
İren xanım Melikoff  amerikalı  professor  Robert  Dan-
koffun  yanlış  təhlilinə  cavab  kimi  yazdığı  “Qazan sözcüyü 
üz
ərinə”  adlı  məqaləsində  Abdulbaki  Gölpınarlı  tərəfindən 
t
ərcümə  edilən  Hacı  Bektaş  Vəlinin  “Vilayətnamə”sində 
veril
ən kiçik bir mənqibəni örnək göstərmişdir:  “Vilayət-
nam
ə”də  verilən bir rəvayətə  görə,  Hacı  Bektaşın  mürid-
l
ərindən Molla Sadəddin içində  üç dəfə  qırx  gün  qalacağı 
qaynar su dolu bir qazan, ya da l
əyənçəyə  girərək,  oradan 
can
lı və yenilənmiş olaraq çıxmışdır”
139
.   
Burada Molla Sad
əddinin üç dəfə  hərəsində  qırx  gün 
qaynar  qazanda  qalması  və  oradan yenilənmiş  olaraq  sağ-
salamat  çıxması    –  bu vəlinin göstərdiyi  əsas kəramətdir, 
haqqında danışılan əhvalat isə mənqibədir.   
Atalar sözl
əri – folklorun kiçik həcmli janrlarındandır. 
Onlar d
ərin məzmunlu, ibrətamiz məna  daşıyırlar,  daha 
doğrusu, az sözlə cild-cild kitabların belə verə bilməyəcəyi 
bir  informasiyanı  nəsildən nəslə  ötürürlər.  Müxtəlif xalq-
larda atalar sözl
ərini  –  “qanadlı  sözlər”, “qiymətli sözlər”, 
                                                           
138
  Füzuli Bayat. Folklor d
ərsləri, Bakı: Elm və təhsil, 2012, s. 201 
139
  Turan Alptekin. 
Prof.İrene Melikoffun ardından, İstanbul: Demos ya-
yınları, 2009, s.87 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə