Almaz H
əsənqızı
172
Qeyd etm
ək lazımdır ki, xalq arasında müqəddəs
şəxsiyyətlərə, əcdadlara, valideyn
və ya övladlara yönəldilən
andlar da
geniş yayılmışdır. “Azəri türk həyatında batil
etiqadlar”
əsərində Ə.Cəfəroğlu bu məsələyə diqqət
yetir
ərək yazır: “… ölünün ruhu and içmək üçün ən mü-
q
əddəs vasitələrdən biridir. Hər hansı bir azəri yəmin etmək
ist
ərsə, dərhal ölən ata və analarının məzarına, ruhuna and
içm
əkdən çəkinməz”
128
.
Folklor m
ətnlərində andın müxtəlif formaları öz əksini
tapmışdır. Qılınc (altından keçirməklə kimisə bağışlamaq,
göz
əl bir xanımla qəhrəman arasına qoyulanda daha fərqli),
barmağı çərtib qan qardaşlığı yaratmaq, bəzən sirri saxlamaq
üçün müxt
əlif əşyalardan istifadə ilə (nara iynələri sancmaq,
soğanı soymaq və s.) and içməyə nağıl və dastanlarda rast
g
əlmək mümkündür.
Dualar da
son ill
ərdə diqqət mərkəzində olan arxaik
janrlardan biridir. M
əzmununa görə iki cür ola bilər: xoş
arzuları ifadə edərsə, dua və ya alqış, əks məqsədlə işlə-
dil
əndə bəddua, yaxud qarğış kimi meydana çıxır.
Dualar (alq
ışlar) da Tanrıya, müqəddəslərə (Allah qo-
rusun! Əli köməyin olsun! və s.) xitabən olduğu kimi şəxsi
d
ə məzmun daşıya bilər (Xöşbəxt ol!
Su kimi ömrün uzun
olsun!).
Alqış və qarğışlara həm real həyatda, həm də folklor
m
ətnlərində rast gəlmək olar.“Kitabi-Dədə Qorqud”da on-
la
rın maraqlı nümunələri vardır. Məsələn, Banuçiçəyi qarda-
şından istəyərkən, Dədə Qordudun dilindən çıxan “Əlin
128
Ahmet Caferoğlu. Azeri türk hayatında batil itikatlar, İstanbul:
1939, s.4
Folklorşünaslığa giriş
173
qurusun” ifad
əsinin ardınca Dəli Qarcarın həqiqətən əli qu-
ruyur.
B.H
əqqi “Xınasına kül qarışsın” qarğışını geniş izah
etmişdir: “... xına qoymaq yalnız toyda və şənlikdə yox,
b
əlkə, türklərdə vətən müdafiəsinə gedən cavanların ovuc-
larının içinə xına qoymaq ənənəsi şəklində bu
günədək da-
vam tapır. Xınaya kül qarışmaq kimi qarğışlar bir böyük fa-
ci
ənin, elin, ailənin əzizinin ölməsini xatırladır... Bəzi məz-
h
əbi mərasimlərdə başa kül səpmək bu gün də bir para yer-
l
ərdə özünü göstərir”
129
.
Alqış və qarğışlar insanların mifik təsəvvürlərilə bir-
başa bağlıdır. Yəni alqışlar kosmosun – nizamlı, işıqlı, har-
monik h
əyatın, qarğışlar isə xaosun – qaranlığın, qarışıqlı-
ğın, kədərin göstəricilərindəndir.
Qeyd etm
ək lazımdır ki, bir sıra arxaik janrlar Sovet
senzura sisteminin t
əzyiqi
nəticəsində uzun illər Azər-
baycanda diqq
ətdən kənarda qalmışdır. Belə ki, C.Hacı-
b
əylinin Parisdə nəşr etdirdiyi “Qarabağın dialekt və
folkloru (Qafqaz Az
ərbaycanı)” kitabında hələ XX əsrin 30-
cu ill
ərində əksini tapmış olan alqış (“Allah amanında
olasan”, “Allah bir
ə min versin”, “Allah sənin bir yaxşı
yerd
ən baxtın açsın” və s.), qarğış (“Səni yörüm balam
ikyözd
ən olasan”, “Get, bir də qayıtma”, “Üzünə bir daş
yamansız”, “Yalan diyənin Həzrət Abbas qollarını yanına
salsın”, “Yediyim gözümə dursun ki”, “Bu çörək mana
haram olsun ki” v
ə s.), and (“Atamın yatdığı yer hakkı”,
“Bax bu çör
ək hakkı”, “Yediyim gözümə dursun ki”),
t
ərifləmə (“ha qoçax”, “ha laçın”, “Maşallah” , “Nənəm
129
Behruz H
əqqi. Ata sözlərinin kökləri və şifahi xalq ədəbiyyatına
aid örn
əklər, Köln: 2008, s.35
Almaz H
əsənqızı
174
qurban” v
ə s.) və s. öyrənilməsi üçün yalnız sovet siyasi
senzurasının ləğvindən sonra şərait yaranmışdır.
Əfsanələr – epik növün
çox da iri həcmdə olmayan bir
janrdır. Rəvayətlərə yaxın olsa da, daha
cox qeyri-adi,
fantastik m
əzmun daşıdığına görə onlardan fərqlənir. Qısa,
yığcam süjet xəttinə malik olur və daha çox xəyali düşüncə
m
əhsulu kimi yaranırlar. Onların təsnifilə bağlı müxtəlif
bölgül
ər vardır. Professor İ.Abbaslı onları belə qruplaş-
dırmışdır:
1. kosmoqonik;
2. toponimik;
3.
etnoqrafik;
4. dini;
5. tarixi;
6. q
əhrəmanlıq.
Əfsanələr məzmun etibarı ilə miflərə ən yaxın janr-
lardan biridir.
Daha doğrusu, onlar həm miflərə, həm rəva-
y
ətlərə bənzəyirlər. “Əsatirlər mifoloji kosmoqonik dünya
modeli struturunu
əks etdirən mətnlərdir. Əfsanələr
janr sə-
viyy
əsi baxımından əsatirlə rəvayətin ortasında dayanır. On-
lar öz fantastik m
əzmununa görə əsatirlərə yaxın olsa da,
əfsanənin reallığa təmayülü, fantastikanı gerçəklik səviyyə-
sind
ə təqdim etmə onun bir janr kimi fərqləndirici atri-
butudur”
130
.
Qeyd etm
ək lazımdır ki, əfsanələr cüng, salnamə, səya-
h
ətnamə, bəzən ayrı-ayrı müəlliflərin yazdığı əsərlər içəri-
sind
ə qorunub günümüzə qədər gəlib çatmışlar. Sədnik Pa-
şa Pirsultanlı uzun illər ərzində əfsanələri toplamış, “Azər-
130
S
ədnik Paşa Pirsultanlı. Azərbaycan
türklərinin xalq əfsanələri,
Bakı: Azərnəşr, 2009, s.13