Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə59/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
200 
biyev, V.V
əliyev və başqaları onun XVI-XVII əsrlərdə Cə-
lalil
ər hərəkatı ilə bağlı yarandığını bildirmişlər. Lakin XX 
əsrin ikinci yarısından başlayaraq, dastanın tədqiqində  yeni 
bir istiqam
ət – əsərdəki alt qatın, mifoloji layın öyrənilməsi 
m
əsələsi  araşdırıcıların  diqqətini cəlb etməyə  başlayır.  Be-
l
əliklə,  “Koroğlu”nun  tədqiqatında  yeni  mərhələ  başlayır. 
M.Seyidov, X.Koroğlu, A.Nəbiyev, N.Cəfərov və başqaları 
dastandakı  mifoloji  semantika,  oradakı  obrazların,  heyvan, 
əşya,  toponim  və  sairənin  fərqli  şəkildə  təhlili məsələləri 
il
ə bağlı araşdırmalar aparırlar. 
M
əhz bu istiqamətdə aparılan tədqiatlardan biri Behruz 
H
əqqinin fars dilində  qələmə  aldığı,  2003-cü ildə  nəşr 
edil
ərək, elmi ictimaiyyətin müzakirəsinə verilən “Koroğlu” 
–  tarixi-mifoloji gerç
əklik”  əsəridir. Bu tədqiqatda dastan 
tam f
ərqli bir aspektdə  araşdırılmışdır.  Müəllif: “Koroğ-
luluq, bizc
ə, qədim  əcdadlarımız  tərəfindən  yeni  ilin  qarşı-
lanması, yazın qışa qalib gəlməsi üçün icra edilən müqəddəs 
ayin ol
muşdur”–  yazaraq,  dastanı  mənşə  etibarı  ilə  çox 
q
ədimlərə  bağlılığı  faktını,  Koroğlunun  “ölüb-dirilən təbiət 
tanrısının  adı  olması”  qənaətini irəli  sürmüş,  müxtəlif 
xalqların (yunan, Çin, ərəb, İran, hind və s.) folklor örnək-
l
əri, eyni zamanda, dastanın variantları (Osmanlı türk, Azər-
baycan, türkm
ən,  İraq-türkmən, tacik, bolqar)  əsasında 
mülahiz
ələrinin geniş şərhini vermişdir. 
Əsərdə  “Dirilik  suyu”,  “Dünya  ağacı”,  fövqəladə  at, 
misri qılınc, Çənlibel, Qoşabulaq və  sairənin əsatiri düşün-
c
ədə mövqeyilə yanaşı, Koroğlu, Alı kişi, dastandakı qadın-
lar, keç
əl obrazı, folklordakı Al arvadı və s. haqqında əhatəli 
elmi araşdırmalar öz əksini tapmışdır. B.Həqqi “Koroğlu” – 
tarixi-mifoloji gerç
əklik” monoqrafiyasında  öz  baxışlarının 
şərhi zamanı müxtəlif inanclar, ovsunlar, mərasimlər (saya, 


Folklorşünaslığa giriş   
 
 
201 
yağışı  çağırma,  Novruz,  toy-yas  və  s.), həmçinin türk mi-
fologiyasında  ozanın  yeri  haqqında  bilgilər  vermiş,  örnək-
l
ərlə fikrini əyaniləşdirmişdir.   
Dastanın  əsas tədqiqatçılarından  biri  olan  İsrafil  Ab-
baslı  uzun  təhlillərdən sonra bu qənaətə  gəlir ki: “Bizcə, 
Az
ərbaycan  “Koroğlu ”su  özünün ideya-məzmun  axıcı-
lığına,  daha  çox  isə  söykəndiyi tarixi hadisələrin epikləş-
dirilm
əsinə əsasən tarixi mahiyyət daşıyır. Bununla bərabər, 
epos mifik 
əlamət və  təzahürlərdən də  xali deyildir. Lakin 
bu c
əhət dastanda aparıcı şəkil almamış, əsas yeri tarixiliyin 
inikası tutmuşdur ”
150

Mühacir
ətdə  “Koroğlu”  ilə  bağlı  Ə.Cəfəroğlunun, 
S.R
əfiqin tədqiqatları  vardır.  Qeyd  edək  ki,  dastanın  Paris 
nüsx
əsilə bağlı ilk olaraq mühacirətdə  1933-cü ildə  “Azər-
baycan yurd bilgisi” d
ərgisində nəşr etdirdiyi “Aşıq Sadığın 
bir  şeiri  haqqında”  məqaləsində  Səlim Rəfiq məlumat ver-
mişdir.  Həmin nüsxə  bu məqalədən təxminən  altmış  beş  il 
sonra Bakıda nəşr edilmişdir. 
XIX 
əsrdən etibarən Azərbaycanda  rus  işğalına  qarşı 
qaçaqçılıq  hərəkatı  başlayır.  Həmin hərəkatın  apardığı  mü-
bariz
ə  qəhrəmanlıq  nəğmələrinə  mövzu verir. Beləliklə
“Qaçaq N
əbi”, “Dəli Alı”, “Qandal Nağı” və başqa dastanlar 
meydana g
əlir. Onlardan ən  çox  şöhrət  tapanı  “Qaçaq  Nə-
bi”dir. Qaçaq N
əbi və  onun  silahdaşlarının  mübarizəsilə 
bağlı  yaranan  rəvayət və  nəğmələr  bir  çox  folklorşünaslar 
t
ərəfindən dastan kimi qəbul edilmir. Fikrimizcə, folklor 
m
ətninin  cilalanması  müəyyən qədər vaxt tələb edir. Bu 
dastan çox da uzaq olmayan dövrün m
əhsulu  olduğundan 
                                                           
150
 
İsrafil  Abbaslı.  “Koroğlu”:  nə  var, nə  yox?  Bakı:  Elm  və  təhsil, 
2013,s.85 


Almaz H
əsənqızı                                                   
 
 
202 
onun kamill
əşməsi üçün müəyyən qədər vaxt keçməlidir. 
Dig
ər tərəfdən, rusa qarşı mübarizə ruhunda yarandığı üçün 
sovet t
ədqiqatlarında belə münasibətin olması anlaşılandır. 
Qaçaqçılıqla bağlı dastanlara sovet və mühacirət araş-
dırmalarında xeyli fərqli yanaşma mövcuddur. Sovet tədqi-
qatçıları  bu  dastanın  Qaçaq Nəbinin  yalnız  çar  idarə  sis-
temin
ə qarşı mübarizəyə qalxması ilə bağlı yarandığını bil-
dirm
əkdədirlər. Lakin mühacirətdəki ziyalılar  fərqli  düşü-
nürl
ər, dastan qəhrəmanının əsarətə və birbaşa rus müstəm-
l
əkəçiliyinə qarşı mübarizə apardığını qeyd edirlər. 
M
əlumdur ki, “Qaçaq Nəbi” ilə bağlı rəvayət və nəğ-
m
ələri P.V.Vostrikov XIX əsrdə toplamağa çalışmış, ilk də-
f
ə kiçik parçanı SMOMPK məcmuəsində nəşr etdirmişdir
151
.   
Dastan Ə.Tahirov tərəfindən 1938-ci ildə ilk dəfə kitab 
halında  nəşr  olunmuşdur.  Mühacirətdə  isə  bu  əsər hələ 
1928-ci ild
ə, yəni Azərbaycanda “Qaçaq Nəbi”  dastanı  ilə 
bağlı  tədqiqatlara  başlanılmadığı  dövrdə  Ə.Cəfəroğlu  tərə-
find
ən təhlilə cəlb edilmişdir. İstanbulda M.Ə.Rəsulzadənin 
redak
torluğu  ilə  nəşr  edilən “Azəri türk” dərgisində  Ə.Cə-
f
əroğlunun  “Azəri xalq ədəbiyyatında  “Qaçaq Nəbi” das-
tanı” adlı silsilə məqalələri dərc olunmuşdur. Müəllif Qaçaq 
N
əbini  tarixi  şəxsiyyət kimi səciyyələndirərək, onun Azər-
baycan xal
qının  milli-azadlıq  hərəkatındakı  xidmətlərini 
açıqlamış,  rus  müstəmləkəçilərinə  və  onların  yerli  əlaltıla-
rına qarşı barışmaz mübarizəsindən bəhs etmişdir. Ə.Cəfər-
oğlunun  “Azəri  ədəbiyyatında  istiqlal  mücadiləsi” (1932) 
əsərində  də  “Qaçaq Nəbi”  dastanı  ciddi  tədqiq obyektinə 
çevr
ilmişdir. 
“Qaçaq N
əbi”  dastanının  populyarlığının  mühüm bir 
                                                           
151
  Az
ərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, s. 679 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə