I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə85/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   81   82   83   84   85   86   87   88   ...   98

Səbr



1076. Səbrin fəziləti

Qur’an:

«Çox peyğəmbərlər olub ki, Allaha sitayiş edənlər onlarla birgə düşmənlərə qarşı vuruşmuş və bu yolda onların başına gələn müsibətlərdən zəifləməmiş və aciz qalmamış, düşmənə də təslim olmamışlar. Allah səbr edənləri sevəndir.» 1

«Allaha və Onun Rəsuluna itaət edin. Zəifləyib, əzəmət-qüdrətiniz aradan getməsin və bir-birinizlə çəkişməyin. Səbr edin ki, Allah səbr edənlərlədir.» 2

Hədis:

3439. Məsih(ə):«Siz xoşunuza gəlməyənə səbr etməsəniz, sevdiyinizə çatmayacaqsınız.»3

3440. Allahın Peyğəmbəri (s) («İman nədirdeyə soruşulduqda buyurdu): «Səbr.» 4

3441. İmam Əli (ə) :«Səbr çətin müsibəti asan edər.»5

3442. İmam Əli (ə):«Çətinliklərə səbr etmək rifah içində can rahatlığından yaxşıdır.»6

3443. İmam Sadiq (ə):«Möminin xəmiri çətinliklərə səbr etməklə yoğrulmuşdur.»7

3444. İmam Cavad (ə):«Müsibətə səbr etmək, başqalarının müsibətinə sevinən üçün bir müsibətdir.»8
1077. Səbr və ali məqamlara çatmaq

Qur’an:

«İsrail övladları səbr etdiklərinə görə, sənin Rəbbinin onlara verdiyi yaxşı vəd həyata keçdi.» 1

«Səbr etdiklərinə və nişanələrimizə əmin olduqlarına görə, onların
arasından bizim əmrimizlə hidayət edən imamlar təyin etdik.»2

Hədis:

3445. İmam Əli (ə):«Səbrlə ali məqamlara çatmaq olar.»3

3446. İmam Əli (ə):«Kim Allaha (qovuşmağa) xatir səbr edərsə, öz məqsədinə çatar.»4

3447. İmam Sadiq (ə):«Səbr imanın başıdır»5


1078. Səbr və qələbə

Qur’an:

«Nə çox olub ki, azsaylı bir dəstə Allahın izni ilə sayları çox olan dəstəyə qalib gəlsin. Allah səbr edənlərlədir.»6

«Əgər səbr edib, təqvalı olsanız və onlar da coşub hay-küy salmaqla üstünüzə hücum etsələr, Rəbbiniz beş min nişan qoyulmuş mələklə sizə kömək edər.»7

Hədis:

3448. Allahın Peyğəmbəri(s):«Həqiqətən, qələbə səbrlə və işin uğurlu sonluğu çətinliklə müşayət olunur. Həqiqətən, hər çətinliklə yanaşı bir asanlıq da var.»8

3449. Allahın Peyğəmbəri(s):«Səbrlə zəfəri gözləmək olar. Kim daim bir qapını döyərsə, axırda o qapı üzünə açılar.»9
1079. Səbrli insanın savabı

Qur’an:

«Şübhəsiz, sizi qorxu, aclıq, malın azlığı, canlarınız və məhsullarınızla imtahan edəcəyik. Səbrlilərə müjdə ver. Başlarına bir müsibət gələndə «biz Allah üçünük və Ona doğru qayıdarıq» deyənlərə Rəbblərinin salam və rəhməti olsun. Hidayət tapanlar da onlardır.» 10

3450. İmam Əli (ə) (təqvalıların vəsfində): «Bir neçə gün səbr etdilər və uzun müddətli rahatlıq tapdılar.»1

3451. İmam Sadiq (ə):«Şiələrimizdən kim çətinliyə düşəndə səbr edərsə, min şəhidin mükafatını qazanar.»2

3452. İmam Sadiq (ə):«Dərdə düçar olan şəxs əgər səbr edib bunun Allah yolunda olduğunu hesab edərsə, Allah-taala ona min şəhidin mükafatını yazar.»3
1080. Səbrin mənası

3453. Allahın Peyğəmbəri (s.):«Səbr razılıqdır.»4

3454. İmam Əli (ə):«Səbr, insanın bir çətinlik və müsibətlə qarşılaşanda dözümlülük göstərib öz qəzəbini udmasıdır.»5

3455. İmam Əli (ə):«Səbr iki növdür: sənin xoşuna gəlməyən şeylərə səbr etmək və sevdiyin şeylərin müqabilində səbr edib, özünü saxlamaq (məsələn, haram ləzzətlərdən).»6

3456. İmam Əli (ə):«Səbr, ya müsibət qarşısında, ya itaət etməkdə, ya da günahı tərk etmədə səbrdir. Üçüncü növ əvvəlki iki növdən üstündür.»7

3457. İmam Baqir (ə) (gözəl səbr barədə suala cavabından): «O, insanlara giley və şikayət olunmayan bir səbrdir.»8


1081. Əhli-Beyt şiələrinin səbri

3458. İmam Sadiq (ə) (öz səhabələrindən birinə xitabən): «Biz səbrliyik, amma bizim şiələr bizdən də səbrlidirlər.» Ərz etdim:«Sənə fəda olum. Necə olur ki, sizin şiələr sizdən səbrli olur?» Buyurdu:«Biz bildiklərimiz şeyə, şiələrimiz isə bilmədikləri şeyə səbr edərlər.»9


1082. Səbrsizliyin nəticələri

3459. İmam Əli(ə):«Əgər səbrli olsan, ilahi müqəddərat sənin barəndə icra olunar və sən mükafat alarsan. Səbrsizlik etsən də, ilahi müqəddərat sənin barəndə icra olunacaq, lakin sən günahkar olacaqsan.»10

3460. İmam Əli(ə):«Əgər böyüklər kimi səbr etsən çox yaxşı. Əks halda, minik heyvanları kimi əziyyəti unudacaqsan.»11

3461. İmam Əli(ə):«Kim iş və qazancın əziyyətinə səbr etməsə, yoxsulluğun əziyyətinə səbr etməlidir.»2

3462. İmam Əli(ə):«Hər kimə səbr nicat verməsə, səbrsizlik onu həlak edər.»3
1083. Səbr yaradan amillər

3463. Allahın Peyğəmbəri(s):«Kim özünü səbr etməyə vadar etsə, Allah- taala onu çox səbrli edər. Kim paklıq istəsə, Allah onu pak edər. Kim ehtiyacsızlıq axtarsa, Allah onu ehtiyacsız edər. Heç bir bəndəyə səbrdən daha yaxşı və geniş bir nemət bəxş edilməyib.»4

3464. İmam Əli(ə):«Səbrin kökü, Allaha həqiqi əminliyin olmasıdır.»5

3465. İmam Əli (ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar et. Necə də gözəl xasiyyətdir, haqqa xatir özünü səbrə vadar etmək.»6

3466. İmam Əli(ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirər.»7

 


ioooooop

M Ü N D Ə R İ C A T

Müqəddimə 5

1. Fədakarlıq 11

2. İcarə 13

3. Əcəl 15

4. Axirət 17

5. Qardaş 19

6. Ədəb 26

7. Azan 30

8. İncitmək 31

9. Əsir 32

10. Bəlalar 33

11. Yemək 36

12. Ülfət 39

13. Allah 40

14. Hökmdarlıq 41

15. Arzu 43

16. Ümmət 46

17. İmamət 49

18. İmam Əli 59

19. İmamların anası-Fatimə 65

20. İmam Həsən Müctəba 67

21. İmam Hüseyn 69

22. İmam Səccad 72

23. İmam Məhəmməd Baqir 74

24. İmam Cəfər Sadiq 75

25. İmam Musa Kazım 77

26. İmam Rza 79

27. İmam Cavad 81

28. İmam Hadi 83

29. İmam Həsən Əskəri 85

30. İmam Mehdi 87

31. İman 93

32. Əmanətdarlıq 102

33. Sığınacaq vermək 104

34. Ünsiyyət 105

35. İnsan 106

36. Xəsislik 108

37. Bid'ət 111

38. İsrafçılıq 113

39. Yaxşılıq 114

40. Bərzəx 115

41. Bərəkət 116

42. Gülərüzlük 117

43. Bəsirət 118

44. Batil 119

45. Nifrət 121

46.Zülm, zorakılıq, itaətsizlik 124

47. Ağlamaq 126

48. Şəhər 128

49. Bəlağət 129

50. Təbliğat 130

51. Sınaq 133

52. Böhtan 139

53. Mübahilə 140

54. Beyət 141

55. Ticarət 143

56. Tövbə 148

57. Töhmət 153

58. Savab 154

59. İnqilab 155

60. Cəbr (Alın yazısı) 157

61. Qəddarlıq 159

62. Qorxaqlıq 160

63. Mübahisə 161

64. Təcrübə 162

65. Dözümsüzlük edib fəryad qoparmaq 163

66. Əvəz 164

67. Arayıb axtarmaq 165

68. Məclis 167

69. Yoldaşlıq 170

70. Camaat 172

71. Cümə 173

72. Gözəllik 174

73. Cənabət 176

74. Ordu 177

75. Cənnət 178

76. Divanəlik 183

77. Cihad (1) 184

78. Cihad (2) 187

79. Cihad (3) 189

80. Nadanlıq 190

81. Cəhənnəm 193

82. Cavab 196

83. Səxavət 197

84. Qonşu 198

85. Məhəbbət 200

86. Həbs 207

87. Hicab 209

88. Həcc 210

89. Hüccət 214

90. Hədis 216

91. Həddlər 219

92. Müharibə 222

93. Müharib 225

94. Azadlıq və azadəlik 226

95. Hərislik 227

96. Haram 229

97. Peşə 231

98. Uzaqgörənlik 233

99. Qəm 235

100. Hesab-kitab 238

101. Paxıllıq 243

102. Həsrət 245

103. Yaxşılıq 246

104. Yaxşılıq etmək 247

105. Hafizə 249

106. Kin bəsləmək 250

107. Təhqir 251

108. Haqq 252

109. Hüquq 255

110. Möhtəkirlik 257

111. Hikmət 259

112. And içmək 262

113. Halal 263

114.Dözümlülük 264

115. Axmaqlıq 266

116. Hamam 268

117. Ehtiyac 269

118. Ehtiyat 272

119. Həyat 273

120. Heyvanat aləmi 274

121. Həya 276

122. Aqibət 278

123. Xidmət etmək 279

124. Xəvaric 280

125. Ziyankarlıq 282

126. Xuşu (təvazökarlıq) 283

127. Xütbə 284

128. Xətt və xəttatlıq 285

129. İxlas 286

130. Müxlis 287

131. Xalis din 288

132. İxtilaf 290

133. Yaradılış 292

134. Yaradan 294

135. Əxlaq 297

136. Şərab 301

137. Qorxu 303

138. Xəyanət 307

139. Xeyir 309

140. İstixarə (Allahdan xeyir diləmək) 314

141. Camaatla mehriban davranmaq 315

142. Dua 316

143. Dünya 326

144. Yumşaqlıq göstərmək 336

145. Dövlət 337

146. Dərman və müalicə 338

147. Din 340

148. Borc almaq 344

149. Allahı yad etmək 345

150. Zəlillik 352

151. Günah 354

152. Başçılıq 362

153. Yuxu 363

154. Riyakarlığın məzəmmət olunması 364

155. Rəy 367

156. Riba (Sələm) 369

157.Ümid 371

158.Ricət (Dünyaya qayıdış) 372

159. Mehribanlıq 373

160.Rəhmət 374

161. Qohumluq 375

162. Ruzi 377

163. Rüşvət 382

164. Südəmər dövr 383

165. Razılıq (1) 384

166. Razılıq (2) 386

167. Mülayimlik 388

168. Ramazan 391

169. Ruh 393

170. Rahatlıq 395

171. Əkinçilik 396

172. Zəkat 397

173. Zaman 400

174. Zina 402

175. Zahidlik 404

176. Evlənmək 407

177. Görüşmək (Ziyarət) 413

178. Qəbrlərin ziyarəti 415

179. Zinət 418

180. Məsuliyyət 419

181. Sual (1) 420

182. Sual (2) 422

183. Söyüş söymək 425

184. Səcdələr 427

185. Məscid 429

186. Səxavət 431

187. Sirr 433

188. Şadlıq 435

189. İsraf 437

190. Oğurluq 439

191. Xoşbəxtlik 440

192. Səfər 442

193. Su içirtmək 444

194. Məstlik 445

195. Yaşayış yeri 446

196. Silah 447

197. Sultan 448

198. İslam 450

199. Salam vermək 453

200. Təslim olmaq 455

201. Qulaq asmaq 456

202. Ad 457

203. Allahın adları 458

204. Sünnə 459

205. Gecə oyaq qalmaq 460

206. Rəhbər 461

207. Siyasət 462

208. Bu günün işini sabaha saxlamaq 463

209. Bazar 464

210. Dişləri fırçalamaq 465

211. Gənclik 467

212. Şübhə 469

213. Ağac 470

214. Şücaət 471

215. Pislik 473

216. Şirk 475

217. Şeytan 477

218. Şer 481

219. Şüar 482


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə