I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə81/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   77   78   79   80   81   82   83   84   ...   98

Bədbəxtlik



1033. Bədbəxtin xüsusiyyətləri

3310. İmam Əli (ə): «Bədbəxt öz nəfsi istəklərinə aldanandır.»4

3311. İmam Əli (ə): «Bədbəxt, öz əqlindən və təcrübəsindən bəhrələnməyəndir.»5

3312. İmam Əli (ə): «Günahları tərk edin və öz nəfslərinizi onlardan çəkindirin. Çünki bədbəxt öz cilovunu günahlar meydanına buraxandır.»6


1034. Bədbəxt, anasının bətnində bədbəxtdir.

3313. Allahın Peyğəmbəri (s): «Xoşbəxt insan, anasının bətnində xoşbəxtdir. Bədbəxt, anasının bətnindən bədbəxtdir.»7

3314. İmam Sadiq (ə): «Allah-taala Öz məxluqatını yaratmamış xoşbəxtliyi və bədbəxtliyi yaratdı. Beləliklə, Allah xoşbəxt bildiyi şəxslə düşmənçilik etməz. Əgər pis iş görərsə, onun işi ilə düşmən olar, özü ilə yox. Amma bədbəxt bildiyi şəxsi heç vaxt sevməz. Əgər yaxşı iş görərsə onun bu işini sevər, ancaq taleyinə görə ondan xoşu gəlməz.»8

3315. İmam Sadiq (ə): «Allah-taala bəndəni bədbəxtlikdən xoşbəxtliyə köçürər, amma xoşbəxtlikdən bədbəxtliyə köçürməz.»1

3316. İmam Kazim (ə) (Peyğəmbərin (s) «Bədbəxt insan, anasının bətnində bədbəxtdir..» sözü barədə ibn Əbi Uməyrin sualına cavabında): «Bədbəxt insan, hələ anasının bətnində olarkən Allah-taala bilir ki, o gələcəkdə bədbəxtlərin iş və əməllərini görəcəkdir. Xoşbəxt olan insansa, hələ ana bətnində olarkən, Allah-taala onun gələcəkdə xoşbəxtlərin əməllərini və rəftarını edəcəyini bilir.»2
1035. Bədbəxtliyin amilləri.

3317. İmam Əli (ə): «Bədbəxtliyin səbəbi dünyapərəstlikdir.»3

3318. İmam Hüseyn (ə)- Ərəfə gününün duasında buyurur- «İlahi! Özün tərəfindən gəlbimə elə bir qorxu sal ki, sanki Səni görürəm. Təqva və Özündən qorxu vasitəsi ilə məni xoşbəxt et, günah və itaətsizliklə məni bədbəxt etmə.»4
1036. Ən bədbəxt insan

3319. Məsih (ə): «İnsanların ən bədbəxti xalq arasında öz elmi ilə məşhurlaşan və əməli ilə tanınmayandır.»5

3320. Allahın Peyğəmbəri (s): «Ən bədbəxt insan dünyanın yoxsulluğunu və axirətin əzabını özündə cəm edəndir.»6

3321. İmam Əli (ə)- «Ən bədbəxt insan kimdir?» sualının cavabında- «Öz dinini başqasının dünyasına satan.»7


1037. Bədbəxtliyin əlamətləri

3322. Allahın Peyğəmbəri (s): «Bədbəxtliyin əlamətləri bunlardır: ağlamayan göz, daşgəlblilik, ruzi istəməkdə çox hərislik etmək və günaha israrlı olmaq.»8

3323. İmam Əli (ə): «Bədbəxtliyin əlamətlərindən biri dosta qarşı hoqqabazlıq etməkdir.»9

3324. İmam Əli (ə): «Bədbəxtliyin nişanələrindən biri yaxşılara pislik etməkdir.»10


ioooooop


222

Şükr


1038. Allaha şükr etməyə həvəsləndirmək

Qur’an:

«Məni yad edin ki, sizi yad edim. Mənə şükr edin və naşükür olmayın.»1



Hədis:

3325. İmam Əli (ə): «Şükr var dövlətin zinəti və səbr, çətinliyin zinətidir.»2

3326. İmam Əli (ə): «Allah qarşısında sizə ən vacib olan əməl Onun nemətlərinə şükr etmək və Onun razılığına səbəb olan şeyləri hazırlamaqdır.»3

3327. İmam Sadiq (ə): «Hər çəkdiyin nəfəs üçün bir şükr, bəlkə min şükr və mindən də çox şükr etmək sənə vacibdir.»4


1039. Şükr edən

Qur’an:

«Allaha ibadət et və şükr edənlərdən ol»5



Hədis:

3328. İmam Sadiq (ə):«Misbahus Şəriə» kitabında o Həzrətə aid olunub- «Əgər Allah üçün, Onun muxlis bəndələrinin Allahı ibadət etmələrindən ötrü, bütün hallarda şükr etməkdən yaxşı bir ibadət olsaydı, o kəlməni bütün məxluqatına aid edərdi. Amma ondan yaxşı ibadət olmadığına görə, ibadətlərin arasında ona xüsusi yer verdi və onun sahiblərini məxsusən qeyd edərək buyurdu: «Bəndələrimin az bir hissəsi şükr edərlər.»6

3329. İmam Hadi (ə): «Şükr edən, öz şükrünün bərəkətindən, onun şükrünə səbəb olan nemətdən daha çox səadət qazanar. Çünki nemətlər dünya malıdır, amma şükr, nemətləri özü ilə axirətə aparar.»7

3330. İmam Əskəri (ə): «Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz.»8


1040. Nemətin artmasında şükr etməyin rolu

Qur’an:

«Rəbbiniz belə bəyan etdi: «Əgər şükr etsəniz sizin nemətinizi artıraram və əgər naşükürlük etsəniz, həqiqətən, Mənim əzabım şiddətli olacaqdır.»1



Hədis:

3331. Allahın Peyğəmbəri (s): «Allah bəndənin üzünə şükrün elə bir qapısını açmadı ki, bu zaman nemətin artım qapısından da biri onun üzünə açılmamış olsun.»2

3332. İmam Əli (ə): «Allah-taala bəndəyə bir nemət verəndə və bəndə öz qəlbində o nemətin şükrünü edəndə, şükrünü dilinə gətirməmişdən qabaq, şəmin nemətin onun üçün artması vacib olur.»3
1041. Şükr neməti üçün şükr etməyin vacibliyi

3333. İmam Səccad (ə): -duada- «Mənim Sənə şükr etməyim (nemətinin özü) şükrə möhtac olduğu halda Sənin şükrünü necə yerinə yetirə bilərəm? Hər dəfə «şükr Sənə» deyəndə, elə şükr etmək nemətinin özünə görə bir daha «şükr Sənə» demək mənə vacib olur.»4

3334.İmam Sadiq(ə):«Allah-taala Musaya(ə) vəhy etdi:«Ey Musa! Mənə, layiq olduğum kimi şükr et.» Musa(ə) ərz etdi:«Ey Rəbbim. Sənə söylədiyim hər bir şükrün özü, Sənin mənə bəxş etdiyin bir nemət olduğu halda necə Sənə layiq olduğun kimi şükr edim?» Buyurdu: «Ey Musa! O şükrün uğurunu Mənim sənə bəxş etdiyimi dərk etdiyin zaman, şükrümün haqqını yerinə yetirmiş olarsan.»5
1042. Şükrün həqiqəti

3335. İmam Əli (ə): «Hər bir nemətin şükrü Allahın haram etdiklərindən çəkinməkdir.»6

3336. İmam Əli (ə): «Düşməninə üstün gəldiyin zaman, ona güzəşt etməyini öz qələbənin şükrü bil.»7

3337. İmam Baqir (ə): «Allahın az ruzisini özün çox bil ki, bununla onun şükrünü etmiş olarsan.»8

3338. İmam Sadiq (ə): «Nemətin şükrü haramlardan uzaqlaşmaq və şükrün bütövlüyü insanın «həmd olsun, aləmlərin Rəbbi olan Allaha» deməsidir.»9

3339. İmam Sadiq (ə): «Allah-taala bir şəxsə nemət bəxş edən zaman, həmin şəxs qəlbində o neməti Allah tərəfindən verildiyi kimi tanıyarsa, onun şükrünü yerinə yetirmiş olar.»1

3340. İmam Sadiq (ə):«Peyğəmbərin (s) qarşısına xoşagələn bir iş çıxan zaman buyurardı:«Allahın bu nemətinə şükür.» Eləcə də, qəm-qüssə gətirən bir hadisə ilə rastlaşanda buyurardı: «Hər bir halda şükr olsun Allaha.»2

3341. İmam Sadiq (ə)- «Misbahuş Şəriyə» kitabında o Həzrətə istinad olunduğu kimi- «Şükrün ən azı insanın nemətin bilavasitə Allah tərəfindən olduğunu bilməsi və nemət üçün Ondan başqa bir səbəb görməməsidir. Həmçinin, Allahın bəxş etdiyinə razı olması və Onun nemətilə günaha tərəf getməməsi, ya da Allahın nemətindən, Onun heç bir əmrinə və qadağanına zidd olan yolda istifadə etməməsidir.»3



1043. Ən çox şükr edən insan

3342. İmam Əli (ə): «Ən çox şükr edən insan hamıdan çox qane və nemətlərə görə ən naşükür insan, hamıdan tamahkar olandır.»4

3343. İmam Səccad (ə): «Allaha ən şükrlü olanınız, insanlara ən çox təşəkkür edəninizdir.»5
1044. Yaxşı əməl sahibinə təşəkkür etməyə həvəsləndirmək

3344. İmam Həsən (ə): «Alçaqlıq, nemətə naşükür olmaqdır.»6

3345. İmam Səccad(ə): «Sənə yaxşılıq edənin haqqı, ona təşəkkür etməyin, yaxşılığını dilə gətirməyin, onu yaxşılıqla yad etməyin və Allahla özün aranda onun üçün ixlasla dua etməyindir. Əgər belə etsən, gizlində və aşkarda ona təşəkkür etmiş olarsan. Özü də, bir gün onun yaxşılığının əvəzini çıxmağa imkanın olarsa, bunu et.»7

1045. İnsanlara təşəkkür etməyən Allaha minnətdar olmaz

3346. İmam Səccad (ə) : «Allah-taala Qiyamət günü Öz bəndələrindən birinə buyurar: «Filankəsə təşəkkür etdinmi?» O, deyər: «Xeyr, ey Rəbbim! Mən Sənə təşəkkür etdim.» Allah-taala buyurar:«Ona təşəkkür etmədiyin üçün, Mənə də təşəkkür etməmisən.»8

3347. İmam Sadiq (ə): «Yaxşılığın yolunu kəsənlərə Allah Lənət eləsin. Yəni, bir şəxsə yaxşılıq edilərsə, o da bunun müqabilində naşükürlük edər və nəticədə yaxşı əməl sahibini başqalarına yaxşılıq etməkdən çəkindirər.»9

3348. İmam Rza (ə): «Kim insanların yaxşılığının müqabilində təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir.»10




223


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə