I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə83/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   79   80   81   82   83   84   85   86   ...   98

Şöhrət



1059. Təqdir olunmuş şöhrət

Qur’an:

«Məgər səni adlı-sanlı etmədikmi?»1

«… və gələcək nəsillər arasında məni yaxşı ad-sanla tanıtdır.»2

Hədis:

3388. Alahın Peyğəmləri (s) (bir kişinin yaxşı bir iş gördüyünə görə xalqın onu tərifləməsi barədə sualının cavabında): «Bu, dünyada möminə gəlib çatan bir müjdədir.»3

3389. Allahın Peyğəmbəri (s):«Allah-taala mənim ümmətimdən bir bəndəni sevəndə, seçilmiş bəndələrin qəlblərinə, mələklərin ruhlarına və Öz ərşinin sakinlərinin qəlblərinə onun məhəbbətini salar ki, onu sevsinlər. Budur həqiqətən sevilən insan.»4
1060. Məzəmmət olunmuş şöhrət

Qur’an:

«O axirət evini yer üzündə üstünlük (təkəbbürluk) və fəsad istəməyənlərə verəcəyik və gözəl aqibət təqvalılara məxsusdur.» 5



Hədis:

3390. Allahın Peyğəmbəri (s):«Allah tərəfindən pislikdən qorunan şəxsdən başqa, dininə və dünyasına görə xalq arasında barmaqla göstərilməsi bir şər olaraq insana bəsdir.» 6

3391. İmam Əli (ə):«Dünyada bir pillə yüksək məqama qalxmaq istəyən və qalxan elə bir bəndə yoxdur ki, Allah-taala axirətdə onu həmin pillədən də yüksək bir pillə aşağı endirməmiş olsun.»7

3392. İmam Sadiq (ə) (mömini vəsf edərkən): «Mömin dünya izzətini arzulamaz və onun xarlığına dözümsüzluk göstərməz. İnsanlar dünyanın qəmini çəkməkdədir, onu isə axirətin fikri məşğul etmişdir.»1


1061. Paltar və ibadətə görə şöhrətin pislənilməsi

3393. İmam Sadiq (ə):«İnsana rüsvayçılıqda onun barmaqla göstərilməsinə səbəb olan paltar geyinməsi və ya barmaqla göstərilən miniyə minməsi bəsdir.»2

3394. İmam Sadiq (ə):«Allah-taala iki şeyə görə məşhurluğu düşmən bilir: Paltara və namaza görə məşhurluq.»3

3395. İmam Sadiq (ə):«İbadətlə məşhurlaşmaq bədgümanlığa səbəb olar.»4

3396. İmam Sadiq (ə):«Şöhrətin yaxşısı və pisi də oddadır.»5




227

Məşvərət



1062. Məşvərət etməyə həvəsləndirmək

Qur’an:

«Öz Rəbblərinin çağırışına cavab verib namaz qılanlar və işləri öz aralarında bir-birilə məsləhətləşmək olanlar onlara verdiyimiz ruzidən bəxşiş edərlər»1



Hədis:

3397. İmam Əli (ə): «Məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rə’yi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır.»2

3398. İmam Əli (ə):«Məşvərət kimi (möhkəm) dayaq yoxdur.»3

3399. İmam Əli (ə):«Məşvərət etmək tövsiyə və təşviq olunmuşdur, Çünki məsləhət verənin rə’yi (şəxsi qərəzlərdən) pak, məşvərət edənin nəzəri (şəxsi gərəzlər və mənfi istəklərlə) qarışmışdır.»4

3400.Allahın Peyğəmbəri (s):«Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simiclə məşvərət etmə ki, səni məqsədindən çəkindirər. Həris adamla məşvərət etmə ki, hərisliyi sənin nəzərində gözəl göstərər.»5

3401.İmam Əli (ə):«Yalançı ilə məşvərət etmə. Çünki yalançı ilğım kimi uzağı sənə yaxın və yaxını uzaq göstərəcək.»6


1064. Məşvərətə layiq olanlar

3402.İmam Sadiq (ə):«Məşvərət onun dörd həddindən qeyri bir halda baş tutmaz: birinci hədd budur ki, məşvərət etdiyin ağıllı olsun, ikincisi azad və dindar olsun, üçüncüsü dost və qardaşcanlı olsun. Dördüncü isə budur ki, öz şirrini ona deyəsən, o da özün bildiyin qədər həmin sirdən agah olsun və onu gizlətsin, heç kəsə deməsin.»7


1065. Məsləhə edənə bir yol göstərməyə həvəsləndirmək

3403. İmam Səccad (ə):«Məsləhət edənin haqqı budur ki, yol göstərməkçün bir fikrin varsa ona yol göstərəsən və bir məlumat olmasa da, bu sahədə məlumatı olanın yanına göndərəsən.»1

3404.İmam Sadiq (ə):«Kim öz (din) qardaşı ilə məsləhətləşəndə həmin adam ona xalis niyyətlə yol göstərməsə, Allah onun düşüncəsini əlindən alar.»2
1066. Hökumət işində məşvərət etmək

3405. İmam Əli (ə) (Müaviyəyə yazdığı məktubundan): «Məşvərət, yalnız mühacir və ənsarların haqqıdır. Onlar bir şəxs barədə razılığa gəlib onu rəhbər adlandırarlarsa, Allahın razılığı da elə bundadır.»3

3406.İmam Əli (ə):«Haqq sözü danışmaqdan, ya ədalətli yol göstərməkdən çəkinməyin. Çünki ixtiyar sahibi olan böyük Allah məni hifz edib qorumasa, xəta və səhvdən amanda qalmaram.»4

3407.İmam Həsənin (ə) sülh anlaşmasında Müaviyə üçün qoyduğu şərtlərdən biri budur: «Müaviyə ibn əbi Süfyanın özündən sonra bir kəsi xəlifə təyin etmək haqqı yoxdur. Belə ki, ondan sonra xəlifəlik məsələsi müsəlmanların şurasına tapşırılacaqdır.»5





228

Qocalıq



1067. Qocalıq və ağ saçlar

Qur’an:

«Odur sizi əvvəl zəif yaradan, bu zəiflikdən sonra qüvvə verən, sonra da yenidən zəifliyə və qocalığa düçar edən Allah. Allah istədiyini yaradar. O alim və qadirdir.» 1



Hədis:

3408. Allahın Peyğəmbəri (s):«Qoca, öz həmdəminin məhəbbəti, uzun ömür və çoxlu sərvətin muqabilində həmişə gəncdir.»2

3409.İmam Əli (ə):«Ağ saçlar ölümün qasididir.»3

3410.İmam Əli (ə):«Ağ saçlar xəbərdarlıq üçün kifayətdir.»4

3411.İmam Əli (ə):«Mənim üçün qocalığın vuqarı, gənclik şadlığından daha sevimlidir.»5

3412.İmam Əli (ə):«Aqil qocalanda əqli gəncləşər, nadan qocalanda nadanlığı cavanlaşar.»6

3413.İmam Baqir (ə):«Bir gün İbrahim (ə) öz üzündə ağ tük görüb deyir:Şükr olsun aləmlərin Rəbbi olan Allaha ki, məni bu yaşa çatdırdı və bir an belə günah etmədim.»7

3414.İmam Sadiq (ə):«Ağ saçın möminə tərəf tələsdiyi qədər, heç bir şeyin digərinə tərəf tələsdiyini görmədim. Ağ saç mömin üçün dünyada vuqar və Qiyamət günü işıq saçan nurdur. Allah-taala Öz xəlili İbrahimə(ə) ağ saçlarla vüqar bəxş etdi. Bu vaxt İbrahim(ə) ərz etdi: Ey Rəbbim! Bu nədir? Allah buyurdu:Bu vüqardır. İbrahim (ə) dedi:Ey Rəbbim! Mənim vüqarımı artır. »8


1068. Qocalara hörmət

3415.Allahın Peyğəmbəri (s):«Yaşlı müsəlmana ehtiram Allaha ehtiramdır.»1

3416.Allahın Peyğəmbəri (s):«Ümmətimin qocasına hörmət etmək, mənə hörmət etməkdir.»2

3417.İmam Sadiq (ə):«Ahıllarınıza hörmət edin və sileyi-rəhmi yerinə yetirin.»3

3418.İmam Sadiq (ə):«Ahıllarımıza hörmət qoymayan və uşaqlarımızla mehriban olmayan bizdən deyil.»4




229


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə