I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə82/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   78   79   80   81   82   83   84   85   ...   98

Şəkk



1046. Şəkk

3349. İmam Əli (ə) : « Sənə əmin olduğundan yapışmağı və şəkkdən uzaqlaşmağı tövsiyyə edirəm. Çünki insanın dini üçün, şəkkin onun əminliyinə qalib gəlməsi qədər məhvedici bir şey yoxdur.»1

3350. İmam Əli (ə): «Haqqı tapdığım andan bəri Onda şəkk etməmişəm.»2

3351. İmam Əli (ə) : «Mənim öz Rəbbimə əminliyim var və dinimdə heç bir şübhə yoxdur.»3

3352. İmam Sadiq (ə): «Çirkabı sizdən təmizləyər.»4 ayəsi barədə- «Burada məqsəd, elə şəkkin çirkabıdır. Allaha and olsun, biz heç vaxt öz Rəbbimiz barədə şəkkə düşmürük.»5
1047. Şəkkin yaranma amilləri

3353. İmam Əli (ə): «Şəkk nadanlığın məhsuludur.»6

3354. İmam Əli (ə): «Kim Allahın işində itaətsizlik edərsə, şəkkə düçar olar. Kim şəkkə düşərsə, Allah ona üstün gələr. Öz qüdrəti ilə onu xar edər və Öz cəlalı ilə onu alçaldar. Necə ki, o da Allahın işində səhlənkarlıq etmişdi.»7

3355. İmam Əli (ə): «Şübhələnməyin ki, şəkkə düçar olarsınız. Şəkkə düşməyin ki, küfrə yuvarlanarsınız. Öz nəfslərinizə meydan verməyin ki, belə olan halda dində səhlənkarlıq olar.»8

3356. İmam Əli (ə): «Şəkk, imanı bərbad edər.»9

3357. İmam Əli (ə): «Şəkk qəlbin nurunu söndürər.» 10

3358. İmam Əli (ə): «Şəkkin məhsulu çaşqınlıqdır.»1

1048. Şəkki götürən şey

3359. İmam Əli (ə): «Ardıcıl surətdə düşünməklə şəkk aradan gedər.»2

3360. İmam Əli (ə): «Allahın yaratdıqlarını gördüyü halda, Onun varlığına şəkk edən şəxsə təəccüb edirəm.»3

3361. İmam Əli (ə):«Heç bir ixlaslı bəndə şübhəyə düçar olmadı və heç bir yəqin əhli şəkkə düşmədi.»4

3362. İmam Əli (ə): «Şəkkin dörd şaxəsi var: mübahisə etmək, qorxu, çaşqınlıq və təslim olmaq. Mübahisəni özünə adət etmiş şəxsin, gecəsi səhər olmaz. Kim gələcək hadisələrdən qorxuya düşsə, keçmişə qayıdar. Tərəddüd və çaşqınlıqda qalan şeytanların caynağında didilər. Dünya və axirət ölümünə təslim olansa, hər iki sarayda məhv olar.»5




224

Şahidlik



Məhkəmə məsələlərində

1050. Ədalətli şahidlik

Qur’an:

«Ey möminlər! Allahın razılığı naminə qalxın və ədalətlə şahidlik edin. Bəzi insanlarla düşmənçiliyiniz sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun ki, bu təqvaya daha yaxındır və Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır.»1



Hədis:

3363. Allahın Peyğəmbəri (s): «Mən ədalətliyəm və ədalətdən qeyri bir şeyə şahidlik etmərəm.»2

3364. İmam Əli (ə): «Ədalət, şahidliyin ruhudur.»3
1051. Şahidlik etməyə həvəsləndirmək

Qur’an:

«Allaha xatir doğru şahidlik edin» 4

«Şahidlər, şəşadət vermək üçün çağırılanda, ondan boyun qaçırmamalıdırlar.»5

Hədis:

3365. Allahın Peyğəmbəri (s): «Kim bir nəfər müsəlmanın haqqını bərpa etmək üçün haqqına şahidlik edərsə, Qiyamət günü üzünün nuru göz işləyən məsafədə görünən halda gətirilər və məxluqlar onu adı, əsl-nəcabəti ilə tanıyar.»6

3366. İmam Sadiq (ə): -»Şahidlər, şahidlik etmək üçün...» ayəsi barədə- «Bir şəxs şahidlik etmək üçün də‘vət olunduqda «Mən sizin üçün şəhadət vermirəm» deməməlidir.» 7

3367. İmam Sadiq (ə):«Şahidlik etmək üçün də‘vət olunanda, də‘vəti qəbul et.»1


1052. Şəhadəti gizlətmək

Qur’an:

«Allah tərəfindən gələn şəhadəti özündə gizlədən şəxsdən daha zalım kim ola bilər?.» 2

«Şəhadəti gizlətməyin. Kim onu gizlədərsə, qəlbi günahkar olar. Allah etdiklərinizi bilir.»3

Hədis:

3368. Allahın Peyğəmbəri (s):«Kim şahidlik etmək üçün çağırılan zaman, öz şəhadətini gizlədərsə, yalan şəhadət verən şəxs kimidir.»4

3369. Allahın Peyğəmbəri (s):«Kim öz şəhadətindən dönüb onu gizlətsə, Allah-taala (Qiyamət günü) məxluqların yanında onun ətini özünə yedizdirər və o, öz dilini çeynəyə-çeynəyə Cəhənnəmə gedər.»5
1053. Sahidliyi qəbul olunan şəxslər

3370. İmam Əli (ə): -Şureyhə xitabən- «Bil ki, öz günahının cəzasına görə şallaq vurulmuş və tövbə etməmiş, ya yalan şəhadət verməsilə məşhurlaşan, ya barəsində bədgüman olunmuş (şübhəli) şəxsdən başqa müsəlmanlar bir-birilə münasibətdə ədalətli sayılırlar.»6

3371. İmam Sadiq (ə):«Fasiqin şahidliyini, yalnız özünə zidd olacaq halda qəbul edərəm.»7

3372. İmam Sadiq (ə):«Əmirəl-möminin (ə) nə söyüş söyən və acı dili olanın, nə də keçmişdə dinsizliyi ilə məşhur olan şəxsin şahidliyini qəbul etməzdi.»8


1054. Şəhadət verməyin ədəbi

3373. Allahın Peyğəmbəri (s)-şəhadət vermək barədə sualın cavabında-»Günəşi görürsənmi? Mövzu sənin üçün həmin günəş kimi aydın, işıqlı olanda şahidlik et və əks halda şəhadət verməkdən çəkin.»9

3374. İmam Sadiq (ə):«Şəhadətini ovcunun içi kimi tanımasan şahidlik etməməlisən.»10

ioooooop


225

Şəhadət (2)



Allah yolunda ölmək

1055. Şəhidliyin fəziləti

Qur’an:

«Allah yolunda öldürülənləri heç vaxt ölü hesab etmə. Əksinə, onlar diridirlər və Allahın yanında ruzi yeyərlər.» 1

3375. Allahın Peyğəmbəri (s):«İnsanın Allah yolunda öldürülməsi həddinə qədər, hər yaxşılıqdan üstün yaxşılıq vardır. Beləliklə, insan Allah yolunda öldürülərsə, bundan üstün (və dəyərli) yaxşılıq olmaz.»2

3376. Allahın Peyğəmbəri (s):«Ən şərəfli ölüm şəhadətdir.»3

3377. Allahın Peyğəmbəri (s) :«İstəyirəm ki, Allah yolunda vuruşum və öldürülüm, yenə vuruşum və öldürülüm. Yenə də vuruşum və öldürülüm.»4

3378. Allahın Peyğəmbəri (s):«Şəhidin borcdan başqa bütün günahları bağışlanar.»5

3379. Allahın Peyğəmbəri (s):«Düşmənlə üz-üzə gələn şəxs əgər öldürülənədək müqavimət göstərsə və ya qalib gələrsə, qəbr əzabı görməz.»6

3380. Allahın Peyğəmbəri (s):«Şəhiddən başqa heç kim ölümündən sonra, Allahın yanında xeyir nemətlərdən bəhrələnən və eyni zamanda, bütün dünyanı ona bağışlasalar da yenidən dünyaya qayıtmaq istəməz. Çünki o, şəhadətin fəzilətini bildiyinə görə, dünyada öldürülmək üçün dünyaya qayıtmasını arzulayar.»7

3381. İmam Əli (ə):«Siz, öldürülməsəniz də öləcəksiniz. And olsun Əlinin canı Onun qüdrət əlində olana ki, başa min qılınc zərbəsinin endirilməsi, yataqda ölməkdən daha asandır.»8
1056. Şəhadət istəməyin savabı

3382. Allahın Peyğəmbəri (s):«Kim sidq ürəklə Allahdan şəhid olmasını istəyərsə, öz yatağında ölsə belə, Allah-taala onu şəhidlərin məqamına çatdırar.»1


1057. Şəhid hesab olunanlar

3383. Allahın Peyğəmbəri (s):«Özünü zülmdən qorumaq yolunda öldürülən şəxs, şəhiddir.»2

3384, Allahın Peyğəmbəri (s):«Öz eşqini gizlətdiyinə və paklığını saxladığına görə ölən aşiq, şəhiddir.»3

3385. Allahın Peyğəmbəri (s):«Məhəmməd Əhli-Beytinin (ə) məhəbbəti ilə dünyadan köçən, şəhiddir.»4

3386. İmam Səccad (ə):«Kim bizim qaimimizin (ə) qeybəti dövründə qəlbində bizə dostluq və məhəbbət ölərsə, Allah-taala Bədr və Uhud şəhidləri kimi min şəhidin mükafatını ona bəxş edər.»5
1058. Allah yolunda yaralanmağın savabı

3387. Allahın Peyğəmbəri (s):«Kim Allah yolunda yaralanarsa, Qiyamət günü müşk ətrinə bənzər bir ətir saça-saça, rəngi zəfəran rəngində və üzərində şəhidlərin nişanəsi ilə gələr. Kim ixlasla Allahdan şəhidlik istəsə, yataqda ölsə belə, Allah-taala ona şəhidin mükafatını verər.»6





226


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə