I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə78/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   74   75   76   77   78   79   80   81   ...   98

Gənclik



991. Gənclik

3195. Allahın Peyğəmbəri (s) :«Gənclik dəliliyin bir budağıdır.»1

3196. Allahın Peyğəmbəri (s):«Sizin ən yaxşı cavanlarınız orta yaşlılarınıza bənzəmək istəyənlərdir. Sizin ən pis orta yaşlılarınız cavanlarınız kimi rəftar edənlərdir.»2

3197. İmam Əli (ə) :«İki nemətin qədrini onu əldən verən şəxsdən başqa bir kimsə bilməz: cavanlığın və sağlamlığın.»3


992. Gəcnlərin tərbiyəsi

3198. İmam Əli(ə):«Həqiqətən, yeniyetmənin gəlbi xam (işlənməmiş) torpaq kimidir. Ora hər nə atılsa qəbul edər.»4

3199. İmam Sadiq (ə): -Əhvələ xitabən- «Bəsrəyə getdinmi?» Ərz etdi:«Bəli.» Buyurdu:«Xalqın bu işə (bizim vilayət və imamətimizə) sevgisini və onu qəbul etməyini necə gördün?» Ərz etdi:«Allaha and olsun azdırlar, müəyyən iş görüblər, amma azdır.» Həzrət (ə) buyurdu:«Gənclərə diqqətli olmağı sənə tövsiyə edirəm. Çünki onlar hər bir yaxşılığı qəbul etməkyə daha çox tələsirlər.»5
993. Gənc yaşlarında öyrənmək

3200. Allahın Peyğəmbəri (s):«Cavanlıqda öyrənilən elm daşa həkk olunmuş yazıya bənzər, yaşlı vaxtda öyrənilən elm isə su üzərindəki yazıya.»6

3201. İmam Baqir (ə):«Əgər mənim yanıma (dini) elm öyrənmək istəməyən bir gənc şiə gətirsələr, onu tənbeh edərəm.»7

3202. İmam Sadiq (ə):«Sizin gəncləri bu iki haldan qeyri bir halda görmək istəmirəm: alim və ya tələbə. Çünki belə olmasa, səhlənkarlıq etmişdir. Əgər səhlənkarlıq etsə, zay olmuşdur. Əgər zay olsa, günahkar olar. Günahkar olsa, and olsun Məhəmmədi haqq ilə göndərənə, yeri Cəhənnəmdə olar.»1



994. Gənc abidin fəziləti

3203. Allahın Peyğəmbəri (s):«Allah-taala gənc abidin vücudu ilə mələklərin qarşısında iftixar edər və buyurar:«Baxın Mənim bu bəndəmə, Mənə xatir öz şəhvətindən əl çəkmişdir».»2

3204. Allahın Peyğəmbəri (s):«Allah-taala cavan tövbəkarı sevər.»3

3205. Allahın Peyğəmbəri (s):«Gənclik çağında bəndəlik yolunu tutan cavan abidin, yaşlı vaxtında ibadətə başlayan qocadan üstünlüyü Allahın Rəsullarının digər insanlardan üstünlüyü kimidir.»4

3206. Allahın Peyğəmbəri (s):«Allah-taala, öz gəncliyini Allaha itaətə həsr edən cavanı sevər.»5
995. «Fəta»nın mənası

3207. İmam Sadiq (ə): -bir kişiyə xitabən- «Siz «fəta» kimə deyərsiz?» Ərz etdi:«Cavana» Həzrət (ə) buyurdu:«Xeyr. «Fəta» mömindir. Əshabi Kəhfin hamısı yaşlılar idi, Amma Allah-taala onları imanına görə «fətiyə» (cavanlar, mərdlər) adlandırdı.»6

ioooooop

212

Şübhə



996. Şübhə

3208. İmam Əli (ə) :«Şübhə, haqqa oxşar (şəbih) olduğuna görə, şübhə adlanmışdır. Yəqinlik şübhə vaxtı Allahın övliyalarının yolunun işığı, doğru yol isə hidayət edənləridir. Ancaq, şübhə vaxtı Allah düşmənlərinin də‘vətçisi azğınlıq və yol göstərənləri isə korluq olar.»1

3209. İmam Əli (ə):«Şübhədən çəkinin. Çünki şübhə fitnə və yoldan azdırmaq məqsədilə ortaya atılmışdır.»2

3210. İmam Baqir(ə) :«Qarşıya şübhə çıxan zaman dayanmaq, ölüm uçurumuna düşməkdən yaxşıdır.»3

3211. İmam Sadiq (ə) :«Ən təqvalı insan şübhə vaxtı dayanandır.»4
997. Şübhələrdən uzaqlaşmağın vacibliyi

3212. Allahın Peyğəmbəri (s):«Səni şübhəyə salan hər nə varsa tərk et, səndə şübhə doğurmayan şeydən işində istifadə et. Çünki qoruğun ətrafında heyvan otaran, qoruğa daxil olmağın astanasındadır.»5

3213. Allahın Peyğəmbəri (s):«Aydın halal var və bir də aydın haram. Bunların arasında şübhəli və naməlum işlər də mövcuddur. Beləliklə, kim şübhələri tərk edərsə haramlardan nicat tapmışdır. Kim şübhələrdən yapışsa, haramlara düşüb bilmədən məhv olar.»6

ioooooop


213

Ağac



998. Meşəçilik

3214. Allahın Peyğəmbəri (s):«Əgər Qiyamət günü gəlib çatsa və sizlərdən birinizin əlində bir şitil olsa, qalxıb onu əkməyi bacararsa bu işi yerinə yetirsin.»1

3215. Allahın Peyğəmbəri (s):«Bir müsəlman toxum səpsə, ya bir şitil basdırsa, o toxumun və şitilin məhsulundan bir quş, insan, yaxud otlayan heyvan yeyərsə, həmin müsəlmana sədəqənin savabı yazılar.»2

3216. Allahın Peyğəmbəri (s) :«Meyvə ağacı əkən elə bir kəs olmayıb ki, Allah-taala o ağacın verdiyi meyvələr qədər ona savab yazmasın.»3

3217. Allahın Peyğəmbəri (s):«Kim bir ağac əkib, meyvə verənədək onu qorusa, qulluq etməkdə səbrli olarsa, ondan yeyilən hər meyvənin müqabilində Allah yanında onunçün bir sədəqə yazılar.»4
999. Ağac kəsmək

3218. İmam Sadiq (ə) :«Meyvə ağaclarını kəsməyin ki, Allah-taala başınızın üstünə əzab endirər.»5

3219. İmam Sadiq (ə) (ağacları kəsmək barədə verilən sualın cavabında): «Eybi yoxdur.» Əmmar ibn Musa deyir ki, «Sidr ağacı necə?» deyə ərz etdim. Buyurdu:«Eybi yoxdur. Çöl-biyabanda sidr ağacını kəsmək məkruhdur. Çünki səhrada bu ağac az tapılandır. Amma burada məkruh deyil.»6

ioooooop


214

Şücaət



1000. Şücaət

3220. İmam Əli (ə) :«Şücaət nəqd olan izzətdir.»1

3221. İmam Əli(ə):«Şücaət nəqd kömək və aşkar fəzilətdir.»2

3222. İmam Əli(ə):«Əgər xislətlər bir-birindən seçilib ayrılsa, hökmən doğruluq şücaətlə və qorxaqlıq yalanla birgə olar.»3

3223. İmam Həsən (ə) Şücaət nədirsüalının cavabında): «Düşmənlər qarşısında dəyanət və döyüşdə möhkəmlikdir.»4
1001. Şücaətin amilləri

3224. İmam Əli (ə):«Şücaətin təbiətində üç xislət var, onların hər birindəki fəzilət və dəyər digərində yoxdur: öz canından keçmək, zillətə getməmək, ad axtarmaq. Əgər bu üç xislət şücaətli insanda bərabər və kamil şəkildə olarsa, rəqibsiz bir pəhləvana və öz zəmanəsinin adlı-sanlı qəhrəmanına çevrilər. Əgər onda bu xislətlərdən biri digərindən daha artıq olarsa, həmin xislətdə onun şücaəti daha çox və qorxmazlığı daha artıqdır.»5

3225. İmam Əli (ə):«Kişinin dəyər-qiyməti onun sə‘yi qədərdir. Doğru danışmağı və sadiqliyi onun mərdliyi həddə və onun şücaəti də qeyrəti qədərdir.»6

3226. İmam Əli (ə):«Kişinin şücaəti onun sə‘yi və qeyrəti isə zillətə getməməyi qədərdir.»7

3227. İmam Əli(ə) :«Şücaət, zillətdən utanmağın qədərincədir.»8
1002. Ən şücaətli insan

3228. Allahın Peyğəmbəri (s):- səhabələrə xitabən- «Aranızda kimin ən möhkəm və ən qüvvəli olduğunu deyimmi?» Ərz etdilər:«Bəli, ey Allahın Rəsulu!» Həzrət (s) buyurdu:«Sizin ən möhkəm və ən güclünüz şad və razı olanda günaha, batilə tərəf getməyən, eləcə də narahat, narazı vaxtı haqqı danışmaq yolundan çıxmayan, qüdrətə çatanda haqqı olmadığına əl atmayandır.»1

3229. İmam Əli (ə) :«Ən şücaətli insan hamıdan səxavətli olandır.»2

3230. İmam Əli (ə):«Ən şücaətli insan dözməklə nadanlığa qalib gələndir.»3

3231. İmam Əli (ə) :«Ağıl sahibindən şücaətli bir kimsə yoxdur.»4

3232. İmam Əli (ə) :«Ən güclü insan, öz nəfsinə daha çox hakim olandır.»5


1003. Şücaətin bəlası

3233. İmam Əli (ə):«Şücaətin bəlası uzaqgörənliyi tərk etməkdir.»6

3234. İmam Əli (ə):«Həqiqətən, şücaətin bir həddi var. Əgər onu aşsalar qorxmazlıq olar.»7

ioooooop


215


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə