I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə76/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   72   73   74   75   76   77   78   79   ...   98

Ad



971. Gözəl adlar seçmək

3126. Allahın Peyğəmbəri (s):«Özünüzə gözəl adlar qoyun, çünki Qiyamət günü bu adlarla çağrılacaqsınız: Filankəs oğlu filan kəs! Qalx öz nuruna tərəf get. Filankəs oğlu filankəs, qalx, sənin nurun yoxdur.»1

3127. Allahın Peyğəmbəri (s):«Övladlarınıza peyğəmbərlərin adlarını qoyun.2

3128. İmam Sadiq (ə) («Övladlarımıza imamların adlarını qoymağın bir faydası varmı?» deyə soruşulduqda): «Bəli, Allah haqqı var. Məgər din məhəbbətdən qeyri bir şeydirmi? Allah-taala buyurmuşdur:«Əgər Allahı sevirsinizsə Mənə tabe olun ki, Allah sizi sevsin və günahlarınızı bağışlasın.»3

3129. İmam Kazim (ə):«Kişinin öz övladına verdiyi ilk bəxşiş və ehsan onun üçün gözəl ad seçməyidir. Beləliklə, övladlarınıza gözəl adlar seçin.»4
972. Pis adların dəyişdirilməsi.

3130. İmam Baqir (ə) :«Allahın Rəsulu (s) kişilərin və şəhərlərin pis adlarını dəyişdirərdi.»5


ioooooop


203

Allahın adları



973. Bismillahir rəhmanir rəhim

Qur’an:

«O məktub Süleymanın tərəfindəndir və bağışlayan, mehriban Allahın adı ilə başlayır.»1



Hədis:

3131. Allahın Peyğəmbəri (s):«Bismillahir rəhmanir rəhim hər bir yazının başlığıdır.»2

3132. Allahın Peyğəmbəri (s):«Bismillahir rəhmanir rəhimlə başlanmayan hər mühüm işin axırı yoxdur.»3

3133. İmam Sadiq (ə):«Bismillahir rəhmanir rəhim deməyi tərk etmə, hətta ondan sonra şe'r gəlsə də.»4

3134. İmam Sadiq (ə):«Bə‘zən bizim şiələrdən biri öz işini Bismillahir rəhmanir rəhimlə başlamır, buna görə də Allah-taala onu çətinliklərə və xoşagəlməz vəziyyətlərə düçar edir ki, ona Allaha şükrü və sitayiş etməyi başa salsın.»5
974. Allahın İsmi Əzəmi

3135. İmam Baqir (ə):«Allahın İsmi Əzəmi yetmiş üç hərfdir, Asəf (Bərxiya) onun bir hərfini bilirdi. Asəf o hərfi dilinə gətirdi, onunla İbilqeysin taxtı arasında nə var idisə hamısı yerin bətininə batdı və Asəf əlini uzadıb, taxtı götürdü. Sonra yer öz əvvəlki halına qayıtdı və bunların hamısı bir göz qırpımında baş verdi. İsmi Əzəmin yetmiş iki hərfi biz (Əhli-Beytin) yanındadır və bir hərfi Allah təbarəkə-taalanın yanındadır. Onu Özünün qeyb elminə məxsus edibdir.»6


ioooooop


204

Sünnə



975. Sünnəyə sadiq qalmağa həvəsləndirmək

3136. Allahın Peyğəmbəri (s):«Sünnəyə sadiq olan şəxs yaxşı əməl edərsə əməli qəbul olar, səhv edərsə, bağışlanar.1

3137. İmam Səccad (ə):«Allahın yanında ən yaxşı iş, miqdarı az olsa belə, sünnəyə uyğun görülən işdir.»2
976. Sünnə qoyan şəxsin mükafatı

3138. Allahın Peyğəmbəri (s):«Kim öz ölümündən sonra da əməl olunan gözəl bir sünnə qoyarsa, həm özünün mükafatı, həm də o sünnəyə əməl edən kəslərin savabından bir şey azalmadan onların savabı qədər savabı var. Amma kim bəyənilməyən bir sünnə qoyarsa və ölümündən sonra ona əməl olunarsa, günahkardır və onların öz günahlarından bir şey azalmadan, sünnəyə əməl edən kəslərin günahları qədər ona da günah yazılar.»3


977. Bəyənilmiş sünnəni ləğv etməyin qadağan olması

3139. İmam Əli (ə): (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından): «Bu ümmətin böyüklərinin əməl etdiyi, vəhdətə və həmrəyliyə səbəb olan, xalqın işini nizama, sahmana salan bəyənilmiş sünnəni sındırma. Heç vaxt keçmiş sünnələrə az da olsa ləkə gətirən bir sünnə və üsul icad etmə. Çünki belə olan surətdə keçmiş sünnənin banisi savab qazanacaq, sən isə onu ləğv etməklə günahkar olacaqsan.»4


ioooooop


205

Gecə oyaq qalmaq



987. Gecə oyaq qalmaq

3140. Allahın Peyğəbməri (s):«Üç şeydən qeyri səbəbə gecə oyaq qalmaq rəva deyil: Qur‘an oxumaq, elm öyrənmək və gəlini ər evinə göndərmək.»1

3141. Allahın Peyğəmbəri (s):«Xiftən namazından sonra oyaq qalmaq iki nəfərdən- namaz qılandan və müsafirdən- başqa heç kəsə rəva deyil.2

3142. İmam Əli (ə):«Gecə (ibadəti üçün) oyaq qalmaq, müştaqların (Allahla ünsiyyət axtaranların) gülüstanıdır.»3

3143. İmam Əli (ə):«Allaha itaət və bəndəlik etmək üçün gecə oyaq qalmaq övliyaların baharı və xoşbəxtlərin bağıdır.»4

3144. İmam Əli(ə):«Ən üstün ibadət, pak olan Allahı zikr və yad etmək üçün gecə oyaq qalmaqdır.»5

3145. İmam Əli(ə):«Ey Allahın bəndələri! Allahdan qorxun, (yaradılış və axirət) fikri qəlbini öz hayına qalmağa məşğul edən, Allah və Qiyamət gününün qorxusu bədənini zəiflədən, gecə ibadəti az olan yuxusunu da əlindən alan alimin qorxduğu kimi qorxun.»6
989. Bəzi gecələri (ibadət üçün) oyaq qalmağa həvəsləndirmək

3146. Allahın Peyğəmbəri (s):«Kim Fitr, Qurban bayramlarının gecələrini və Şəban ayının 15-ci gecəsini oyaq qalarsa (əhya saxlayarsa), qəlblərin öldüyü gün onun qəlbi ölməz.»7

3147. İmam Rza(ə):«Əmirəl-möminin (ə) üç gecəni yatmazdı: Ramazan ayının 23-cü gecəsi, Fitr bayramının gecəsi və Şəban ayının 15-ci gecəsi. Bu gecələr ruzilər bölünər, ömrün müddəti və həmin il baş verəcək bütün hadisələr təyin olunar.»8


206

Rəhbər



980. Rəhbər

3148. Allahın Peyğəmbəri (s):«Xalqın rəhbəri onun xidmətçisidir.»1

3149. İmam Hüseyn (ə) (Alicənab atası rəhbərliyin mənası barədə soruşduqda): «Ailəyə kömək etmək və onların üzləşdiyi zərər və ziyanları öz üzərinə götürməkdir.»2
981. Rəhbərliyin amilləri

3150. İmam Əli (ə):«Xalqın zəhmətlərinin və xərclərinin yükünü üzərinə götürmək başçılığa səbəb olar.»3

3151. İmam Əli (ə):«Həqiqi alicənab odur ki, elmi və biliyi ona böyüklük bəxş etsin. Həqiqi rəhbər öz Allahından və Rəbbindən qorxandır.»4

3152. İmam Əli (ə):«Rəhbərlərin dəyəri və fəziləti ibadətin gözəlliyindədir.»5

3153. İmam Əli (ə):«İnsan dörd xislətlə rəhbər olar: İffət (mə‘nəvi paklıq), ədəb, səxavət və müdriklik.»6

3154. İmam Həsən (ə):«Xahişdən qabaq bəxş etmək ən böyük rəhbərin xislətindəndir.»7


982. Rəhbərliyə mane olanlar

3155. İmam Əli(ə):«Alçaqlarla çəkişmək rəhbərliyə ləkə gətirər.»8

3156. İmam Sadiq (ə):«Az günaha görə cəza verən şəxs rəhbərlik etməyə tamah gözünü dikməməlidir. Az təcrübəli, özündən razı və inadkar şəxs başçılıq tamahında olmamalıdır.»9

3157. İmam Sadiq (ə):«Heç bir səfeh rəhbərlik kürsüsünə çatmaz.»10


ioooooop


207


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə