I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə79/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   75   76   77   78   79   80   81   82   ...   98
    Bu səhifədəki naviqasiya:
  • Şeytan

Pislik



1004. Yaxşılıq və pisliyin meyarı

Qur’an:

«Sizin üçün cihad təyin edildi, o da sizin xoşunuza gəlmir. Nə çoxdur sizin xeyrinizə olan, ancaq xoşunuza gəlməyən şey. Nə çoxdur sizin xoşunuza gələn, ancaq ziyanınıza olanlar. Allah bilir, sizsə bilmirsiniz.»1

«İnsan xeyir dua etdiyi kimi, şər dua da edər. İnsan həmişə tələsəndir.»2

Hədis:

3235. İmam Əli (ə):«O yaxşılıq ki, onun arxasında atəş var, yaxşılıq deyil. O pislik ki, sonunda Cənnət var, pislik deyil. Cənnətlə müqayisədə hər bir nemət kiçik və dəyərsizdir. Cəhənnəmin müqabilində hər əziyyət və bəla, salamatlıqdır.»3

3236. İmam Əli (ə) :«Sübhan olan Allah hidayət edən bir kitab göndərdi və onda yaxşı ilə pisi bəyan etdi. Belə isə, yaxşılıq yolunu seçin ki, hidayət olasınız. Pislik yolundan da uzaqlaşın ki, məqsədə çatasınız.»4
1005. Pisdən də pis

3237. Allahın Peyğəmbəri (s) :«İki işdən üstün heç bir xeyir yoxdur: Allaha iman və Allah bəndələrinə xeyir vermək. İki işdən də böyük şərr yoxdur: Allaha şərik qoşmaq və Allahın bəndələrinə ziyan vurmaq.»5

3238. İmam Əli (ə) :«Pisdən daha pis olan onun cəzası, yaxşıdan daha yaxşı isə onun mükafatıdır.»6

3239. İmam Əli (ə):«Pislik edən, pislikdən daha pisdir.»7


1006. Pisliklərin açarları

3240. İmam Baqir (ə):«Allah-taala pisliyə qıfıllar qoymuş və bütün bu qıfılların açarını şərabda qərar vermişdir. Yalan isə şərabdan da pisdir.»8

3241. İmam Sadiq (ə) :«Qəzəb, bütün pisliklərin açarıdır.»2

1007. Şərr toplusu

3242. Allahın Peyğəmbəri (s):«İblis öz şeytanlarına dedi:«Sizə əti, məstedici şeyləri və qadınları (nəzərinizdə saxlamağı) tövsiyyə edirəm. Çünki bu üç şeydən başqa pislikləri hazırlayan heç nə tapmıram.»3


1008. Şər insanın təbiətindədir

3243. Allahın Peyğəmbəri (s) :«Xeyir iş görmək üçün özünüzü zəhmətə salın və bu yolda nəfslərinizlə mübarizə aparın. Çünki insanın təbiətində şər qoyulmuşdur.»4

3244. İmam Əli (ə):«Öz nəfsini fəzilətləri qəbul etməyə məcbur et. Çünki rəzalətlər sənin təbiətində qoyulmuşdur.»5

ioooooop


216

Şirk



1009. Şirkdən çəkinmək

Qur’an:

«Loğman öz oğluna nəsihət edəndə belə dedi:«Oğlum, Allaha şərik qoşma. Çünki şirk böyük zülmdür» 1

«Allah Ona şərik qoşmağı bağışlamaz. Bundan qeyri günahları isə, istədiyi şəxsə bağışlayar. Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, çox azmışdır.»2

Hədis:

3245. Allahın Peyğəmbəri (s):«Ey Məs‘udun oğlu! Məbada bir an Allaha şərik qoşasan. Hətta, səni mişarla kəssələr, ya oynağını oynağından ayırsalar, ya dar ağacından assalar, ya da odda yandırsalar belə.»3


1010. Şirkin təlimi

3246. İmam Sadiq (ə):«Bəni Üməyyə iman tə‘limini insanlar üçün azad buraxdı. Ancaq, şirkin tə‘limini azad buraxmadılar ki, insanları şirkə tərəf çəkəndə onu tanımasınlar.»4


1011. Şirkin ən aşağı dərəcəsi

3247. İmam Baqir (ə): -Şirkin ən aşağı dərəcəsi barədə sualın cavabında- «Şirkin ən aşağı dərəcəsi budur ki, insan meyvə çərdəyinə «bu bir xırda daş parçasıdır», daş parçasına da «bu bir çərdəydir» desin. Sonra da, özünün bu sözünə inansın və ondan dönməsin.»5

3248. İmam Sadiq (ə)- elə bu barədə- «Öz rəyinə, əqidəsinə bidət gətirən, sonra da ona xatir sevən və düşmənçilik edən şəxsdir.»6
1012. Gizli şirk

Qur’an:

«Və onların əksəriyyəti Allaha iman gətirsələr də, Ona şərik qoşarlar.»7


Hədis:

3249. Allahın Peyğəmbəri (s):«Üzrxahlığa səbəb olan işdən çəkin. Çünki onda gizli bir şirk var.»2

3250. İmam Sadiq (ə) -yuxarıdakı ayə barədə- «İnsan belə «əgər filankəs olmasaydı mən məhv olardım, filankəs olmasydı mən belə-elə olardım, filankəs omlasydı ailəm məhv olardı» deyəndə görmürsənmi ki, bu sözlərlə Allahın hakimiyyətində, ona ruzi verən, onu müdafiə edən, çətinlikləri ondan uzaqlaşdıran Allaha şərik qoşur?» Rəvayətçi deyir, ərz etdim:«Bəs «əgər Allah filankəsin vasitəsilə mənə kömək etməsəydi məhv olardım.» desə necə?» Buyurdu:«Bəli, belə desə eybi yoxdur.»3

3251. İmam Sadiq (ə): - yuxarıdakı ayə barədə- «Burada məqsəd, ibadətdə şirk deyil, itaətdə şirkdir.»4

3252. İmam Sadiq (ə):«Həqiqətən, şirk qarışqanın hərəkətindən də gözə görünməzdir. Bir işi yada salmaq və bu kimi şeylər üçün üzüyün yerini dəyişmək gizli şirkdir.»5

3253. İmam Sadiq (ə):- «onların əksəriyyəti iman gətirmir» ayəsi barədə- «Onlar deyirdilər:«Filan ulduzun batması ilə və bəhmən ulduzun çıxması ilə yağış yağacaq. Yaxud da, falçılara muraciət edər və onların dediklərinə inanardılar. (Bunların hamısı gizli şirkdir).»6


ioooooop


217

Şeytan



1013. Allahın iblislə rəftarından dərs almaq

3254. İmam Əli(ə):«Allahın iblislə rəftarından dərs alın. Belə ki, Allah-taala onun uzunmüddətli işini, yorucu zəhmətlərini bir anlıq təkəbbürə görə batil etdi. O altı min il Allaha ibadət etmişdi və özü də məlum deyil bunlar dünya illərindəndir, yoxsa axirət illərindən.»1


1014. Şeytandan Allaha sığınmaq

Qur’an:

«De:«Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram. Ey Rəbbim! Onların mənim yanımda hazır olmalarından sənə sığınıram.»2

«Qur‘an oxumaq istəyəndə qovulmuş şeytandan Allaha sığın.»3

Hədis:

3255. İmam Əli (ə):«Allaha həmd edir, şeytanın qovulması və uzaqlaşdırılmasına görə, eləcə də onun tələ və hiylələrindən salamat qalmağa səbəb olan işlərdə Allahdan kömək istəyirəm.4


1015. Şeytanın insanla düşmənçiliyi

Qur’an:

«Həqiqətən, şeytan sizin düşməninizdir. Bəs, siz də ona düşmən olun. Həqiqətən, o öz dəstəsini arxasınca çağırır ki, onlar Cəhənnəm əhli olsunlar.»5



Hədis:

3256. İmam Əli (ə): Gizlincə qəlblərə nüfuz edən və asta-asta qulağlara ovsun oxuyan düşməndən çəkinin.»6

2357. İmam Sadiq (ə) :«İblis məkr və hiylə dolu bu sarayın hər yerində öz tələlərini qurmuşdur və onun məqsədi bizi sevənlərdən başqa bir kimsə deyil.»1

3258. İmam Kazim (ə): -»Cihad hansı düşmənlə daha çox vacibdir?» sualına cavabından- «Sənə daha yaxın və səninlə düşmənçiliyi daha çox olanla... və sənin düşmənlərini sənə qarşı təhrik edənlə. O da şeytandır.»2


1016. Şeytanın fitnələrindən agah etmək

Qur’an:

«Ey Adəm övladları! Şeytan sizin ata-ananızı Cənnətdən çıxardıb ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurduğu kimi, sizi də aldatmasın. O və onun dəstəsi sizi, onları görmədiyiniz yerdən görürlər. Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin dostları etdik.» 3



Hədis:

3259. İmam Əli(ə):«Yoldan arzdıran üç amil var: qadınları sevmək (şeytanın qılıncıdır), şərab içmək (bu şeytanın tələsidir), dirhəm-dinara məhəbbət (bu da şeytanın oxudur).»4


1017. Şeytana sitayiş edənlər

Qur’an:

«Ey Adəm övladları! Məgər sizinlə əhd-peyman bağlamamışdı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir?» 5



Hədis:

3260. İmam Əli (ə) (Şeytanın ardınca gedənləri məzəmmət edərək): «Onlar şeytanı öz işlərinin me‘yarı etdilər və şeytan da onları öz tələsinə çevirdi. Beləliklə, onların qəlblərində yumurta saldı, cücə çıxartdı, tədricən ağıllarına nüfuz etdi, onları xətalara və büdrəyişlərə düçar etdi, batili gözlərində bəzədi. Onların işləri güclərində şeytan şərik olan və onun dili ilə batil söz danışan şəxsin işi kimidir.»6


1018. Şeytanın fitnələri

Qur’an:

«Şeytan sizi yoxsulluqla qorxudur və sizə pis işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və bəxşişlər vəd edir. Allah geniş rəhmət sahibi və hər şeyi biləndir.» 7

«Şeytan onlara vədə verir və öz arzularının tələsinə salır. Şeytan onlara yalan vədədən başqa bir şey verməz.»2

«Bəs, niyə Bizim əzabımız onlara çatanda nalə çəkmədilər? Çünki onların qəlbləri daşlaşmış və şeytan onların əməllərini öz nəzərlərində bəzəmişdir.»3


Hədis:

3261. İmam Əli (ə):«Ey Kumeyl! İblis öz tərəfindən vədə vermir, əksinə, öz Rəbbinin tərəfindən vədə verir ki, onları günah etməyə vadar etsin və ölümün uçurumuna atsın.»4

3262. İmam Əli (ə):«Şeytan bəndəyə təhkim olunmuşdur. Günah etməkdən ötrü günahı onun gözlərində bəzəyir və tövbəyə də ümidvar edir

ki, onu tə‘xirə salsın.»5

3263. İmam Səccad (ə)- duasında- «Əgər şeytan hiyləylə onları Sənin itaətindən çəkindirməsəydi, heç bir günahkar sənə qarşı günah etməzdi. Əgər batili onlar üçün haqq libasında göstərməsəydi, heç bir yolunu azan Sənin yolundan azmazdı.»6

3264. İmam Sadiq (ə) :«İblis öz qoşununa deyər:«İnsanlar arasında paxıllıq və haqqa təcavüz toxumu səpin. Çünki bu ikisi Allah yanında şirkə bərabərdir.»7


1019. Şeytanın fitnəsindən qoruyanlar

Qur’an:

«Həqiqətən, Şeytanın iman gətirən və öz Rəbblərinə təvəkkül edənlərin üzərində hakimiyyəti yoxdur.»8

«Həqiqətən, sənə tabe olan yolunu azmışlardan başqa, bəndələrimin üzərində heç bir hakimiyyətin yoxdur.» 9

Hədis:

3265. İmam Əli (ə):«Çox dua et ki, şeytanın şərrindən amanda qalasan.»10

3266. İmam Baqir (ə) :«Həqiqi qorxu ilə özünü iblisdən qoru.»1

3267. İmam Sadiq (ə):«İblis dedi:«Beş nəfs var ki, onlara qarşı heç bir çarəm yoxdur. Bunlar xalis niyyətlə Allaha sığınan və bütün işlərində Ona arxalanan, gecə-gündüz Allaha çox təsbih deyən, özü üçün bəyəndiyi şeyi mömin qardaşına da bəyənən, başına müsibət gələndə səbrsizlik etməyən, Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi çəkməyənlərdir. Ancaq, qalan bütün insanlar mənim ovcumun içindədir»2


1020. Şeytanı hakim edən şeylər

Qur’an:

«Kim Rəhman Allahı yad etməkdən üz döndərərsə, onunla yoldaş olmaq üçün ona bir şeytan təyin edərik.»3



Hədis:

3268. Allahın Peyğəmdəri (s):«Bir gün Musa (ə) oturmuşdu və iblis onun yanına gəldi... Musa (ə) buyurdu:«Mənə elə bir günahdan xəbər ver ki, insan onu edəndə sən ona hakim olasan.» İblis dedi:«Özündən razı olmaq, əməlini çox görmək, günahı öz nəzərində kiçik görmək.»4

3269. İmam Əli (ə):«Şəhvətpərəstlərlə yoldaşlıqlıq imanın unudulmasına və şeytanın hazır olmasına gətirib çıxarar.»5

3270. İmam Sadiq (ə):«İblisin qadınlardan və qəzəbdən güclü ordusu yoxdur.»6

ioooooop

218


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə