I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə75/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   71   72   73   74   75   76   77   78   ...   98

Salam vermək



961. Müsəlmanların görüşməyi

Qur‘an:

«Orada belə dua edərlər:«Allahım, Sən uca və paksan. Görüşən zaman «salam» deyərlər. Dualarının axırı isə budur:Şükr olsun, aləmlərin Rəbbi olan Allaha.»1



Hədis:

3098. Allahın Peyğəmbəri (s):«Salam vermək bizim dinin rəhmət və mehribanlıq nişanəsi, dövrümüzün əmin-amanlığı və pənahımızdır.»2

3099. Allahın Peyğəmbəri (s):«Ən xəsis insan, salam verməkdə xəsislik edəndir.»3

3100. Allahın Peyğəmbəri (s):«Salama rəvac ver ki, evinin xeyir-bərəkəti artsın.»4

3101. İmam Baqir (ə):«Allah-taala insanları yedirtməyi və salama rəvac verməyi sevər.»5

3102. İmam Sadiq (ə):«Salam sözdən qabaqdır.»6

3103. İmam Sadiq (ə) (öz ata babalarından nəql edir): «Allahın Rəsulu (s) buyurmuşdur:«Kim salam verməmiş sözə başlasa, ona cavab verməyin.» Eləcə də buyurmuşdur: «Heç kəsi salam verməyincə yeməyinə də‘vət etmə.»7
962. Salamda qabaqlamaq

3104. Allahın Peyğəmbəri (s):«Allaha və Onun Rəsuluna (s) ən yaxın olan insan birinci salam verəndir.»8

3105. Allahın Peyğəmbəri (s) :«Birinci salam verən təkəbbürdən uzaqdır.»1

3106. İmam Əli (ə):«Salamın 70 savabı var: altmış doqquzu salam verənə, biri də salam alana çatar.»2



963. Evə daxil olanda salam vermək

Qur‘an:

«Evə daxil olanda özünüzə salam verin ki, bu Allah tərəfindən mübarək və pak salamlamadır.»3



Hədis:

3107. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz evə daxil olan zaman salam versin. Çünki salam həmin evə bərəkət endirir və mələklər o evlə ünsiyyətə girir.»4


964. Salamın cavabı vacibdir

Qur‘an:

«Sizə salam verildiyi zaman ondan daha yaxşı, ya onun kimi salamla cavab verin ki, Allah-taala hər şeyi hesaba alandır.» 5



Hədis:

3108. Allahın Peyğəmbəri (s):«Salam vermək müstəhəbdir, salamı almaq isə vacib.»6


965. Salam verməyin qaydası

3109. Allahın Peyğəmbəri (s):«Kiçik böyüyə salam versin, bir nəfər iki nəfərə, sayları az olanlar sayları çox olanlara, yol gedən dayanana, ayaq üstə duran oturana salam versin.»7

3110. Allahın Peyğəmbəri (s):«Beş şeyi hələ ki, sağam tərk etməyəcəm:… uşaqlara salam verməyi, məndən sonra sünnə olsun deyə.»8

3111. İmam Baqir (ə):«Nə yəhudiyə salam verin, nə də xaçpərəstə. Nə məcusiyə, nə bütpərəstə, nə süfrə başında şərab içənlərə, nə şahmat və nərd oynayanlara, nə özünü qadın surətinə salan kişiyə, nə ismətli qadına böhtan deyən şairə və nə də namaz qılana (namaz vaxtı) salam verməyin. Çünki namaz qılan salamın cavabını verə bilmir, halbuki müsəlmana salam vermək müstəhəbbdir, salamı almaq isə vacib. Nə sələm yeyənə salam verin, nə ayaq yolunda olana, nə hamamda olana, nə açıq-aşkar günah və fisq edən fasiqə salam verməyin.»1

3112. İmam Sadiq (ə) :«Allahın Rəsulu (s) qadınlara salam verərdi. Onlar da Həzrətin salamının cavabını alardılar. Əmir-əl-mö’minin(ə) də həmçinin qadınlara salam verərdi. Amma cavan qadınlara salam verməkdən xoşu gəlməzdi və buyurardı:«Qorxurdum ki, səsləri mənim xoşuma gəlsin, nəticədə savab və əcr (mükafat) qazanmaq əvəzinə günaha batım.»2


200

Təslim olmaq



966. Təslim olmaq

Qur‘an:

«Belə deyil, Rəbbinə And olsun, onlar öz aralarında olan ixtilaflarda səni hakim təyin etməyincə və sənin verdiyin hökmə heç bir narazılıq etmədən, birbaşa ona təslim olmayınca, iman gətirməzlər.» 1



Hədis:

3113. «Biharul-Ənvar»: «Allah-taala Davuda(s) vəhy etdi:«Sən istəyirsən və Mən də istəyirəm, amma yalnız Mən istədiyim baş verəcək. Beləliklə, əgər mənim istədiyimə təslim olsan, sənin də istəyini təmin edərəm. Amma Mənim istəyimə təslim olmasan, səni öz istəyinin yolunda əziyyətlərə, zəhmətlərə salacam və o zaman yenə də Mən istədiyim baş verəcək.»2

3114. İmam Baqir (ə):«Yaradılmışların arasında Allahın qəzavü -qədərinə və əmrinə təslim olmağa ən ləyaqətli insan, Allahı tanıyandır.»3

3115. İmam Baqir (ə):«Biz sevdiyimiz şəxslərə nisbət salamatçılıqda olmaq (və onlara heç bir əziyyətin olmamasının) istəyirik. Ancaq, Allahın əmri gəldikdə, Onun istədiyinə təslim olarıq.»4

3116. İmam Sadiq (ə): («Bir şəxsin mö’min olduğu nədən bilinər?» suala cavabından): «Onun Allah qarşısında təslim olmasından və Ona yetişən hər xoşluğa və çətinliyə razı olmasından.»5

3117. İmam Sadiq (ə):«Allahın Rəsulu (s) heç vaxt keçmişdə olmuş iş barədə «kaş başqa cür olaydı» deməzdi.»6

3118. İmam Sadiq (ə):«Bəndə «Maşaallah, la haulə va lə quvvətə illa billah» deyən zaman Allah-taala buyurar:«Ey mənim mələklərim! Bəndəm təslim oldu. Ona kömək edin, onu xilas edin və ehtiyacını ödəyin.»7


201

Qulaq asmaq



967. Eşidən qulaqların dəyəri

3119. İmam Əli (ə):«Əgər danışan alim deyilsənsə, qulaq asıb eşidənlərdən ol.»1

3120. İmam Əli (ə):«Bilin ki, ən yaxşı eşidən qulaq, öyüd-nəsihəti eşidən və qəbul edəndir.»2
968. Söz eşitməyən qulaq

Qur‘an:

«Və dedilər:«Əgər eşitsəydik ya düşünsəydik Cəhənnəm əhlindən olmazdıq.»3



Hədis:

3121. İmam Əli (ə):«Hər qəlbi olan ağıllı, hər qulağı olan eşidən və hər gözü olan görən olmaz.»4


969. Yaxşı eşitmək

3122. İmam Əli (ə) :«Öz qulağına yaxşı eşitməyi adət etdir və sənin islah olmağına, paklığına bir şey artırmayan sözlərə qulaq asma.»5

3123. İmam Əli (ə):«Allahı xatırlayanı eşidənin özü Allahı yad edəndir.»6

3124. İmam Əli (ə):«Kim yaxşı qulaq assa, tez faydalanar.»7


970. Qulağın vəzifələri

Qur‘an:

«Bilmədiyin şeyin ardınca getmə. Çünki qulaqdan, gözdən, ürəkdən (bunların) hamısından soruşulacaqdır.» 8



Hədis:

3125. İmam Əli (ə):«(Allah-taala) Qulağa onunla haram eşitməməyini vacib etdi.»9




202


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə