I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə71/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   67   68   69   70   71   72   73   74   ...   98

Səxavət



919. Səxavət

2941. Allahın Peyğəmbəri (s):«Səxavət Allahın əzəmətli xislətidir.»1

2942. Allahın Peyğəmbəri (s):«Allah-taala bütün vəlilərinin təbiətinin xəmirini səxavətdən başqa bir şeylə yoğurmamışdır.»2

2943. İmam Əli (ə):«Səxavət Allaha və insanlara yaxınlaşmağın səbəbidir.»3

2944. İmam Əli (ə): «Ağla kömək etmək üçün səxavətdən başqa bir şeydən imdad istənilməsin.»4

2945. İmam Əli (ə):«Səxavət müdrikliyin meyvəsi və qənaət şərəfin dəlilidir.»5

2946. İmam Əli (ə):«Səxavət məhəbbətin toxumunu səpər.»6

2947. İmam Əli (ə):«Səxavət məhəbbət gətirər, əxlaqı və xasiyyəti bəzəyər.»7

2948. İmam Sadiq (ə):«Səxavət peyğəmbərlərin əxlaqi keyfiyyətlərindən biri və imanın sütunudur. Səxavətli olmayan mömin yoxdur. Yalnız yəqinlik və ali hədəf sahibi səxavətli ola bilər. Çünki səxavət yəqinlik nurunun şüasıdır və buna görə hədəfi tanıyan şəxsə bəxşiş etmək asan olar.»8

2949. İmam Sadiq (ə):«Sizin ən yaxşılarınız səxavətliləriniz və ən pisləriniz xəsislərinizdir.»9


920. Səxavətli

2950. «əl-Kafi»:«Allah-taala Musaya (ə) vəhy etdi ki, Samirini öldürmə. Çünki o, səxavətlidir.»10

2951. Allahın Peyğəmbəri (s):«Səxavətli şəxs Allaha yaxındır, insanlara yaxın və Cənnətə də yaxındır.»1

2952. Allahın Peyğəmbəri (s):«Səxavətlinin səhvindən keçin. Hər dəfə ayağı büdrəyən zaman Allah-taala onun əlindən tutar.»2

2953. İmam Sadiq (ə):«Günaha batmış səxavətli gənc Allah yanında xəsis abid qocadan daha sevimlidir.»3

2954. İmam Rza (ə):«Səxavətli şəxs insanların süfrəsindən yeyər ki, insanlar da onun süfrəsindən yesinlər. Amma xəsis insanların süfrəsindən yeməz ki, onlar da onun süfrəsindən yeməsinlər.»4


921. Səxavətin sərhəddi

Qur‘an:

«Əlini boynuna bağlama (yə’ni xəsis olma) və tamamilə açıq saxlama ki, peşmançılıq və həsrət içində oturarsan.»5 («İsra» 29)



Hədis:

2955. Allahın Peyğəmbəri (s):«İnsanların ən səxavətlisi öz malının zəkatını verəndir.»6

2956. İmam Əli (ə):«Səxavət öz malından bəxşiş, ehsan vermək və başqalarının sərvəti qarşısında zahidlik etməkdir.»7

2957. İmam Sadiq (ə):«Kərəm və səxavət sahibi öz malını haqq yolunda xərcləyəndir.»8

2958. İmam Sadiq (ə):«Səxavət bir kimsənin xahişi olmadan həyata keçər. Amma xahişdən sonra edilən səxavət utancaqlıqdan irəli gəlir və məzəmmətdən qaçmaq üçündür.»9

2959. İmam Əskəri (s):«Səxavətin həddi var, əgər onu aşsalar ifrat olar.»10


ioooooop


187

Sirr



922. Sirr saxlamaq

2960. İmam Əli (ə):«Kim öz sirrini gizlətsə, seçim qüdrəti onun öz əlində olar.»1

2961. İmam Əli (ə):«Qələbə uzaqgörənliklə, uzaqgörənlik fikirləşməklə və fikirləşmək sirr saxlamaqla əldə olunur.»2

2962. İmam Əli (ə):«Sənin sirrin sənin əsirindir. Əgər onu faş etsən, sən onun əsiri olacaqsan.»3

2963. İmam Əli (ə):«Aqil insanın sinəsi onun sirr sandığıdır.»4

2964. İmam Əli (ə):«Sirr bilənlərin sayı hər nə qədər çox olarsa, onların faş olma ehtimalı bir o qədər artıq olar.»5

2965. İmam Əli (ə):«Nə qədər məhəbbətin varsa dostuna həsr et, amma inamının hamısını onun ayağı altına atma.»6

2966. İmam Əli (ə) :«İşlərin ən uğurlusu tam məxfiliklə baş verəndir.»7

2967. İmam Əli (ə):«Öz sirrini e‘timad etdiyin kəsdən başqa heç kimə vermə.»8

2968. İmam Əli (ə):«Sənin sirrinin bilinməməsinin nə qorxusu var!?»9

2969. İmam Əli (ə):«Öz sirrini gizlətməkdə aciz olan şəxsin, başqalarının sirrini saxlamağa qüdrəti çatmaz.»10

2970. İmam Sadiq (ə):«Sirrin faş olması süquta uğramaqdır.»11

2971. İmam Sadiq (ə):«Sənin sirrin, sənin qanının bir hissəsidir. Buna görə sənin damarlarından qeyrisində axmamalıdır.»12

2972. İmam Rza (ə):«Mömində bu üç xislət olmasa mömin olmaz. Bir xislət öz Rəbbindən, bir xislət peyğəmbərindən və bir xislət də öz vəlisindəndir. Rəbbinin xisləti sirr saxlamaqdır. Allah-taala buyurmuşdur: «Qeybi və sirri biləndir. Bəyəndiyi peyğəmbərdən başqa heç kəsi Öz sirrindən, qeybindən agah etməz.»1

2973. İmam Cavad (ə):«Bir şeyi möhkəmlənməmiş və sabit olmamış üzə çıxarmaq, onun korlanmasına gətirib çıxarar.»2
923. Sirri verməyə layiq olmayanlar

2974. İmam Əli (ə):«Sirr saxlamağa taqəti olmayan nadana sirr vermə.»3

2975. İmam Əli (ə):«Əmanətə sadiq olmayana sirr vermə.»4

2976. İmam Əli (ə):«Üç nəfərə sirr vermək olmaz: qadına, söz gəzdirənə və axmağa.»5

2977. İmam Sadiq (ə):«Dörd şey bərbad olar: ….və ağıldan heç bir bəhrəsi olmayana sirr vermək.»6

ioooooop



188

Şadlıq



924. Şadlanmağa layiq olan şey

2978. İmam Əli (ə) (Abdullah ibn Abbasa xitabən): «Allahı tərif etdikdən sonra bə’zən insan hər bir halda onun əlinə çatacaq bir şeyi qazananda sevinir. Bə’zən də, heç vaxt ona çata bilmədiyi bir şeyi əldə etməyəndə qüssələnir. Beləliklə, sən axirət işlərindən birinə çatanda sevin və onun işlərindən birini əldən verən zaman qüssələn.» İbn Abbas deyərdi ki, Allahın Rəsulunun (s) sözündən sonra, bu söz qədər heç bir sözdən faydalanmadım.»1


925. Şadlığın
amilləri

2979. İmam Əli (ə):«Şadlığa yumşaq xasiyyətdən başqa heç bir şeylə kömək etmək olmaz.»2

2980. İmam Əli (ə):«Əqlin kökü qüdrət, onun meyvəsi isə sevincdir.»3
926. Kim bir qəlbi sevindirərsə…

2981. Allahın Peyğəmbəri (s):«Cənnətdə darul-fərəh (yə’ni şadlıq sayarı) adlanan saray var. Oraya yalnız möminlərin yetimlərini sevindirənlər daxil olacaq.»4

2982. Allahın Peyğəmbəri (s):«Həqiqətən, Cənnətdə «darul-fərəh» adlı bir saray var ki, oraya yalnız uşaqları sevindirənlər daxil olar.»5

2983. İmam Əli (ə):«And olsun bütün avazları eşidən kəsə, bir qəlbi şadlandıran elə bir şəxs olmayıb ki, Allah-taala o şadlıqdan bir lütf yaratmasın. Həmin şəxs bir çətinliyə, müsibətə düşəndə bu lütf üzüaşağı axan su kimi müsibətin üzərinə axar və qərib dəvə sürüdən qovulduğu kimi, o müsibəti ondan uzaqlaşdırar.»6

2984. İmam Sadiq (ə):«Sizlərdən hər hansı biriniz bir mömini sevindiribsə yalnız onu sevindirdiyini fikirləşməsin. Əslində, Allaha and olsun ki, bizi sevindirmişdir. Allaha and olsun, Allahın Rəsulunu (s) sevindirmişdir.»7
927. Mömini sevindirən, Allahı sevindirmişdir

2985. Allahın Peyğəmbəri (s):«Kim bir mömini sevindirsə, məni sevindirmişdir. Kim məni sevindirsə, Allahı sevindirmişdir.»2


928. Möminin qəlbindən qəmi aparmağın savabı

2986. İmam Sadiq (ə):«Kim möminin qəmini aparsa, Allah-taala axirət qəmlərini ondan uzaqlaşdırar və qəbirdən rahat qəlblə qaldırar.»3

2987. İmam Sadiq (ə):«Allah-taala mömini qəbrdən çıxaranda, onunla bir surət də çıxar və möminin qabağınca gedər. Mömin Qiyamət gününün qorxulu səhnələrindən birini görəndə, həmin surət deyər:«qorxma və kədərlənmə….» Mömin ona deyər:«Sən kimsən?» Surət deyər:«Mən mömin qardaşına çatdırdığın həmin şadlıq və sevincəm.»4

2988. İmam Rza (ə):«Kim möminin işinin düyününü açsa, Qiyamət günü Allah-taala onun qəlbinin düyününü açar.»5


ioooooop


189


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə