I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə68/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   64   65   66   67   68   69   70   71   ...   98

Görüşmək (Ziyarət)



880. Allaha xatir görüşməyə həvəsləndirmək

2828. Allahın Peyğəmbəri (s): «Kim bir ehtiyaca görə yox, yalnız mömin qardaşını görmək üçün onun evinə gedərsə, Allahı ziyarət edənlərin sırasında yazılar. Öz qonaqlarına ehtiram etmək isə Allaha layiqdir.»1

2829. İmam Əli (ə): «Allaha xatir ziyarət edin. Allaha xatir dostluq edin. Allaha xatir bəxşiş edin və bəxşiş verməkdən Allaha xatir çəkinin. Allahın düşmənləri ilə əlaqəni kəsin və Allahın dostları ilə əlaqə yaradın.»2

2830. İmam Baqir (ə): «Evlərinizdə bir-birinizlə görüşün. Çünki bu bizim işimizi dirildər və bizim işi dirildənə Allahın rəhməti olsun.»3

2831. İmam Sadiq (ə): «Kim Allah yolunda və Allaha xatir öz mömin qardaşını görməyə gedərsə Qiyamət günü nurlu libasların arasından vuqarla keçər və nəyin yanından keçərsə onu işıqlandırar.»4

2832. İmam Sadiq (ə): «Bir-birinizlə görüşün və ziyarət edin ki, görüşləriniz qəlblərinizin diri qalmasına, bizim hədislərin yad edilməsinə səbəb olar və bizim hədislər sizi bir-birinizə mehriban edər. Əgər onlara əməl etsəniz kamillik və nicat tapacaqsınız. Əgər tərk etsəniz yolu azıb, məhv olacaqsınız. Beləliklə, bizim hədislərə əməl edin ki, belə olan halda mən sizin nicat tapmanıza zaminəm.»5

2833. İmam Kazim (ə): «Mömin qardaşların bir-birilə Allaha xatir görüşməsi qədər heç bir şey iblisi və onun ordusunu darmadağın etmir.»6
881. Qardaşlarla görüşməyin səmərələri

2834. Allahın Peyğəmbəri (s): «Görüşmək və ziyarət məhəbbət (toxumu) bitirər.»7

2835. İmam Cavad (ə): «Din qardaşları ilə görüşmək, qısa olsa belə, əqlin çiçəklənməsinə və bar verməsinə səbəb olar.»8

882. Görüşməyin qaydası

2836. Allahın Peyğəmbəri (s): «Bir gündən bir ziyarət et ki, daha sevimli olasan.»2

2837. İmam Əli (ə) (oğlu Hüseynə (ə) vəsiyyətindən): «Çox görüşmək pərişanlıq gətirər.»3

2838. İmam Əli (ə): «Öz (din) qardaşının dostluğuna əmin olanda, artıq nə vaxt onun ziyarətinə gedəcəyinə və onun sənin ziyarətinə gələcəyinə əhəmiyyət vermə.»4


ioooooop


178

Qəbrlərin ziyarəti



883. Peyğəmbərin ziyarəti

2839. Allahın Peyğəmbəri (s): «Kim mənim ziyarətimə gələrsə, Qiyamət günü onun şəfaətçisi olaram.»1

2840. Allahın Peyğəmbəri (s): «Kim yer üzünün hər hansı bir yerindən mənə salam göndərsə, salamı mənə gəlib çatar. Kim qəbrim üstündə mənə salam göndərsə, onu eşidərəm.»2
884. Mə‘sum imamların ziyarəti

2841. Allahın Peyğəmbəri (s) («Atacan! Sizi ziyarət edən kəsin mükafatı nədir?» deyə müraciət edən Həsən ibn Əliyə (ə) cavabından) «Kim məni, Sənin atanı, ya qardaşını və ya sənin özünü diri vaxtı və dünyadan köçəndən sonra ziyarət edərsə, mənim üzərimdə haqqı var ki, Qiyamət günü onu ziyarət edim və onu günahlarından xilas edim.»3

2842. Allahın Peyğəmbəri (s): «Kim «Bəgi»də Həsəni ziyarət edərsə, Allah-taala ayaqlar titrəyən gün, onun qədəmlərini Siratın üstündə möhkəm edər.»4

2843. Allahın Peyğəmbəri (s): «Tezliklə mənim bədənimin bir parəsi Xorasanda dəfn olunar. Onu ziyarət edən elə bir mömin yoxdur ki, Allah-taala Qiyamət günü behişti ona vacib və bədənini Cəhənnəm atəşinə haram etməsin.»5

2844. İmam Sadiq (ə): «Kim vəfatımızdan sonra bizi ziyarət edərsə, bizi sağlığımızda ziyarət etmiş kimidir.»6

2845. İmam Sadiq (ə): «Küfənin yaxınlığında bir qəbir var ki, hər qəmli oraya gedib onun yanında dörd rəkət namaz qılsa, Allah-taala onun ehtiyacını ödəməklə onu şad edər.»7

2846. İmam Sadiq (ə): «Allahın Rəsulu (s) buyurmuşdur: «Mənim qəbrimlə minbərimin arasında Cənnət bağlarından bir bağ var və mənim minbərim Cənnət arxlarından birinin üzərində qurulmuşdur.» Çünki Fatimənin (Allahın salamı olsun ona) qəbri, Allahın Rəsulunun qəbri ilə onun minbəri arasındadır. Fatimənin qəbri Cənnət bağlarından biridir və Cənnət arxlarından biri də ona tərəf axır.»1

2847. İmam Sadiq (ə): «Kim Hüseyni (ə) onun haqqına və məqamına layiq mə‘rifətlə ziyarət edərsə Allah-taala onunçün min qəbul olunmuş həccin və min qəbul olunmuş ümrənin savabını yazar, onun keçmiş və gələcək günahlarını bağışlar.»2

2848. İmam Sadiq (ə): «Hüseyn ibn Əli (ə) buyurardı: «Əgər mənim zəvvarım Allahın onun üçün nə hazırladığını bilsə, onun sevinci (səfərin yorğunluğundan doğan) dözümsüzlüyündən daha çox olar.» Həqiqətən, onun zəvvarı hər bir günahdan pak halda öz evinə qayıdar.»3

2849. İmam Sadiq (ə): «İmam Hüseynin (ə) ziyarətinə gedəndə qəm-qüssəli qəlblə, nimdaş bədənli, toza bulaşmış, ac və təşnə halda ziyarət et. Çünki Hüseyn qəm-qüssəli, nimdaş, toza bülaşmış, ac və təşnə halda öldürüldü. Öz hacətlərini ondan istə və geri qayıt, onun qəbrinin kənarında məskən salma.»4

2850. İmam Sadiq (ə): «Kim məni ziyarət etsə günahları bağışlanar və yoxsulluqda ölməz.»5

2851. İmam Sadiq (ə) («Sizlərdən birinizi ziyarət edənin savabı nədir?» deyə soruşan kimsəyə cavabından): «Allahın Rəsulunu (s) ziyarət edən şəxsin savabı qədərdir.»6

2852. İmam Rza (ə): «Əmirəl-mömininin (ə) qəbrinin ziyarətinin Hüseynin (ə) qəbrinin ziyarətindən üstünlüyü və fəziləti Əmirəl-möminin (ə) Hüseyndən (ə) üstünlüyü və fəziləti kimidir.»7

2853. İmam Rza (ə) (İbn Sənanın «sizin atanızı ziyarət edən kimsənin savabı nədir?» sualının cavabında): «Onun savabı Cənnətdir. Beləliklə, o alicənabı ziyarət et.»8

2854. İmam Rza (ə): «Haqq və məqamımı tanıyan dostlarımın arasında, məni ziyarət edən elə bir şəxs yoxdur ki, Qiyamət günü ona şəfaət etməyim.»9

2855. İmam Rza (ə): «Kim məni qürbət diyarda ziyarət edərsə, Qiyamət günü üç yerdə onun dadına yetişərəm və onların qorxularından, çətinliklərindən onu xilas edərəm: əməl dəftərləri sağa və sola veriləndə, Siratdan keçəndə, əməllər tərəzidə ölçüləndə.»10

2856. İmam Hadi (ə) (İmam Hüseyn(ə), İmam Kazim (ə) və İmam Cavadın (ə) ziyarətləri barədə İbrahim ibn Uğbənin sualına cavabı): «İmam Hüseynin (ə) ziyarəti üstündür, ancaq onların hamısını ziyarət etsən daha kamil və savabı daha çox olar.»11

2857. İmam Əskəri (ə) (Əbu Haşim Cəfəriyə xitabən): «Mənim Samirrada qəbrim Fəratın hər iki tərəfinin sakinlərinin əmin-amanlığına səbəbdir.»1


885. İmam Kazimın (ə) qızı Fatimənin ziyarəti

2858. İmam Sadiq (ə): «Bizim bir hərəmimiz var, o da Qumdur. Tezliklə mənim övladlarımdan Fatimə adlı bir xanım orada dəfn olunacaq. Kim onu ziyarət etsə, Cənnət ona vacib olar.»2

2859. İmam Cavad (ə): «Qumda bibimin qəbrini ziyarət edənin mükafatı Cənnətdir.»3
886. Həzrət Əbdüləzim Həsəninin ziyarəti

2860. «Səvabul əmal»:«Rey əhalisindən bir nəfər İmam Hadinin (ə) yanına gələndə Həzrət (ə) ondan soruşur:«Harada idin?» (O kişi deyir) Dedim:«İmam Hüseynin (ə) ziyarətinə getmişdim.» Həzrət (ə) buyurdu:«Bil ki, öz şəhərinizdəki Əbdüləzimin qəbrini ziyarət etsən, Hüseyn ibn Əlini (ə) ziyarət etmiş kimisən.»4


887. Əməli saleh insanların qəbrlərinin ziyarəti

2861. İmam Sadiq (ə):«Kimin bizləri ziyarət etməyə imkanı çatmırsa, əməli saleh dostlarımızın qəbrlərini ziyarət etsə onunçün bizim ziyarətimizin savabı yazılar.»5


888. Ölənlərin qəbrlərinin ziyarəti.

2862. İmam Əli(ə):«Öz ölənlərinizi ziyarət edin. Çünki onlar sizinlə görüşməkdən şad olurlar. İnsan öz ata-anasının qəbri üstündə onlara dua edəndən sonra Allahdan öz diləyini diləməlidir.»6

2863. İmam Sadiq (ə) (Davud Rəqqinin «İnsan öz atasının, qohumunun və qəribin qəbri üstünə gedir. Bu işin ona faydası varmı?» sualına cavabından): «Bəli. Sizlərdən birinizə bir hədiyyə veriləndə şad olduğunuz kimi, ölü də sizin bu işinizə sevinir.»7
889. Qəbiristan əhlinə salam vermək

2864. İmam Əli (ə) (qəbiristandan keçərkən): «Salam olsun sizə, ey qəbirlərdə yatanlar. Siz getdiniz, biz isə qaldıq. İnşallah, biz də sizlərə qoşulacağıq. Sizin evlərinizdə başqaları oturur, zövcələriniz ərə gediblər, mallarınız bölünübdür. Bu bizdə olan xəbərlərdir. Kaş biləydim sizdə nə xəbər var?» Sonra buyurdu:«Bilin ki, onlar dil açıb danışsaydılar belə deyərdilər:«Biz təqvanı ən yaxşı azuqə tapdıq.»8




179


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə