I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə72/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   68   69   70   71   72   73   74   75   ...   98

İsraf



929. Həddi aşmaq

Qur’an:

«Ey Adəm övladları! Hər bir məscidə gedəndə öz zinətlərinizi geyinin, yeyin, için və israf etməyin ki, Allah-taala israf edənləri sevməz.» 1



Hədis:

2989. İmam Əli (ə):«Biçarə israfçı! Öz nəfsinin islahından və əldən verdiklərinin yerini doldurmaqdan necə də uzaqdır.»2

2990. İmam Əli (ə):«İsraf puçluqdur, orta həddi gözləməksə sərvət gətirər.»3

2991. İmam Əli (ə):«Malı nahaq yerə xərcləmək israf və zay etməkdir»4

2992. İmam Səccad (ə) (duada): «Ey Allahım! Məni israf etməkdən çəkindir, ruzimi tələf olmaqdan qoru, malıma bərəkət verməklə onu artır və onu xeyir işlərdə xərcləməyin yolunu mənə göstər.»5
930. İsrafçının nişanəsi

2993. Allahın Peyğəmbəri (s):«İsrafçının dörd nişanəsi var: batil işlərlə öyünər, ona aid olmayan şeyi yeyər, xeyirli işlərə meylsiz olar və ona xeyir verməyən şəxsi inkar edər.»6

2994. İshaq ibn Əmmar:«İmam Sadiqdən (ə) soruşdum:«Mö’minin on köynəyi ola bilərmi?» Həzrət buyurdu:«Bəli.» Ərz etdim:«İyirmi köynək necə?» Buyurdu:«Bəli. Bunlar israf deyil. İsraf çöl, bayır və qonaq paltarını ev və əlaltı paltarları etməkdir.»7

2995. İmam Əskəri (ə):«Həqiqətən, səxavətin həddi var. Əgər onu aşsalar israf olar.»8


931. İsrafın ən az həddi

2996. Allahın Peyğəmbəri (s):«Ürəyin istədiyi hər şeyi yemək israfdır.»1

2997. İmam Sadiq (ə):«İsrafın ən az həddi qabın dibində qalan suyu, ya yeməyi atmaq, həmçinin bayır paltarını ev və əlaltı paltarına çevirmək və (xurma və meyvələrdəki) çəyirdəyi tullamaqdır.»2

932. İsraf sayılmayan şey

2998. Allahın Peyğəmbəri (s):«İsrafda bir xeyir gizlənməmişdir və xeyir işlərdə israf yoxdur.»3

2999. İmam Sadiq (ə):«Bədəni sağlam saxlayan şeydə israf yoxdur… əslində israf malı tələf edən və bədənə ziyan verən şeylərdir.»4

3000. «Biharul-Ənvar»:«İmam Kazimdən (ə) soruşurlar:«On köynəyə sahib olmaq israfdırmı?» Buyurur:«Xeyr. Əksinə, çox köynəyə sahib olmaq köynəklərin ömrünü uzadar. İsraf çöl paltarını çirkli yerə geyməkdir.»5


ioooooop


190

Oğurluq



933. Oğurluq

Qur‘an:

«Oğru kişi və qadının, etdikləri əmələ görə Allah tərəfindən cəza olaraq əllərini kəsin. Allah izzət və hikmət sahibidir.» 1



Hədis:

3001. İmam Rza (ə):«Allah-taala oğurluğu haram etmişdir. Çünki, buna icazə verilsəydi, malların məhvinə və insanların qətlinə səbəb olardı. Belə ki, bir-birinin mallarını qəsb etmək qarşılıqlı kütləvi qətllərə, münaqişələrə və paxıllığa səbəb olur. Eləcə də ticarət və sənayedən uzaqlaşmağa, sərvətlərin haram və nalayiq yollarla əldə edilməsinə gətirib çıxarardı.

Sağ əl bu səbəbdən kəsilir ki, oğru sağ əli ilə əşyalara toxunur. Sağ əl həm də onun bədəninin ən yaxşı və ən çox fayda verən üzvüdür. Buna görə, onun kəsilməsi oğru üçün cəza və başqaları üçün bir ibrət dərsidir ki, haram yolla mallara təcavüz etmək niyyətindən əl çəksinlər. Həm də ona görə ki, oğru daha çox sağ əl ilə oğurluq edir.»2
934. Oğurluğa görə cəzalandırılmayanlar

3002. Allahın Peyğəmbəri (s):«Oğrunun əli, yalnız dinarın dörddə biri və ondan çox məbləğdə oğurluqda kəsilər.»3

3003. İmam Əli (ə):«Bir qızın qulağından zorla mirvari sırğanı oğurlayan kişi barədə buyurdu:«Bu aşkar oğurluqdur.» Sonra şallaq vurub zindana saldı.»4

3004. İmam Əli (ə):«Dörd nəfərin əli kəsilməməlidir :qapıb qaçırdan, qənimətə xəyanət edən, qənimətdən oğurlayan və fəhlənin oğurluq etməsi. Çünki bunların işi oğurluq yox, xəyanət sayılır.»5

3005. İmam Baqir (ə)və ya İmam Sadiq (ə):« Yalnız divarı deşmək ya qıfılı sındırmaqla evə daxil olan oğrunun əli kəsilər.»6

3006. İmam Sadiq (ə):«Əgər fəhlə yaxud qonaq oğurluq etsə, əlləri kəsilməz. Çünki onlara e‘timad olunubdur.»7

3007. İmam Sadiq (ə):«Qəhətlik və aclıq olan illərdə oğrunun əli kəsilməz.»8

3008. İmam Sadiq (ə):«Əgər oğru öz ayağı ilə gəlib oğurluğunu e’tiraf etsə və Allah dərgahına tövbə edib oğurladığı malı sahibinə qaytarsa, əli kəsilməz.»1




191

Xoşbəxtlik



935. Xoşbəxt

3009. Allahın Peyğəmbəri (s) (Əmirəl-mömininə (ə) xitabən): «Əsil xoşbəxt, səni sevən və sənə itaət edən şəxsdir.»2

3010. İmam Əli (ə):«Xoşbəxt insan Allaha ixlasla itaət edəndir.»3

3011. İmam Sadiq (ə):«Alim olmayan xoşbəxt sayılmağa layiq deyil.»4


936. Xoşbəxtlik gətirən amillər

3012. İmam Əli (ə):«Elminizə əməl edin ki, xoşbəxt olasınız.»5

3013. İmam Əli (ə):«Alimlərlə oturub dur ki, xoşbəxt olasan.»6

3014. İmam Əli (ə):«Xoşbəxtlik haqqa bağlılıqdadır.»7

3015. İmam Əli (ə):«Öz nəfsinin hesabatını aparan xoşbəxt olar.»8

3016. İmam Əli (ə):«Kim öz nəfsini islah etmək naminə onu əziyyətə salarsa, xoşbəxt olar. Amma kim öz nəfsini ləzzətlərə tapşırarsa, bədbəxt olar və Allahın dərgahından qovular.»9


937. Xoşbəxtlik sayılan şey

3017. Allahın Peyğəmbəri (s):«Dörd şey kişinin xoşbəxtliyidir: ləyaqətli yoldaşlar, əməlisaleh övlad, uyğun olan zövcə və iş yerinin öz şəhərində olması.»10

3018. İmam Əli (ə):«Qəlbdə kin və paxıllığın olmaması bəndənin xoşbəxtliyidir.»11

3019. İmam Əli (ə):«Xeyir işlər görməyə nail olmaq xoşbəxtlikdir.»2


938. Həqiqi xoşbəxtlik

3020. İmam Əli (ə):«Həqiqi xoşbəxtlik insanın işinin xoşbəxtliklə sonuclanmasıdır. Həqiqi bədbəxtlik isə insanın işinin bədbəxtliklə nəticələnməsidir.»3

3021. İmam Əli (ə):«Əməllər pak olan Allaha ərz edilən zaman həqiqi xoşbəxt əsl bədbəxtdən ayrılar.»4
939. Ən xoşbəxt insan

3022. Allahın Peyğəmbəri (s):«Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.»5

3023. İmam Əli (ə):«Ən xoşbəxt insan ötəri ləzzəti, əbədi ləzzətə görə tərk edəndir.»6

3024. İmam Əli (ə):«Dünyada ən xoşbəxt insan, özünə ziyan bildiyi şeydən çəkinən və ən bədbəxt insansa öz nəfsinin istəklərinə tabe olandır.»7

3025. İmam Əli (ə):«Ən xoşbəxt insan bizim fəzilət və məqamımızı tanıyan, bizim vasitəmizlə Allaha yaxınlaşan, bizə məhəbbətdə səmimi və ixlaslı olan, dediklərimizə əməl edən və qadağan etdiyimizi tərk edəndir. Belə insan bizdəndir və əbədiyyət sarayında (Cənnətdə) bizimlədir.»8

3026. İmam Əli (ə):«Ən xoşbəxt insan, hamıdan təqvalı olandır.»9


ioooooop


192


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə