I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan


Şairləri məzəmmət edən ayələrin təfsiri



Yüklə 17,45 Mb.
səhifə80/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   76   77   78   79   80   81   82   83   ...   98

Şe’r



1021. Şairləri məzəmmət edən ayələrin təfsiri

Qur’an:

«Və şairlərə yolunu azmışlar tabe olarlar. Məgər görmürsənmi ki, onlar hər yerdə avara kimi dolanarlar? Yalnız iman gətirən, yaxşı işlər görən və Allahı çox yad edənlərdən başqa, əməl etmədikləri şeyləri danışarlar. Onlar zülmə məruz qaldıqlan sonra kömək istədilər.»1



Hədis:

3271. İmam Baqir (ə) (« şairlərə yolunu azmışlar...» ayəsi barədə): «Elə bir şair görmüsənmi ki, bir kimsə ona tabe olsun? Bu məzəmmət olunanlar, əslində dindən qeyri bir şey üçün elm öyrənənlər və nəticədə həm özləri yolu azan, həm də başqalarını azdıran camaatdır.»2


1022. Şe’r, dil ilə cihaddır

3272. Allahın Peyğəmbəri (s):«Həqiqətən, mömin öz qılıncı və dili ilə cihad edər. And olsun canım Onun qüdrət əlində olana, mömin şairlərin sözləri düşmənə vurulan ox kimidir.»3

3273. Allahın Peyğəmbəri (s) (Həssan ibn Sabitə): «Müşrikləri həcv yaz ki, Cəbrayıl səninlədir.»4

3274. Allahın Peyğəmbəri (s): «Bəzi şe’rlərdə hikmət var, bəzi bəyanlarsa ovsunlayıcıdır.»5

3275. İmam Sadiq (ə) :«Kim bizim barəmizdə bir beyt şe’r desə, Allah-taala onunçün Cənnətdə bir ev tikər.»6

3276. İmam Sadiq (ə):«Bizim barəmizdə bir beyt şe’r deyən elə bir şair olmayıb ki, Müqəddəs Ruh ona kömək etməmiş olsun.»7


ioooooop


219

Şüar



1023. Şüar

3277. Allahın Peyğəmbəri (s): -Müharibəni başlamazdan qabaq şuar verməyi əmr etdiyi zaman- «Şüarınızda Allahın adlarından biri olmalıdır.»1

3278. İmam Əli (ə): «Bədr günü Allah Rəsulunun (s) sahabələrinin şüarı bu idi:«Ey kömək olunmuş, öldür!»2

3279. «Mustədrikul vəsail»:«Cəməl» müharibəsində Əmirəl-mömininin (ə) şüarlarından biri bu idi: «Ha mim, la yün sərunə» Ey Allahım, bizi əhdi sındıranlar üzərində qalib et.»3

3280. İmam Sadiq (ə): «Bədr günü bizim şuarımız bu olmuşdur: «Ey Allahın qələbəsi! Yaxınlaş, yaxınlaş!»….Hüseynin (ə) şüarı «Ya Məhəmməd» idi. Bizim də şüarımız: «Ya Məhəmməd!»dir.»4
1024. Qiyamətdə müsəlmanların şüarı

3281. Allahın Peyğəmbəri (s): «Qiyamət günü sirat körpüsündən keçəndə müsəlmanların şüarı «Allahdan başqa Allah yoxdur və təvəkkül edənlər gərək Allaha təvəkkül etsinlər» olacaq.»5

3282. Allahın Peyğəmbəri (s): «Qiyamət günü siratdan keçəndə möminlər bu şüarı deyəcəklər: «İlahi! Bizi salamat saxla, bizi salamat saxla.»«6

3283. Allahın Peyğəmbəri (s): «Qiyamətin qaranlığında möminlərin şüarı budur: «Səndən başqa Allah yoxdur.»«7

ioooooop

220

Şəfaət və vasitəçilik


1025. Dünyada vasitəçilik

3284. Allahın Peyğəmbəri (s):«(Xeyir işlərdə) Vasitəçilik edin ki, mükafat görəsiniz.»1

3285. Allahın Peyğəmbəri (s): «Kim öz vasitəçiliyi ilə bir ziyanın qarşısını alsa, ya bir xeyri bərpa etsə, Allah-taala qədəmlər titrəyən günü onun qədəmlərini möhkəm edər.»2

3286. İmam Sadiq (ə): «Vasitəçilik, məqamın zəkatıdır.»3


1026. Axirətdə səfaət

Qur’an:

«De ki, şəfaət tamamilə Allaha məxsusdur. Göylərin və yerin hakimiyyəti Onundur. Anında Ona tərəf qaytarılacaqsınız.»4

«Kim Onun izni olmadan Onun yanında şəfaət edər?» 5

«Rəhman Allahdan əhd-peyman almış şəxsdən başqa, heç kimdə səfaət olmaz.»6

«O gün Rəhman Allahın izn verdiyi və sözündən şad olduğu kimsədən başqasının şəfaəti fayda verməz.»7

Hədis:

3287. Allahın Peyğəmbəri(s):«Ummətimin arasında mənim şəfaətim, yalnız mənim Əhli-Beytimi (ə) sevən şəxsin halına şamil olacaq.»8

3288. Allahın Peyğəmbəri (s): «Mən Qiyamət günü qəlbində ağcaqanadın qanadı qədər iman olan şəxsə, hökmən şəfaət edərəm».9

3289. Allahın Peyğəmbəri (s): «Mahmud (həmd olunmuş) məqaına çatanda, ümmətimdən böyük günahlar edənlər üçün şəfaət edəcəm və Allah-taala onların barəsində mənim şəfaətimi qəbul edəcəkdir. Allaha and olsun, övladlarımı incidənə şəfaət etməyəcəm.»1

3290. Allahın Peyğəmbəri (s): «Hər peyğəmbər Allah dərgahına dua etmiş və Ondan bir şey istəmişdir. Amma mən (Allahdan) öz xahişimi Qiyamət günü ummətimə şəfaət etmək üçün saxlamışam»2

3291. İmam Baqir (ə): «Tezliklə Rəbbin sənə elə bir şey bəxş edər ki, ondan razı olarsan» ayəsi barədə- «Bu şəfaətdir. Allaha and olsun, şəfaətdir, Allaha and olsun ki, şəfaətdir.»3

3292. İmam Sadiq (ə):- «Şəfaət haqqı yalnız... «ayəsi barədə- «Yalnız Əmirəl-möminin (ə) və ondan sonra gələn imamlara etiqadı olanlara məxsusdur. Bu da Allah yanında sahib olduqları həmin əhd-peymandır.»4
1027. Şəfaətdən məhrum olanlar

3293. Allahın Peyğəmbəri (s): «Mənim şəfaətim iki nəfərə çatmaz:«Qüdrət sahibi olan zalıma və dindən çıxmış üsyankara.»5

3294. Allahın Peyğəmbəri (s): «Mənim şəfaətim müşriklər və zalımlar istisna olmaqla, böyük günah edənlər barəsindədir.»6

3295. Allahın Peyğəmbəri (s): «Namazı yüngül sayan mənim şəfaətimə çatmayacaq. Allaha and olsun ki, Kövsər hovuzunun kənarında mənimlə görüşməyəcək.»7

3296. Allahın Peyğəmbəri(s): «Kim mənim şəfaət etməyimə iman qətirməsə, Allah-taala mənim şəfaətimi ona çatdırmayacaq»8

3297. İmam Sadiq (ə) (dünyadan köçmək anı gələndə, qohum- əqrəbasının o Həzrətin (ə) yanına toplaşmasın tapşırdı sonra buyurdu): «Namazı yüngül sayan, heç vaxt bizim şəfaətimizə nail olmayacaq.»9

3298. İmam Sadiq (ə): «Nasibi olan şəxsin barəsində hətta müqərrəb (yaxın) mələklər və mürsəl peyğəmbərlər də şəfaət etsə, şəfaətləri qəbul olunmayacaq.»10
1028. Hamının şəfaətə möhtac olması.

3299. «Biharul-Ənvar»:«Əbu Əymən İmam Baqirə (ə) dedi: «Ey əbu-Cəfər! Siz həmişə xalqı aldadıb, Məhəmmədin şəfaəti, Məhəmmədin şəfaəti - deyirsiniz.» Həzrət (ə) o qədər narahat oldu ki, üzünün rəngi qaraldı. Sonra buyurdu: «Vay olsun sənə, ey Əbu Əymən! Qarnının və şəhvətinin iffəti səni aldatdı?! Əgər Qiyamətin dəhşətli səhnələrini görsən hökmən Məhəmmədin (s) şəfaətinə möhtac olacaqsan. Vay olsun sənə, məgər şəfaət yalnız Cəhənnəm atəşi onlara vacib olan şəxslərə aiddir?» Bu vaxt buyurdu: «İlk insanlardan sonuncuyadək elə bir şəxs yoxdur ki, Qiyamət günü Məhəmmədin (s) şəfaətinə möhtac olmasın.»1


1029. Şəfaət edənlər

3300. Allahın Peyğəmbəri (s): «Allah yanında üç dəstə şəfaət edər və səfaətləri qəbul olunar: «Peyğəmbərlər, sonra alimlər, sonra da şəhidlər.»2

3301. Allahın Peyğəmbəri (s): «Şəfaət etmək peyğəmbərlərə, vəsilərə, möminlərə və mələklərə məxsusdur.»3

3302. Allahın Peyğəmbəri(s):Şəfaət edənlər beşdir: Qur‘an, qohum, əmanət, sizin Peyğəmbəriniz və Peyğəmbərinizin Əhli-Beyti(ə) 4

3303. Allahın Peyğəmbəri (s): «Tövbədən faydalı şəfaətçi yoxdur.»5

3304. İmam Əli (ə): «İnsanların şəfaətçisi haqqa əməl etmək, sədaqət və doğruluğa vəfalı qalmaqdır.»6



1030. Vasitə

Qur’an:

«Ey möminlər! Allahdan qorxun. Ona (pənah gətirməyə) yaxınlaşmağa çalışın və Onun yolunda cihad edin ki, bəlkə nicat taparsınız.»7



Hədis:

3305. Allahın Peyğəmbəri (s): «Allahdan mənim «vasitə» olmağımı diləyin... Kim mənim «vasitə» olmağımı diləsə, ona şəfaət olunar.»8

3306. Allahın Peyğəmbəri(s): «İmamlar Hüseynin (ə) nəslindəndir. Kim onlara itaət edərsə, Allaha itaət etmişdir. Kim onlara itaətsizlik göstərərsə, Allaha itaətsizlik etmişdir. Onlar Allaha yaxınlaşmaq üçün ən möhkəm vasitədirlər.»9

1031. Şəfaətə ən çox ləyaqəti olan insan

3307. Allahın Peyğəmbəri(s):«Həqiqətən, sabah, Qiyamətdə sizlərdən mənə ən yaxın və mənim şəfaətimə ən çox ləyaqəti olan şəxs ən doğru danışanınız, əmanətə hamıdan çox sadiq olanınız, hamıdan əxlaqlı və insanlara ən yaxın olanınızdır.»1


1032. Möminin şəfaəti onun əməli qədərdir.

3308. Allahın Peyğəmbəri (s): «Möminlərin arasında da elələri var ki, «rəbiə» və «muzir» qəbilələri qədər şəfaət edəcəklər. Şəfaətə hamıdan az haqqı olan möminlər fəqət otuz nəfərə şəfaət edəcəklər.»2

3309. İmam Baqir(ə): «İnsan var öz xalqına və qohum əqrəbasına şəfaət edəcək, insan var öz ailəsinə şəfaət edəcək, insan da var öz əməli qədər iki nəfərin haqqında şəfaət edəcək. Budur, elə Mahmud (bəyənilmiş)
məqamı.» 3


221


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə