Tənzimetmə elə müə>'yənetmə deməkdir. Buna görə də beynəlxalq
hüququn tənzimetmə funksiyasının mahiyyəti onun döv- lətlərarası
sistem iştirakçılan üçün (xüsusən də dövlətlər üçün) hüquq və vəzifələr,
davranış
qaydalan
müəyyənləşdirməsindən
ibarətdir.
Belə
müəyyənetmənin sayəsində yalnız dövlətlərarası sistemdə deyil,
ümumiyyətlə, bütövlükdə qlobal beynəlxalq münasibətlər sistemində
qayda-qanun yaradılır. Bunun nəticəsində isə beynəlxalq əməkdaşlığın
və münasibətlərin, habelə beynəlxalq hüququn özünün inkişafı üçün
əlverişli şərait təmin olunur.
Beynəlxalq hüququn tənzimetmə funksiyası həm də bunda ifadə
olunur ki, o, beynəlxalq fəaliyyəti, dövlətlərarası əlaqələri və bütövlükdə
beynəlxalq münasibətləri, ayn-ayn müxtəlif sahələrdə beynəlxalq
əməkdaşlığı idarə edir. Buna görə də bir sıra müəllifin beynəlxalq
hüququn ayrıca olaraq, idarəetmə funksiyasmı yerinə yetirməsi barədə
fikir söyləməsinin də elə bir elmi zəmini yoxdui’. Məsələn,
inqilabaqədərki Rusiya müəlliflərindən ERMartens qeyd edir ki,
beynəlxalq hüquq dövlətlərin beynəlxalq fəaliyyətini idarə edir.’
Tanınmış fransalı professor G.Agnel göstərir ki, beynəlxalq hüquq dünya
birliyini idarə etmək üçün nəzərdə tutulan norma və institutlardan
ibarətdir.^ Söylənilən bu fikirlərdən belə çıxır ki, beynəlxalq hüquq
idarəetmə funksiyasını yerinə yetirir.
Müəlliflərdən K.A.Bekyaşevə görə, subyektlərin beynəlxalq
münasibətlərin müvafiq sahələrində fəaliyyətini idarə etmək beynəlxalq
hüququn əsas funksiyası sayılır; alim belə hesab edir ki, müasir hüququn
funksiyasına beynəlxalq münasibətləri tənzimetmə ilə bərabər, onlan
idarə etmək də daxildir.^
Doğrudan da, nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq
dövlətlərarası beynəlxalq münasibətləri idarə edir; buna görə də o,
idarəetmə funksiyasım yerinə yetirir ki, bunu inkar etmək
1
Мартенс Ф.Ф.Современное международное право цивилизованных
народов. Том
1.
СПб.,
1882, С.25.
2
Agniel G. Droit International Public. Paris, 1998, p.8.
3
Международное публичное право. Учебник / Отв.ред. К.А.Бекяшев. М.,
2009, с. 17-18.
33
olmaz. Digər tərəfdən, unutmamalıyıq ki, beynəlxalq hüquq qlobal
xarakter almış beynəlxalq münasibətləri idarəetmə sisteminin vacib
elementidir. Lakin bunlar heç də belə bir fikir söyləməyə əsas vermir ki,
beynəlxalq hüquq aynca olaraq və müstəqil surətdə idarəetmə
funksiyasını yerinə yetirir. Məsələ burasındadır ki, beynəlxalq
münasibətləri idarəetmə beynəkalq hüququn tənzimetmə funksiyasına
daxildir. Başqa sözlə, beynəlxalq hüququn idarəetmə funksiyası elə onun
tənzimetmə funksiyası ilə əhatə olimur. Ona görə ki, idarəetmə
tənzimetmənin formalanndan biridir. Əgər dövlətlərarası beynəlxalq
münasibətlər idarə olunursa, deməli, həmin münasibətlər tənzimlənir.
Beynəlxalq hüququn mühafızəetmə funksiyası dövlətlərarası sistem
iştirakçılarının, xüsusən də dövlətlərin qanuni hüquq və mənafelərinin
qorunmasında, onlar pozulduqda isə müdafiə edilməsində ifadə olunur;
həmin funksiya dövlətlərarası sistem iştirakçıları tərəfindən hüquqazidd
davranışa yol verilməsinin qarşısının alınmasına və belə davranışın
aradan qaldırılmasına yönəldilmişdir.
Beynəlxalq hüquq özünün mühafızəetmə funksiyasını, əsasən, iki
yolla həyata keçirir. Qadağan etmək (qadağa qoymaq) həmin yollardan
biridir (məsələn, dövlətlərarası mübahisələrin zorla həll olunmasını
qadağan etmək və s.); bu yolun mahiyyəti bu və ya digər hüquqazidd
hərəkətin edilməsini yasaqlamaqdan ibarətdir (məsələn, bəzi silah
növlərini, təcavüzkar müharibəni və s. qadağan etmək). Bununla
beynəlxalq hüquq dövlətlərarası sistem iştirak- çılannm qanuni hüquq və
mənafelərini mühafizə edir, beynəlxalq münasibətləri qoruyur.
İkinci yolun mahiyyəti hüquqazidd hərəkətlərin edilməsinə görə
beynəlxalq-hüquqi sanksiyalar müəyyən edilməsindən ibarətdir.
Beynəlxalq-hüquqi sanksiyalar (beynəlxalq hüquqda sanksiyalar)
dedikdə hüquq pozımtusu törədən dövlətə qarşı tətbiq edilən hü-
quqauyğun məcburiyyət tədbirləri başa düşülür.'
1 Международное право. Учебник / Отв. ред. Г.И.Тункин. М., 1982, с.217.
34
Beynəlxalq-hüquqi sanksiyalar BMT-nin Nizamnaməsində nəzərdə
tutulmuş və müəyyən edilmişdir. Belə ki, BMT Nizamnaməsinin 39, 41
və 42-ci maddələrinə görə. Təhlükəsizlik Şurası üç halda hərbi və
qeyri-hərbi xarakterli məcburiyyət tədbiri (yəni beynəlxalq sanksiya)
tətbiq edə bilər. Həmin hallara aşağıdakılar aiddir:
-
sülh üçün təhlükə yarandıqda;
-
sülh pozulduqda;
-
təcavüzkar akt həyata keçirildikdə.
Beynəlxalq hüququn mühafızəetmə funksiyası nəinki beynəbcalq-
hüquqi sanksiyalarm müəyyən edilməsi, həmçinin hüquqazidd hərəkətlər
etmiş, yəni beynəlxalq hüquq pozuntusu törətmiş subyektə qarşı belə
sanksiyalann bilavasitə tətbiq olunması yolu ilə yerinə yetirilir; bunun
nəticəsində subyektlərin qanuni hüquqlan müdafiə edilir, zərərçəkən
subyektin pozulmuş hüquqları bərpa olunur və hüquq pozuntusu törədən
subyekt tərəfindən öz üzərinə düşən vəzifələrin icra edilməsi təmin
olunur. Beynəlxalq-hüquqi sanksiyalar üçün tipik cəhət ondan ibarətdir
ki, onlar yalnız beynəlxalq hüquq pozuntusuna cavab olaraq tətbiq edilir.'
Göstərilənlərdən başqa, beynəlxalq hüquq daha iki funksiya yerinə
yetirir. Həmin funksiyalara aşağıdakılar aiddir:
-
kompensasiya funksiyası;
-
restitusiya funksiyası.
Beynəlxalq hüququn kompensasiya funksiyası özünün hüquqazidd
beynəlxalq-hüquqi əməli nəticəsində başqa dövlətə zərər vuran dövlətin
bu zərərin əvəzini tam həcmdə ödəməsində ifadə olunur. Hüquqazidd
beynəlxalq-hüquqi əməl törədən dövlət həm maddi (əmlak), həm də
mənəvi (qeyri-əmlak) zərəri kompensasiya etməlidir.
Beynəlxalq hüququn restitusiya funksiyası isə hüquqazidd
beynəlxalq-hüquqi əməl törədilməsinə kimi mövcud olan vəziyyətin
l Василенко В. A. Международно-правовые санкции. Киев, 1982, с.38.
35
Dostları ilə paylaş: |