I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Lakin,  qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  hüquq  dərsliklərinin 

hamısında,  bir  qayda  olaraq,  həm  elm,  həm  də  tədris  kursu  (fənni) 

mənasında beynəlxalq hüquqa geniş yer ayrılmır; müəlliflər be

3

Tiəlxalq 



hüquq  dərsliklərində  yalnız  «beynəlxalq  hüquq  elmi»‘,  habelə  «tədris 

fənni kimi beynəlxalq hüquq»^ terminlərini işlətməklə kifayətlənmişlər. 



1.1.4.

 

Beynəlxalq hüququn nizamasalma predmeti 

Beynəlxalq  hüquqla  hansı  növ  ictimai  münasibətlər  tənzimlənirsə, 

elə  həmin  münasibətlər  də  onun  nizamasalma  predmetini  təşkil  edir. 

Buna görə də beynəlxalq hüququn nizamasalma predmeti dedikdə onunla 

tənzimlənən ictimai münasibətlər qrupu başa düşülür. 

Beynəlxalq  hüququn  nizamasalma  predmeti  elə  bir  meyardır  ki, 

həmin  meyar  onu  dövlətdaxili  (milli)  hüquqdan  fərqləndirməyə  imkan 

verir.  Məlum  olduğu  kimi,  dövlətdaxili  (milli)  hüququn  nizamasalma 

predmetini  ayrıca,  konkret  bir  dövlətin  daxilində  yaranan  ictimai 

münasibətlər  təşkil  edir.  Beynəlxalq  hüququn  nizamasalma  predmeti 

rolunda  isə  bir  dövlətin  sərhədləri  çərçivəsindən  kənara  çıxan 

münasibətlər çıxış edir. 

Dövlətin  sərhədlərindən  kənara  çıxan  ictimai  münasibətlərə, 

əvvəllərdə göstərdiyimiz kimi, beynəlxalq münasibətlər deyilir.^ Lakin 

beynəlxalq  münasibətlərin  hamısı  beynəlxalq  hüququn  nizamasalma 

predmetinə  daxil  olmur.  Belə  ki,  beynəlxalq  münasibətlər  iki  yerə 

bölünür: 

1

 

Məsələn,  bax:  Международное  право.  Учебник  /  Отв.  ред.  Ю.М.Колосов, 

Э.С.Кривчикова. М., 1999, с. 17. 

2

 

Məsələn,  bax:  Международное  право.  Учебник  /  Отв.  ред.  Г.В.Игнатенко, 

О.И.Тиунов. М., 2009, с. 17. 

3

 

Усенко  Е.Т.  Теоретические  проблемы  соотношения  международного  и 

внутригосударственного  права  //  Советский  ежегодник  международного 

права, 1977. М., 1978, с.57-86. 

24 



-

 

hakimiyyət xarakterli beynəlxalq münasibətlər



-

 

qeyri-hakimiyyət xarakterli be)məlxalq münasibətlər. 



Hakimiyyət xarakterli beynəlxalq münasibətlər dedikdə dövlət 

hakimiyyəti səlahiyyətinə və funksiyasına malik olan qurumlar arasında 

yaranan  beynəlxalq  münasibətlər  başa  düşülür.  Dövlət  hakimiyyəti 

səlahiyyətinə və funksiyasına malik olan qurumlar arasında yarandığına 

görə  onlara  həm  də,  eyni  zamanda,  haki-  miyyətlərarası  beynəlxalq 

münasibətlər'  və  ya  dövlət  xarakterli beynəlxalq  münasibətlər^  deyilir. 

Beynəlxalq  hüququn  nizamasalma  predmetini  də  məhz  hakimiyyət 

xarakterli  münasibətlər  və  ya  hakimiyyətlərarası  beynəlxalq 

münasibətlər,  yaxud  dövlət  xarakterli  beynəlxalq  münasibətlər  təşkil 

edir.  Bu  terminlər  -  «hakimiyyət  xarakterli  beynəlxalq  münasibətlər», 

«hakimiyyətlərarası  beynəlxalq  münasibətlər»  və  «dövlət  xarakterli 

beynəlxalq  münasibətlər»  ifadələri  terminoloji  baxımdan  fərqli  olsalar 

da, məzmunca, tam üst-üstə düşən, sinonim (eynimənalı) anlayışlardu*. 

Qeyd etdik ki, göstərilən beynəlxalq münasibətlər dövlət hakimiyyəti 

səlahiyyətinə və funksiyasına malik olan qurumlar arasında yaranır. Bəs, 

dövlət  hakimiyyəti  səlahiyyətinə  və  funksiyasına  malik  olan  qurumlar 

dedikdə, biz nə başa düşürük? 

Dövlət  hakimiyyəti  səlahiyyətinə  və  funksiyasına  malik  olan 

qurumlar dedikdə aşağıdakılar başa düşülür: 

-

 



suveren dövlətlər; 

-öz dövlətçiliyi (öz dövlətini yaratmaq) uğrunda mübarizə aparan 

xalqlar (millətlər); 

-

 



dövlətəoxşar qurumlar (məsələn, Vatikan); 

-

 



dövlətlərarası beynəlxalq təşkilatlar. 

Əgər  göstərilən  qurumlar  siyasi,  iqtisadi,  elmi-texniki  və  digər 

sahələrdə öz aralarında bu və ya digər münasibətə daxil olarsa. 

1

 

Международное право. Учебник / Отв. ред. Ю.М.Колосов, .Э.С.Кривчи- 

кова. М., 

2000, с.8.

 

2

 

Международное право. Учебник / Отв. ред. Г.В.Игнатенко, О.И.Тиунов. М., 

2009, С.29.

 

25 



onlar hakimiyyət xarakterli beynəlxalq münasibətlər hesab ediləcəkdir. 

Hakimiyyət xarakterli beynəlxalq münasibətlər geniş anlayışdır. Belə ki, 

onları bu və ya digər meyara görə müxtəlif növlərə bölmək olar. Məzmun 

baxımından  hakimiyyət  xarakterli  beynəlxalq  münasibətlərin  bir  neçə 

növü fərqləndirilir; siyasi xarakterli beynəlxalq münasibətlər, beynəlxalq 

iqtisadi  münasibətlər,  beynəlxalq  ekoloji  münasibətlər,  xarici  əlaqələr 

sahəsində beynəlxaq münasibətlər və s. 

Hansı  qurumlar  arasında  yaranmasından  asılı  olaraq,  hakimiyyət 

xarakterli beynəlxalq münasibətlərin aşağıdakı növləri vardır: 

-

 



dövlətlər arasındakı beynəlxalq münasibətlər; 

-

 



dövlətlərlə dövlətlərarası beynəlxalq təşkilatlar arasında yaranan 

münasibətlər; 

-

 

dövlətlərarası beynəlxalq təşkilatların özləri arasında yaranan 



münasibətlər; 

-

 



dövlətlərlə öz dövlətçiliyi uğrunda mübarizə aparan xalqlar 

(millətlər) arasında yaranan beynəlxalq münasibətlər; 

-

 

dövlətlərlə dövlətəoxşar qurumlar arasında yaranan beynəlxalq 



münasibətlər; 

-

 



dövlətlərarası  beynəlxalq  təşkilatlarla  öz  dövlətçiliyi  uğrunda 

mübarizə  aparan  xalqlar  (millətlər)  arasmda  yaranan  beynəlxalq 

münasibətlər və s. 

Göstərilən  beynəlxalq  münasibətlərin  hamısı  üçün  belə  bir  ümumi 

cəhət  vardır  ki,  onlar  dövlətlərarası  beynəlxalq  münasibətlərdir.  Başqa 

sözlə,  hakimiyyət  xarakterli  beynəlxalq  münasibətlərin  bütün  növləri 

dövlətlərarası beynəlxalq münasibət olmaları ilə xarakterizə edilir. Belə 

fikir söyləmək üçün kifayət dərəcədə əsaslar vardır. Hər şeydən əvvəl, 

qeyd edək ki, iki dövlət bir-biri ilə bu və ya digər sahədə əlaqəyə girərsə, 

belə  əlaqə  döv-  lətlərarası  beynəlxalq  münasibət  deməkdir.  Bu,  aydın 

məsələdir.  Dövlətlərlə  dövlətlərarası  beynəlxalq  təşkilatlar  arasındakı 

münasibətlərə gəldikdə, qeyd etməliyik ki, bu münasibətlər də döv- 

26 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə